bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru

Is Lolajack Casino safe for UK players?

Lolajack Casino operates under strict regulatory standards, providing UK players with a secure, fair, and responsible gaming environment.

Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

AzLogos AzLogos
İntervü, Kültür
04 Avqust 2019
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Justus Liebig Universitaet Mitarbeiter

Justus-Liebig-Universitaet Mitarbeiter

Paylaş

Bugünkü müsahibimiz, filologiya elmləri doktoru Michael Reinhard Heß ixtisasca türkoloq və eyni zamanda böyük şair və mistik, Azərbaycanda ili elan edilmiş İmadəddin Nəsimi irsinin araşdırıcısıdır.

Michael Reinhard Heß 1967-ci ildə Offenbach am Main şəhərində anadan olub, Frankfurtdakı Johann Wolfgang Goethe adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb, sonra isə Berlin Azad Universitetində (Freie Universität) “İmadəddin Nəsimi irsi” fundamental araşdırmasını aparıb. 2005-ci ildə bu araşdırmalarını bitirərək doktor (habilitasyon) dərəcəsinə qədər yüksəlib.

130-dan çox elmi məqalənin müəllifi həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycana aid bir neçə kitabı var, bunlardan ən əsası araşdırmaçısı olduğu Nəsimi irsi haqda olan fundamental əsərdir – Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca. 1400) türkischem Divan (İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması.).

Bu əsərdə elmi analizin başlıca fokusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada bu xüsusi qeyd edilir, çünki onun türkcədən başqa farsca və ərəbcə də şeirləri mövcuddur. Onun necə bir türkcədə yazması sualı hazırkı türkologiya üçün böyük məna kəsb edir, çünki şair elə bir dövrdə yaşayıb-yaradıb ki, o zaman faktiki yek kimi mövcud olan, amma indi fərqli dillərə çevrilmiş Azərbaycan və Türkiyə türkcəsi ayrılmağa başlamışdılar. Əsərdə mövzunun araşdırılma metodlari Nəsimi yaradıcılığından indiyə kimi bəhs edilmiş (elmi) əsərlərin tənqidi qiymətləndirilməsinden ibarətdir. Müəllifin fikrincə, əlyazmalara birbaşa giriş Nəsimi şerlərinin dilçilk elmi üçün qiymətləndirilməsində ən güvənli mənbədir.

Həmçinin böyük şairin şeirlər kitabının tərcüməsindən başqa, 2016-cı ildə, aprel müharibəsindən sonra qələmə aldığı “Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan” (Cənnətdə tanklar: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti) əsərini də qeyd etməliyik. 

Hazırda Michael Reinhard Heß Freie Universität Berlin və Giezen şəhər Universitetində (Justus-Liebig-Universität) türkologiya kafedrasında çalışır. Qeyd edək ki, müsahibimiz osmanlı, özbək, başqırd və tatar dillərini öyrənib, Azərbaycan dilində də kifayət qədər gözəl danışır.

— Doktor Heß, ixtisasınız türkoloq olsa da, təhsil zamanı fənnləriniz osmanlı və özbək dilləri olub. Azərbaycana isə xüsusi marağınız yəqin ki, Nəsimi irsinin araşdırması zamanı yarandı?

— Bәli. İlk növbәdә Nәsimi ilә әlaqәdar mәşğul olduqdan sonra Azәrbaycanın digәr mövzuları ilә dә maraqlanmaya başlamışam. 2000-ci ildә Bakı Әlyazmalar İnstitutuna Nәsiminin әsәrlәrinin әlyazmalarına baxmağa gәlәrkən ölkә barәdә çox az şey bilirdim. Sonra bir neçә azәrbaycanlı dostum mәnә Qarabağ mövzsusunun onlar üçün nə qədər vacib olduğunu başa salıb.

— Nədən məhz Nəsimi? Yaxın Şərqdə bir çox maraqlı fiqurlar olduğu halda, nədən məhz o? Hürufizmə marağınızla bağlı deyildi ki, bunlar?

— O bir tәsadüf olmuşdu. Doxsanıncı illәrin axırında Böyük Britaniyadan Nәsimi barәdә mәqalә yazmaq tәklifi gəldi. O zaman Nәsimi barәdә heç nә bilmirdim. Bu tәklifi qәbul etdikdən sonra Hürufizm barәdә oxumağa başlamışam. Düzdür, Şәrqdә başqa çox maraqlı figurlar var. Lakin mәn Qәrbdә az tanınan bir fiquru seçmәyi arzuladım. Yeni bir şey yapmaq lazım deyә.

— Maraqlıdır, demək Nəsimi Qərbdə, hətta türkoloqlar arasında az tanınır? Doğrudan qəribədir, bu cür bioqrafiya ilə, faktiki İsa peyğəmbər kimi ideyaları səbəbindən dara çəkilmiş şair, yəqin ki, ədəbiyyat tarixində müstəsna fiqurlardan biri olar. Hətta sovet zamanında belə görkəmli şair kimi onun 600 illiyi qeyd edilmişdi. Sizcə bunun səbəbi nədədir?

— Nәsimi Qәrbdә faktiki olaraq az tanınır, sәbәblәrini bilmirәm. Mәndәn öncə yalnız bir-iki adam onun şeirlәrini almancaya tәrcümә eylәyib, çox az hәcmdə. Ola bilsin ki Nәsimi irsinin öyrәnilmәsi çox çәtindir, hürufilik dә çox mürәkkәb bir mövzudur. Bir dә ki, bizdә Azәrbaycan dilini bilәn adamlar da çox azdır. Bu situasiya sadәcә Azәrbaycanın müstәqilliyinә qovuşmasından, təxmini 1991-ci ildәn sonra dәyişmәyә başlayıb.

 — Hürufizmdən danışdıq, sizcə o dövr sufilərinin, ayrıca da Nəsiminin gündəlik həyatını, məişətini, necə təsəvvür etmək olar – onun sürdüyü həyat tərzini lüks, yoxsa underground hesab edə bilərik? Son əsrlərdə tanıdığımız məşhurlardan kimin həyatı ilə müqayisə etmək olar?

— Onu mən bilmirəm. Onu bilirəm ki, Nəsimi divanının bir yerində Maraş şəhərində kifayət qədər „rizq” ala bilmədiyindən şikayət edir:

Rāziḳü’l-ärzāḳümüz Marʿaš dägül

Rïzḳï Marʿašdan umarsaŋ xväš dägül

Yəni özünün ifadəsi ilə “xoş deyil” imiş orada həyat sürmək. Lakin lüks nədir? İsa İncildə deyib ki: “Sadəcə olaraq çörək ilə deyil, Allahın ağzından yola çıxan hər söz ilə qidalanacaqsınız”.

Yəni Sufilər üçün lüks otellerdə oturmaq, şərab içmək kimi şeylər əsas var-dövləti, zənginliyi təşkil etməlidir. Nəsimi özü də bu barədə bunu söyləyir:

Bir bahrä dalup durur Näsimi

Ya`ni nėdär ol zär i:lä simi

Yəni: Nəsimi zər ilə, simi (qızıl və gümüş) ilə əlaqəsini əhəmmiyətsiz sayır, onun “bəhri” (dənizi) başqa dənizdir, ruhun, eşqin dənizidir.

— Maraqlıdır, XIII əsrin Hürufizmi ilə XX əsrdə yaranmış Ludwig Wittgenstein fəlsəfəsi arasında hansısa paralellərin oluğunu daima düşünmüşəm, çünki bu filosofun fəlsəfəsi sırf lingvistika, söz üzərində qurulmuşdu, hürufizm də hərflərin magiyasından danışırdı. Sizin fikrinizcə, belə bir “fəlsəfi körpü” mövcuddurmu?

— Mən Wittgenstein’i yaxsi bilmirəm. Parallel onda ola bilər ki, hər iki axında dilin, təfəkkürün ən dərin səviyyələri axtarılıb. Hürufizm onu “hərflər”də tapıb. Lakin sistemlər çox da fərqlidir hər halda.

—  Bir də bu konteksdə sufi simvolikası barədə, Azərbaycan kültürü üçün çox aktual olub hər zaman. Deyirlər ki, onların ədəbiyyatında məsələn badə – bədən, şərabsa – ruh deməkdir. Bunlar sadəcə bədii gözəllik məqsədli idi, yoxsa başqa hansısa funksionallığı da var?

— Mənim fikrimcə şeirin əsas funksionallığı məhz bədii gözəllikdir. Şeir (bu və ya digər) mənada “gözəl” olmasa nə olur? Pis şeir, ya da heç şeir deyə bilməyəcəyimiz bir mətn. Nəsimi kimi dahi bir şairin bütün şeirlərində bədii gözəllik tapmaq olar. Lakin sualınızda hiss olunan məqsəd də düzdür mənim fikrimcə, yəni Nəsimi “l´art pour l´art” tərzində, sadəcə olaraq bədii gözəllik uğrunda şeir yaratmayıb, o təxminən həmişə başqa məqsədlər güdüb.

— 2016-cı ildə Qarabağ konflikti mövzusunda qələmə aldığınız broşürdə bu qarşıdurmanın bəzi aspektləri araşdırılıb. Nədən bu mövzuda yazmaq ehtiyacı duydunuz? Adətən elm adamları belə mövzulardan yan keçməyə çalışır, o üzdən fikirləriniz maraqlıdır.

—  İlk növbәdә, o kitabı yazsam, itirәcəyim bir şey olmayacaqdı, çünki mәn nә azәrbaycanlı, nә ermәni, nә dә ki, rus deyiləm. Bu səbəbdən neytral ola bilərəm, hansısa bir tәrәfi tutmaq ehtiyacım yoxdur. Eyni zamanda mәnim fikirlәrim müharibәnin iştirakçıları və qurbanlarında fәrqli vә həm də hər iki tərəfə maraqlı ola bilәrdi.

Elm adamı kimi işә elәcə də baxaram: kariyeradan öncə elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir. Tәbii ki mәnim daha ümumi bir әxlaqi cәhәtim dә olub. Yәni müharibәlәrә qarşıyam, kitab yazaraq o mövzuya maraq oluştursam bәlkә ona hәll tapmaq macalı olanlar da daha çox maraq salarlar vә nәhayәtindә bu konfliktin daha tez qurtarmasına yönlәndirәr? Axı bu bәdtale konfliktdәn tәkcә azәrbaycanlılara deyil, ermәnilәrә dә böyük ziyan gәlib, heç kimә zәrrә qәdәr faydası olmayıb.

Digәr vacib bir sәbәb isə budur: mәnim azәrbaycanlı dostarım bu konflikt barәdә fikrimi sordular. Odur ki, onları razı etmәk üçün dә konfliktә baxdım. Yәni, Nәsimi öz yerinә, amma onlar öz vәtәnlәrinin әn vacib problemini də bilmәyimi istәyirdilәr.

— Amma belə əsərlərin yazılması riskli işdir, Michael bəy. Ehtirasların kükrədiyi bu mövzuda hansısa neytral elm adamı problemdən yazmağa cəhd edərkən, onu hansısa tərəfin maraqlarını qabartmaqda günahlandıra bilərlər. Məsələn, elə Tomas de Vaal, məşhur “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında bildiyim” əsərinin müəllifi bildiyim qədər erməni tərəfinin ittihamlarına tuş gəlmişdi. Sizdən bu tale deyəsən yan keçib?

— Mәhz bu suala “Cәnnәtdә tanklar” kitabımın müqәddimәsindә cavab axtardım: neytral elm adamı nәdir, kimdir? Bәlkә elә bir anlayış yoxdur, ona görә ki, bütün insanlar bir tәrәfә digәrindәn daha yaxın dururuq. Mәn kitabımda hәm ermәnilәrin, hәm dә azәrbaycanlıların, rusların, amerikalıların və s. görüşlәrindәn vә әdәbiyyatından istifadә etdim vә kimin fikrindәn vә ya özümün fikrindәn istifadә eylәdiyimi dә yüzlәrlә qeyd ilә göstәrdim. Heç yerdә bir fikrә, mәsәlәn bir ermәni ya bir azərbaycanlı tәrәfindәn, vә ya hәr hansı siyasi meyilli bir qrup tәrәfindәn qabağa sürüldüyü üçün tәrcihimi bildirmәdim, hamısını ardıcıllıq, ümumi mәlumatlara mütabiqlik kriteriyalarına tabe tutdum.

Mәsәlәn, Xocali faciәsini “qәtliam” (Massenmord) deyә tәqdim etdim, çünki bu sözü doğru bildim; 1915-ci ildә Osmanlı İmperiyasında İttihadçılar tәrәfindәn edilmiş vәhşiliyi dә soyqırım deyә tәsvir eylәdim — ona görә ki, həqiqətən də ona bir soyqırım kimi baxaram.

Bunu edərkәn hәr hansı bir tәrәfdәn gәlmәsi mümkün olan ittihamlar barәdә fikirlәşmәmişәm. Mәnim mәqsәdim heç bir zümrәnin görüşünü müdafiyә eylәmәk deyil, Qәrbdә çox az bilinәn Dağlıq Qarabağ mövzusunda özümü vә almandilli insanları bilgilәndirmәkdir. İttihamlardan qorxmuram, qorxmamalıyam da, çünki başqalarının mümkün olan ittihamlarından qorxmaq elmin istiqamәtini müәyyәnlәşdirәrsә, bu artıq elm deyil. Mәn inanıram ki, elmin bunlardan azad olması lazımdır.

–  Azərbaycanda dəfələrlə olmusunuz, yəqin ki, oradakı türkoloq və linqvist həmkarlarınızla, elmi cameə ilə kontaktlarınız var, təəssüratlarınız necə olub? Türkologiyanın Almaniya və ümumiyyətlə Avropadakı prizmasından Azərbaycandakı optikası çoxmu fərqlənir sizcə?

— O qәdәr böyük bir fәrq görmürәm. Tәbii ki hәr ölkәnin öz vacib tapdığı mövzuları, öz әnәnәlәri var. Lakin lingvistikada, әdәbiyyatşünaslıqda, tarix elmlәrindә metodlar böyük ölçüdә oxşardır. Әn böyük fәrq bәlkә ondadır ki Azәrbaycanda, istiqlaldan sonra 28-ci ildә Sovet әnәnәsi elmdә bir çox yerdә özünü hiss etdirir.

— 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Şairin irsinin araşdırıcısı kimi, yeni bir əsər planlayırsınızmı? Bakıdakı tədbirlərdə iştirak edəcəksinizmi?

— İndiyәdәk mәnә Bakıdan dәvәt gәlmәyib. Bu vacib il әrzindә Nәsimi barәdә iki yeni kitabı Berlindәki Gulandot Nәşriyyatında dərc etməyi planlaşdırıram. Birindә Nәsiminin şeirlәrinin alman dilinә tәrcümәlәri olacaq. O tәrcümәlәrin bir qismi daha әvvәl başqa yerdә nәşr olundu, bir qismi dә təzə tәrcümәlәrdir vә hamısı yenidәn redaktә ediləcəkdir.

İkinci kitabda isə Nәsimi irsinә elmi cәhәtdәn baxmaya çalışacağam. Ümidvaram ki ikisini bu әlamәtdar ildә qurtara bilәcәyәm, lakin etiraf etmәliyim ki, әlәlxüsus başqa işlәrim dә olacağına görә bu plan çox iddialıdır.

Söhbətləşdi: Elmir Mirzəyev

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
17233651831262236500 1200x630
.

Rəhilə Həsənova – Mükəmməl tarazlığa doğru

Vəfa Abbasova
14 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör