bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Niyyətin mənşəyi haqqında

Seymur Baycan Seymur Baycan
., Mövqe
22 İyul 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Seymur baycan
Paylaş

Ölüsü olan qırx gün ağlar, dəlisi olan hər gün.

Atalar məsəli

Böyük Viktor Hüqo deyirdi ki, arzuda iradə yoxdur. Yəni, hər hansı bir insanı tanımağın ən asan yollarından biri onun arzularını öyrənməkdir. İnsan arzularını dilə gətirdikdə, kobud ifadə etsək, özünü buraxır və içini, təbiətini istər-istəməz ortaya qoyur.

Hər dəfə Gürcüstanda xoşagəlməz bir hadisə baş verdikdə bir dəstə adam başlayır həmin hadisəni ciddi şəkildə müzakirə etməyə. Qonşu ölkədə baş verən ictimai-siyasi-mədəni məzmunlu bütün hadisələr, o cümlədən xoşagəlməz hadisələr də ciddi şəkildə müzakirə olunmalıdır. Bu, çox təbii haldır. Buna ancaq sevinmək olar. Təki camaat müğənnilərin dava-dalaşının, hansısa aparıcının kökəlməyininin, hansısa aktrisanın arıqlamağının əvəzinə ictimai-siyasi-mədəni məzmunlu hadisələri müzakirə etsin.

Lakin məsələnin maraqlı, həm də mənfi tərəfi ondan ibarətdir ki, bəzi adamlar qonşu ölkədə baş verən xoşagəlməz hadisələri müzakirə edərkən, rəylər, fikirlər bildirərkən sevinclərini gizlədə bilmirlər. Belələrinin sayı çox deyil. İnsafən Azərbaycanda siyasiləşmiş, nisbətən aktiv təbəqənin nümayəndələri qonşu ölkənin uğurlarına hər zaman seviniblər. Bu, elə belə də olmalıdır. Əgər insan təbiətcə həqiqətən demokratdırsa, harda olursa olsun demokratiyanın təntənəsinə, qələbəsinə sevinməlidir. Əgər insan təbiətcə həqiqətən demokratdırsa, harda olursa olsun demokratiyanın dayaqlarının sarsılmasına kədərlənməlidir…

Yaddaşım məni aldatmırsa, dəyəsən Corc Oruel belə deyirdi: “Cəmiyyətdə mənəvi böhran dərinləşdikcə, həqiqəti söyləyən adamlara qarşı nifrət daha da artır”. Çox maraqlıdır, niyə? Sadə bir səbəbə görə. Yaltaq adam istəyir ki, hamı yaltaq olsun və onun yaltaqlığı yaltaqlıq kimi görünməsin, norma, adi həyat tərzi, hətta zərurət kimi görünsün. Oğru istəyir ki, hamı oğru olsun və onun oğurluğu oğurluq kimi görünməsin, norma, adi həyat tərzi, hətta zərurət kimi görünsün. Bəzən beş-altı adamın yaltaqlanmadan, oğurluq etmədən yaşaması bütöv yaltaqlar və oğrular ordusunu narahat edir. Yaltaqlar ordusu istəyir ki, bu beş-altı adam bezsin, yorulsun, həyat fəlsəfəsinin, yaşayışının, getdiyi yolun “mənasızlığını” dərk etsin, min cür məhrumiyyətlərlə qarşılaşsın, ailəsinin, övladlarının qarşısında üzüqara olsun, nəhayət, canı boğazına yığılmış halda, onların ordusuna qoşulsun və onlar da dərindən rahat nəfəs alsınlar. Bu mənada həqiqəti söyləyən, hətta doğru yaşamağa cəhd edən adamlara qarşı bir cəmiyyətdə nifrətin artması həmin cəmiyyətdə mənəvi böhranın dərinləşməsinin göstəricisidir.

Cəhənnəmə gedən, özünə yoldaş axtarar. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməklərini bu atalar sözünün açdığı pəncərədən baxdıqda yaxşı başa düşmək olar. Bəzi adamlar istəyirlər ki, qonşuda da vəziyyət onların ölkəsindəki kimi bərbad olsun və bunun fonunda yaşadıqları ölkədəki bərbad vəziyyət, insan deyilən varlığın qarışqa qədər hüququnun, insan deyilən varlığın qarışqa qədər qiymətinin olmaması norma kimi görünsün. Köləliyin elə bir həddi var ki, kölə öz qandallarını sevməyə başlayır. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməkləri kölələrin öz qandallarını sevməyə başlamaqlarının əyani sübutudur. Əks halda bir insan qonşu ölkədə xoşagəlməz hadisələrin baş verməsinə, yaxud hardasa, lap olsun uzaq bir ölkədə demokratiyanın dayaqlarının sarsılmasına, despotizmin təntənəsinə niyə sevinməlidir ki?

İndi bir çox yoldaşlar bu suala cavab axtarırlar: Bir mitinqdə əllidən artıq jurnalist xəsarət aldığı halda Beynəlxalq söz azadlığı reytinqində niyə Azərbaycan yüz altmış səkkizinci, Gürcüstan isə altmışıncı yerdə dayanıb.

Bu suala media üzrə mütəxəssislər əhatəli və peşəkar cavab versələr daha yaxşı olar. Bir publisist kimi sadəcə onu deyə bilərəm ki, əllidən artıq jurnalistin xəsarət aldığı elə həmin mitinqi İctimai Televiziya canlı göstərirdi. Dünən keçirilən mitinqi də İctimai Televiziya canlı göstərməkdə idi. Beynalxalq söz azadlığı reytinqində Azərbaycanın yüz altmış səkkizinci, Gürcüstanın altmışıncı yerdə dayanmasını başa düşməyən, bunu ikili standart kimi qiymətləndirən yoldaşlar Azərbaycan İctimai Televizyasının müxalifətin mitinqini canlı nümayiş etdirməsini təsəvvür edirlərmi? Bəlkə belə bir şey olub, bəlkə belə bir şey var və dünyanın bundan xəbəri yoxdur?

Tokio Olimpiadasında Azərbaycan tərəfindən qırx dörd idmançı qüvvəsini sınaqdan keçirəcək. Bu qırx dörd idmançının azı yarısı ordan-burdan gətirilib milliləşdirilən idmançılardır. Gürcüstan isə Tokio Olimpiadasında otuz beş idmançı ilə iştirak edəcək. Bu otuz beş idmançının demək olar ki, hamısı Gürcüstanda yetişib. Azərbaycanda idmanın inkişafına xərclənən milyardları, üstəlik iki ölkə arasındakı əhali fərqini nəzərə aldıqda acınacaqlı vəziyyəti yəqin ki, asanlıqla təsəvvür edə bilərsiniz.

Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə sevinən cənablar bu kimi acınacaqlı halları müzakirəyə çıxarsalar həm özləri, həm də yaşadıqları ölkə üçün daha yaxşı olmazmı? Şüşə, patı deyilən zəhrimar Azərbaycanda adamları dəstə-dəstə, küçə-küçə, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon məhv etməkdədir. Yüzlərlə, minlərlə yox, on minlərlə ailələr dağılıb. Yüzminlərlə insanın, yeniyetmə oğlan və qızların həyatı məhv olub. Narkomaniya Azərbaycanda at oynadır, meydan sulayır. Vəziyyət faciəvi hal alıb. Bu faciəvi vəziyyətdən danışmaq əvəzinə kəsəklər oturub daş üçün ağlamaqdadır.

«Faciənin buynuzu olmur!» adlı yazıda qeyd etmişdik: “Siyasi şüuru formalaşmamış xalqlar gözlə görünməyən, əllə tutulmayan faciələri dərk etmirlər. Siyasi şüuru formalaşmamış xalqlar yalnız və yalnız gözlə görünən, əllə tutulan faciələrlə üzləşdikdən sonra necə bir dərin uçuruma düşdüklərini dərk edirlər. Onda da artıq gec olur. Uçuruma düşüb çıxmaq hər xalqın işi deyil”. Buyurun, gözlə görünməyən, əllə tutulmayan faciələrdən biri artıq gözlə görünməkdə, əllə tutulmaqdadır. Hələ qarşıda nələr olacağını bircə göydəki kişi bilir. Bizə ancaq ehtimal, güman etmək qalır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör