Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Statista’nın 2025 tahminlerine göre global online bahis kullanıcı sayısı 2,2 milyarı aşacak ve bu kullanıcıların %80’i mobil cihazlardan işlem yapacak; bu oran Bahsegel kimin’te zaten gerçekleşmiş durumda.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Öldürmək olmaz, amma lazımdır

AzLogos AzLogos
., Mövqe
15 Mart 2021
[/vc_column][vc_column width="1/2"]
MyCollages (2)

Hegel, Kant, Marks və Lukaç

[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Zorakılıq və siyasət – hər zaman bir-biri ilə toqquşan anlayışlardır. Bir tərəfdən, demək olar ki, dövlətin istənilən tərifi güc aparatını onun zəruri hissəsi kimi ifadə edir, onlardan ən məşhuru da Weberə məxsus olan – zorakılıq üzərində inhisarçılığın dövlətin zəruri xüsusiyyəti olmasıdır. Digər tərəfdən də, dövlətin əsas qayəsinin münaqişələrin sülh yolu ilə həlli olduğu əsas gətirilərək, ona qarşı (hərbi, polis, siyasi və s. kimi vasitələrə malik olması səbəbilə) zorakılıq ittihamı yönəldilir, bununla da delegitimizasiyasına cəhd edilir.

Lakin dövlət, həmin bu dinc üsulun vasitələrini məhz zorakılıq üzərindəki inhisarı və nəhəng güc aparatı sayəsində əldə etdiyindən, siyasi həyatla bağlı bu iki ziddiyyətli fikir, daima bir-birini qidalandırır, polemikanın sonu görünmür. Eyni zamanda, bu ikisinə qarşı olan üçüncü bir baxış da mövcuddur – mərkəzləşdirilmiş zorakılıq aparatı olmadan da siyasi həyatın mümkünlüyünə inanan bu yanaşmaya görə, zorakılığın olmadığı bir reallığın təsis edilməsi uğruna və sırf məqsədə çatmaq naminə zorakılıq aparatından istifadə oluna bilər. Bəşəriyyət tarixində bir sıra müəmmalı eskperimentlərə ilham vermiş bu fikir, özünü marksizmin siyasi və etik təlimində tam açmışdır.

Bu yazıda siyasi zorakılığa aid olan bu ziddiyyətli münasibətlərin marksizm tərəfindən klassik alman idealizmi ilə polemikada, eyni zamanda onunla birbaşa əlaqəli olaraq necə inkişaf etdirildiyini göstərməyə çalışacağam. Bu ekskursiyanın məqsədi, zorakılığa marksist baxışı fəlsəfi avtoritetlərin qədimliyi ilə təqdis etmək və ya mövcud siyasi problemi metafizika dumanında ört-basdır etmək deyil. Məsuliyyət daşımalı olduqları halda, konkret problemləri ört-basdır etmələri, problemlərin üstünü heç bir məsuliyyət yükləməyən pardaqlı nəzəri konstruksiyalarla bəzəmələri, 20-ci əsrin bir çox solçu nəzəriyyəçisinin arxasında dayandığı şirin bir oyundur, elə bu səbəbdən də onilliklər boyunca yatıb qaldılar, torpağın ayaqlarının altından necə sürüşdüyünü fərq etmədilər. Odur ki, mən də bu məqalə ilə sözügedən ənənəni davam etdirmək istəmirəm: bəzi epizodlarda fəlsəfi polemikanın tarixinə müraciət etməyim isə: “Zorakılığa qarşı zorakılıq necə mümkündür?” sualının cavabını asanlaşdırdığı və aydınlaşdırdığı nisbətdə olacaq.

Öhdəliklər kolliziyası – fərqli hüquq normaları arasındakı ziddiyyəti ifadə edən köhnə bir termindir. Kantın etik təlimini tənqid edən Hegel tərəfindən fəlsəfəyə daxil edilmişdir. Bilindiyi kimi, Kantın əsas və ümumiyyətlə, yeganə qəti imperativi belədir: “Elə edin ki, iradənizin maksiması ümumbəşəri bir qanuna çevrilsin.” Sadə dillə desək, hər bir hərəkətdən əvvəl fərd uşaqlıqdan ona tanış olan “hamı belədirsə, onda necə?” sualını özünə verməli və hər kəsin “belə olduğu” fərziyyə dünyasında ziddiyyət içində boğularsa, bu hərəkətindən imtina etməlidir. Bu əxlaqi fəlsəfə dərhal qalmaqala çevrilmiş, Kant isə bunu belə izah etmişdi: polis təqibindən qaçan bir dostum məndən sığınacaq istəsə, onu içəri buraxmalıyam, ancaq bir polis gəlib, həmin adamın yanımda olub-olmadığını soruşsa, yalan danışmaq və qanuna tabe olmamaq üçün mənəvi haqqım yoxdur.

Bununla belə, bu cür sadə və universal etikanın hər hansı empirik məzmundan azad olması, onu bir çoxları üçün hələ də cəlbedici edir. İstənilən zorakılığın legitimliyinin əsaslı inkarına söykəndiyinə görə, zorakılığı tənqid və insan haqlarını müdafiə edənlər də bu etikaya tez-tez müraciət edirlər (Kantın özünün edam cəzasının tərəfdarı olması isə paradoksaldır). Həqiqətən də, bir insana nəyin uyğun olub-olmadığı sualı kontekstində, insanın azad iradə bəxş olunmuş tamamilə muxtar bir atom olduğu faktından yola çıxsaq, bu iradədən irəli gələn istənilən icraatın təkanı da onun özü olmalıdır, çünki biz, onu icraatın son instansiyası kimi qəbul edirik. Lakin bütün keyfiyyətlərdən məhrum olan belə bir universal fərdilikdən – maraqlar, ləzzət və arzu kimi tamamilə formal prinsiplərdən savayı, heç bir fəaliyyət prinsipi hasil ola bilməz: fərqli empirik şəraitlərdə bütün bunlar fərqli dəyərlərə malikdir, sonuncu instansiyanın – fərdin – varlığının dəyəri və iradəsinin bütövlüyü isə danılmazdır və bu halda heç bir təyin, əgər eyni müvəffəqiyyətlə başqa bir iradəyə müraciət etmirsə, legitim hesab oluna bilməz.

Öz növbəsində, Kantın kiçik çağdaşı olan və fəlsəfəsini əsasən kantçılığın tənqidi üzərində quran Hegel, yaradıcılığının erkən dövründə, aşağıdakı qəti imperativin, demək olar ki, istənilən tətbiq cəhdinin doğurduğu ziddiyyətə diqqətini yönəltmişdi: doğrudan da, üzərinə çoxsaylı məsuliyyət və öhdəliklər yüklənən fərd, onlardan birini yerinə yetirdiyi zaman, qaçılmaz olaraq digərinə qarşı cinayətkara çevrilir. Məsələn, oğlunu əsgərliyə göndərən ana, bir yandan vətəndaşlıq borcunu yerinə yetirir, digər yandan isə analıq vəzifəsini pozur. Cinayətkarı edam edən cəllad, əmək müqaviləsinin şərtlərini yerinə yetirir, lakin Tanrının əmrinə xəyanət edir. Lakin bütün bunlar, tətbiqi mümkünsüzdür deyə, Kant etikasının tamamilə kənara atılmasını gərəkdirməz: bu etika, bütün bəşər qurumları, qaydaları, qanunlarının hasil olduğu; fərdin ilkinliyi və insan ağlının üstünlüyünü tərənnüm edən yeni Avropa təliminin məntiqi nəticəsidir. Münaqişənin həlli üçün optikada köklü dəyişiklik tələb olunduğundan Hegel, bunu etik sahəni (fərdin fəaliyyət səbəbləri və prinsipləri haqqında düşünmək) siyasət sahəsi ilə (kollektivin səbəbləri və hərəkət başlanğıcı barədə düşünmək) uzlaşdırmaqla həyata keçirdi. Daha sonra marksizmə miras qalan bu fikir, burada mərkəzi metodoloji mövzulardan birinə çevrildi.

Marksın siyasi məfkurəsi qərəzli olsa da, real tarixi subyektlərə münasibətdə imperativliyi ilə seçilsə də, yalnız saf nəzəriyyə sferasına prinsipial olaraq sığmasa da və bütün bunlar onun vacib komponentləri olsa da, (1840-cı illərə aid əsərlərdə dilə gətirilən, lakin inkişaf tapmayan bir sıra səciyyəvi ifadələr istisna olmaqla) bu məfkurə, hətta istənilən əxlaqi imperativlər sisteminin sinfi maraqlara münasibətdə şərtiliyini və qeyri-müstəqilliyini nəzərə alsaq belə, praktik ifadəsi olan etik ölçüyə malik deyildi. Bu fakt, hər şeydən əvvəl, təəccüblüdür, çünki etika min illərdir qətiyyətlə fəlsəfənin praktik hissəsi kimi qəbul olunur. Qramşinin sözləri ilə desək, Marks “praktik fəlsəfə” yaradaraq, bu praktikanı fərdi fəaliyyətlə əlaqələndirməyi vacib hesab etməmişdir – bunun niyəsini isə sonra başa düşəcəyik. İnsanın fəaliyyət prinsipləri və şəxsiyyət haqqında marksist təlimin təkmilləşdirilməsi və vəzifələr kolliziyasının faktiki nəzəri həllinə dair dialektik-materialist fikirlərdən xüsusi etik kateqoriyaların çıxarılmasına, ilk dəfə Georq Lukaç tərəfindən cəhd edilmişdir. Lakin əvvəlcə – yenə də onun köməyi ilə – məsələnin tarixini alman fəlsəfəsi çərçivəsində nəzərdən keçirməyə davam etməliyik.

Lukaçın 1930-cu illərdə qələmə aldığı “Gənc Hegel və kapitalist cəmiyyətin problemləri” adlı tarixi və fəlsəfi araşdırma kitabında, başqa xüsusatlarla yanaşı, vəzifələr kolliziyasının həllinə də cəhd edilmişdir. Lukaç öz kitabında, Hegelin bu kolliziyanı əvvəlcə bütün fəzilətlərin (və ondan irəli gələn əxlaqi məqamların) mütləqlik iddiasının rədd edildiyi mistik xristian sevgisi və fəzilətlərin hamısının bu dinin içində bir növ hərəkətli, lakin sadə vahid olması iddiası ilə həll etməyə çalışdığını izah edir. Fəqət onsuz da erkən və olduqca çiy bir sosial-fəlsəfi mətn olan “Əxlaq sistemi”ndə Hegel, daha sonra özünün “yetkin” sisteminə (“Hüquq fəlsəfəsi”, “Tarix fəlsəfəsi” və s.) keçirəcəyi etik universalizmin cinayətkar uyğunsuzluğunu aradan qaldırmaqdan ötrü, belə bir üsul inkişaf etdirir: bu qərarın mərkəzi nöqtəsi ümumbəşəri əxlaqın bir fərd tərəfindən yox, cəmiyyət tərəfindən qəbul edilməsi və bu kontekstdə əxlaq adını almasıdır. Hegel yazır:

“Əsas məsələ fərdin təkliyi deyil, mənəvi təbiətin həyatiliyi, ilahilikdir; tək fərd, onun təbiətini bütün həqiqəti ilə dərk edə bilməyəcək qədər kasıbdır. “

Müxtəlif fəzilətlər – əxlaqi aspekt və məqamlar – burada mücərrəd, bir-birinə əks prinsiplər (“vətəndaşlıq borcu”, “dini öhdəlik”, “dostluq vəzifəsi”) kimi, sırf spekulyativ mənada nəzərdə tutulmur, əksinə müxtəlif xalqlar, siniflər, cinslər və s. arasında bölüşdürülərək, bir-birini tamamlayan, yaxud ziddiyyətə girən canlı münasibətlər qurur. Hətta cinayətin özü belə, əxlaq tərəfindən müəyyən dərəcədə tanınır: cinayətkarlıq qanunla nəzərə alınır, hesaba qatılır, cəzanın qaçılmazlığı isə cinayəti hətta qanunauyğun edir; üstəlik, cinayət və cəza burada vahid bir əxlaqi akt kimi çıxış edir, bununla da cəza mahiyyət etibarilə cinayətin özünə çevrilir, sadəcə olaraq legitimlik qazanmış cinayət.

Lakin, Marksın da işarə etdiyi kimi, Hegel öz tezisini kifayət qədər bitkin işləməmişdi. Hegelin “Hüquq fəlsəfəsi”nə Marksın əsas etirazı da belədir ki: bütöv olan (siyasət daxil olmaqla) mahiyyət etibarilə konkret xüsusi olandan asılı vəziyyətə salınsa da, formal və mütləq olaraq onun üzərində dayanır; başqa sözlə, – ziddiyyətli əxlaqi məqamlar, xeyirlə şərin harmoniyasına dair müəyyən təsəvvürlə, yalnız kağız üzərində barışdırılır, necə ki, tələb və təklif mexanizminin avtomatik olaraq ümumi rifah halını yaxşılaşdıracağı ideyası kimi, bu da antaqonistlər tərəfindən guya öz-özünə yaranacaqdır. Hegelin “Hüquq fəlsəfəsi”nin tənqidində Marks yazır:

“Empirik reallıq… olduğu kimi qəbul edilir; eyni zamanda ağlabatan elan edilir, lakin ağlabatan olduğu üçün yox, sadəcə ona görə ki, onun empirik mövcudluğunun empirik faktına onun özünün xaricində yatan bir dəyər aid edilir. Nəzərə alınan fakt isə fakt kimi yox, mistik nəticə kimi götürülür.”

Buna görə də Hegel, hər iki tərəfin ortaq mənbəyinə istinad edərək, xüsusi müstəvidə yatan bütün münaqişələri asanlıqla həll edir. Marks Hegeli əxlaqın müxtəlif aspektlərinin – ailə, vətəndaş cəmiyyəti, müxtəlif təbəqələr – dövlətin bütövlüyü ilə sintezində sonradan işlənmiş postulatlar kimi gördüyünə, bu sintez onların öz mahiyyətindən doğmadığına görə tənqid edir – ona görə yox ki, Hegel onları xüsusi olaraq bir araya gətirmək üçün əziyyət çəkməyib, ona görə ki, burada nəzəri bir sintez mümkün deyil, axı doğrudan da axtarılan bütünlüyün özü yoxdur, onun varlığı illüziyasının yaradılması isə, əxlaqi tərəflərdən birinin (hakim sinifin) öz maraqlarını güdməsinə gətirir.

Beləliklə, Marks üçün vəzifələr kolliziyasının həlli, ilk növbədə bütöv bir sinifin praktiki vəzifəsi kimi mövcuddur: Hegeldən sonra Marks da vurğulayır ki, ümumbəşəri əxlaq qanunlarının mövcudluğu mümkünsüzdür, ancaq fərdin özünü onsuz da hər zaman tarixi gerçəkliyin filan yerində, filankəs kimi gördüyü az-çox adekvat, az-çox perspektivli, az-çox tutarlı reaksiyalar mövcuddur. O, sadəcə olaraq əlavə edir ki, həmin bu tarixi gerçəklik mahiyyətdə parçalanmışdır, ona görə də hətta sinxron kəsikdə belə, “adekvat” və “perspektivli” olmaq mümkündür (və bütün cəmiyyət miqyasında tarixən zəruridir). Bunu söylədikdən sonra Marks etik sahədən çəkilərək, yalnız kollektiv subyektlərin fəaliyyət göstərdiyi, vəzifələr və maksimalar əvəzinə isə maraqlar və taktikaların işlədiyi siyasi mübarizə arenasına keçir.

Budur, tarixi ekskursiyamızın son nöqtəsinə – ilk dəfə Lukaçın 1919-cu ildə yazdığı “Taktika və Etika” məqaləsində ortaya çıxan və yuxarıda qeyd olunan fərd haqqında marksist təlimə gəlirik. Məqalədəki məzmunu, aşağıdakı tezislərlə ümumiləşdirmək olar:

1- Əxlaqi maksimaların heç biri siyasi baxımdan biganə deyil: hamısı bu və ya digər şəkildə müəyyən bir təbəqənin maraqlarından irəli gəlir (Hegel bunu əxlaqın tərəfi və ya momenti adlandırır) və onların özünə yönəlmişdir. “Taktiki maksimalar”, yəni siyasi vahidlərin özlərinin vəzifə və mübarizə metodları, yuxarıda qeyd olunan səbəblərdən, qarşı sinifin mənafelərindən qaynaqlanan əxlaqi məqamları nəzərə almamalıdır – nəticədə onların məqsədləri yalnız bir-birinə zidd deyil, həm də bir-birini qarşılıqlı istisna edir. Burada, fərdin hər hansı bir maksimasını, hər hansı bir “vətəndaşlıq” və ya “dini” vəzifəsini onun saf və konkret tarixi əhəmiyyətinə çatdırmaqla – mövcud (mahiyyətcə bərabər olmayan, hakim) ictimai münasibətlərin reviziyası və dəyişdirilməsindən danışırıq. Biz, bu vəzifənin “fərdiliyi” və ona uyğun atılan addımları yalnız müəyyən bir sosial funksiyanın, sinif mənafeyinin və əxlaqi təlimin son instansiyası kimi aşkar edirik. Buradan belə çıxır ki, fərd üçün, qurucu sinifin maraqlarına uyğun gələn hər şey, həmin əxlaqi şüur baxımından fəzilətlidir.

2- Bu mübarizədə özünü tərəflərdən birinə (qaçılmaz olaraq) aid edən fərdin üzərinə düşən məsuliyyət mistik tarix və ya öz vicdanı qarşısındakı məsuliyyət deyil; burada fərd özü və ya tərəfdarlarından birinin konkret şəxsin lehinə etdiyi seçimə və konkret tarixi nəticəyə görə məsuliyyət daşıyır – çünki əslində kimin hərəkətinin bu və ya digər tərəfin qələbəsinə səbəb olacağını əvvəlcədən təxmin etmək mümkün deyil. Bu, çox vacib məqamdır: idealist qiyafəyə bürünsə də, aydındır ki, mahiyyətdə tamamilə materialistdir: əxlaqın son meyarı kimi, real siyasi prosesin nəticəsi çıxış edir.

3- Hər hansı bir prekapitalist sinifin mənafeyi və mənəvi maksimalar sistemi, öz hərəkətlərini qeyd-şərtsiz əxlaqi, qarşı tərəfin hərəkətlərini isə qeyd-şərtsiz qüsurlu hesab edir ki, bu da (ən azı iki belə sistemin hər zaman mövcudluğu işığında) ictimai şüurda parçalanmanın ən bariz sübutdur; tarixdə sinif mənafelərinin cəmiyyətin totallığı ilə üst-üstə düşdüyü ilk şüur – proletariatın sinif şüurudur.

4- Bu isə o deməkdir ki, başqa tərəfdən, özünün sinfi mübarizə praktikasında proletariat qaçılmaz olaraq başqa bir ziddiyyətə düşür: mübarizənin fəlsəfi-tarixi hədəfi, mübarizə və zorakılığı ləğv etmək olmalıdır.

Əlbəttə ki, ilk üç məqam marksizmin təməl həqiqətləri ilə əlaqədardır, dördüncü maddə isə inqilabi marksizmin (həmçinin, erkən Lukaçın özünün “Bolşevizm bir əxlaq problemi kimi” məqaləsində yazdığı kimi) reformist marksizm tərəfindən tənqidinin əsas nöqtəsidir. Həm Lukaç, həm marksizm, həm də ümumiyyətlə etika üçün həqiqi bir sıçrayış isə, hasil olan aşağıdakı nəticədir:

“Heç bir etika öz qarşısına, insan taleyindəki aşılmaz, faciəvi qarşıdurmaları düzəltmək və ya rədd etmək vəzifəsini <…> qoya bilməz. Əksinə: etik özünüdərketmə bizə situasiyaların – günah işləmədən hərəkət etmənin mümkün olmadığı faciəli vəziyyətlərin – olduğunu göstərir; eyni zamanda da günahkarlığın iki yolu arasında seçim etməli olduğumuzu, düzgün və yanlış hərəkətlər üçün standartın olduğunu öyrədir.”

Bu məqalədə öhdəliklər kolliziyası anlayışından bəhs edilməməsinə baxmayaraq, “günahkar olmağın iki yolu” haqqında yuxarıdakı sitat, mahiyyət etibarilə problemin marksist həlli deməkdir: bu həll isə, problemin ümumiyyətlə yalnız nəzəri cəhətdən həll edilə bilməyəcəyi gerçəyidir. Bir fərdi az və ya çox əhəmiyyətli bir seçimin qarşısında qoyan istənilən situasiyada seçiləcək müxtəlif variantların hər birinin arxasında həm fəzilətin qazanılması, həm də eyni zamanda hamının gözü önündə günaha batılması nəzərdə tutulub. Ancaq işlənən günah öz içində identik olmayacaq – hər hansı dəqiq alət ilə ölçülməsi mümkün olmasa da, bu təqsir, bu və ya digər hərəkətin konkret tarixi nəticəsinə bərabər olacaq. Biz nə etsək də, hər zaman azı bir nöqteyi-nəzərdən fəzilətli, digər nöqteyi-nəzərdən günahkar olacağıq – lakin bu baxış bucaqları və qiymətləndirilən hərəkətin miqyası heç zaman ixtiyari və bərabər olmayacaq. Günahı boynuna almağın faciəvi ehtiyacı, həmin günaha bəraət vermir, sadəcə günahın, mənəvi toqquşmaya səbəb olan münaqişənin həlli naminə işləndiyini bildirir, hətta bu günah öz yekliyində, kolliziyanın simpatik və qeyri-tragik sistemli iqnorundan daha böyük olsa da. Lukaçın vardığı etik nəticə öhdəliklər kolliziyasını həll etmək cəhdlərinin həqiqi kulminasiyası, son nəticə kimi etik universalizmin inkar edilməsidir. Sanki o, fundamental sosial qarşıdurma həll olunmayana qədər, hətta fərziyyə kimi nə düzgün bir hərəkət, nə də tamamilə fəzilətli bir fərdin mümkün olmadığı, qəribə bir etikanın iman simvoludur; etik pessimizmdən, nisbilikdən, davranış qaydalarının maraq göstərilməyən sosioloji təsvirindən də eyni dərəcədə uzaqdır: yəni, dialektik baxımdan optimistdir. Yaxşılıq və pislik, xeyir və şər hiyerarxiyası burada müqəddəsliyə ucalan pilləkən kimi yox, vadiyə enmək üçün keçilməsi zəruri olan dağ silsiləsi kimi qurulur; məzmununu yalnız obyektiv məlumatlardan və imkanlardan alır, eyni zamanda subyektin əxlaqi vəziyyətini bunlardan birinə aid edir və ona öz alovlu müraciətini ünvanlayır.

Zorakılığın həmişə pis olduğunu deyən qəti imperativlə polemikada marksizmin cavabı belədir: şər, sosial maddənin içinə işləmişdir. Heç kimə zərər verməyəcək şəkildə hərəkət etmək mümkün deyil (Qandinin siyasi fəaliyyəti nəticəsində yaranmış xeyriyyəçiliyi və vətəndaş müharibəsinin paradoksal təsirlərini xatırlayaq). Bu mənada, sadəcə mövcud şərtlərdə hərəkət etmək, onsuz da şiddət yaratmaq deməkdir. Bu, o demək deyil ki, dünyaya mütləq eyni həcmdə zorakılıqla cavab verilməlidir, yaxud siyasi cəhətdən məqsədəuyğun olan şiddət faciə olmaqdan çıxır. Bu o deməkdir ki, şiddəti tamamilə rədd etməklə, biz, bu gün müşahidə eməkdə olduğumuz, sistematik qaydada təkrarlanan şiddəti səssizcə dəstəkləyərik.

İnsan özünü günahdan tamamilə iraq hesab etməməli, lakin günahkarlıq da günahsızlığın mümkün olduğu vəziyyətə doğru hərəkətə mane olmamalıdır.

A. Roqojin

Сигма

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

07 Sentyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör