Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müqayisəli kütlə haqda kiçik esse

Elmir Mirzəyev Elmir Mirzəyev
., Sərbəst
26 İyun 2019

Gürcüstandır bu gün gündəm və mövzu. “Yenə də onlar…”

Çox yazmışam Gürcüstan haqda, müxtəlif məqalələrdə daima özümüzlə onları müqayisə etmişik, çalışmışıq obyektiv olaq, amma çətindir.

Desəm ki, heyran deyiləm o ölkəyə – yalan olar.

Desəm ki, özümüzü onlardan aşağı tuturam – doğru olmayacaq.

Amma bizi müqayisə etmək çətin, etməmək mümkünsüzdür – çünki qonşuyuq.

Gürcüstanda ən vacib məsələ insanların öz ölkəsinin tarixində subyekt qismində iştirakıdır -bunu onlar istər Çar Rusiyası zamanında, istər sovet dönəmində, istərsə də indi, müstəqilliyimizi bir yerdə qazandığımız son 30 ildə sübuta yetirdilər. 

Halbuki bizdə insanlar az qala hər zaman obyekt qismində rol alıb. Bizdə başlıca faktor gah geosiyasət (bu terminin ixtirasından çox-çox öncə əlbəttə ki), gah “enerjidaşıyıcıları” (hətta onları zəruri etmiş İkinci Sənaye inqilabından da öncə, neft yox, başqa nemətlər şəklində) və daha başqa nələrsə olub, indi də var. İnsanlarımızı üstələyəcək səviyyədə var yəni.

İndi də bir bambılı pravoslav-kommunist əsəbləşdirib onları, insanlar yenə meydandadır, artıq Parlament sədri istefaya gedib, Gürcüstanın müstəqillik dönəmində artıq neçənci inqilab gözlənilir. Rusiya əleyhinə də çox kəskin bir qətiyyət var cəmiyyətdə, xüsusən gənclikdə.

Bilmirəm, bəlkə onlara olar, bizə olmaz, bunca bəsitdirmi məsələ? Bəlkə də rus elə “öz pravoslav qardaşıdı”, necə deyərlər «döver de, sever de» (kocandır).

Bilmirəm, bildiyim yalnız odur ki, ölkələrimizin işğalı mövzusunda biz, süpürgəçidən prezidentə kimi, çox konkret 30 ildir sərasər onlara qeyd-şərtsiz dəstək versək də, heç zaman qarşılığını görmədik.

Bircə bu son prezidentləri Salome Zurabişvili xanım nəsə dilləndi Bakıda səfərdə olanda, amma görünür siyasətdə təzədir hələ, nəsə çaşıb deyib. Çünki bu mövzuda bəlkə də ən sevdiyim şəhərlərdən biri olan Tiflisdə belə qarşılıqsız olduğumuzu hər zaman hiss etmişəm, görən indi nə etməliyik? Verməyək qarşılıqsız dəstəyi? Axı o dəstək bizim öz maraqlarımızın da ifadəsi idi sanki?

İstənilən halda onlar Qafqazın avanqardıdır, bunu kimsə təkzib edə bilməyəcək. Nail olduqları çox məsələ var – ədəbiyyat, mədəniyyət, kino, jazz, daha nələr, amma bir daha təkrar edək ki, bunlardan ən başlıcası onların insanlarının öz ölkələrinin tarixində subyekt qismində iştirakıdır, buna cəhdidir.

Bu cəhd müsbət də ola bilər, neqativ də. Yaxşı xatirimdədir, ilk dəfə Tiflisə 29 il öncə – 1990-cı ilin 9 aprelində onların faciəsinin (30 il öncə, 1989-un aprelində sovet ordusu orada qırğın törətmişdi) ildönümünə konservatoriyadan bir neçə tələbə yığılıb getmişdik. Getmişdik deyəndə ki, az qala yarı Azərbaycan orada idi – Habil Əliyevdən (parlamentin önündəki izdihamlı mitinq iştirakçıları qarşısında stul qoydular, kamançasını çıxraıb kiçik bir çıxış elədi, yanımdakı yaşlı gürcü dayı “qlyanus Betxoven eta” qışqırdı) tutmuş, Sabir Rüstəmxanlıya kimi bir qatar adam, maşınlarla gələnlərin çoxunu isə yolda saxlamışdılar.

O vaxtı parlamentin qarşısına edilən yürüşdən (az qala bütün sovet respublikalarının müstəqillik hərəkatları öz bayraqları ilə gəlmişdilər) sonra axşam stadionda hamının iştirakı ilə böüyk bir mitinq oldu, həmin dövr üçün gürcü siyasətinin allahı olan Zviad Qamsaxurdiya – elə həmin il spiker və cəmi bir ildən sonra ölkənin ilk prezident olacaqdı – çıxış etdi.

İlk dəfə gürcü dilində “rusetis imperia” və “sakartvelo çvenia!” (Gürcüstan bizimdir!) şüarını orada eşitdim. Sonuncu müdhiş ifadənin nə demək olduğunu heç bilmirdik, izah edən də yox idi, eləcə vəcdlə ekzaltasiyada alqışlayırdıq dost və qardaş xalqın qurtuluş çabalarını. Sonradan anlayacaqdım bunun nə demək olduğunu və Gürcüstanı necə bir fəlakətə yuvarladığını.

Həmin gün daha çox kütlənin içində “Zviadi! Zviadi!” isterik çığırışları ilə fərqlənən tərəfdarlarının – bunların arasında gəlin kimi ağ paltar geymiş və teatral yürüşlə əllərində xaçla keçən qadınlar xüsusi diqqət çəkirdi, sanki Zviadın gəlinləri idilər – isterikası ilə yadımda qalan bu siyasətçi, Gürcüstanın ilk prezidenti Qamsaxurdiya həyatını çox müəmmalı bitirdi, amma bundan öncə sevdiyi ölkəsini uçuruma yuvarlamağa macal tapdı. 

İndi Tiflisin küçələrində yenə də insan kütlələri var.

Kütlə

Kütlə meydanlara çıxanda başqa sözə ehtiyac qalmır.

Kütlə o qədər qəddardır ki, Erkin Qədirlini 2013-cü ildə naçar-məcbur etməli olduğu çıxışa görə bağışlaya bilmir, ona istehza edir, çünki o yalan danışmadı, “əəə gəəərih!” deyib hayqırmadı meydanın üzünə. Müəllim olduğu dövrdə və sonra neçə insan yetişdirmiş, istedadlı və müstəsna potensialı olan bu dərin və səmimi insan həqiqətən bağışlanmazdır. Kütlə belə məsələləri bağışlaya bilsəydi daha kütlə olmazdı ki?

Gör heç Rüstəm müəllim yada düşürmü, yaxud “El” adlı bir təşkilatı kimsə xatırlayırmı? “Gəəərih!” deyib 25 ildir davam edənlərə bəs necə, kimsə istehza edirmi heç?

Yox təbii ki. Qamsaxurdiyanı da yəqin ki, Tiflisdə kimsə xatırlamır. Əlbəttə. 

Yaxşı, Gürcüstan haqda yetər, fikirlərimiz uzandı, qayıdaq özümüzə, bəs biz nə edəcəyik? Ekzistensial sualdır.

Çünki mövcudluğumuzu sürdüyümüz geosiyasi düyün bir çıxış yolu qoymur bizə.

Aydındır ki, cənubdakı qonşumuz dövlətimizin ən adicə varlığını özünə dərin təhqir və təhdid bilir. Osmanlı da bəlli, bir kəlmə: “bir vertalyot istədim, vermədilər”. Ən yaxşı halda “doğulu” kimi daxil ola bilərdik o məkana.

Yaxşı, o zaman bəlkə şimal çıxış sayılar? Yox. Bilmirəm.

Tamam, o zaman daha bir sual: Qərbin marağı varmı bizdə (elə Erkin demiş) “nəsə” olsun? Yoxdur. Birmənalı. Əsla. Bunu dəqiq bilirik. “Sabitlik” istəyir onlar, ağıllıdırlar, dəli deyillər ki? Baltakəsməz pulları-maraqları var, odur ki, yalnız sabitlik istəyirlər bizdən, özü də konkret AzTV deyənindən. Əşşi Putini Avropa Şurasına geri götürmüş adamlardır. ABŞ-ın da keçmiş səfiri YAP-ın Binəqədi şöbəsinin üzvü olub Siyavuş Novruzovun tabeliyində idi yəni, daha nə istəyirik ki, bu camaatdan?

O zaman sonuncu sual qalır: yaxşı, ümid qalır yalnız «inoplanetyannar»a, görən onlar haçan uçub gəlib Azərbaycanın maraqlarını təmin edəcək?

Elə bunu yazmışdım ki, göylərdən hayqırtı eşidildi: “Gəəərih!”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021

Redaktorun seçimi

İndi biz kimə inanaq?

Naftalin qoxulu ritorika

Hökumətin trolları və primitiv media siyasətinə dair

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Bertrand Russel – Gələcəyə mesajlar

Gizli nişan mərasimi

Dövlətə incəsənət lazımdırmı?

“Bəli, mən feministəm – mən pis qızam!”

Yeni neft müharibələri və Azərbaycan

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

Yuxulu kalaçililər

İqtisadi inkişaf modeli seçimi: Sinqapur nümunəsi

Ziya – Ziyalılıq – Missiya

Yoxdan bir bayraq

Tolstoy və Şekspir

Ac-yalavacların üsyanı

Təzə müdir

Total “Düşərgə”. Weltschmerz

Varanasi – dəfn tonqallarının şəhəri

Bakının “kapitalizm” yaddaşı

Firudin Allahverdinin Qars səfəri (II hissə)

“Emiqrant”. Roman. Doğrudan.

Kəpənəklər öləcək

Romantikadan uzaq adamlar

Bədbəxtlər üçün motivasiya kitabları

Samir Mirzəyevin yeni kitabı

Kayfda olan adamın fikirləri

Səhv göndərilən peyklər sayəsində nəzəriyyə sübuta yetirildi

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

Hərislik öz yerində, amma biz dürüstük

Müqayisəli kütlə haqda kiçik esse

Elmir Mirzəyev Elmir Mirzəyev
., Sərbəst
26 İyun 2019

Gürcüstandır bu gün gündəm və mövzu. “Yenə də onlar…”

Çox yazmışam Gürcüstan haqda, müxtəlif məqalələrdə daima özümüzlə onları müqayisə etmişik, çalışmışıq obyektiv olaq, amma çətindir.

Desəm ki, heyran deyiləm o ölkəyə – yalan olar.

Desəm ki, özümüzü onlardan aşağı tuturam – doğru olmayacaq.

Amma bizi müqayisə etmək çətin, etməmək mümkünsüzdür – çünki qonşuyuq.

Gürcüstanda ən vacib məsələ insanların öz ölkəsinin tarixində subyekt qismində iştirakıdır -bunu onlar istər Çar Rusiyası zamanında, istər sovet dönəmində, istərsə də indi, müstəqilliyimizi bir yerdə qazandığımız son 30 ildə sübuta yetirdilər. 

Halbuki bizdə insanlar az qala hər zaman obyekt qismində rol alıb. Bizdə başlıca faktor gah geosiyasət (bu terminin ixtirasından çox-çox öncə əlbəttə ki), gah “enerjidaşıyıcıları” (hətta onları zəruri etmiş İkinci Sənaye inqilabından da öncə, neft yox, başqa nemətlər şəklində) və daha başqa nələrsə olub, indi də var. İnsanlarımızı üstələyəcək səviyyədə var yəni.

İndi də bir bambılı pravoslav-kommunist əsəbləşdirib onları, insanlar yenə meydandadır, artıq Parlament sədri istefaya gedib, Gürcüstanın müstəqillik dönəmində artıq neçənci inqilab gözlənilir. Rusiya əleyhinə də çox kəskin bir qətiyyət var cəmiyyətdə, xüsusən gənclikdə.

Bilmirəm, bəlkə onlara olar, bizə olmaz, bunca bəsitdirmi məsələ? Bəlkə də rus elə “öz pravoslav qardaşıdı”, necə deyərlər «döver de, sever de» (kocandır).

Bilmirəm, bildiyim yalnız odur ki, ölkələrimizin işğalı mövzusunda biz, süpürgəçidən prezidentə kimi, çox konkret 30 ildir sərasər onlara qeyd-şərtsiz dəstək versək də, heç zaman qarşılığını görmədik.

Bircə bu son prezidentləri Salome Zurabişvili xanım nəsə dilləndi Bakıda səfərdə olanda, amma görünür siyasətdə təzədir hələ, nəsə çaşıb deyib. Çünki bu mövzuda bəlkə də ən sevdiyim şəhərlərdən biri olan Tiflisdə belə qarşılıqsız olduğumuzu hər zaman hiss etmişəm, görən indi nə etməliyik? Verməyək qarşılıqsız dəstəyi? Axı o dəstək bizim öz maraqlarımızın da ifadəsi idi sanki?

İstənilən halda onlar Qafqazın avanqardıdır, bunu kimsə təkzib edə bilməyəcək. Nail olduqları çox məsələ var – ədəbiyyat, mədəniyyət, kino, jazz, daha nələr, amma bir daha təkrar edək ki, bunlardan ən başlıcası onların insanlarının öz ölkələrinin tarixində subyekt qismində iştirakıdır, buna cəhdidir.

Bu cəhd müsbət də ola bilər, neqativ də. Yaxşı xatirimdədir, ilk dəfə Tiflisə 29 il öncə – 1990-cı ilin 9 aprelində onların faciəsinin (30 il öncə, 1989-un aprelində sovet ordusu orada qırğın törətmişdi) ildönümünə konservatoriyadan bir neçə tələbə yığılıb getmişdik. Getmişdik deyəndə ki, az qala yarı Azərbaycan orada idi – Habil Əliyevdən (parlamentin önündəki izdihamlı mitinq iştirakçıları qarşısında stul qoydular, kamançasını çıxraıb kiçik bir çıxış elədi, yanımdakı yaşlı gürcü dayı “qlyanus Betxoven eta” qışqırdı) tutmuş, Sabir Rüstəmxanlıya kimi bir qatar adam, maşınlarla gələnlərin çoxunu isə yolda saxlamışdılar.

O vaxtı parlamentin qarşısına edilən yürüşdən (az qala bütün sovet respublikalarının müstəqillik hərəkatları öz bayraqları ilə gəlmişdilər) sonra axşam stadionda hamının iştirakı ilə böüyk bir mitinq oldu, həmin dövr üçün gürcü siyasətinin allahı olan Zviad Qamsaxurdiya – elə həmin il spiker və cəmi bir ildən sonra ölkənin ilk prezident olacaqdı – çıxış etdi.

İlk dəfə gürcü dilində “rusetis imperia” və “sakartvelo çvenia!” (Gürcüstan bizimdir!) şüarını orada eşitdim. Sonuncu müdhiş ifadənin nə demək olduğunu heç bilmirdik, izah edən də yox idi, eləcə vəcdlə ekzaltasiyada alqışlayırdıq dost və qardaş xalqın qurtuluş çabalarını. Sonradan anlayacaqdım bunun nə demək olduğunu və Gürcüstanı necə bir fəlakətə yuvarladığını.

Həmin gün daha çox kütlənin içində “Zviadi! Zviadi!” isterik çığırışları ilə fərqlənən tərəfdarlarının – bunların arasında gəlin kimi ağ paltar geymiş və teatral yürüşlə əllərində xaçla keçən qadınlar xüsusi diqqət çəkirdi, sanki Zviadın gəlinləri idilər – isterikası ilə yadımda qalan bu siyasətçi, Gürcüstanın ilk prezidenti Qamsaxurdiya həyatını çox müəmmalı bitirdi, amma bundan öncə sevdiyi ölkəsini uçuruma yuvarlamağa macal tapdı. 

İndi Tiflisin küçələrində yenə də insan kütlələri var.

Kütlə

Kütlə meydanlara çıxanda başqa sözə ehtiyac qalmır.

Kütlə o qədər qəddardır ki, Erkin Qədirlini 2013-cü ildə naçar-məcbur etməli olduğu çıxışa görə bağışlaya bilmir, ona istehza edir, çünki o yalan danışmadı, “əəə gəəərih!” deyib hayqırmadı meydanın üzünə. Müəllim olduğu dövrdə və sonra neçə insan yetişdirmiş, istedadlı və müstəsna potensialı olan bu dərin və səmimi insan həqiqətən bağışlanmazdır. Kütlə belə məsələləri bağışlaya bilsəydi daha kütlə olmazdı ki?

Gör heç Rüstəm müəllim yada düşürmü, yaxud “El” adlı bir təşkilatı kimsə xatırlayırmı? “Gəəərih!” deyib 25 ildir davam edənlərə bəs necə, kimsə istehza edirmi heç?

Yox təbii ki. Qamsaxurdiyanı da yəqin ki, Tiflisdə kimsə xatırlamır. Əlbəttə. 

Yaxşı, Gürcüstan haqda yetər, fikirlərimiz uzandı, qayıdaq özümüzə, bəs biz nə edəcəyik? Ekzistensial sualdır.

Çünki mövcudluğumuzu sürdüyümüz geosiyasi düyün bir çıxış yolu qoymur bizə.

Aydındır ki, cənubdakı qonşumuz dövlətimizin ən adicə varlığını özünə dərin təhqir və təhdid bilir. Osmanlı da bəlli, bir kəlmə: “bir vertalyot istədim, vermədilər”. Ən yaxşı halda “doğulu” kimi daxil ola bilərdik o məkana.

Yaxşı, o zaman bəlkə şimal çıxış sayılar? Yox. Bilmirəm.

Tamam, o zaman daha bir sual: Qərbin marağı varmı bizdə (elə Erkin demiş) “nəsə” olsun? Yoxdur. Birmənalı. Əsla. Bunu dəqiq bilirik. “Sabitlik” istəyir onlar, ağıllıdırlar, dəli deyillər ki? Baltakəsməz pulları-maraqları var, odur ki, yalnız sabitlik istəyirlər bizdən, özü də konkret AzTV deyənindən. Əşşi Putini Avropa Şurasına geri götürmüş adamlardır. ABŞ-ın da keçmiş səfiri YAP-ın Binəqədi şöbəsinin üzvü olub Siyavuş Novruzovun tabeliyində idi yəni, daha nə istəyirik ki, bu camaatdan?

O zaman sonuncu sual qalır: yaxşı, ümid qalır yalnız «inoplanetyannar»a, görən onlar haçan uçub gəlib Azərbaycanın maraqlarını təmin edəcək?

Elə bunu yazmışdım ki, göylərdən hayqırtı eşidildi: “Gəəərih!”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel