bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Linkoln Mişel – Yazılarınızı məşhur jurnallara necə göndərməlisiniz?

AzLogos AzLogos
., Sərbəst
26 May 2021
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
Publicicity image of Lincoln Michel.

Publicicity image of Lincoln Michel.

Paylaş

Hamımız yaxşı bilirik ki, yazmaq təklikdə baş tutan işdir. Kompüter və ya notepad ilə bir otağa girir, qapını kilidləyir, sonra isə saçınızı yola-yola tənbəllik içində dörd saat keçirirsiniz. Çox keçmədən ayağa durur, içməyə nəsə götürüb təzədən oturursuz. Dalbadal beş fincan qəhvə içməyinizin, ya da klaviaturanın qabağında yazmağı düşündüyünüz hissələrin qaralamasını zibil qabına tolazlayaraq vaxt keçirməyinizin elə də əhəmiyyəti yoxdur, əvvəl-axır yazılarınızı dünyaya təqdim etməli olacaqsınız. Bu, başlanğıc mərhələsindəki xeyli yazar üçün ədəbiyyat jurnallarına göndəriləcək hekayələr, esselər, ya da şeirlər deməkdir. Bələdçi xarakterli bu yazı ədəbiyyat jurnallarının necə işləməsiylə bağlı sizdə ümumi bir mənzərə yaratmaq və yazılarınızın qəbul edilməsinə yardımçı olmaq məqsədi daşıyır.

Redaksiyalar gələn yazıları necə oxuyur? 

1% qaydası

Bir yazıçının öz əsərlərini jurnallara göndərməmişdən qabaq nələr etməli olduğuna keçməmişdən qabaq ədəbiyyat jurnallarının iş prinsipini qavramaq lazımdır. Ədəbiyyat jurnallarının şkalası xeyli genişdir və bu şkalada həm azsaylı insanın hobbi kimi işlətdiyi bloqlar var, həm də “Paris Revyu”, “Nyu-Yorker” kimi çoxsaylı insanın işlədiyi böyük jurnallar. Bəziləri çap olunan yazı üçün qonorar verir, bəziləri yox. Bəziləri ancaq kağız variantda çıxır, bəziləri isə ancaq onlayn yayımlanır. Ancaq burada bilməli olduğunuz bir şey var: böyüklüyü nə boyda olur-olsun, əksər jurnallara göndərilən yazıların sayı ehtiyac olandan həmişə qat-qat çox olur, buna görə də diqqətlə oxunmurlar. Balaca bir jurnalın bir rubrikasına ildə minə qədər yazı göndərilirsə, böyük jurnallar üçün bu rəqəm 3-4 min yazı arasında dəyişir. Bir də jurnalların öz sifariş verdikləri yazılara daha çox yer ayırması məsələsi var; bu iki məqamı birləşdirəndə məlum olur ki, ciddi jurnallarda qəbul faizi yüzdə birin altındadır.

Göndərilən yazılar niyə rədd edilir?

Bəzi yazılar sadəcə redaktorun xoşuna gəldiyi üçün qəbul edilir. Redaktor əsərdə yeni bir səs, bənzərsiz bir fikir, ya da oxuduqca onu tutan bir personaj tapmış ola bilər. Hər halda oxuduğu yazı onu təəccübləndirib. Bir yazının hansı halda redaktor tərəfindən qəbul edildiyini bilmək çox çətindir, ancaq hansı hallarda rədd edildiyini bilmək çox asandır. Çünki jurnalların heyəti xeyli yazını oxumamış rədd edirlər. Məsələn, göndərdiyiniz yazı imla səhvləriylə doludursa, yaxud makinada, kompüterdə yığılmaq əvəzinə, ilan-qurbağa əl yazısıyla göndərilibsə, kəsəsi, peşakarlıqdan uzaqdırsa, böyük ehtimalla oxunmamış rədd ediləcək.

Unutmayın ki, jurnallara çap edə biləcəklərindən qat-qat çox material göndərilir və göndərilənlərin böyük hissəsi çox sürətlə oxunur. İlk oxunuş adətən praktikantlar və ya könüllülər tərəfindən aparılır. Onlar yüzlərcə, hətta minlərcə yazının arasından ələ gələnləri ayırır, yazıların sayını redaktorların seçə biləcəyi bir ovuc  “ola bilər”ə qədər ixtisar edirlər. Adi vəziyyətdə göndərilən hər yazı rədd edilməmişdən qabaq mütləq ən azı iki dəfə oxunur, ancaq oxuyan kəs yazını bəyənmədisə, mətnin hamısını oxumaq əvəzinə, bir-iki səhifəsinə göz ata bilər. Çox yazı göndərilibsə jurnalın işçiləri bir mütaliə toplantısı keçirir və yazıları mümkün qədər sürətlə oxumağa çalışırlar.

Məsələ budur ki, göndərdiyiniz yazı keyfiyyətinə baxılmadan milyonlarla səbəbə görə rədd cavabı ala bilər. Diqqətli şəkildə oxunmamış ola bilər, gələcək nömrə üçün bədii ədəbiyyata ayrılan yer dolmuş ola bilər və s. Bəlkə də jurnalın heyəti hazırkı nömrə üçün qarğalarla bağlı iki şeir çap etmək qərarına gəlib və sizin “Leyləklər üçün difiranb” adlı şeiriniz artıq quşlarla bağlı mətn çox olduğu üçün kənara atılıb. Redaktorlar mətnlərinizi diqqətlə oxuyub onu bəyənsələr də, sizin hekayəniz və bəyəndikləri başqa hekayələr arasında çətin bir seçim qarşısında qala bilərlər. Bunu heç vaxt yadınızdan çıxarmayın: Rədd cavabı almaq göndərdiyiniz mətnin keyfiyyətiylə bağlı məsələ deyil.

Yazınızı çapa hazırlamaq

 “Bizə ən yaxşı işinizi göndərin”

 Bir jurnalın qəbul şərtlərini oxuyanda (həmişə şərtləri oxuyun) az qala dəyişməz şəkildə “Bizə ən yaxşı işinizi göndərin” cümləsini görəcəksiniz. Bəs yaxşı ən yazını hansıdır və bir yazının bitdiyini necə anlamaq olar? Əfsus ki, sadə bir cavab yoxdur .Yazıçı kimi özünüz qərar verməlisiniz. Ətrafınızda etibar etdiyiniz bir neçə nəfərin olması və mətninizin bitib-bitmədiyini görmək üçün oxuyub fikir deməkləri həmişə yaxşı variantdır, amma əgər ətrafınızda “yaxşı oxucular” yoxdursa, son qərarı vermək sizin öhdənizə düşür.

Yenə də əlinizdən gələnin ən yaxşısının həqiqətən bu olduğuna və yazının bitdiyinə əmin olmalısınız. Yeni yazmağa başlayanların böyük əksəriyyəti lazımi yerdən bir-iki səhifə əvvəl başlayan, ya da finalı zəif olan hekayələrini çatışmazlıqları bilə-bilə jurnallara yollayırlar, çünki düşünürlər ki, redaktorların yeganə işi mətnin əyər-əskiyini düzəltməkdir. Halbuki işlər belə getmir. Bəli, redaktor yazıda potensial görürsə, qırx ildə bir dəfə olsa da, müəlliflə birlikdə yazını başdan-ayağa düzəldə bilər. Ancaq yuxarıda qeyd etdiyim ki, əksərən redaktorların buna vaxtı olmur, ilk oxunuşu aparan könüllülər göndərilən əksər mətni gedib redaktora çatmamış rədd edə bilərlər. “Ədəbiyyat dərgiləri redaktorlara əlavə ödəniş etmir” deyilsə də, əslində, onların gələn yazıları başdan-ayağa düzəltməyə vaxtları yoxdur. Kəsəsi, həmişə ən yaxşı yazılarınızı göndərin.

Formata salmaq

 Hər şeydən əvvəl jurnalın qəbul şərtləri analiz edin, çünki yazınız peşakar görünməlidir. İstifadə etdiyiniz yazı forması sadə, bər-bəzəkdən uzaq olmalıdır. Diqqət çəkmək üçün mənasız şriftlər, səhifənin ortasına çəkilmiş mətnlər, ya da qəribə rənglərdən istifadə etməyin; əgər yazınızı uşaqlar üçün dərc olunan yumoristik bir jurnala göndərirsinizsə, o başqa. Məsələn, ölçünüz 12, şriftiniz “Times New Roman” olsun, sətirlərin arasında cüt probel qoyun və səhifələr nömrələnmiş olsun. Sərlövhədə adınız, e-mail ünvanınız, telefon nömrəniz və hekayənin adı olmalıdır. Bu qədər.

Tanıtım məktubu

 Yazıçılar üçün ən stresli iş tanıtım məktubu yazmaqdır. Nə deməlisiniz? Redaktorun diqqətini çəkə biləcəksinizmi? Mətninizi tanıtım məktubuyla birgə göndərmək sizə avantaj qazandırırmı? Düzünü desəm, bunun elə də əhəmiyyəti yoxdur. Adətən bu məktublara elə-belə baxıb keçirlər və az qala heç vaxt mətnin qəbul edilməsində çox da vacib rol oynamır. Əgər yazacaqsınızsa, belə yazın:

“Hörmətli (redaktorun adı)

Jurnalınızın son sayındakı (X, yaxud Y yazılarını) bəyəndim. Yazdığım hekayə/esse/şeirlər əvvəlki tarixlərdə (üç-beş jurnal adı çəkin) jurnallarda yayımlanıb. (X universitetindən) İncəsənət ixtisasında magistr dərəcəm var və (Y-də) yaşayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Sayğılar.”

 Əgər magistr dərəcəniz, ya da əvvəllər yayımlanmış əsəriniz yoxdursa, narahat olmayın. Əvvəlki tarixlərdə jurnaldan fərdi qaydada rədd cavabı alacaq qədər şanslısınızsa, məktubunuzda mütləq bunu qeyd edin. Redaksiya heyətindən kimisə tanıyırsınızsa, ya da yaxın tarixdə hansısa tədbirdə tanış olmusunuzsa, bu detalları da məktubunuza əlavə edin. Tanıtım yazısını qısa yazın, mövzudan kənara çıxmayın və hekayənizi təsvir etməkdən, ya da özünüzü satışa çıxarmaqdan qaçın. Əksər redaktorlar belə məktub görsələr, gözləri bərələr: “Vampirlər qan əvəzinə portağal şirəsi içsələr necə olardı? Mənim nəfəs kəsən əsərim Transilvaniyada “Meyvə Şirəsi Əmənlər”dən bəhs edir, Şekspir adlı mənasız müəllifin külliyatını tullamalı olacaqsınız. Bu cür dahiyanə əsəri oxumaq şərəfinə çatdığınız üçün bəxtəvərsiniz, tezliklə əsərimi qəbul edin, uduzmazsınız.”

 Yazılarınıza uyğun jurnal tapmaq

 Araşdırmaq üçün oxumaq

 Bəyəndiyiniz tipdə yazıların hansı jurnalda çap olunduğunu başa düşməyin ən yaxşı yolu, əlbəttə, jurnalları oxumaqdır. Bir kitab evinə gedin və jurnalların olduğu rəfi nəzərdən keçirin, ya da bəyəndiyiniz müəlliflərin öz əsərlərini harda çap etdirdiklərini görmək üçün antologiyaların biblioqrafiyasına göz atın. Heyran olduğunuz yazıçıların əsərlərini çap edən bir jurnalda yayımlanmaq, bilmədiyiniz bir jurnalda yayımlanmaqdan daha xoşdur.

Digər mənbələr

Klifford Qarstang (https://cliffordgarstang.com/) hər il ədəbiyyat jurnallarının reytinqini açıqlayır. Sıralama namizəd olan və qazanılan “Pushcart Mükafatı”nın sayına əsasən aparılır. Bu siyahı konkret bir sıralama kimi görülməməli olsa da, ədəbiyyat dünyasında hörmət edilən və yazılarınız göndərə biləcəyiniz jurnalları tapmaq üçün yaxşı başlanğıcdır. Yazıçılar üçün bir başqa yaxşı mənbə olan “Duotrope” isə az qala bütün ədəbiyyat jurnallarının siyasını verir və qonorarın məbləği, janr və başqa faktorlara görə axtarış aparmağınıza imkan yaradır, amma bu sayt ödənişlidir.

Qruplaşdırma aparmaq

 Yazılarınızı jurnallara planlı formada göndərməyin ən yaxşı yolu çap olunmaq istədiyiniz ünvanları tapmaq və onları beş-beş qruplaşdırmaqdır. Hekayənizi çap olunmaq istədiyiniz beş jurnala göndərin. Hamısı rədd etsə, sonrakı beş jurnala göndərin və bütün qruplar bitənə qədər davam edin. Hekayənizi jurnalların heç biri qəbul etmədisə, ola bilsin ki, həmin mətnlərə köklü şəkildə yenidən baxmaq lazımdır.

Qruplaşdırma aparsanız, eyni yazıyla eyni vaxtda yüzə yaxın jurnalı e-mail bombardımanına tutmayacaq, beləcə, “Podunk Revyu” tərəfindən qəbul edilən bir hekayənizin ertəsi gün “Nyu Yorker” tərəfindən də qəbul edildiyini görməyəcəksiniz.

Rədd cavablarıyla əlləşmək

 Harasa mətn göndərirsinizsə, rədd cavablarıyla əlləşməli olacaqsınız. Orta statistik bir hekayə və ya şeir qəbul edilməmişdən qabaq bəlkə də iyirmi dəfə rədd edilə bilər, bu, məşhur yazıçıların belə başına gəlib. Rədd cavabı alanda bunu mümkün qədər şəxsiləşdirməyin. Redaktorlara dahiliyinizi başa düşməyən axmaqlar demək, ya da sosial şəbəkələrdə onlara həqarət etmək faydasız işdir. Rədd edilməyə gücünüz çatmırsa, bəlkə də yazmaq sizlik deyil.

Rəddin növləri

 Dalbadal rədd cavabları almağa başlayanda görəcəksiniz ki, bunlar adətən üç cürdür. Əksər rədd məktubları standart formatta olur və yazınızın jurnala uyğun olmadığını, amma sizə başqa yerlərdə uğur arzuladıqlarını yazırlar. Bəzən isə daha pozitiv variant olur, rədd cavabı ilə birgə göndərdiyiniz yazının “müəyyən müsbət keyfiyyətlərindən” də bəhs edilir. Redaktor şəxsən özü cavab yazaraq mətninizi bəyəndiyini deyə bilər. Pozitiv rədd cavabı, yaxud redaktordan şəxsən reaksiya aldınızsa,  əmin olun ki, yazılarınızı həmin jurnala yenidən göndərə bilərsiniz. Sonuncu göndərdiyiniz mətn tam şəkildə məqbul olmasa belə, demək yazınızı bəyəniblər və sizdən daha artığını gözləyirlər. Müsbət formada rədd edilmək hələ də sizə dərd kimi gələ bilər, amma unutmayın ki, çox az yazı şəxsi rədd cavabına layiq görülür. Bunu iltifat olaraq qəbul edin.

Rədd cavabından sonra yenidən yazı göndərmək

Redaktor açıq-açıq yazınıza yenidən baxmağı tövsiyə etməyibsə, rədd edilən yazını yenidən həmin dərgiyə göndərməməlisiniz. Əgər redaktor deyirsə ki, buna oxşar mətnlər gəlib, demək yeni şeylər istəyir. Tələsməyin, əlinizdən gələnin ən yaxşısını alındırdığınıza əmin olduğunuz yeni bir yazı göndərin. Şəxsi qaydada rədd cavabı alsanız belə, yeni yazı üçün tələsməyin. Hələ tamamlanmamış bir yazını göndərmək redaktorun gözündə sahib olduğunuz şansı büsbütün məhv edə və yazılarınızın uzun müddət kənarda qalmasına səbəb ola bilər. Göndərdiyiniz sonuncu yazıda şəxsi qaydada rədd cavabı almısınızsa, bunu növbəti yazınızın tanıtım məktubunda mütləq qeyd edin.

Davam edin

 Müəllif kimi əlinizdən gələnin ən yaxşısını yazmağa çalışmaqdan başqa yazılarınızı göndərməyə də davam etməlisiniz. Yazı göndərmək vaxt aparan şeydir, ancaq çap olunmağın yeganə yolu budur. Yüzdə bir qaydasını unutmayın. Bu qayda bizə deyir ki, göndərilən yazıların yüzdə beşi yaxşı olsa belə, beş yazıdan dördü rədd ediləcək. Deməli rədd olunmağı şəxsiləşdirmək əvəzinə, yazmağa davam etmək və təkrar-təkrar göndərmək lazımdır; yeganə işiniz bundan ibarətmişcəsinə göndərmək, belə baxanda, əslində, işiniz elə bundan ibarətdir.  

Publicicity image of Lincoln Michel.
Lincoln Michel (1982) Amerikalı qısa hekayə yazarı və redaktor

Tərcümə edən: Qismət

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör