Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Kütlə istəklərinin ifadəçiləri

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
01 May 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Bizim cəmiyyətdə təəccüb doğuracaq nəsə qalmayıb. Amma yenə də hərdən bəzi gülməli işlərə mat qalırsan. Əslində gülmək lazımdı, amma yenə də mat qalırsan. 

Bizdə özlərini yazar, tarixçi və ya kültür insanı kimi mövqeləndirən adamlar var ki, üzdə baxırsan normal, mütaliəli şəxs təsiri bağışlayır. Amma yazdıqlarına ötəri nəzər salanda haman ya üstüörtülü, ya da açıq din təəssübkeşliyi görünür.

Maraqlıdır, XXI əsrin 2-ci onilliyində yazı adamı necə din təəssübkeşi ola bilər, necə qazanır o şansı özünə? Soranda Nietzsche demirlər, Haidegger demirlər, Freud ya Jung, Voltair ya Hesse – qısası dünya ədəbiyyatından kim olsa, fərq eləməz, olsun fəlsəfə, olsun bədii ya sənədli əsər –  hamısı dərhal deyir “oxumuşam onu”.

Heç zad.

Qısası heç kimə rəhm eləmir bunlar. Belə çıxır ki, bütün bu ədəbiyyat nahaqdan yazılıb, bunların küllünü oxumuş adamın heç sifət ifadəsi də dəyişməzmiş. Və bunları oxuyub çox rahatca, tutalım hansısa məzhəbin hansısa təriqətinə tədqiqatçı kimi yox, təəssübkeş kimi yanaşmaq olar.

Əlbəttə ki, istənilən kütlənin təhtəlşüuri olaraq nağıllara inanmaq ehtiyacını çox gözəl anlayıram. Amma o zaman özünə yazar, tarixçi və ya kültür insanı deyənlərin bu kütlədən hansı fərqi var? Kütlənin tərzində düşünmək və onun istəklərini ifadə etmək üçün o qədər ədəbiyyat-filan oxumağa nə ehtiyac vardı ki? “Dindar olmaq hansısa böyük bilgilərin olması deyil, ən elementarlarının olmamasıdır” – deyir rus jurnalisti Aleksandr Nevzorov.

O gün Le Figaro qəzetində bir başlıq sataşmışdı gözümə. Demək, bu yaxınlarda Küveytdə ədəbiyyat (!) festivalı keçirilibmiş, oradakı İnformasiya Nazirliyi nəzdindəki islam senzurası da ölkədə bir neçə dünya klassikini qadağan edibmiş – “Paris, Notre-Dame kilsəsi” (1831) əsərinə görə Victor Hugo, “Karamazov qardaşları” (1880) romanına görə Fyodor Dostoyevski və “100 ilin tənhalığı” (1967) romanına görə Gabriel Garcia Marquez. Ümumilikdə bu nazirlik “islam normalarına uyğun gəlmədiyi üçün” bu sərgidə 948 kitabı, son 5 ildə isə 4000 kitabı qadağan edibmiş. Eyni zamanda bu komissiya “islam normalarının pozulmaması üçün” ölkənin bütün qəzet və jurnallarını da çox sərt nəzarətdə saxlayırmış. Bu hələ yalnız ədəbiyyatdır, görünür incəsənət və elmin sahələrindən ümumiyyətlə danışmağa dəyməz.

İbrahimi dinlərin iddia etdiyi həyat reqlamenti, normaları bəşərin hazırkı inkişaf səviyyəsi ilə uzlaşmır və bu mümkün də deyil. Necə olar bilər ki, 4 min il öncə yaranmış bir din və ondan çıxmış müxtəlif qolları, bu qədər zaman tarixi, kültür, sosial və nəhayətdə elmi inkişafdan, həyatın bütün sahələrində baş vermiş inqilabi yeniliklərdən sonra, hazırkı dövrdə yaşayan çağdaş insanın həyatını tənzimləsin, ona nə etmək, nə oxumaq, nə dinləmək, nəyə baxmaq və necə yaşamağı diqtə etsin?! Özünə yazar və ya kültür adamı deyənlərin isə bunun təəssübünü çəkməsi lap dəhşətdir.

Yadıma həmyerlimiz, uzun illər Almaniyada yaşayan və normal karyera qurmuş bir pianoçu xanımın söhbəti düşür. Danışırdı ki, bir dəfə İsraildə qastrol səfərinə gəlibmiş və təsadüfdən uçaq cümə günü ora enibmiş. Gecə hotelinə gəlib dincəlmiş xanım, sabah erkəndən qalxır, məşqə yollanır, amma lifti ha çağırırsa işləmir, məcbur pillələrlə enir aşağı, görür ki, heç bir yer işləmir. Qısası şənbə günü, şabat imiş, sekulyar həyata lap çoxdan öyrəşmiş bu xanım da unudubmuş bunu. Xanım deyirdi ki, bununla üzləşəndə mat qalmış və əsəbiləşmişdim, axı kiminsə inancının, dini ritualının mənə nə aidiyyatı var?! (Əlbəttə ki, indi ağıllılarımız gəlib hökmən deyəcək ki, bazar gününün istirahət olması da xristianlıqdan qaynaqlanır, əlbəttə, bunu yazmamaq olarmı?)

Xatirimə uzun illər öncə baş tutmuş başqa bir söhbət də gəlir. 1991-ci il idi, artıq sərhədlər açılmışdı, Cənubdan soydaşlarımız rahatca gəlib-gedə bilirdilər biz tərəflərə. Konservatoriyaya bir təbrizli dostumuz da gəlmişdi, ilk öncə klarnet, sonra isə dirijor təhsili almağa. Onunla müxtəlif mövzularda söhbətləşirdik, təbii ki, çox coşqulu zaman idi, Azərbaycanın gələcəyi, müstəqil dövlət olacağı, bundan başqa Cənub mövzularında, İrandakı mövcud bədheybət rejim haqda da danışırdıq. Amma təbrizli dostumuz bizim xülyalarımızı dəstəkləmir, söhbət əsnasında müstəqillik haqda eşidəndə elə hey başını yelləyirdi.

Niyə belə etdiyini soranda, deyirdi ki, “qorxuram siz də bizim günümüzə düşəsiniz.” Cavabında “yox, bizim cəmiyyət elə deyil, bizim ədəbiyyat ümumiyyətlə Axundovdan başlanır, ondan sonra da zaman-zaman ziyalılarımız sekulyar mədəniyyət qurublar!” – sözlərini ilıq gülümsəməklə qarşılayır, astadan deyirdi: “Sizin çox nailiyyətləriniz rusların təsiri ilə, bəziləri xoş, başqaları zorla olub. Müstəqillikdən sonra isə cəmiyyətiniz özünə dönməyə başlayacaq, əsas kütlə bunu istəyir. Özün görəcəksən hamısını.”

O zaman çox gənc bir insan olan məni bu sözlərin necə əsəbləşdirdiyini təsəvvür etmək çox çətin olar. Amma indi, bütün bunları gözü ilə görmüş olan təbrizlini, o zamanlar necə əsəbləşdirdiyimi başa düşürəm. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör