Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mirzə Ələkbər Sabirin qətli

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
28 İyun 2020

1

Raziyəm ölməyə mən, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.

Yuxarıdakı beyt Mirzə Ələkbər Sabirin son misralarındandır.

Bu misralar cəmi iki ay – 1911-ci ilin iyul-avqust aylarında işıq üzü görən “Məlumat” qəzetinin 4 iyul 1911-ci il sayında qarşımıza çıxır.

Qəzetin sahibi Hacı İbrahim Qasımovun həmin nömrədə dərc olunan baş məqaləsində Sabirin səhhətinin ağır olmasından yazılır və xatırladılırdı ki, onun müalicəsinə yardım göstərmək üçün bir müddətdir çağırışlar edilsə də, cüzi məbləğdə pul toplanıb. Ardınca da məqalə müəllifi “Müsəlmanların cəhaləti ilə bacarmaqmı olar? Müsəlmanların qədirbilməzliyinə nə söyləyə bilərsən? Buna bir əncam etməkmi olar? Əstəğfürullah, sümmə əstəğfürullah!” – deyə fəryad qoparırdı.

Yenə elə həmin yazıda oxuyuruq: “…axırıncı üç-dörd ildə bir neçə yəhudi, erməni və rus ədiblərinə yubileylər verildi. Onların nəfinə qırx min, əlli minlərlə pullar toplandı… Lakin təəssüf ki, müsəlmanlara gəlincə xeyriyyə işlərində yalnız adları bir neçə dəfə yazılmaq şərtilə (kursiv bizimdir – E.A), görürsən ki, bir neçə qəpik-quruş ehsan edirlər“.

Hacı İbrahimin qələmə aldığı bu sətirlərin işıq üzü görməsindən cəmi bir həftə sonra – iyulun 12-də Sabirin ölüm xəbəri yayıldı…

Əslində bu ölüm xəbərindən çox qətl xəbəri idi: təkcə ağır xəstəlik yox, eyni zamanda taleyinə ictimai biganəlik və laqeydlik böyük şairin axırına çıxmışdı!

Bu, illərdən bəridir kütlənin təzyiq və təhdidləri ilə üzbəüz qalan, onun amansız basqılarından boğaza yığılan bir insan, bir qələm adamı üçün əslində gözlənilən sonluq idi…

2

Sabirin dostları, yoldaşları onun səhhəti pisləşdikdən dərhal sonra hərəkətə keçmişdilər. 1910-cu ilin sonlarında xəstəlik səbəbilə Bakıdan doğulduğu Şamaxıya qayıdan Mirzə Ələkbəri müalicə üçün Tiflisə aparmağa razı salmışdılar.

“…Orada Mirzə Cəlilin himayəsi ilə konsilium olduqda Sabirin vərəmlənməsini eşitdik… Şairə ciddi müalicə lazım idi. Mirzə Cəlil onun xəstəxana küncündə yardımsız qalmağına razı olmayıb öz ailəsində onu müalicə etməyə hümmət göstərmişdi. Mirzənin yoldaşı Həmidə xanım şəfqət bacılığı vəzifəsini öhdəsinə alıb onun hər bir zəhmətini çəkirdi. Bir müddət sonra müalicədən sonra Sabir bir qədər yaxşılaşıb Şamaxıya qayıtmışdı. Ancaq bədəncə zəiflədiyinə görə daha heç bir işə qabil olmayaraq, Abbas Səhhətin müalicəsi altında bəstəri olub (yorğan-döşəyə düşüb – E.A) yatırdı…” (Sultan Məcid Qənizadənin “Sabir haqqında kiçik bir xatirə” məqaləsindən).

Yeri gəlmişkən: Tiflisin ən yaxşı həkimləri müayinələrdən və məsləhətləşmələrdən sonra Sabirə əməliyyat edilməsini məsləhət görürlər. Lakin Mirzə Ələkbər bundan qorxur və boyun qaçırır.

Mirzə Cəlilin həyat yoldaşı, Tiflisə gələ bilməsi üçün Sabirə yolpulu göndərən Həmidə xanımın xatirələrində oxuyuruq ki, onun özü də şairi əməliyyata razı salmaq üçün xeyli dilə tutur, bir çox xəstələrin bu cür əməliyyatlardan sonra yaxşılaşdığını deyir. Lakin Mirzə Ələkbər yenə razılaşmır: “Mənim qarnım portmanat deyil ki, istədiyiniz kimi açıb qapayasınız, bəlkə kəsdiniz əmələ gəlmədi…

3

Şamaxıya qayıtdıqdan qısa müddət sonra xəstəliyi yenidən şiddətlənməyə başlayan, eyni zamanda yoxsulluq içində çapalayan Sabirin müalicəsini təşkil etmək məqsədilə dostları, dövrünün mütərəqqi insanları tərəfindən ianə kampaniyası başlatmışdılar.

“İanə göndərmək istəyən qardaşlar “Molla Nəsrəddin” idarəsinə (redaksiyasına – E.A) müraciət edə bilərlər. Bizim də təklifimiz bu olacaq ki, göndərilən ianəni buradan yollayaq Şamaxı şəhərində məşhur və möhtərəm tacirlərimizdən Hacı Əbdürrəhim Səmədov cənablarına ki, o da Mirzə Abbasqulu Səhhət vasitəsilə xəstəmizə yetirsin” – 23 aprel 1911-ci il tarixli sayında “Molla Nəsrəddin” dərgisində yazılmışdı.

“…Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə düşüb yatır. Amma biz onun yoxsulluğundan və ağır naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, kefimizi pozmur. Bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və qədirbilməzlik deyilmi? İndi yenə də… xəstə şairimizə yardım əli uzatmağı təmənna edirik və bu kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır” – bu sətirlər isə görkəmli aydınlarımızdan Firudin bəy Köçərlinin eyni dərginin bir ay sonra, 22 may 1911-ci il tarixli sayındakı çağırışındandır.

Gəl gör ki sonda cüzi məbləğdə yardım toplamaq mümkün oldu.

4

Bəlkə də nəticənin elə bu cür olacağını bəri başdan bildiyi üçün Sabir ona kömək məqsədilə ianə kampaniyası başladılmasına isti yanaşmamışdı.

Bunu Hacı İbrahim Qasımovun Sabirlə son görüşü haqda qələmə aldığı xatirədən də aydın görmək olar: “İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, “İslamiyyə” mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.

Sabir evdə çarpayının üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O, mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:

– Sabir, müsaidənizlə sizə bir təklifim vardır.

– Söylə.

– Sizin, şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum “Məlumat” qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.

Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi (kursiv bizimdir – E.A). Dərin bir qüssə içində dedi:

– Hacı! Siyahı açmağa qətiyyən müsaidə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir…” (“Ədəbiyyat qəzeti”, 16 iyul, 1936-cı il).

Buyurun – bir tərəfdə varlığını xalqına ərməğan etməyə hazır olan bir ürək və düşüncə sahibi!

Digər yanda isə illər uzunudur daşqalaq etdiyi həmin ürək və düşüncə sahibinə son nəfəsdə belə acımayan, ona yardım əli uzatmaqdan boyun qaçıran kütlə!

O kütlə ki gün gələcək Sabirə heykəllər qoyacaq, adını küçələrə verəcək, məzarı başında bəlağətli nitqlər söyləyəcək, ruhuna rəhmət oxuyacaq, kitablarını əldən ələ ötürəcək, şeirlərini əzbər söyləyəcək, lakin fərdlər halında yenə də böyük şairin prototipləri olaraq qalacaqdı.

5

Mirzə Ələkbərin dəfnində baş verənlər isə onun sağlığında yaşadığı əzabların, ağrıların, iztirabların qısa xülasəsi (və məntiqi yekunu!) hesab edilə bilər.

Böyük şairin meyiti basdırıldığı “Yeddi Günbəz” məzarlığına aparılmazdan öncə Şamaxının Qalabazar məhəlləsindəki eyniadlı məscidinin qarşısında yerə qoyulur.

Axund Mirmehdi ağa cənazə namazı qılmalı idi. Onun evi məscid ilə qapıbir qonşu olduğundan camaat gözünü oraya zilləyib axundun təşrif buyurmasını gözləməyə başlayır. Lakin Mirmehdi ağa evindən çıxmır. Tezliklə adamlar arasında pıçhapıç düşür: məlum olur ki, o, Sabirin cənazə namazını qılmaq istəmir. Bu vaxt ətrafdakı maarifpərvər gənclərdən bir neçəsi axundun əleyhinə şüarlar səsləndirməyə başlayırlar. Vəziyyəti belə görən Mirmehdi ağa məcbur qalıb evdən çıxmalı olur.

Sultan Məcid Qənizadənin yazdığı kimi: “Axund dinsiz şairin namazını qıldısa da, dua əvəzinə lənət oxuyub onun cənazəsini cəhənnəmə göndərmək istədiyi qiyafəsindən görünürdü…“

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Yəhudi tərzi sosializm

Nasistlərin seks kuklaları və pank rok

30 ilin əfsanələşmiş şayiələri

“Qarabağ boyda dərdimiz” travması

Bonsai sənəti

Koqnitiv dissonans

Cambridge Casus Toru və Kim Philby

Tələbələrin tələbi

Bakının identikliyi

Tofiqus Yaqubus. Post-modern karnaval

Dəvədən böyük fil

Namizədin ilk imzatoplama cəhdi

Yarpaqlanmadan çiçək açan bitkilər

Cənnət illüziyası, yoxsa isveçrəsayağı kommunizm – II hissə

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

Hacı Xanməmmədovun ecazkar səs palitrası

İtil, ey büt!

Cəmil Həsənlinin kitabındakı yarımçıq bölmə

Məsuliyyətsiz və tərbiyəsiz biz

Əsl kommunizm necə olur?

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Asqırmaqla öskürməyin əşəddu-fərqi

Tütünçü

“Propaqandon”

“Müəyyən qədər” maliyyə sabitliyi

Moskvada Fərəc Qarayevin müəllif konserti

İyrənmə

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Cəfər Cabbarlının ölümü – 2

Atəşkəs vaxtının düşüncələri

Mirzə Ələkbər Sabirin qətli

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
28 İyun 2020

1

Raziyəm ölməyə mən, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.

Yuxarıdakı beyt Mirzə Ələkbər Sabirin son misralarındandır.

Bu misralar cəmi iki ay – 1911-ci ilin iyul-avqust aylarında işıq üzü görən “Məlumat” qəzetinin 4 iyul 1911-ci il sayında qarşımıza çıxır.

Qəzetin sahibi Hacı İbrahim Qasımovun həmin nömrədə dərc olunan baş məqaləsində Sabirin səhhətinin ağır olmasından yazılır və xatırladılırdı ki, onun müalicəsinə yardım göstərmək üçün bir müddətdir çağırışlar edilsə də, cüzi məbləğdə pul toplanıb. Ardınca da məqalə müəllifi “Müsəlmanların cəhaləti ilə bacarmaqmı olar? Müsəlmanların qədirbilməzliyinə nə söyləyə bilərsən? Buna bir əncam etməkmi olar? Əstəğfürullah, sümmə əstəğfürullah!” – deyə fəryad qoparırdı.

Yenə elə həmin yazıda oxuyuruq: “…axırıncı üç-dörd ildə bir neçə yəhudi, erməni və rus ədiblərinə yubileylər verildi. Onların nəfinə qırx min, əlli minlərlə pullar toplandı… Lakin təəssüf ki, müsəlmanlara gəlincə xeyriyyə işlərində yalnız adları bir neçə dəfə yazılmaq şərtilə (kursiv bizimdir – E.A), görürsən ki, bir neçə qəpik-quruş ehsan edirlər“.

Hacı İbrahimin qələmə aldığı bu sətirlərin işıq üzü görməsindən cəmi bir həftə sonra – iyulun 12-də Sabirin ölüm xəbəri yayıldı…

Əslində bu ölüm xəbərindən çox qətl xəbəri idi: təkcə ağır xəstəlik yox, eyni zamanda taleyinə ictimai biganəlik və laqeydlik böyük şairin axırına çıxmışdı!

Bu, illərdən bəridir kütlənin təzyiq və təhdidləri ilə üzbəüz qalan, onun amansız basqılarından boğaza yığılan bir insan, bir qələm adamı üçün əslində gözlənilən sonluq idi…

2

Sabirin dostları, yoldaşları onun səhhəti pisləşdikdən dərhal sonra hərəkətə keçmişdilər. 1910-cu ilin sonlarında xəstəlik səbəbilə Bakıdan doğulduğu Şamaxıya qayıdan Mirzə Ələkbəri müalicə üçün Tiflisə aparmağa razı salmışdılar.

“…Orada Mirzə Cəlilin himayəsi ilə konsilium olduqda Sabirin vərəmlənməsini eşitdik… Şairə ciddi müalicə lazım idi. Mirzə Cəlil onun xəstəxana küncündə yardımsız qalmağına razı olmayıb öz ailəsində onu müalicə etməyə hümmət göstərmişdi. Mirzənin yoldaşı Həmidə xanım şəfqət bacılığı vəzifəsini öhdəsinə alıb onun hər bir zəhmətini çəkirdi. Bir müddət sonra müalicədən sonra Sabir bir qədər yaxşılaşıb Şamaxıya qayıtmışdı. Ancaq bədəncə zəiflədiyinə görə daha heç bir işə qabil olmayaraq, Abbas Səhhətin müalicəsi altında bəstəri olub (yorğan-döşəyə düşüb – E.A) yatırdı…” (Sultan Məcid Qənizadənin “Sabir haqqında kiçik bir xatirə” məqaləsindən).

Yeri gəlmişkən: Tiflisin ən yaxşı həkimləri müayinələrdən və məsləhətləşmələrdən sonra Sabirə əməliyyat edilməsini məsləhət görürlər. Lakin Mirzə Ələkbər bundan qorxur və boyun qaçırır.

Mirzə Cəlilin həyat yoldaşı, Tiflisə gələ bilməsi üçün Sabirə yolpulu göndərən Həmidə xanımın xatirələrində oxuyuruq ki, onun özü də şairi əməliyyata razı salmaq üçün xeyli dilə tutur, bir çox xəstələrin bu cür əməliyyatlardan sonra yaxşılaşdığını deyir. Lakin Mirzə Ələkbər yenə razılaşmır: “Mənim qarnım portmanat deyil ki, istədiyiniz kimi açıb qapayasınız, bəlkə kəsdiniz əmələ gəlmədi…

3

Şamaxıya qayıtdıqdan qısa müddət sonra xəstəliyi yenidən şiddətlənməyə başlayan, eyni zamanda yoxsulluq içində çapalayan Sabirin müalicəsini təşkil etmək məqsədilə dostları, dövrünün mütərəqqi insanları tərəfindən ianə kampaniyası başlatmışdılar.

“İanə göndərmək istəyən qardaşlar “Molla Nəsrəddin” idarəsinə (redaksiyasına – E.A) müraciət edə bilərlər. Bizim də təklifimiz bu olacaq ki, göndərilən ianəni buradan yollayaq Şamaxı şəhərində məşhur və möhtərəm tacirlərimizdən Hacı Əbdürrəhim Səmədov cənablarına ki, o da Mirzə Abbasqulu Səhhət vasitəsilə xəstəmizə yetirsin” – 23 aprel 1911-ci il tarixli sayında “Molla Nəsrəddin” dərgisində yazılmışdı.

“…Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə düşüb yatır. Amma biz onun yoxsulluğundan və ağır naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, kefimizi pozmur. Bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və qədirbilməzlik deyilmi? İndi yenə də… xəstə şairimizə yardım əli uzatmağı təmənna edirik və bu kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır” – bu sətirlər isə görkəmli aydınlarımızdan Firudin bəy Köçərlinin eyni dərginin bir ay sonra, 22 may 1911-ci il tarixli sayındakı çağırışındandır.

Gəl gör ki sonda cüzi məbləğdə yardım toplamaq mümkün oldu.

4

Bəlkə də nəticənin elə bu cür olacağını bəri başdan bildiyi üçün Sabir ona kömək məqsədilə ianə kampaniyası başladılmasına isti yanaşmamışdı.

Bunu Hacı İbrahim Qasımovun Sabirlə son görüşü haqda qələmə aldığı xatirədən də aydın görmək olar: “İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, “İslamiyyə” mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.

Sabir evdə çarpayının üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O, mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:

– Sabir, müsaidənizlə sizə bir təklifim vardır.

– Söylə.

– Sizin, şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum “Məlumat” qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.

Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi (kursiv bizimdir – E.A). Dərin bir qüssə içində dedi:

– Hacı! Siyahı açmağa qətiyyən müsaidə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir…” (“Ədəbiyyat qəzeti”, 16 iyul, 1936-cı il).

Buyurun – bir tərəfdə varlığını xalqına ərməğan etməyə hazır olan bir ürək və düşüncə sahibi!

Digər yanda isə illər uzunudur daşqalaq etdiyi həmin ürək və düşüncə sahibinə son nəfəsdə belə acımayan, ona yardım əli uzatmaqdan boyun qaçıran kütlə!

O kütlə ki gün gələcək Sabirə heykəllər qoyacaq, adını küçələrə verəcək, məzarı başında bəlağətli nitqlər söyləyəcək, ruhuna rəhmət oxuyacaq, kitablarını əldən ələ ötürəcək, şeirlərini əzbər söyləyəcək, lakin fərdlər halında yenə də böyük şairin prototipləri olaraq qalacaqdı.

5

Mirzə Ələkbərin dəfnində baş verənlər isə onun sağlığında yaşadığı əzabların, ağrıların, iztirabların qısa xülasəsi (və məntiqi yekunu!) hesab edilə bilər.

Böyük şairin meyiti basdırıldığı “Yeddi Günbəz” məzarlığına aparılmazdan öncə Şamaxının Qalabazar məhəlləsindəki eyniadlı məscidinin qarşısında yerə qoyulur.

Axund Mirmehdi ağa cənazə namazı qılmalı idi. Onun evi məscid ilə qapıbir qonşu olduğundan camaat gözünü oraya zilləyib axundun təşrif buyurmasını gözləməyə başlayır. Lakin Mirmehdi ağa evindən çıxmır. Tezliklə adamlar arasında pıçhapıç düşür: məlum olur ki, o, Sabirin cənazə namazını qılmaq istəmir. Bu vaxt ətrafdakı maarifpərvər gənclərdən bir neçəsi axundun əleyhinə şüarlar səsləndirməyə başlayırlar. Vəziyyəti belə görən Mirmehdi ağa məcbur qalıb evdən çıxmalı olur.

Sultan Məcid Qənizadənin yazdığı kimi: “Axund dinsiz şairin namazını qıldısa da, dua əvəzinə lənət oxuyub onun cənazəsini cəhənnəmə göndərmək istədiyi qiyafəsindən görünürdü…“

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel