Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Məmələrin səssizliyi

Aliyə Dadaşova Aliyə Dadaşova
., Gender
10 Mart 2020

8 mart yürüşündən iki gün keçib. Amma iki plakat hələ də danışılır, o şüarları qaldıranlar söyülür, təhdid olunur. Oysa ki, yürüşdə onlarla şüar var idi. İşin qəribə tərəfi odur ki, hər iki plakatda – “Məmələrə azadlıq, seçkilərə ədalət”, “Qız mənimdir, nə istəsəm edərəm, vagina mənimdir kimə istəsəm verərəm” – ideyanı açan birinci hissə (qızların həyatında başqasının, kişinin qərar verməsi, özünü onun yiyəsi bilməsi) ümumiyyətlə, oxunmur. Az qala, hər kəs qadın orqanlarının adı yazılan ikinci hissəyə cumub fikir bildirir. Guya ki, birinci plakatda yürüşçü döşüaçıq gəzməyi təklif edir, o birində isə şüar qaldıran gənc qız qadınları qabağına çıxan hər kəslə sevişməyə dəvət edir.

Məmələrin səssizliyi

Qadının sinəsində saxta bülleten daşımaqla bədəninin intim, hətta müqəddəs (süd verən) hissəsinin siyasiləşməsinə etiraz edən şüar seçki sözünün hətta oxunmadığını göstərdi.

“Bunların yiyəsi yoxdur?” yazan onlarla şərh xüsusən ikinci plakatın vəziyyəti aşkar ifadə etdiyini göstərdi.

200-dən artıq şərhi gözdən keçirdim, təəccüb etmədim. Onların çoxluğu məlum. Amma xeyli yazarın da məhz belə yanaşması, qızların şəxsən özünə seks azadlığı tələb etməsini düşünməsi xeyli təəccüblü oldu. Halbuki, bir yazarın ictimai sosial təfəkkürlü olduğunu, məsələni şəxsiləşdirməyəcəyini düşünürdüm. Necə ola bilər ki, qadının cinsi həyatını özü seçməsini başqalarının nəzarəti və qərarı ilə yaşamasından üstün tutmaq tələbinə belə dar mənalar verəsən?

Böyük iştahla genderin köklərini dilçilikdə, fəlsəfədə, sosiologiyada araşdıracaq məqalə də axtardı gözümüz. (İndi olsa ləzzətlə oxuyardıq) Amma Hər kəs “o əxlaqsızların tərəfini tutursan ya yox” havasında coşmuşdu.

Və intellektual pozalı ən yayğın kontrtezislər, təxminən, yürüşçülərin tələb etdiyi azadlığın hər kəsə verilməsinin təhlükəli olmasından bəhs edirdi. Bu tezisə görə, azadlıq, ümumiyyətlə, hər kəsə lazım da deyil.

Lazımlılıq məsələsi olduqca ilgincdir. Çünki norma kimi qəbul olunduqda, ən vəhşi qanunlarla belə insanlar rahat yaşayır. Onlara azadlıq gərək olmur.

“İnsan və torpaq” kitabında yazıldığı kimi, kannibalist tayfada əti yeyilmək üçün seçilən qəbilə üzvü bunu normal qəbul edir, yəni, üsyan etmir, hətta öz əti ilə bişmək üçün tərəvəz yığır, özünə gəzən ət kimi yanaşır. Amma üsyan etməmək, normal qəbul etmək, bununla yaşamaq o demək deyil ki, bu, lazım deyil. Sadəcə, onların seçimi yoxdur. Sivil cəmiyyətsə insanların ən təməl haqqının seçim haqqı olduğunu deyir.

O zaman tezis müəlliflərindən sivil cəmiyyətimi, yoxsa geriyə, qəbiləyə doğru olan istiqaməti dəstəklədiklərini sorğulamalı. Yəni, bəlkə gerçəkdən ən böyük azadlıq elə bəşər tarixinin əvvəlindəki seçimsizlik imiş.

Və bir məqam daha var. “O çoxuna azadlıq lazım deyil” deyirsiniz, yazar Aqşin Yenisey. Axı qadının ailədəki mərkəzi rolunu siz də vurğulayırdınız. O aşağılandığının fərqində olmayan, sosial, ictimai cinsi həyatını başqalarının qərarına görə quran qadın ailədə hansı atmosferi saçacaq? Kölə böyütməyəcəkmi? Bu ölkənin problemləri məhz bundan qaynaqlanmırmı?

“Guya kişilər azaddır ki, qadınlar azadlıq tələb edirlər” deyənlər, ümumiyyətlə, şərhəgəlməz fikir deyirlər. Nə əlaqəsi, axı?

İkinci kontrtezis odur ki, bizim ölkəmiz qadına dünyəvi haqları tanıyır, konstitusion olaraq o, kişilərdən aşağı tutulmur. “Cəmiyyətdə də aşırı basqı yoxdur, qadınlar az-çox sosiallaşa, təhsil ala, yaşaya, hətta güzəşt, hörmət görə bilir. Bu şüarla beyinləri qıcıqlandırmaq, kəskinləşdirmək nəyə lazım idi ki?” deyirlər. (Filosof Müşfiq Şükürov oxşar bir mövqedədir)

Əlbəttə, qızlar şüarlara “ayıb söz” seçməklə kəskin reaksiya alacaqlarını bilməmiş deyillər. O zaman məqsəd nədir? O qaragüruhla eyni dildə danışmaq? Məsələni kökündən başlamaq? Beyinləri qıcıqlandırıb diqqət mərkəzinə çıxarmaq? Qütbləşməni dərinləşdirmək?

Bu dərinləşmə kimin xeyrinədir? İş ondadır ki, qaragüruh həmin sözləri bayraq tutaraq, şüara istədiyi mənanı verdi; “azadlıq istəyən qadın fahişəlik arzusundadır” fikrini dar beyinlərdə bərkitdi.

Burada bir sosioloq fikrinə ehtiyac var. Qütbləşmə nəyə gətirir? Yaxşıdır, yoxsa pis?

Bunlar sadəcə maraqlı suallardır. Bütün hallarda yürüşə çıxan qızların öz fikrini səsləndirməsi tərəqqidir, azadlıqdır. Məyər, yürüşə gedən “Bunun yiyəsi yoxdu?” deyən qaqaların beyninə görə şüar səsləndirməlidir? Ya da “başqa ölkələrdə heç bu da yoxdur, qadını şaqqalayıb ətini yeyirlər, bizdə yalnız qadın cinsli dölü abort edirlər” deyə şükür etməlidir? (Bu xitab da Müşfiq Şükürovadır)

Əsla.

Nə gözəl ki, srağagün yürüşə çıxan o gözəl qızlar köləcə bir həvəslə hər il müdirə, müəllimə, direktora hədiyyə üçün pul yığan valideyn işçi vatsap qruplarından boğulduğumuz bir günə başqa məna verə bildilər. Davamlı olaraq həm də… yazılacaq məsələ də, sual da çoxdu. Mənsə bircə söz yazmaq istəyirəm:

Var olun, qızlar!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Vaqif Mustafazadə və jazz haqqında miflər

Qarın müstəvisində dava

Qərb cəbhəsində Milad bayramı var!

Ən etibarlı milli sərvət

“Zapı” haqqında bədii-fəlsəfi esse

Azərbaycan qadını 100 il əvvəl

Yumor ictimai problem kimi

“Cekin tikdiyi ev” – Lars von Trierin son xuliqanlığı

Yəhudi tərzi sosializm

Dil inqilabı

Mexanizm

İsrailin kino tövbəsi

31 il öncəki Kəlbəcər faciəsi

Kimdir cinsi obyekt?

Süni ət – gələcəyin qidası

XXI əsrdə 37-ci il rüzgarları

Yuvadan uçmalı, ya uçmamalı?

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

Allahsız kosmos

Avropa və biz

InSight-ın ilk “selfiesi”

Kişi bədəni qıtlığı

İsveçrə Covid-19 üzərində qələbəyə iddialıdır

Avropadan niyə inciyirik?

Fuad İbrahimovun Varşava zəfəri

Londonda azərbaycanlı vəkil

Heykəllərə nə ehtiyac var?

Hindistanın ayda itən kosmik vasitəsi tapıldı

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

Bədii təfəkkür haqqında

Məmələrin səssizliyi

Aliyə Dadaşova Aliyə Dadaşova
., Gender
10 Mart 2020

8 mart yürüşündən iki gün keçib. Amma iki plakat hələ də danışılır, o şüarları qaldıranlar söyülür, təhdid olunur. Oysa ki, yürüşdə onlarla şüar var idi. İşin qəribə tərəfi odur ki, hər iki plakatda – “Məmələrə azadlıq, seçkilərə ədalət”, “Qız mənimdir, nə istəsəm edərəm, vagina mənimdir kimə istəsəm verərəm” – ideyanı açan birinci hissə (qızların həyatında başqasının, kişinin qərar verməsi, özünü onun yiyəsi bilməsi) ümumiyyətlə, oxunmur. Az qala, hər kəs qadın orqanlarının adı yazılan ikinci hissəyə cumub fikir bildirir. Guya ki, birinci plakatda yürüşçü döşüaçıq gəzməyi təklif edir, o birində isə şüar qaldıran gənc qız qadınları qabağına çıxan hər kəslə sevişməyə dəvət edir.

Məmələrin səssizliyi

Qadının sinəsində saxta bülleten daşımaqla bədəninin intim, hətta müqəddəs (süd verən) hissəsinin siyasiləşməsinə etiraz edən şüar seçki sözünün hətta oxunmadığını göstərdi.

“Bunların yiyəsi yoxdur?” yazan onlarla şərh xüsusən ikinci plakatın vəziyyəti aşkar ifadə etdiyini göstərdi.

200-dən artıq şərhi gözdən keçirdim, təəccüb etmədim. Onların çoxluğu məlum. Amma xeyli yazarın da məhz belə yanaşması, qızların şəxsən özünə seks azadlığı tələb etməsini düşünməsi xeyli təəccüblü oldu. Halbuki, bir yazarın ictimai sosial təfəkkürlü olduğunu, məsələni şəxsiləşdirməyəcəyini düşünürdüm. Necə ola bilər ki, qadının cinsi həyatını özü seçməsini başqalarının nəzarəti və qərarı ilə yaşamasından üstün tutmaq tələbinə belə dar mənalar verəsən?

Böyük iştahla genderin köklərini dilçilikdə, fəlsəfədə, sosiologiyada araşdıracaq məqalə də axtardı gözümüz. (İndi olsa ləzzətlə oxuyardıq) Amma Hər kəs “o əxlaqsızların tərəfini tutursan ya yox” havasında coşmuşdu.

Və intellektual pozalı ən yayğın kontrtezislər, təxminən, yürüşçülərin tələb etdiyi azadlığın hər kəsə verilməsinin təhlükəli olmasından bəhs edirdi. Bu tezisə görə, azadlıq, ümumiyyətlə, hər kəsə lazım da deyil.

Lazımlılıq məsələsi olduqca ilgincdir. Çünki norma kimi qəbul olunduqda, ən vəhşi qanunlarla belə insanlar rahat yaşayır. Onlara azadlıq gərək olmur.

“İnsan və torpaq” kitabında yazıldığı kimi, kannibalist tayfada əti yeyilmək üçün seçilən qəbilə üzvü bunu normal qəbul edir, yəni, üsyan etmir, hətta öz əti ilə bişmək üçün tərəvəz yığır, özünə gəzən ət kimi yanaşır. Amma üsyan etməmək, normal qəbul etmək, bununla yaşamaq o demək deyil ki, bu, lazım deyil. Sadəcə, onların seçimi yoxdur. Sivil cəmiyyətsə insanların ən təməl haqqının seçim haqqı olduğunu deyir.

O zaman tezis müəlliflərindən sivil cəmiyyətimi, yoxsa geriyə, qəbiləyə doğru olan istiqaməti dəstəklədiklərini sorğulamalı. Yəni, bəlkə gerçəkdən ən böyük azadlıq elə bəşər tarixinin əvvəlindəki seçimsizlik imiş.

Və bir məqam daha var. “O çoxuna azadlıq lazım deyil” deyirsiniz, yazar Aqşin Yenisey. Axı qadının ailədəki mərkəzi rolunu siz də vurğulayırdınız. O aşağılandığının fərqində olmayan, sosial, ictimai cinsi həyatını başqalarının qərarına görə quran qadın ailədə hansı atmosferi saçacaq? Kölə böyütməyəcəkmi? Bu ölkənin problemləri məhz bundan qaynaqlanmırmı?

“Guya kişilər azaddır ki, qadınlar azadlıq tələb edirlər” deyənlər, ümumiyyətlə, şərhəgəlməz fikir deyirlər. Nə əlaqəsi, axı?

İkinci kontrtezis odur ki, bizim ölkəmiz qadına dünyəvi haqları tanıyır, konstitusion olaraq o, kişilərdən aşağı tutulmur. “Cəmiyyətdə də aşırı basqı yoxdur, qadınlar az-çox sosiallaşa, təhsil ala, yaşaya, hətta güzəşt, hörmət görə bilir. Bu şüarla beyinləri qıcıqlandırmaq, kəskinləşdirmək nəyə lazım idi ki?” deyirlər. (Filosof Müşfiq Şükürov oxşar bir mövqedədir)

Əlbəttə, qızlar şüarlara “ayıb söz” seçməklə kəskin reaksiya alacaqlarını bilməmiş deyillər. O zaman məqsəd nədir? O qaragüruhla eyni dildə danışmaq? Məsələni kökündən başlamaq? Beyinləri qıcıqlandırıb diqqət mərkəzinə çıxarmaq? Qütbləşməni dərinləşdirmək?

Bu dərinləşmə kimin xeyrinədir? İş ondadır ki, qaragüruh həmin sözləri bayraq tutaraq, şüara istədiyi mənanı verdi; “azadlıq istəyən qadın fahişəlik arzusundadır” fikrini dar beyinlərdə bərkitdi.

Burada bir sosioloq fikrinə ehtiyac var. Qütbləşmə nəyə gətirir? Yaxşıdır, yoxsa pis?

Bunlar sadəcə maraqlı suallardır. Bütün hallarda yürüşə çıxan qızların öz fikrini səsləndirməsi tərəqqidir, azadlıqdır. Məyər, yürüşə gedən “Bunun yiyəsi yoxdu?” deyən qaqaların beyninə görə şüar səsləndirməlidir? Ya da “başqa ölkələrdə heç bu da yoxdur, qadını şaqqalayıb ətini yeyirlər, bizdə yalnız qadın cinsli dölü abort edirlər” deyə şükür etməlidir? (Bu xitab da Müşfiq Şükürovadır)

Əsla.

Nə gözəl ki, srağagün yürüşə çıxan o gözəl qızlar köləcə bir həvəslə hər il müdirə, müəllimə, direktora hədiyyə üçün pul yığan valideyn işçi vatsap qruplarından boğulduğumuz bir günə başqa məna verə bildilər. Davamlı olaraq həm də… yazılacaq məsələ də, sual da çoxdu. Mənsə bircə söz yazmaq istəyirəm:

Var olun, qızlar!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel