Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Mazut Konstitusiyası”: tələbdən şükürə

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
15 Mart 2020

Azərbaycan dilində tətil sözü iki anlamda işlədilir.

Bunlardan biri “işin kütləvi və mütəşəkkil surətdə dayandırılması”dır. Digər anlamı “şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə”dir.

Biz “tətil” sözünün ilk mənasını çoxdan unutmuşuq. Özəl şirkətlərdə bir-iki xırda tətili nəzərə almasaq, son illərdə bu söz dilimizdə olsa-olsa, məhz ikinci anlamında işlədilir.

Protest məqsədli tətil – əməkçi, zəhmətkeş insanların hüquq axtarışıdır. Daha yaxşı, təhlükəsiz iş şəraiti, daha yüksək maaş tələbidir. Alın tərinə sayğısızlıq edənlərə qarşı dik duruşudur.

Siz bu gün dünyanın ən gəlişmiş ölkələrində belə, vaxtaşırı bu cür tətillər haqqında eşidə, oxuya bilərsiniz. Yəni tətilin konkret vətəni yoxdur: ona yalnız ikinci, üçüncü sort ölkələrin təcrübəsində rast gəlinmir, hətta inkişaf etmiş, insana yüksək dəyər verilən ölkələr də tətildən sığortalanmayıb.

Azərbaycan isə bu mənada da analoqsuzdur. Əmək hüquqlarının yerlərdə süründüyü, əmək müqavilələrinin işçini daim təzyiq altında saxlayacaq şəkildə imzalandığı yaxud yerli-dibli imzalanmadığı, işçi ilə əməkçidən çox qul, kölə kimi rəftar edildiyi bir ölkədə “tətil” sözünün etiraz, protest mənasında leksikondan çıxması heç bir normal məntiqə sığmır.

Razıyam, biz hər cür etirazın top-tüfənglə qarşılandığı, “vətənə xəyanət”, “düşmən dəyirmanına su tökmək” kimi qələmə verildiyi ölkədə yaşayırıq; hər yerdə olduğu kimi işdə də adamlardan qeyd-şərtsiz itaət tələb olunur, insanın öz haqqını tələb etməsi “qudurğanlıq”la assosiasiya edilir. Ancaq bəyəm keçən yüzilliyin əvvəllərində ictimai-siyasi mühit indikindən daha amansız və qəddar idimi ki, o vaxt tariximizə “Mazut konstitusiyası” olaraq düşən tarixi sənədin qəbul edilməsi ilə nəticələnən nəhəng tətillər baş verdiyi halda bu gün belə etirazları heç ağlımızın ucundan da keçirmir, keçirə bilmirik?!

***

Tarix: 1903-cü il, 1iyul.

Yer: Bakı.

Kadet partiyasının üzvü olan Aleksandr Xatisovun zavodlarından başlayan etiraz dalğası çox keçmədən digər zavod və fabriklərə də yayılır.

Sonralar tarixçilərin “Cənubi Rusiyada ilk ümumi tətil” adlandıracaqları bu protest dalğası düz 20 gün davam edəcək və faktiki olaraq fəhlələrin qələbəsi ilə tamamlanacaqdı.

Alman solçusu A.Bebel isə tətili ölkəsində sosial-demokratların reyxstaq seçkilərindəki böyük qələbəsinə bərabər mühüm hadisə kimi qiymətləndirəcəkdi.

***

"Mazut Konstitusiyası": tələbdən şükürəƏslində haqqında danışdığımız dövrün Bakısı bu günkü Bakı ilə xeyli dərəcədə oxşar idi: minlərlə ac, yoxsul, işsiz insan neft bumunun yaratdığı iş yerlərində çalışmaq üçün bura axışıb gəlirdi. Onlar nəhayət ki, özlərinin və ailələrinin qarnını doyurmağa ümid edirdi.

Lakin maaşların azlığından tutmuş ağır, alçaldıcı iş şəraitinəcən çoxsaylı səbəblər tezliklə onların bu ümidlərinin üstündən xətt çəkməyə başladı.

Bu da azmış kimi, “1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə acyalavac Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15.000 ac sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır.

Zülm gündən-günə artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahibkarların, məmurların özbaşınalığı, hüquqsuzluq fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı…” (Manaf Süleymanov, “Eşidiklərim, oxuduqlarım, gördüklərim”).

Vəziyyət o yerə çatdı ki, çar hökumətinin basqıçı, təhdidkar idarəçiliyi belə, haqlarının tapdanmasından boğaza yığılmış insanların qəzəbini cilovlamağa kifayət etmədi.

Yenə Manaf Süleymanovun yazdıqlarından: “İyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü”, “Məvaciblər artırılsın”, “Həbsə alınmış nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDFP-nin Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular…“

***

Tətil qığılcımının alovlanmasından beş gün sonra artıq Bakıda faktiki olaraq, sənaye və ticarət həyatı donmuşdu.

Qəzəbli fəhlələr neft mədənlərinə od vurur, beləcə, hər gün minlərlə pud “qara qızıl” havaya sovrulurdu. Mədənlərin anbarlarında, zavodlardakı çənlərdə neft aşıb-daşır, heç kim onu daşımır, dənizçilər gəmilərə neft doldurmaqdan boyun qaçırırdı.

İlk günlərdə sahibkarlar tətilçilərin tələblərini yerinə yetirməkdən imtina edirdilər. Kiçik bir güzəştin onları daha da ruhlandıracağından, ilhamlandıracağından çəkinir, daha kəskin tələblərlə çıxış etməyə başlayacaqlarından qorxurdular.

Tətilçilərin isə onsuz da geri addım atmaq fikri yox idi.

Vəziyyəti belə görən çar hökuməti amansız repressiyalara start verdi. Tətilçilər dəhşətli qisas əməliyyatları ilə üz-üzə idi.

Nəticədə üç həftədən sonra etirazlar səngiyir.

Lakin 20 günlük tətil neftxudalara və hökumətə bir çox həqiqətləri anlamaq, dərk etmək imkanı verir: onlar başa düşürlər ki, əməkçi sinfi uzun müddət ağır, qeyri-insani iş şəraitinə, hüquqsuzluğa, istismara səssiz qalır, dözürsə, bu hələ o demək deyil ki, həmişə belə davam edəcək. Artıq sahibkarlar da, hökumət də fərqindədir ki, xalqın qəzəbi ən proqnozlaşdırılmayan bir anda partlaya və qarşısıalınmaz proseslərə gətirib çıxara, arzuedilməz nəticələr doğura bilər.

Bir çoxları 1903-cü ildəki Bakı tətilinin nəticəsiz bitdiyini, bir növ, məğlubiyyətə uğradığını düşünür.

Halbuki qətiyyən belə deyil; yuxarıda da vurğuladığımız kimi, bu aksiya əslində bir qələbə idi. Zatən tarixdə heç bir etiraz izsiz-tozsuz qalmır, gec və ya tez, fərqi yoxdur, nə vaxtsa bəhrəsini verir.

Elə Bakı tətilindən cəmi bir il sonra – 1904-cü ildə qəbul edilən və tariximizə “Mazut Konstitusiyası” kimi düşən sənəd də məhz həmin etirazın məntiqi sonluğu idi.

Belə ki, tətilçilər və neft sahibkarları tərəfindən seçilmiş 15 nəfərlik komissiyanın 1904-cü il dekabrın 15-dən etibarən apardıqları müştərək danışıqlar dekabrın 30-da uğurla başa çatmışdı: “Mazut Konstitusiyası” qəbul edilmişdi. 

Bu anlaşma fəhlələrə o dövr üçün (Azərbaycan reallığında elə bu gün üçün də!) bir çox mütərəqqi imkanlar, hüquqlar qazandırırdı. Məsələn, fəhlələrə pulsuz yaşamaq yeri, su və kerosin verilirdi. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin əməkhaqqının 50 faizinin daha 3 ay ərzində ödənilməsi qərarlaşdırılır, maaşların artırılması, İrandan gələn fəhlələrin maaşının yerli fəhlələrlə eyniləşdirilməsi nəzərdə tutulurdu. Bundan başqa işdə cərimələrin ləğv edilməsi də fəhlələrin əldə etdikləri haqlar sırasında idi.

***

1903-cü il Bakı tətili təkcə Azərbaycanın deyil, digər ölkələrin tarixi baxımından da ilhamverici bir hadisədir.

O, Rusiyada fəhlə çıxışlarının yüksəlməsində mühüm rol oynadı. Bu etiraz aktından sonra Tiflisdən tutmuş Batuma, Odessadadan tutmuş Kiyevə, Yekatirinoslavdan tutmuş Novorossiyskə qədər geniş bir coğrafiyada aramsız tətillər başladı.

1903-cü il Bakı tətilinin daha bir əhəmiyyəti fəhlələrin çox keçmədən yalnız əmək hüquqları deyil, siyasi azadlıqlar da tələb etməyə başlamasıydı. Hansı ki, bu Azərbaycanda milli demokratik fikrin güclənməsinə ciddi təkan verəcəkdi.

Ən əsası, həmin tətil aktı ölkəmizdə ilk həmkarlar təşkilatlarının önünü açacaqdı.

***

Qayıdaq bu günümüzə…

Hardasa 120 il öncə, ağır ictimai-siyasi şərtlər altında baş verən bir tətildən ağızdolusu danışdığımız halda, bu gün leksikonumuzdakı “tətil” sözünün sadəcə “şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə” mənasında işlədilməsi adamın ürəyini ağrıdır.

Biz tariximizin təkəm-seyrək protest təcrübələrini belə, yaddan çıxarmağa başlayırıq. Biz tələb etməyi sürətlə unuduruq. Biz etiraz etməyi tamamilə yadırğayırıq.

Əvəzində şükr etməyə öyrəşirik. Haqqımız olanı kiminsə lütfü kimi qəbul etməyə razılaşırıq.

Bu, yüz koronavirusdan daha təhlükəli, daha dəhşətlidir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Göydələn mağaralar

Dəstəbazlıq

Arkadaşlar, azeriler psikopat

SoNoR… 20 il bundan əvvəlki konsert

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Nadinc uşaq, yoxsa DDHS?

Abbas Mirzə Şərifzadənin güllələnməsi

“Mövcud olmayan müqəddəs kitab” – Tora Ağabəyova təqdim edir

Azərbaycanda futbol “qazancı”

Koronavirus rekordları uğrunda

Mauser S2 E6 – ArtLogos, Əmici 5G, Ya Təbibi

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Yalquzağın “üçküncbaşları”

Kvant mexanikası necə yaranıb?

Zemmelveys refleksi və ya əl yumağın inkarı

Nobel – Şnobelin özüdür!

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

Norrköping – Abbas Atilaydan

Üzr istədən oğlanlar

Tibbin gələcəyi

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

101 ilin nəticələri

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

Milli iclaslarımız

“Tarantino – Allahdır!”

Psixoloji travma barədə

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Azərbaycanlılar kimdir?

Neft, futbol, nida

Polisin sərhədsiz imtiyazı

“Mazut Konstitusiyası”: tələbdən şükürə

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
15 Mart 2020

Azərbaycan dilində tətil sözü iki anlamda işlədilir.

Bunlardan biri “işin kütləvi və mütəşəkkil surətdə dayandırılması”dır. Digər anlamı “şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə”dir.

Biz “tətil” sözünün ilk mənasını çoxdan unutmuşuq. Özəl şirkətlərdə bir-iki xırda tətili nəzərə almasaq, son illərdə bu söz dilimizdə olsa-olsa, məhz ikinci anlamında işlədilir.

Protest məqsədli tətil – əməkçi, zəhmətkeş insanların hüquq axtarışıdır. Daha yaxşı, təhlükəsiz iş şəraiti, daha yüksək maaş tələbidir. Alın tərinə sayğısızlıq edənlərə qarşı dik duruşudur.

Siz bu gün dünyanın ən gəlişmiş ölkələrində belə, vaxtaşırı bu cür tətillər haqqında eşidə, oxuya bilərsiniz. Yəni tətilin konkret vətəni yoxdur: ona yalnız ikinci, üçüncü sort ölkələrin təcrübəsində rast gəlinmir, hətta inkişaf etmiş, insana yüksək dəyər verilən ölkələr də tətildən sığortalanmayıb.

Azərbaycan isə bu mənada da analoqsuzdur. Əmək hüquqlarının yerlərdə süründüyü, əmək müqavilələrinin işçini daim təzyiq altında saxlayacaq şəkildə imzalandığı yaxud yerli-dibli imzalanmadığı, işçi ilə əməkçidən çox qul, kölə kimi rəftar edildiyi bir ölkədə “tətil” sözünün etiraz, protest mənasında leksikondan çıxması heç bir normal məntiqə sığmır.

Razıyam, biz hər cür etirazın top-tüfənglə qarşılandığı, “vətənə xəyanət”, “düşmən dəyirmanına su tökmək” kimi qələmə verildiyi ölkədə yaşayırıq; hər yerdə olduğu kimi işdə də adamlardan qeyd-şərtsiz itaət tələb olunur, insanın öz haqqını tələb etməsi “qudurğanlıq”la assosiasiya edilir. Ancaq bəyəm keçən yüzilliyin əvvəllərində ictimai-siyasi mühit indikindən daha amansız və qəddar idimi ki, o vaxt tariximizə “Mazut konstitusiyası” olaraq düşən tarixi sənədin qəbul edilməsi ilə nəticələnən nəhəng tətillər baş verdiyi halda bu gün belə etirazları heç ağlımızın ucundan da keçirmir, keçirə bilmirik?!

***

Tarix: 1903-cü il, 1iyul.

Yer: Bakı.

Kadet partiyasının üzvü olan Aleksandr Xatisovun zavodlarından başlayan etiraz dalğası çox keçmədən digər zavod və fabriklərə də yayılır.

Sonralar tarixçilərin “Cənubi Rusiyada ilk ümumi tətil” adlandıracaqları bu protest dalğası düz 20 gün davam edəcək və faktiki olaraq fəhlələrin qələbəsi ilə tamamlanacaqdı.

Alman solçusu A.Bebel isə tətili ölkəsində sosial-demokratların reyxstaq seçkilərindəki böyük qələbəsinə bərabər mühüm hadisə kimi qiymətləndirəcəkdi.

***

"Mazut Konstitusiyası": tələbdən şükürəƏslində haqqında danışdığımız dövrün Bakısı bu günkü Bakı ilə xeyli dərəcədə oxşar idi: minlərlə ac, yoxsul, işsiz insan neft bumunun yaratdığı iş yerlərində çalışmaq üçün bura axışıb gəlirdi. Onlar nəhayət ki, özlərinin və ailələrinin qarnını doyurmağa ümid edirdi.

Lakin maaşların azlığından tutmuş ağır, alçaldıcı iş şəraitinəcən çoxsaylı səbəblər tezliklə onların bu ümidlərinin üstündən xətt çəkməyə başladı.

Bu da azmış kimi, “1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə acyalavac Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15.000 ac sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır.

Zülm gündən-günə artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahibkarların, məmurların özbaşınalığı, hüquqsuzluq fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı…” (Manaf Süleymanov, “Eşidiklərim, oxuduqlarım, gördüklərim”).

Vəziyyət o yerə çatdı ki, çar hökumətinin basqıçı, təhdidkar idarəçiliyi belə, haqlarının tapdanmasından boğaza yığılmış insanların qəzəbini cilovlamağa kifayət etmədi.

Yenə Manaf Süleymanovun yazdıqlarından: “İyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü”, “Məvaciblər artırılsın”, “Həbsə alınmış nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDFP-nin Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular…“

***

Tətil qığılcımının alovlanmasından beş gün sonra artıq Bakıda faktiki olaraq, sənaye və ticarət həyatı donmuşdu.

Qəzəbli fəhlələr neft mədənlərinə od vurur, beləcə, hər gün minlərlə pud “qara qızıl” havaya sovrulurdu. Mədənlərin anbarlarında, zavodlardakı çənlərdə neft aşıb-daşır, heç kim onu daşımır, dənizçilər gəmilərə neft doldurmaqdan boyun qaçırırdı.

İlk günlərdə sahibkarlar tətilçilərin tələblərini yerinə yetirməkdən imtina edirdilər. Kiçik bir güzəştin onları daha da ruhlandıracağından, ilhamlandıracağından çəkinir, daha kəskin tələblərlə çıxış etməyə başlayacaqlarından qorxurdular.

Tətilçilərin isə onsuz da geri addım atmaq fikri yox idi.

Vəziyyəti belə görən çar hökuməti amansız repressiyalara start verdi. Tətilçilər dəhşətli qisas əməliyyatları ilə üz-üzə idi.

Nəticədə üç həftədən sonra etirazlar səngiyir.

Lakin 20 günlük tətil neftxudalara və hökumətə bir çox həqiqətləri anlamaq, dərk etmək imkanı verir: onlar başa düşürlər ki, əməkçi sinfi uzun müddət ağır, qeyri-insani iş şəraitinə, hüquqsuzluğa, istismara səssiz qalır, dözürsə, bu hələ o demək deyil ki, həmişə belə davam edəcək. Artıq sahibkarlar da, hökumət də fərqindədir ki, xalqın qəzəbi ən proqnozlaşdırılmayan bir anda partlaya və qarşısıalınmaz proseslərə gətirib çıxara, arzuedilməz nəticələr doğura bilər.

Bir çoxları 1903-cü ildəki Bakı tətilinin nəticəsiz bitdiyini, bir növ, məğlubiyyətə uğradığını düşünür.

Halbuki qətiyyən belə deyil; yuxarıda da vurğuladığımız kimi, bu aksiya əslində bir qələbə idi. Zatən tarixdə heç bir etiraz izsiz-tozsuz qalmır, gec və ya tez, fərqi yoxdur, nə vaxtsa bəhrəsini verir.

Elə Bakı tətilindən cəmi bir il sonra – 1904-cü ildə qəbul edilən və tariximizə “Mazut Konstitusiyası” kimi düşən sənəd də məhz həmin etirazın məntiqi sonluğu idi.

Belə ki, tətilçilər və neft sahibkarları tərəfindən seçilmiş 15 nəfərlik komissiyanın 1904-cü il dekabrın 15-dən etibarən apardıqları müştərək danışıqlar dekabrın 30-da uğurla başa çatmışdı: “Mazut Konstitusiyası” qəbul edilmişdi. 

Bu anlaşma fəhlələrə o dövr üçün (Azərbaycan reallığında elə bu gün üçün də!) bir çox mütərəqqi imkanlar, hüquqlar qazandırırdı. Məsələn, fəhlələrə pulsuz yaşamaq yeri, su və kerosin verilirdi. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin əməkhaqqının 50 faizinin daha 3 ay ərzində ödənilməsi qərarlaşdırılır, maaşların artırılması, İrandan gələn fəhlələrin maaşının yerli fəhlələrlə eyniləşdirilməsi nəzərdə tutulurdu. Bundan başqa işdə cərimələrin ləğv edilməsi də fəhlələrin əldə etdikləri haqlar sırasında idi.

***

1903-cü il Bakı tətili təkcə Azərbaycanın deyil, digər ölkələrin tarixi baxımından da ilhamverici bir hadisədir.

O, Rusiyada fəhlə çıxışlarının yüksəlməsində mühüm rol oynadı. Bu etiraz aktından sonra Tiflisdən tutmuş Batuma, Odessadadan tutmuş Kiyevə, Yekatirinoslavdan tutmuş Novorossiyskə qədər geniş bir coğrafiyada aramsız tətillər başladı.

1903-cü il Bakı tətilinin daha bir əhəmiyyəti fəhlələrin çox keçmədən yalnız əmək hüquqları deyil, siyasi azadlıqlar da tələb etməyə başlamasıydı. Hansı ki, bu Azərbaycanda milli demokratik fikrin güclənməsinə ciddi təkan verəcəkdi.

Ən əsası, həmin tətil aktı ölkəmizdə ilk həmkarlar təşkilatlarının önünü açacaqdı.

***

Qayıdaq bu günümüzə…

Hardasa 120 il öncə, ağır ictimai-siyasi şərtlər altında baş verən bir tətildən ağızdolusu danışdığımız halda, bu gün leksikonumuzdakı “tətil” sözünün sadəcə “şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə” mənasında işlədilməsi adamın ürəyini ağrıdır.

Biz tariximizin təkəm-seyrək protest təcrübələrini belə, yaddan çıxarmağa başlayırıq. Biz tələb etməyi sürətlə unuduruq. Biz etiraz etməyi tamamilə yadırğayırıq.

Əvəzində şükr etməyə öyrəşirik. Haqqımız olanı kiminsə lütfü kimi qəbul etməyə razılaşırıq.

Bu, yüz koronavirusdan daha təhlükəli, daha dəhşətlidir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel