Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Millətçilik, kollektiv narsissizm və erməni məsələsi

Bayram Əliyev Bayram Əliyev
., Vətən müharibəsi
16 Oktyabr 2020

Cənubi Qafqazda ən ciddi etnik konfliktlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi yenidən alovlanmaqdadır. İşğal faktı, 90-cı illərdə törədilmiş bəşəriyyət əleyhinə cinayətlər, insanların xüsusi qəddarlıqla qətl edilməsi yalnız beynəlxalq münasibətlərin məhdud çərçivəsində açıqlana bilməz. Məsələnin sosial elmlər və beynəlxalq münasibətlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün legitim haqqa sahib olması ilə yanaşı, çoxqütblü və təkqütblü dünyagörüşləri, qlobalistlərlə milli dövlət tərəfdarları arasında münaqişə və ya regional güclər arasındakı rəqabət çərçivəsində də fərqli analizləri mövcuddur. Həmçinin dövlətlərin xarici siyasət maraqlarını dominant güc olaraq hər növ lobbi fəaliyyətlərinin fövqündə formalaşdırdığı ilə bağlı analizi də bir kənara qoyub erməni etnik kimliyinin sosio-psixoloji aspektlərinə baxmaq lazımdır.

Necə olub ki, bir etnik qrup uzun illər boyu kəskin nifrət və kin duyğularını kollektiv yaddaşında daşıya bilib və bu gün 3 milyonluq əhalisi olan bir dövlət Azərbaycan xalqına qarşı belə dərin kin bəsləməkdədir? Məsələnin ən tutarlı izahı etnik kimliyi formalaşdıran faktorlar və kollektiv narsissizmlə bağlıdır.

İlkin olaraq qeyd etmək lazımdır ki, etnik kimliyi təsvir etmək olduqca çətindir, fərqli sahələr etnik kimliyi fərqli şəkildə təsvir edir. Ancaq ümumiləşdirsək, etnik kimliyi təyin edən faktorlar adət-ənənələr, tarixdən süzülüb gəlmiş əfsanələr, din, dil, mədəniyyət və coğrafiyadır. Eyni zamanda Aydın görünən bir fakt da var: etnik duyğu və düşüncə müəyyən dinamiklər üzərində formalaşanda dəyişməsi çox çətindir və ya imkansızdır. Eyni zamanda etnik kimlik digər qruplarla qarşılıqlı əlaqə zamanı daha kəskin şəkildə ortaya çıxır. Əlavə olaraq etnik kimlik insanlar doğulandan bəri onların psixoloji inkişafında, dünyagörüşünün formalaşmasında, ətrafındakı hadisələri və mövcudiyyətləri dərk etməsində əhəmiyyətli rol oynayır. Bu mənada “Böyük Ermənistan” mifi, “ermənilərə qarşı soyqırım” iddiaları və “əsrlərdir zülmə düçar olmuş erməni xalqı” əfsanələri hər bir erməninin yaddaşında elə kök salıb ki, kin və nifrətə köklənmiş, digər qonşu bir xalqa düşmənçilik bu etnik kimliyin varoluşunun bir parçası halına gəlib. Dağlıq Qarabağ isə bu kollektiv yaddaşda bir qələbə rəmzinə çevrilərək erməni xalqının varoluşunu bu qrup üçün təsdiqləyib.

Başqa bir aspektdən baxsaq, məlumdur ki, qrupları mobilizasiya etmək və eyni kollektiv kimlik altında birləşdirmək ciddi prosesdir və xarici konyukturadan əlavə sosial psixoloji məsələləri də özündə ehtiva edir. Sosial qrup müəyyən bir etnik çətir altında birləşirsə, burada qrup fərdlərini mobilizasiya etmək üçün etnik kimlik hissini daha da gücləndirmək lazımdır. Bundan ötrü isə miflərə, keçmişdə baş vermiş həm ciddi bir faciəyə, həm də çatılması imkansız olan bir hədəfə ehtiyac var. Qrupun kollektiv yaddaşında öz varlığını qoruyan keçmiş travma “dost” və “düşmən” qavramlarının təyin edilməsi ilə siyasi arenaya transformasiya olunur. Erməni etnik kimliyi nümunəsində bu qavramlar xalqın varlığını əsaslı şəkildə təhdid edən bir düşmən – “türk” olaraq ortaya çıxır. Türk düşmənçiliyini çəkib qopardığınız zaman erməni etnik kimliyi özü təhlükə altına düşür, elə buna görə də mövcudiyyəti türk düşmənliyinə kilidlənən erməni milliyətçiliyindən bu düşmənçiliyi silmək olduqca çətindir və ya qeyri-mümkündür. Ortaya qoyulmuş hədəf isə Cənubi Qafqaz və Anadolu coğrafiyasında “Böyük Ermənistan” yaratmaq xülyasıdır.

Keçmiş əsrlərin travmaları formalaşdırılmış miflərlə özünə elə kök salır ki, zaman ərzində kütləni rasionallıqdan kənarlaşdırır və misli-bərabəri görülməmiş qeyri-rasional hərəkətlərə sövq edir. Sosial qrupların davranışlarında individual rasionallıq ortadan qalxır və yerini sosial qrupun miflərdən gəlmiş inanclarına verərək ciddi problemlərə və fəlakətlərə səbəb olur. Bunun ən radikal forması isə kollektiv narsistik davranışlar şəklində əks olunur.

Kollektiv narsissizm ilk dəfə sosioloq Theodor Adorno tərəfindən nasistlər üçün istifadə edilib. Zamanla fərqli dini və etnik qrupların davranışlarını izah etmək üçün də arxa plan kimi dəyərləndirilən bu qavram erməni məsələsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. Qruplar daxilində narsissizmi bəsləyən ən önəmli mənbə dini və keçmiş əfsanələrdən qaynaqlanan seçilmişlik hissi, eyni zamanda yetərsizlik duyğusudur. Hər bir qrupun daxilində narsissizmə meylli kütlələr mövcuddur. Lakin əksəriyyət narsistik inanclara sahib olduğu zaman kütlələrin irrasional, bəşəri dəyərlərə sığmayan davranışları geniş vüsət alır. Yəni bir qrup insan özlərini başqalarından dövlət, millət, din olaraq ayırıb qruplarının hamıdan daha dəyərli olduğuna inandıqda məntiq və ağılla əlaqəsi kəsilmiş bir topluluq meydana çıxır ki, artıq bu sosial qrupun davranışları bəşəriyyət üçün təhlükə yaratmağa başlayır.

Erməni kimliyini dini inanclarla bütünləşdirərək kiçik marjinal qruplar səviyyəsində yox, geniş xalq kütlələri qismində özlərinin müqəddəs və seçilmiş olduğuna inanmaq ermənilərin növbəti nəsillərinə yaxşı heç nə gətirməsə də, yaşadıqları coğrafiyada düşmənçiliyin, şiddətin, ölümlərin və zorakılığın artmasına səbəb olsa da, iqtisadi və sosial rifahı kökündən baltalasa da, hansısa siyasi məqsədlərlə bunu davam etdirmək siyasi maraqlardan və güc arzusundan daha çox ciddi psixoloji travmalarla bağlıdır. Şəxsi travmalar fərdlərin həyatında patalogiyalar yaratdığı kimi, qrup travmaları bir xalqın normal inkişafının qarşısını kəsir.

Texnologiyanın və elmin inanılmaz sürətlə inkişaf etdiyi bir vaxtda gənc nəsilləri başqasının torpaqlarına göz dikməyə, işğalı davam etdirməyə sürükləyən düşüncəyə, emosional mobilizasiyaya səbəb olan şeyi isə etnik millətçilik və batil dini inancların sintezinin səbəb olduğu axmaq və zəhərli, hər cür zehni və məntiqi analizdən məhrum kollektiv narsissizm nümunəsindən başqa bir şey adlandırmaq mümkün deyil. Kollektiv narsissizm və milliyətçilik yuxusundan oyandıqda isə təəssüf ki, xarabalıqlara çevrilmiş məkanlar, iqtisadi və sosial çətinliklər içində yaşamağa məhkum olmuş kütlələr qalacaq. Anlamaq lazımdır ki, tarix özünü başqalarından üstün görən, “mənim xalqım sənin xalqından üstündür” deyərək kainatın kiçik bir nöqtəsi sayılan bu Yer kürəsində fəxr və qürurla dolaşan insan və qrupların qalıqları ilə doludur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022

Redaktorun seçimi

Həkimlər barədə pSevdo söhbət

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

Göstəriş qurbanı uşaqlar

Dünyanın xərçəng xəritəsi

Liberalizmin rus və türk optikasından Azərbaycan

Rəqs et, ey sevgili müəllim

Çuşka akademizm, akademik çuşkalıq

Ədəbiyyatın zərərləri haqqında

Oğurlanan layihə. Qarabağla bağlı Mədəniyyət Nazirliyinin təxirə saldığı film…

Gürcülər kimdir?

Olmayan iş otağı

Qismət. Yaşamaq bir ağac kimi…

Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi

Gürcüstanın mədəniliyi

Nadinc uşaq, yoxsa DDHS?

Yazıçılarımız necə yazırlar?

Üzeyir Hacıbəyli 28 Aprelə qarşı

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

Bir “həppi end”ə dair kiçik qeydlər

Azərbaycanlıların Ermənistan və Qarabağa gediş-gəlişi asanlaşa bilər

Qurbanlıq qoyunun gey çıxması

Mənzillərin özəlləşdirilməsi: gözlənilməz problemlər

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

Firudin Allahverdinin Qars səfəri (I hissə)

Dillə bağlı iki əhvalat

Covid-19 pandemiyası və Beynəlxalq Sistem

Aydınlanma tariximizin sui-qəsdləri

Bu xarabadan çıxıb getmək…

İntellektual bazarlıq

Qaniçən rejim biznesi

Millətçilik, kollektiv narsissizm və erməni məsələsi

Bayram Əliyev Bayram Əliyev
., Vətən müharibəsi
16 Oktyabr 2020

Cənubi Qafqazda ən ciddi etnik konfliktlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi yenidən alovlanmaqdadır. İşğal faktı, 90-cı illərdə törədilmiş bəşəriyyət əleyhinə cinayətlər, insanların xüsusi qəddarlıqla qətl edilməsi yalnız beynəlxalq münasibətlərin məhdud çərçivəsində açıqlana bilməz. Məsələnin sosial elmlər və beynəlxalq münasibətlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün legitim haqqa sahib olması ilə yanaşı, çoxqütblü və təkqütblü dünyagörüşləri, qlobalistlərlə milli dövlət tərəfdarları arasında münaqişə və ya regional güclər arasındakı rəqabət çərçivəsində də fərqli analizləri mövcuddur. Həmçinin dövlətlərin xarici siyasət maraqlarını dominant güc olaraq hər növ lobbi fəaliyyətlərinin fövqündə formalaşdırdığı ilə bağlı analizi də bir kənara qoyub erməni etnik kimliyinin sosio-psixoloji aspektlərinə baxmaq lazımdır.

Necə olub ki, bir etnik qrup uzun illər boyu kəskin nifrət və kin duyğularını kollektiv yaddaşında daşıya bilib və bu gün 3 milyonluq əhalisi olan bir dövlət Azərbaycan xalqına qarşı belə dərin kin bəsləməkdədir? Məsələnin ən tutarlı izahı etnik kimliyi formalaşdıran faktorlar və kollektiv narsissizmlə bağlıdır.

İlkin olaraq qeyd etmək lazımdır ki, etnik kimliyi təsvir etmək olduqca çətindir, fərqli sahələr etnik kimliyi fərqli şəkildə təsvir edir. Ancaq ümumiləşdirsək, etnik kimliyi təyin edən faktorlar adət-ənənələr, tarixdən süzülüb gəlmiş əfsanələr, din, dil, mədəniyyət və coğrafiyadır. Eyni zamanda Aydın görünən bir fakt da var: etnik duyğu və düşüncə müəyyən dinamiklər üzərində formalaşanda dəyişməsi çox çətindir və ya imkansızdır. Eyni zamanda etnik kimlik digər qruplarla qarşılıqlı əlaqə zamanı daha kəskin şəkildə ortaya çıxır. Əlavə olaraq etnik kimlik insanlar doğulandan bəri onların psixoloji inkişafında, dünyagörüşünün formalaşmasında, ətrafındakı hadisələri və mövcudiyyətləri dərk etməsində əhəmiyyətli rol oynayır. Bu mənada “Böyük Ermənistan” mifi, “ermənilərə qarşı soyqırım” iddiaları və “əsrlərdir zülmə düçar olmuş erməni xalqı” əfsanələri hər bir erməninin yaddaşında elə kök salıb ki, kin və nifrətə köklənmiş, digər qonşu bir xalqa düşmənçilik bu etnik kimliyin varoluşunun bir parçası halına gəlib. Dağlıq Qarabağ isə bu kollektiv yaddaşda bir qələbə rəmzinə çevrilərək erməni xalqının varoluşunu bu qrup üçün təsdiqləyib.

Başqa bir aspektdən baxsaq, məlumdur ki, qrupları mobilizasiya etmək və eyni kollektiv kimlik altında birləşdirmək ciddi prosesdir və xarici konyukturadan əlavə sosial psixoloji məsələləri də özündə ehtiva edir. Sosial qrup müəyyən bir etnik çətir altında birləşirsə, burada qrup fərdlərini mobilizasiya etmək üçün etnik kimlik hissini daha da gücləndirmək lazımdır. Bundan ötrü isə miflərə, keçmişdə baş vermiş həm ciddi bir faciəyə, həm də çatılması imkansız olan bir hədəfə ehtiyac var. Qrupun kollektiv yaddaşında öz varlığını qoruyan keçmiş travma “dost” və “düşmən” qavramlarının təyin edilməsi ilə siyasi arenaya transformasiya olunur. Erməni etnik kimliyi nümunəsində bu qavramlar xalqın varlığını əsaslı şəkildə təhdid edən bir düşmən – “türk” olaraq ortaya çıxır. Türk düşmənçiliyini çəkib qopardığınız zaman erməni etnik kimliyi özü təhlükə altına düşür, elə buna görə də mövcudiyyəti türk düşmənliyinə kilidlənən erməni milliyətçiliyindən bu düşmənçiliyi silmək olduqca çətindir və ya qeyri-mümkündür. Ortaya qoyulmuş hədəf isə Cənubi Qafqaz və Anadolu coğrafiyasında “Böyük Ermənistan” yaratmaq xülyasıdır.

Keçmiş əsrlərin travmaları formalaşdırılmış miflərlə özünə elə kök salır ki, zaman ərzində kütləni rasionallıqdan kənarlaşdırır və misli-bərabəri görülməmiş qeyri-rasional hərəkətlərə sövq edir. Sosial qrupların davranışlarında individual rasionallıq ortadan qalxır və yerini sosial qrupun miflərdən gəlmiş inanclarına verərək ciddi problemlərə və fəlakətlərə səbəb olur. Bunun ən radikal forması isə kollektiv narsistik davranışlar şəklində əks olunur.

Kollektiv narsissizm ilk dəfə sosioloq Theodor Adorno tərəfindən nasistlər üçün istifadə edilib. Zamanla fərqli dini və etnik qrupların davranışlarını izah etmək üçün də arxa plan kimi dəyərləndirilən bu qavram erməni məsələsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. Qruplar daxilində narsissizmi bəsləyən ən önəmli mənbə dini və keçmiş əfsanələrdən qaynaqlanan seçilmişlik hissi, eyni zamanda yetərsizlik duyğusudur. Hər bir qrupun daxilində narsissizmə meylli kütlələr mövcuddur. Lakin əksəriyyət narsistik inanclara sahib olduğu zaman kütlələrin irrasional, bəşəri dəyərlərə sığmayan davranışları geniş vüsət alır. Yəni bir qrup insan özlərini başqalarından dövlət, millət, din olaraq ayırıb qruplarının hamıdan daha dəyərli olduğuna inandıqda məntiq və ağılla əlaqəsi kəsilmiş bir topluluq meydana çıxır ki, artıq bu sosial qrupun davranışları bəşəriyyət üçün təhlükə yaratmağa başlayır.

Erməni kimliyini dini inanclarla bütünləşdirərək kiçik marjinal qruplar səviyyəsində yox, geniş xalq kütlələri qismində özlərinin müqəddəs və seçilmiş olduğuna inanmaq ermənilərin növbəti nəsillərinə yaxşı heç nə gətirməsə də, yaşadıqları coğrafiyada düşmənçiliyin, şiddətin, ölümlərin və zorakılığın artmasına səbəb olsa da, iqtisadi və sosial rifahı kökündən baltalasa da, hansısa siyasi məqsədlərlə bunu davam etdirmək siyasi maraqlardan və güc arzusundan daha çox ciddi psixoloji travmalarla bağlıdır. Şəxsi travmalar fərdlərin həyatında patalogiyalar yaratdığı kimi, qrup travmaları bir xalqın normal inkişafının qarşısını kəsir.

Texnologiyanın və elmin inanılmaz sürətlə inkişaf etdiyi bir vaxtda gənc nəsilləri başqasının torpaqlarına göz dikməyə, işğalı davam etdirməyə sürükləyən düşüncəyə, emosional mobilizasiyaya səbəb olan şeyi isə etnik millətçilik və batil dini inancların sintezinin səbəb olduğu axmaq və zəhərli, hər cür zehni və məntiqi analizdən məhrum kollektiv narsissizm nümunəsindən başqa bir şey adlandırmaq mümkün deyil. Kollektiv narsissizm və milliyətçilik yuxusundan oyandıqda isə təəssüf ki, xarabalıqlara çevrilmiş məkanlar, iqtisadi və sosial çətinliklər içində yaşamağa məhkum olmuş kütlələr qalacaq. Anlamaq lazımdır ki, tarix özünü başqalarından üstün görən, “mənim xalqım sənin xalqından üstündür” deyərək kainatın kiçik bir nöqtəsi sayılan bu Yer kürəsində fəxr və qürurla dolaşan insan və qrupların qalıqları ilə doludur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel