Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Milli kimlik anlayışının formalaşmasında kədər məfhumunun rolu

Asiman İsmayılzadə Asiman İsmayılzadə
., Mövqe
15 Avqust 2020
Oxuma vaxtı:18 dəqiqəyə oxunur
Large group pf people in the shape of a fingerprint on an isolated white background. People finding there identity, identity theft, individuality concept.
Paylaş

«La souffrance en commun unit plus que la joie. En fait de souvenirs nationaux, les deuils valent mieux que les triomphes, car ils imposent des devoirs, ils commandent l’effort en commun.»[1]

“İnsanları sevincdən daha çox ortaq əzablar birləşdirir. Milli yaddaş nöqteyi-nəzərindən, ağır itkilər zəfərlərdən daha yaxşıdır, çünki onlar öhdəliklər yaradır, ümumi səyləri idarə edir”

Qloballaşan dünyanın inkişaf etmiş ölkələrində milli kimlik[2] anlayışı yavaş-yavaş əhəmiyyətini itirməyə başlasa da, hələ də öz “kimliyini” itirmək təhlükəsi ilə üz-üzə olan xalqların gündəmindədir. Sovet İttifaqı dağıldıqdan sonra yeni bir perioda keçən Azərbaycan xalqı da zaman-zaman bunu müzakirə edir. Lakin milli kimlik, etnik kimlik, vətəndaşlıq kimliyi fərqlı anlayışlar olub, biri digərindən asılı və ya müstəqil mövcud ola bilən elementlərdir. Bu məqalədə sözügedən üç anlayışı bir- birindən fərqləndirməyə, daha sonra milli kimliyin üzərində daha geniş duraraq, tarixdən misallarla onun formalaşmasında kədər elementinin əhəmiyyətini ölçməyə çalışacağıq.

Kimlik varlığın, onun mənsubiyyətinin təsviri olub iki əsas sütundan ibarətdir: adlandıran və adlanan.[3] Hər an dəyişməkdə olan siyasi arenada qloballaşmaya ayaq uydurmaq və etnik kimliyi qoruyub saxlamaq iki fərqli tendensiyaya çevrilmişdir. Artıq dünya bir mozaikanın fərqlı rəngləri kimi çeşidli mədəniyyətlərdən ziyadə, monokulturallıq[4] axtarışındadır. Biz bunu sosial həyatın müxtəlif sferalarında görə bilərik. Lakin elə sivilizasiyalar var ki, öz “fərqlilikləri” ucbatından bu əməkdaşlıqdan çıxdaş edilməyə meyillidir. Kimlik məsələsi məhz bu çərçivədə assimilyasiya olmaqdan qorxan xalqların gündəmindədir.             

Kimliyin formalaşması temporal bir prosesin şəraitinə uyğun qurulur və zaman və məkandan olduqca asılıdır. Bu anlayış həm davamlılıq anlayışı, həm də ziddiyyət yaratmadan dəyişiklik anlayışı ilə müşayiət olunur. “Özün” “digəri” ilə münasibətində bir transformasiya olmadığı təqdirdə sözügedən davamlılıq heç bir əhəmiyyət daşımır.

Kimlikdən danışarkən əsas iki element meydana çıxır: “Öz” və “digəri”.[5] Fərd həm özünün şəxsi həyatında, həm siyasi müstəvidə, həm də mədəni anlamda bu iki elementi müəyyən edir. “Öz” kimdir? “Digəri” kimdir? “Biz” kimdir? “Yad” kimdir?

Sosial və mədəni kimlikləri biz “verilən” və “qazanılmış” olaraq iki kateqoriyaya ayıra bilərik.[6] Ailə, etnik qrup, cəmiyyət, icma, millət və mənsub olduğun sivilizasiya “verilən” kimlikdir. Bunların bəzilərini sonradan dəyişdirmək mümkün olsa da, onlara mənsubiyyət insanın iradəsi xaricində baş verir. Sadalanan bu kimliklər sosiallaşma prosesinin bir hissəsi olaraq meydana çıxır. Onlar daxili xüsusiyyətlərinə görə, olduqca müstəsnadır.

Verilən kimliklərin və onların xüsusiyyətlərinin əksinə, fərdin iradəsi ilə seçilən kimlik “qazanılmış” kimlik sayılır. Bununla birlikdə onun dinamizmi, davamlılığı və çoxluğu hər növ “qazanılmış” kimliyin fərdlər üzərində inhisar və mütləq bir avtoritarlıq yaratmaq gücü toplamasına mane olur. Məsələn, “verilən” kimlik kimi, milli kimlik də tarixin müəyyən dövründə meydana çıxmış təbii və ya kortəbii identifikator (adlandıran) deyildir.[7] Əksinə, italyan dövlət adamı Massimo d`Azeglionun da iddia etdiyi kimi, müasir dövlət strukturunun müdaxiləsi milli kimliyin formalaşmasını təmin edir. Məhz bu nöqtədə elə həmin italiyan siyasi xadimin məşhur sözlərini yuxarıda sadalananların meyarı qəbul edə bilərik: “Biz İtaliyanı yaratdıq. İndi isə növbə italiyanları yaratmaqdır.”[8]

Bir ölkəyə mənsub olmaq isə, sosial kimlik kimi bir sıra digər kimliklərin mənimsənilməsinə, güclənməsinə və ya zəifləməsinə böyük təsir göstərir. Sosial kimlik – fərdin müvafiq sosial qrupa qəbul edilməsindən irəli gələn kimliyin bir hissəsidir.[9] Bu, o deməkdir ki, milli kimlik öz növbəsində sosial kimliyi müəyyənləşdirir, o cümlədən milli, dini, etnik hətta sinfi kimliklər digər kimliklərin formalaşmasına təsir edir. Fərqli kimliklərin qavranılması qarşılıqlı anlayışa və mövqeyə əsaslanır. Sosial kimlik vahidi, adətən, digərini seçir, ayırır və fərqləndirir. Burada hər bir kimliyin mənfi və müsbət fərqliliklərini kəşf etməyə çalışan qarşılıqlı təsirdən söhbət gedir. Digər kimliklər rəqib və ya təhdid olaraq qəbul olunursa, həmin anda onun mənfi fərqlilikləri vurğulanır.

Bəzi sosioloqlara görə, iki növ kimlik var: psixo-sosial kimlik və sosio- kultural kimlik. Psixo-sosial kimlik üç ölçüyə malikdir: 1- obyektivlik və subyektivlik; 2- individuallıq və sosiallıq; 3- kimlik və özgəlik.[10]

Kimliklər haqqında ümumi bir fikir formalaşdırdıqdan sonra etnik kimliyi xırdalaya bilərik. Etnik mənsubiyyət bir insan olaraq kim olduğumuz nöqteyi-nəzərindən vacib aspektdir. Lakin bu vaciblik heç də onun digərindən əhəmiyyətli olması demək deyil. Etnik mənsubiyyət fərdin həm mədəni, həm də fiziki xüsusiyyətlərini müəyyən edir. Bir topluluğun etnik qrup kimi formalaşması üçün onun ortaq dilə, tarixə, mədəniyyətə, ortaq əcdada ehtiyacı var.[11] O cümlədən bu topluluğun ayrı-ayrı fərdləri oxşar sosial davranışlara malik olmalıdırlar.

Etnik kimlik, vətəndaş kimliyi və milli kimliyi müqayisə edərkən etnik kimliyin irsi xüsusiyyəti olduğunu qeyd etmək yerinə düşər. Etnik qrup sadəcə ortaq tarixi və dili yox, o cümlədən ortaq dini, mifologiyanı, mətbəxi, geyim tərzini, ortaq ritualları da paylaşır.[12]

Hər hansı bir şəxs ailəsi ilə birlikdə başqa bir ölkəyə miqrasiya etdikdə bir neçə nəsil sonra onun milli kimliyi assimilyasiya olub dəyişə bilər. Lakin bu hal etnik kimlik üçün xarakterik deyil.

Etnik kimliyin geniş qəbul olunmuş tərifi yoxdur. Bunun səbəbi isə odur ki, o, hər bir tədqiqatçının və alimin konseptual anlayışlarını həll etmək niyyətində olduğu əsas nəzəriyyəyə görə dəyişir. Yekun kimi demək olar ki, etnik kimlik – bir fərdin özü və digərləri tərəfindən müəyyən edilən etnik və ya mədəni qrupa mənsub olduğu bir quruluşdur.[13]

Günümüzdə tamamilə homogen bir sosial quruluş tapmaq olduqca çətindir. Sosial quruluş müxtəlif növlərin sosial təbəqələşməsinə səbəb olan fərqli keyfiyyətlərin alt qruplarından ibarətdir. Əks təqdirdə, sosial təbəqələşməni görə bilmərik. Buna baxmayaraq, bütün sosial qruplarda ortaq sosial dəyərlər, ortaq hədəflər, paylaşılan ortaq bir keçmiş hələ tarixi prosesdə mövcuddur. Ətraf mühit sosial birliyin bu təməl ünsürlərindən uzaqlaşdıqca etnik fərqlər meydana çıxır.

Vətəndaşlıq kimliyi isə şəxsin pasportunda yazılan mənsubiyyətidir. Biz bunu haradasa hüquqi anlayış kimi qəbul edə bilərik. Yəni kimsə etnik kimlik baxımından rus olub, azərbaycanlı vətəndaş kimliyi daşıya bilər. Ya da 1980-ci illərdə Fransaya köçmüş türk bir ailənin üçüncü nəsildən övladları Fransada doğulub, orada təhsil alıb, orada ailə qurduqları üçün fransız vətəndaşı kimliyini daşıyırlar. Lakin onların etnik kimlikləri hələ də türk olaraq qalır.

Zənnimcə, etnik kimlik ilə vətəndaş kimliyi haqqında müəyyən təsəvvürümüz yaranıb. Amma milli kimlik hələ də kütlələr tərəfindən aydın başa düşülmür, bəzən vətəndaş kimliyi, bəzən isə etnik kimliklə qarışdırılır. Ancaq milli kimlik formalaşmaqda olan bir proses olub kifayət qədər mürəkkəbdir. Onun formalaşması məkandan, mövcud tarixi şəraitdən asılıdır. Ən vacibi isə, onun formalaşması prosesi heç vaxt dayanmır. Bu, özlüyündə Darvinin təkamül nəzəriyyəsini xatırladır. Heç vaxt dayanmır, hər an, hər xırda hadisə ilə yeni elementlər qazanır.

Milli kimlik bir cəmiyyətin eyni dəyərləri paylaşıb, digəri tərəfindən necə adlandırılması ilə əlaqəlidir. Hər hansı bir milli kimliyin formalaşmasında bir və ya bir neçə etnik kimliyin rolu olur. Məsələn, fransız milli kimliyinin formalaşmasında tarixən keltlərin, qalların, normandların rolu olmuş, bu fərqli etnoslar birləşib böyük fransız milli kimliyini yaratmışdır. Azərbaycanlı milli kimliyinin formalaşmasında isə ləzgi, türk, avar, talış, udin kimi azlıqların ümumi səyi vardır.

Milli kimlik daima formalaşmaqdadır. Yuxarıda da qeyd olunduğu kimi, ən kiçik hadisə belə, eyni sərhədlər daxilində yaşayan insanların milli kimliklərinin formalaşmasına təsir edir. Milli kimlik mürəkkəb və çoxölçülü məsələdir.

Daha əvvəl də qeyd olunduğu kimi, bu prosesdən hər bir topluluq özünəməxsus çərçivədə keçir. Əlbəttə ki, Azərbaycan cəmiyyəti də bu olduqca mürəkkəb və çətin prosesdən ağrısız keçə bilməmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra “böyük şahmat taxtası” çətin bir yola girdi. Bu yol qarşısına milli kimliyin müəyyənləşdirilməsi kimi çətin bir məqsəd qoymuşdu. Əslində, Sovet dönəmində bu kimliklər adsız deyildi. Amma müstəqillik dönəmi başlayandan sonra bir sıra tədqiqatçılar yenidən bu məsələni aktuallaşdırmağa başladılar.

Azərbaycanda millətin formalaşması və kimliyin inşası bir neçə fərqli dönəmlərdən, müxtəlif ideologiyalardan keçib. Bəzi hallarda bu ideologiyalar bir-birini idarə edə bilmirdi. Amma müxalifliklərinə baxmayaraq, bu ideologiyaların və şəraitlərin hər biri öz həqiqətlərini və inandıqları dəyərləri yeridərək Azərbaycan milli kimliyinin formalaşmasına çox təsir göstərib. Bu periodlar müstəmləkə idarəçiliyinə qədərki dönəm, çar müstəmləkəçiliyi dövrü, ilk müstəqil dövlət, Sovet dönəmi və müasir müstəqillik dönəmindən ibarətdir.

Çar Rusiyasında bu coğrafiyada yaşayan insanların milli kimliklərinin formalaşması öz tarixinin ən ləng dövrünü yaşayırdı. Çar müstəmləkə hakimiyyəti altında Azərbaycanın müsəlman əhalisi rəsmən “tatar”, “Qafqaz tatarları”, “Azərbaycan tatarları”, hətta “fars tatarları” adlandırılırdı. Ancaq yerli əhali özünün “tatarlar” deyil, “müsəlman” adlandırılmasını üstün tuturdu. Bu isə sözügedən tarixi periodda milli kimliyin formalaşmasının hələ embrioid mərhələdə olduğunu deməyə əsas verir.

XX əsrin ilk onilliyində Azərbaycanın sosial-ictimai həyatında rol oynamış Əhməd bəy Ağaoğlu öz xatirələrində yazır ki, əgər mənim atamdan kim olduğunu soruşsaydınız, o, belə deyərdi: “mən Məhəmməd ümmətindənəm, Əli şiəsiyəm….”

Göründüyü kimi, çarlıq dönəmində üst kimlik dini kimlik idi. Lakin sonradan Rusiya imperiyasının inqilabla üz-üzə qalması, ərazinin parçalanması və yeni-yeni müstəqil dövlətlərin meydana gəlməsi göstərdi ki, Azərbaycanda milli kimliyin formalaşması embrioid mərhələdə olsa da, bu proses latent şəkildə gedirmiş.

Kimlik üzərində müzakirələr çarlıq rejiminin iflasından sonra yaranan yeni Cümhuriyyətin də gündəliyində idi. Milli kimliyin qurulması yeni müstəqil dövlətin əsas problemlərindən birinə çevrilmişdi. Sosial cəmiyyətin kimlik qurucuları “türkçülüyə” əsaslanan millətçiliyin etnik versiyasını yaratmağa başlamışdılar. Hökumət dil və tarixi islahatlar yolu ilə öz siyasətinə nail olmağa çalışırdı. Nəticədə, “Türk dili” rəsmi dil olmuş[14] və təhsilin bütün səviyyələrində istifadə üçün seçilmişdir. Tarix dərsləri “Türk Tarixi” adlanırdı və artıq yayılmış türk kimliyini gücləndirmək üçün bu dərslər digər türk tayfalarının da tarixini öyrənməyə fokuslanırdı. Bundan əlavə, bir çox vətəndaş və qeyri-hökumət mədəniyyət təşkilatları cəmiyyətin bütün səviyyələrində milli kimliyi gücləndirmək üçün işləyirdi.

Yeni yaranan Azərbaycan Demokratik Respublikası ölkə sərhədləri içərisində yaşayan əhalinin böyük bir hissəsini türk adlandırmış, türk dili dövlətin rəsmi dili elan olunmuşdu. Bu addımlar Azərbaycanın milli kimliyinin formalaşmasında latent dövrün sonuna gətirib çıxardı.

Lakin görünür ki, bu təşəbbüs o qədər də uğurlu nəticələr vermədi və əhalini bir yumruq altında birləşdirməyə nail olmadı. Çox keçmədən Sovet İttifaqına daxil olan ölkə bu dəfə xələflərinin siyasətindən tam imtina edərək daha inteqrativ və çoxmədəniyyətli kimliyin yolundan getdi.

Yetmiş il bu ideologiya ilə yaşayandan sonra isə müstəqillik zamanı yetişmişdi və onu yeni kimlik mübahisələri gözləyirdi.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz milli kimliyini necə və nə üzərində qurmağa davam etdi? Etnik kökün, azacıq da olsa, mübahisəli olduğu bir cəmiyyətdə kimlik inşası çox çətin bir prosesdir. Sözsüz ki, Azərbaycanın da bu keçidi ağrısız baş tuta bilməzdi. Bu gün vətəndaş cəmiyyətləri etnik kimliyi ikinci dərəcəli meyar olaraq görməyə başlayır. Öz kimliklərini etnik mənsubiyyət üzərində qurmayan onlarla vətəndaş cəmiyyəti var. Fəqət kimlik inşası son dərəcə özəl bir prosesdir. Hər bir cəmiyyət öz xüsusiyyətləri ilə kimlik inşasını öz çərçivəsində yaşayır. Bu proses özlüyündə, daxilində və xaricində bir çox elementlərdən təsirlənir.

Fransız yazıçı, tarixçi, filoloq, siyasi nəzəriyyələr, xüsusilə də, millətin formalaşması konsepsiyaları ilə bağlı əhəmiyyətli işləri olan Jozef Ernes Renan 1892-ci ildə Parisin Sorbon Universitetində verdiyi “Qu’est-ce qu’une nation?” (“Xalq nədir?”)[15] mühazirəsində bir topluluğun bir millət kimi formalaşması üçün vacib olan elementləri sıralayır. Bunların başında “istək” ünsürünün dayandığını qeyd edən Renan, Avropanın qədim tarixindən, Roma imperiyasından, Şarlmanın böyük imperiyasından söz açır və bu nümunələri müasir dövlətlərlə müqayisə edir. O, niyə Osmanlı imperiyasında millət adı altında birləşməyin imkansız olduğunu izah edir: necə oldu ki, İsveçrə milli kimliyi formalaşa bildi, amma osmanlı milli kimliyinin formalaşması müvəffəqiyyətsizliklə nəticələnir? Renan, bütün bu tarixi hadisələrə istiqamət verən əsas şeyin istək (volonté) olduğunu söyləyir. Lakin onun diskursundakı ən maraqlı məqam “milli kimliyin formalaşmasında aparıcı elemetlərdən biri kədər məfhumudur” iddiasıdır.

«La souffrance en commun unit plus que la joie. En fait de souvenirs nationaux, les deuils valent mieux que les triomphes, car ils imposent des devoirs, ils commandent l’effort en commun.»[16]

Yuxarıdakı misralarda deyilir ki, bir qrupun eyni milli mənsubiyyəti hiss etməsi üçün ağrılı ortaq bir keçmişə sahib olması vacibdir. Ortaq ağrılı keçmiş sevincdən daha çox birləşdirir. Əslində yaslar zəfərlərdən daha yaxşıdır, çünki ictimaiyyətin qarşısına vəzifələr qoyur.        

Haqqında danışdığımız kədər faktoru bizə milli kimliyin formalaşmasında etnik mənsubiyyətin, yoxsa daşıdığın ideologiyanın daha əhəmiyyətli olduğunu qavramağa imkan verir. Renanın da dediyi kimi, yaslar insanları bir araya gətirir və cəmiyyətin qarşısına vəzifələr qoyursa, deməli, həmin cəmiyyətdə müəyyən bir ideologiya yaranır və milli kimliyin inşası bu ideologiya çərçivəsində davam edir. ADR dövründə türkçülük ideologiyası ilə qurulması hədəflənən milli kimlik, cümhuriyyətin süqutundan sonra beynəlmiləlçi istiqamətdə, müstəqillik dönəmində isə multikultural sərhədlər daxilində qurulmağa davam edir. Xüsusilə, Qarabağ, 20 Yanvar hadisəsi, Xocalı faciəsi kimi tarixin kədərli vərəqləri Azərbaycan ərazisində yaşayan istənilən etnik mənsubiyyəti daşıyan fərdləri eyni bir azərbaycançılıq ideologiyası çərçivəsində birləşdirir. Milli kimliyin etnik sütunlar üzərində qurulması siyasi konflikt baxmından olduqca təhlükəli hesab olunur. Buna ən bariz nümunə qonşu Türkiyədir.

Osmanlı İmperiyası zamanında əhalinin üst kimliyi dini kimlik idi. İndiki türklər özlərini Məhəmməd ümməti çağırır, yunan, bulqar, serb kimi xalqlar ümumiləşdirilərək, əsasən, rum adlandırılırdı. O dövrdə əsl Osman övladı ümmət-i Məhəmməddən hesab olunurdusa, Atatürkün cumhuriyyəti elan etməsindən sonra türk kimliyi dini kimliyi üstələdi və insanlar “nə xoşbəxtdir türkəm deyən” şüarı altında birləşdilər. O zamana qədər kürdlər də Məhəmməd ümmətindən sayıldıqları üçün müasir respublikanın əsas problemi olan kürd problemi yox idi. Sonradan türk etnik kimliyi üzərində israr edilməsinin nəticəsidir ki, bu gün kürdlərin özlərinin azadlıq müharibəsi adlandırdıqları hadisələr səngimək bilmir.

Lakin bu halda da imperiyanın qeyri-müsəlman xalqları arasında mərkəzdənqaçma cəhdləri müşahidə olunurdu. Bütün bunların qarşısını almaq üçün 1839-cu ildə elan olunan Tənzimat fərmanı ilə Osmanlı imperatorluğunun rəsmi ideologiyası osmançılıq qəbul edildi.[17] Bu ideologiyaya əsasən, osmançılıq erməni, kürd, yunan, bulgar, macar, ərəb, bosniyalı kimi bütün etnik qrupların üst kimlikləri olaraq qəbul edilmişdi. Ancaq bu anlayışın mənimsənilməsi həm müsəlmanlar, həm də qeyri- müsəlmanlar üçün olduqca gecikmiş bir addım idi və bu siyasət iflasa uğradı.

Göründüyü kimi, milli kimliyin formalaşmasında etnik istiqamətlə ideoloji istiqaməti müəyyən etmək arasında incə bir xətt var. Və italiyan dövlət xadimi Massimo d’Azeglio “müasir dövlət strukturunun birbaşa müdaxiləsi milli kimliyi formalaşdırır” deyəndə haqsız deyildi. Məhz bu nöqteyi-nəzərdən, həmin struktur dövləti möhkəm saxlamaq üçün ideologiyadan istifadə edərək milli kimliyi formalaşdırır. Müasir dönəmdə Azərbaycan üçün bunun adı – multikulturalizmdir. Digər tərəfdən Ernes Renanın xalqın formalaşmasında vacib bir element kimi gördüyü kədər məfhumu bir topluluğu bir arada tutmaq üçün kifayət qədər güclü bir ünsürdür.

Uzun tarixi yol keçmiş Azərbaycan cəmiyyəti bu gün kimlik baxımından müəyyən bir yol qət etmiş sayılır. Yuxarıda da qeyd olunduğu kimi, kimliyin formalaşması daim davam edir, bu proses heç vaxt dayanmır. Azərbaycan cəmiyyəti üçün hələ gediləsi çox yol olmasına baxmayaraq, bu gün bu cəmiyyətin üzvləri «biz» və «digəri» arasında fərqi anlaya bilirlər. Artıq müsəlman adı ilə bərabər pantürkist üst kimliyi də sıradan çıxıb. İndi onu multikultural-azərbaycançı kimliyi əvəz edir.

 

Qeydlər

[1] Ernest Renan, “Qu’est-ce qu’une nation?” 11 Mart 1882-ci il tarixli Parisin Sorbon Universitetində verdiyi mühazirəsindən

[2] Ashmore, Richard D.; Jussim, Lee; Wilder, David, eds. (2001). Social Identity, Intergroup Conflict, and Conflict Reduction. Oxford University Press. pp. 74–75.

[3] Eralp, A. (1997), “Soğuk Savaştan Günümüze Türkiye-AB ilişkileri Ü. Eralp ed. Türkiye ve Avrupa, Ankara:

[4] Jackson, Y. Encyclopedia of Multicultural Psychology, s. 203

[5] Derrida, J. 1978, Writing and Differrence. Chicago: University of Chicago

[6] Yurdusev, A.N. 1997. Avrupa Kimliğinin Oluşumu ve Türk Kimliği Ü. Türkiye ve Avrupa: Batılılaşma, Kalkınma, Demokrasi, ed. A. Eralp, İstanbul: İmge

[7] Hobsbawm, E. 1991. Nations and Nationalism since 1780. Cambridge: Cambridge University Press

[8] İbid

[9] Turner, John; Oakes, Penny (1986). “The significance of the social identity concept for social psychology with reference to individualism, interactionism and social influence”. British Journal of Social Psychology. 25 (3): 237–252.

[10] Fromm E., The Sane Society,1955

[11] People, James; Bailey, Garrick (2010). Humanity: An Introduction to Cultural Anthropology (9th ed.). Wadsworth Cengage learning. s. 389

[12] Polinskaya, “Shared sanctuaries and the gods of others: On the meaning Of ‘common’ in Herodotus 8.144”, in R. Rosen & I. Sluiter (eds.), Valuing others in Classical Antiquity (Leiden: Brill, 2010)

[13] Tajfel, H. & Turner, J. C. (1986). The social identity theory of inter-group behavior. In S. Worchel & L. W. Austin (Eds.), Psychology of Intergroup Relations. Chicago: Nelson-Hall

[14] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Lider nəşriyyat. 2004. 440

[15]Ernest Renan,“Qu’est-ce qu’une nation?” 11 Mart 1882-ci il tarixli Parisin Sorbon Universitetində verdiyi mühazirəsindən.

[16] İbid

[17] Dawn, C. Ernest. “From Ottomanism to Arabism: The Origin of an Ideology”. The Review of Politics, s 23.

 

İstifadə olunan ədəbiyyat siyahısı

  1. Ashmore, Richard D.; Jussim, Lee; Wilder, David, eds. (2001). Social Identity, Intergroup Conflict, and Conflict Reduction. Oxford University Press
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Lider nəş 2004. 440
  3. Dawn, C. Ernest. “From Ottomanism to Arabism: The Origin of an Ideology”. The Review of Politics,
  4. Derrida, J. 1978, Writing and Differrence. Chicago: University of Chicago
  5. Eralp, A. (1997), “Soguk Sava§tan Gtintimtize Ttirkiye AB ili§kileri, in Eralp ed. Tiirkiye ve Avrupa, Ankara
  6. Ernest Renan, “Qu’est-ce qu’une nation?”
  7. Ernest Renan,“Qu’est-ce qu’une nation?” 11 Mart 1882-ci il tarixli Parisin Sorbon Universitetində verdiyi mühazirəsi
  8. Fromm E., The Sane Society,1955
  9. Hobsbawm, E. 1991. Nations and Nationalism since 1780. Cambridge: Cambridge University Press
  10. Jackson, Y. Encyclopedia of Multicultural Psychology
  11. People, James; Bailey, Garrick (2010). Humanity: An Introduction to Cultural Anthropology (9th ed.). Wadsworth Cengage learning. s. 389
  12. Polinskaya, “Shared sanctuaries and the gods of others: On the meaning Of ‘common’ in Herodotus 8.144”, in R. Rosen & I. Sluiter (eds.), Valuing others in Classical Antiquity (Leiden: Brill, 2010)
  13. Tajfel, H. & Turner, J. C. (1986). The social identity theory of inter-group behavior. In S. Worchel & L. W. Austin (Eds.), Psychology of Intergroup Relations. Chicago: Nelson-Hall
  14. Tajfel, H. & Turner, J. C. (1986). The social identity theory of inter-group behavior. In S. Worchel & L. W. Austin (Eds.), Psychology of Intergroup Relations. Chicago: Nelson-Hall
  15. Turner, John; Oakes, Penny (1986). “The significance of the social identity concept for social psychology with reference to individualism, interactionism and social influence”. British Journal of Social Psychology.
  16. Yurdusev, A.N. 1997. Avrupa Kimliğinin Oluşumu ve Türk Kimliği In Türkiye ve Avrupa: Batılılaşma, Kalkınma, Demokrasi, ed. A. Eralp, İstanbul: İmge

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör