Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Manafzadələrin musiqi dünyası

Aygün AslanlıAygün Aslanlı
Kültür
19 Fevral 2019

Cahilliyimə bağışlayın, amma mən uzun müddət dirijor peşəsinin funksiyasını anlaya bilmirdim. Simfonik orkestr iki akkord “tutmağı” öyrənmək deyil, axı. Ora daxil olanların əksəriyyəti lap uşaqlıqdan musiqi ilə məşğul olur, notları oxumağı öyrənir, gündə, az qala, 10-15 saat məşq eləyir. Hər hansı bir əsər ifa olunanda da ifaçıların qarşısında hər şeyin dəqiqliklə göstərildiyi notlar olur. Bəs onda dirijorun əlində yellətdiyi nazik çubuq nəyə lazımdı?

O çubuğun hansı işə yaradığını Fellininin “Orkestrin məşqi” filmini izləyəndən sonra başa düşdüm: İdarə etmək üçündü.

Bütün universal sənət nümunələri kimi simfonik orkestrin də təhtəl-şüura qədər uzanan dərin etimologiyası var. O, insan cəmiyyətinin metaforasıdı. Cəmiyyətdə olduğu kimi orkestrin üzvlərinin – hər alətin öz yeri, tonları var, hər birinin partiturası ayrıca yazılır (Fellini filmində bu metaforanı hərfbəhərf izah eləyir). Dirijor və onun çubuğu da bu cəmiyyəti idarə eləyən, kobud desək, çubuğunun ucunda oynadan şəxsdi – diktator, ya da demokratik rəhbər… Bu, artıq onun baxışlarından, dünyagörüşündən- musiqiyə və musiqiçilərə münasibətindən asılıdı. Lakin bütün hallarda idarəçi – dirijor olmaq, kütləni idarə eləmək xüsusi bacarıq tələb eləyir. Yəni bu yazının qəhrəmanlarından biri – Turan Manafzadənin sözləriylə desək, dirijor şəxsiyyət olmalıdı.

Qəhrəmanlarım – hazırda musiqi aləmində adları tez-tez hallanan azərbaycanlılardan olan Turan və Abuzər Manafzadələr Bakıda musiqiçi ailəsində dünyaya gəliblər. Bacı-qardaş klassik musiqi ilə eyni vaxtda məşğul olmağa başlayıblar. Onda Abuzərin yeddi, Turanınsa altı yaşı vardı. Abuzər deyir ki, ailələrində, demək olar, hər kəs incəsənət, ələlxüsus da musiqiylə bu və ya digər şəkildə bağlı olduğuna görə, valideynləri onlara “siz musiqi üçün doğulmusunuz, bu işlə də məşğul olmalısınız” deyərək başqa sahələrlə maraqlanmalarına əvvəldən imkan verməyiblər. Məsələn, Turan əvvəllər həkim olmaq istəyirmiş, ancaq musiqiyə təslim olandan sonra doğru yolda yürüdüyünü anlayıb: “Uşaqlıqda musiqi dərsi əzab kimi gəlirdi, amma konservatoriyaya girəndən sonra başa düşdüm ki, mən bu iş üçün yaradılmışam. 12-13 yaşımdan bilirəm ki, mən öz peşəmi seçmişəm”.

Abuzərlə Turan İstanbulda Memar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasını bitiriblər.

İs ondadı ki, uşaqlar hələ balacaykən ataları – məşhur pianoçi İslam Manafov İstanbulun keçmiş bələdiyyə başçısı Bədrəddin Dalandan Türkiyədə işləmək təklifi alıb, ailəsi ilə birlikdə ora köçüb və fəaliyyətini həm pianoçu, həm də pedaqoq kimi davam etdirib. Elə o vaxtdan İstanbul Manafovlar ailəsinin yeni evinə çevrilib. İndi Manafovların İstanbulda özlərinə aid Sənət Məktəbi də (İSM) var və ailəlikcə orda işləyirlər. Həmçinin İslam Manafov Türkiyənin Yeditepe Universitetində pedaqoji fəaliyyətlə məşğuldu.

Təbii ki, Abuzərlə Turanı dünyaca məşhur azərbaycanlıların sırasına qatan bu deyil. Turan Manafzadə Azərbaycanda ilk, dünyada isə nadir rast gəlinən qadın orkestr dirijorudu.

Abuzərin isə keçən il Kaliforniyada balaban, nağara, piano və simfonik orkestr üçün yazdığı və Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr elədiyi konsertinin premyerası keçirilib. Monterey Gənclik Simfonik orkestrinin müşayiəti, Fərhad Xəlilovun dirijorluğu, balaban ifaçısı Nicat Məsimov və “Natiq” ritm ansamlının rəhbəri, nağaraçı Natiq Şirinovun da iştirakı ilə təqdim olunan bu əsər balaban üçün yazılmış ilk konsertdi.

Manafzadələr bu pilləyə çatana qədər uzun bir peşəkar təhsil yolu keçiblər və keçməyə davam edirlər.

Turan, Oksana Yablonskaya, Vladimir Virado, Vinçenzo Balzani, Mirtala Salazar, Toros Can, Tamara Poddubnaya, Boris Petruşanski, Dmitri Başkirov, Milena Mullova kimi tanınmış musiqiçilərin ustad dərslərində iştirak edib və hazırda italiyalı dirijor Antonio Pirollinin sinfində dirijorluq sənətinin sirlərini öyrənir. İstanbul Opera Balet teatrında çalışan Turan həm də xalq mahnılarının vokal interpretasiyası ilə məşğul olur.

Qardaşı Abuzər Manafzadə isə eyni vaxtda həm Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alır, həm də Linz şəhərində yerləşən Anton Brukner Universitetində fortepiano üzrə magistraturada oxuyur.

Onlar paralel olaraq dünyanın müxtəlif şəhərlərində böyük klassik musiqi tədbirlərində iştirak edirlər. Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” dərnəyinin təşkilatçılığı ilə Vyana şəhərində keçirilən “Vyana Yeni İl Konserti” Beynəlxalq musiqi müsabiqəsi qaliblərinin konserti bacı-qardaşın dirijorluğu ilə baş tutub.

Manafzadələr 2004-cü ildə İstanbulda təşkil olunan “Galleria” piano yarışmasında Mansion mükafatına layiq görülüblər, 2013-cü ilin may ayında yenə İstanbulda keçirilən “Beynəlxalq Pera” piano yarışmasında “Piano Duo” kateqoriyasında I yeri, həmin ilin iyun ayında Almaniyanın Baden-Baden şəhərində Baden-Vurtemberq Piano Müsabiqəsində “Piano Duo” kateqoriyasında I yeri qazanıblar. Turan həm də sözügedən müsabiqənin “Solo Piano” kateqoriyasında III yerin qalibi olub.

Mükafatların və qələbələrin siyahısını uzatmaq olar. Əlbəttə ki, klassik musiqi, xüsusən, dirijorluq sahəsində, özü də bu sənətin vətənində, peşəkar ifaçıların da, dinləyicilərin də çoxluq təşkil elədiyi ölkələrdə azərbaycanlı gənclər tərəfindən qazanılan uğurların hamısı vacibdi, qürurvericidi. Ancaq bundan daha çox qürur verən belə gənclərimizin varlığı və əzmidi. Hərçənd “görəsən, onlar uşaq yaşlarında Türkiyəyə köçməsəydilər, Azərbaycanda qalsaydılar, eyni uğur qazana, istedadlarını açmaq imkanına sahib ola bilərdilərmi?” sualı da arabir işıq kimi yanıb-sönür, amma bu, necə deyərlər, başqa söhbətin mövzusudu.

İndi vacib olan odu ki, Turan və Abuzər Manafzadələr, harda yaşamaqlarından asılı olmayaraq, dünyada, məhz, Azərbaycan klassik musiqisini tanıdırlar, konsertlərində Bethoven, Motsart kimi dahilərlə yanaşı azərbaycanlı bəstəkarların da əsərlərini ifa və təbliğ eləyirlər.

Turan Manafzadə deyir ki, hər bir orkestrin öz psixoloji, mental, milli xüsusiyyətləri var. Dirijor bu və ya digər orkestrlə hansı vasitələrlə əlaqə quracağını bilməlidi. Odu ki, dirijor – şəxsiyyət peşəsidir.

Biz də gənc musiqiçilərimizə daha böyük uğurlar və ondan da çox, sözün əsl mənasında, şəxsiyyət dirijor olmağı arzulayırıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021

Redaktorun seçimi

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Azərbaycanın 100-illik iqtisadiyyatı: sabitlik və stabillik

Leviafan və Hippopotam – Apostrof

Zorakılıq və istefa

Bir maşın kubik və xalqın partiyası

Azərbaycanlıların müəmmalı həmrəyliyi

Dil çıxaran qoca kişi

XXI əsrdə 37-ci il rüzgarları

Uşağınız qayğıkeşdirsə – siz pis valideynsiniz?

“Şuşanı vur” məsələsi

Pandemia. Downshifting. Sağ radikal.

Koronavirus Azərbaycanda

İbrahim Tatlısəsin oxşarı

MSK sərgüzəştlərim

Hər şey çox pisdir və daha da pis olacaq

Zəngəzur problemi

Azərbaycan kinosunda kişi diskriminasiyası

Şerloklar ekranda

Bakı və İstanbul: tarixlərin kəsişməsi

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Dili topuq vuranlar

Ketevan Canelidze: “Mədəniyyət, bir ölkənin vizit kartıdır”

Qartal qanadı taxmış qarğa

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Landşaft memarlığı? O nədir?

6G texnologiyası smartfonlarıın axırına çıxacaq

İstedad və zəhmət

Maastrixt kriteriyaları və Azərbaycan iqtisadiyyatı

Karl Marx cavabı çoxdan verib

Virusa qarşı sadə vasitə

Manafzadələrin musiqi dünyası

Aygün AslanlıAygün Aslanlı
Kültür
19 Fevral 2019

Cahilliyimə bağışlayın, amma mən uzun müddət dirijor peşəsinin funksiyasını anlaya bilmirdim. Simfonik orkestr iki akkord “tutmağı” öyrənmək deyil, axı. Ora daxil olanların əksəriyyəti lap uşaqlıqdan musiqi ilə məşğul olur, notları oxumağı öyrənir, gündə, az qala, 10-15 saat məşq eləyir. Hər hansı bir əsər ifa olunanda da ifaçıların qarşısında hər şeyin dəqiqliklə göstərildiyi notlar olur. Bəs onda dirijorun əlində yellətdiyi nazik çubuq nəyə lazımdı?

O çubuğun hansı işə yaradığını Fellininin “Orkestrin məşqi” filmini izləyəndən sonra başa düşdüm: İdarə etmək üçündü.

Bütün universal sənət nümunələri kimi simfonik orkestrin də təhtəl-şüura qədər uzanan dərin etimologiyası var. O, insan cəmiyyətinin metaforasıdı. Cəmiyyətdə olduğu kimi orkestrin üzvlərinin – hər alətin öz yeri, tonları var, hər birinin partiturası ayrıca yazılır (Fellini filmində bu metaforanı hərfbəhərf izah eləyir). Dirijor və onun çubuğu da bu cəmiyyəti idarə eləyən, kobud desək, çubuğunun ucunda oynadan şəxsdi – diktator, ya da demokratik rəhbər… Bu, artıq onun baxışlarından, dünyagörüşündən- musiqiyə və musiqiçilərə münasibətindən asılıdı. Lakin bütün hallarda idarəçi – dirijor olmaq, kütləni idarə eləmək xüsusi bacarıq tələb eləyir. Yəni bu yazının qəhrəmanlarından biri – Turan Manafzadənin sözləriylə desək, dirijor şəxsiyyət olmalıdı.

Qəhrəmanlarım – hazırda musiqi aləmində adları tez-tez hallanan azərbaycanlılardan olan Turan və Abuzər Manafzadələr Bakıda musiqiçi ailəsində dünyaya gəliblər. Bacı-qardaş klassik musiqi ilə eyni vaxtda məşğul olmağa başlayıblar. Onda Abuzərin yeddi, Turanınsa altı yaşı vardı. Abuzər deyir ki, ailələrində, demək olar, hər kəs incəsənət, ələlxüsus da musiqiylə bu və ya digər şəkildə bağlı olduğuna görə, valideynləri onlara “siz musiqi üçün doğulmusunuz, bu işlə də məşğul olmalısınız” deyərək başqa sahələrlə maraqlanmalarına əvvəldən imkan verməyiblər. Məsələn, Turan əvvəllər həkim olmaq istəyirmiş, ancaq musiqiyə təslim olandan sonra doğru yolda yürüdüyünü anlayıb: “Uşaqlıqda musiqi dərsi əzab kimi gəlirdi, amma konservatoriyaya girəndən sonra başa düşdüm ki, mən bu iş üçün yaradılmışam. 12-13 yaşımdan bilirəm ki, mən öz peşəmi seçmişəm”.

Abuzərlə Turan İstanbulda Memar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasını bitiriblər.

İs ondadı ki, uşaqlar hələ balacaykən ataları – məşhur pianoçi İslam Manafov İstanbulun keçmiş bələdiyyə başçısı Bədrəddin Dalandan Türkiyədə işləmək təklifi alıb, ailəsi ilə birlikdə ora köçüb və fəaliyyətini həm pianoçu, həm də pedaqoq kimi davam etdirib. Elə o vaxtdan İstanbul Manafovlar ailəsinin yeni evinə çevrilib. İndi Manafovların İstanbulda özlərinə aid Sənət Məktəbi də (İSM) var və ailəlikcə orda işləyirlər. Həmçinin İslam Manafov Türkiyənin Yeditepe Universitetində pedaqoji fəaliyyətlə məşğuldu.

Təbii ki, Abuzərlə Turanı dünyaca məşhur azərbaycanlıların sırasına qatan bu deyil. Turan Manafzadə Azərbaycanda ilk, dünyada isə nadir rast gəlinən qadın orkestr dirijorudu.

Abuzərin isə keçən il Kaliforniyada balaban, nağara, piano və simfonik orkestr üçün yazdığı və Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr elədiyi konsertinin premyerası keçirilib. Monterey Gənclik Simfonik orkestrinin müşayiəti, Fərhad Xəlilovun dirijorluğu, balaban ifaçısı Nicat Məsimov və “Natiq” ritm ansamlının rəhbəri, nağaraçı Natiq Şirinovun da iştirakı ilə təqdim olunan bu əsər balaban üçün yazılmış ilk konsertdi.

Manafzadələr bu pilləyə çatana qədər uzun bir peşəkar təhsil yolu keçiblər və keçməyə davam edirlər.

Turan, Oksana Yablonskaya, Vladimir Virado, Vinçenzo Balzani, Mirtala Salazar, Toros Can, Tamara Poddubnaya, Boris Petruşanski, Dmitri Başkirov, Milena Mullova kimi tanınmış musiqiçilərin ustad dərslərində iştirak edib və hazırda italiyalı dirijor Antonio Pirollinin sinfində dirijorluq sənətinin sirlərini öyrənir. İstanbul Opera Balet teatrında çalışan Turan həm də xalq mahnılarının vokal interpretasiyası ilə məşğul olur.

Qardaşı Abuzər Manafzadə isə eyni vaxtda həm Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alır, həm də Linz şəhərində yerləşən Anton Brukner Universitetində fortepiano üzrə magistraturada oxuyur.

Onlar paralel olaraq dünyanın müxtəlif şəhərlərində böyük klassik musiqi tədbirlərində iştirak edirlər. Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” dərnəyinin təşkilatçılığı ilə Vyana şəhərində keçirilən “Vyana Yeni İl Konserti” Beynəlxalq musiqi müsabiqəsi qaliblərinin konserti bacı-qardaşın dirijorluğu ilə baş tutub.

Manafzadələr 2004-cü ildə İstanbulda təşkil olunan “Galleria” piano yarışmasında Mansion mükafatına layiq görülüblər, 2013-cü ilin may ayında yenə İstanbulda keçirilən “Beynəlxalq Pera” piano yarışmasında “Piano Duo” kateqoriyasında I yeri, həmin ilin iyun ayında Almaniyanın Baden-Baden şəhərində Baden-Vurtemberq Piano Müsabiqəsində “Piano Duo” kateqoriyasında I yeri qazanıblar. Turan həm də sözügedən müsabiqənin “Solo Piano” kateqoriyasında III yerin qalibi olub.

Mükafatların və qələbələrin siyahısını uzatmaq olar. Əlbəttə ki, klassik musiqi, xüsusən, dirijorluq sahəsində, özü də bu sənətin vətənində, peşəkar ifaçıların da, dinləyicilərin də çoxluq təşkil elədiyi ölkələrdə azərbaycanlı gənclər tərəfindən qazanılan uğurların hamısı vacibdi, qürurvericidi. Ancaq bundan daha çox qürur verən belə gənclərimizin varlığı və əzmidi. Hərçənd “görəsən, onlar uşaq yaşlarında Türkiyəyə köçməsəydilər, Azərbaycanda qalsaydılar, eyni uğur qazana, istedadlarını açmaq imkanına sahib ola bilərdilərmi?” sualı da arabir işıq kimi yanıb-sönür, amma bu, necə deyərlər, başqa söhbətin mövzusudu.

İndi vacib olan odu ki, Turan və Abuzər Manafzadələr, harda yaşamaqlarından asılı olmayaraq, dünyada, məhz, Azərbaycan klassik musiqisini tanıdırlar, konsertlərində Bethoven, Motsart kimi dahilərlə yanaşı azərbaycanlı bəstəkarların da əsərlərini ifa və təbliğ eləyirlər.

Turan Manafzadə deyir ki, hər bir orkestrin öz psixoloji, mental, milli xüsusiyyətləri var. Dirijor bu və ya digər orkestrlə hansı vasitələrlə əlaqə quracağını bilməlidi. Odu ki, dirijor – şəxsiyyət peşəsidir.

Biz də gənc musiqiçilərimizə daha böyük uğurlar və ondan da çox, sözün əsl mənasında, şəxsiyyət dirijor olmağı arzulayırıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel