Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

Emin Əliyev Emin Əliyev
., Kültür
20 Dekabr 2020

Bir serial düşünək: ölkənin Milli Kəşfiyyat İdarəsi (MİT) burada baş verənlərlə bağlı izləyicilərin çoxsaylı suallarına rəsmi cavab vermək məcburiyyətində qalır.

2003-cü ildə yayımlanmağa başlanılan “Kurtlar Vadisi” serialı bunu etmişdi.

Osman Sınav tərəfindən quruluş verilən serial, dövrün Türkiyəsinin siyasi hadisələrindən, “yeraltı” dünyasından və “dərin dövlət” anlayışından bəhs edirdi. Nəzərə alsaq ki, serial dünyanın bir çox ölkələriylə yanaşı Azərbaycanda da geniş izləyici kütləsinə malik idi, o zaman haqqında tipik informativ məlumatları vermək mənasız olardı.

Serial yayımlandığı gündən etibarən hər həftə daha da populyarlaşırdı. Xüsusilə, real şəxsləri, real hadisələri bədiiləşdirən filmin yaradıcı heyəti buna zəmin yaradırdı. Bəzən onların çəkdikləri səhnələr, yaratdıqları obrazlar Türkiyənin real həyatında ortaya çıxırdı.

Belə bir söhbət gəzirdi ki, serialın efirə çıxan hər seriyasından bir həftə sonra Türkiyədə oxşar hadisə baş verir.

Sonralar Osman Sınav müsahibələrinin birində bu barədə belə demişdi: “Əgər Türkiyədə qəzetləri mütəmadi oxuyursunuzsa, bir həftə sonra baş verə biləcək hadisəni siz də təxmin edə bilərsiniz”.

Yaradıcı heyəti gizli məlumatlara sahib olmaqda, mesaj verməkdə, “dərin dövlət”ə işləməkdə ittiham edənlər də çox idi. Xüsusilə də Osman Sınavın serialdan niyə getdiyini heç vaxt açıqlamaması bu şübhələri həmişə ayaqda saxlayıb.

resized_d1ce0-1aac0414728xauto

Serial bədii əsər kimi

“Kurtlar Vadisi”nin senarisi dərsliklərə düşəsi bir yol keçib desəm, yəqin ki, mütəxəssislər də mənimlə razılaşar. Senari peşəkarca işlənmişdi.

Heyətin verdiyi müsahibələrə, dediyi fikirlərə, əsər haqqında aldığımız məlumatlara diqqət yetirsək, görərik ki, serial bədii formatda yayınlanıb. Yəni sənədli olmadığı dəqiqdir. Sənədli serialın daşıdığı xüsusiyyətlərin heç birinə malik deyil. Lakin serialda obrazlar göründükcə, onların xarakterləri açıldıqca diqqətli müşahidə edənlər, onların bir-bir hansı ictimai şəxsi, hansı cinayətkarı canlandırdığını tapırdılar. Bu, serialı getdikcə daha cazibədar edirdi. Obrazlar görünüşlərinə, xarakterlərinə kimi real həyatdakı prototiplərinə bənzəyirdilər.

Serialın mövzusu dövlət – mafiya konflikti üzərində qurulmuşdu. İlk bölümlərində insanlara mafiyanın, cinayət aləminin gücü nümayiş etdirilir, sonlarına doğru isə bu gücün, əslində, qurama, fiksiya olduğu, dövlət tərəfindən yaradılıb, dövlət tərəfindən çökdürüldüyü göstərilirdi.

Bu mənada “Çakır” obrazının ölümü düyünün açılması kimi düşünülə bilər. Yaradıcılar, yaratdıqları güclü cinayətkarı rahat öldürə də bilirlər. Hadisələr bundan sonra fərqli hal alır. Dövlətin missiyasını yerinə yetirən “Polat” hadisədən təsirlənir, katarsis keçirir və bir gecənin içində 7 avtoriteti öldürür. Bundan sonra obrazın öz ətrafına münasibəti də dəyişir. Gizli tapşırıq yerinə yetirən məmur sərtləşir, qəddarlaşır. Təbii ki, o da sonda bütün bunlara məğlub olmaq məcburiyyətində qalır, ədalət qarşısında cavab verir.

Amma insanlar, xüsusilə, gənclər bunu görmürdülər. Yayımlandığı gündən əsərin təsiri ilə özlərini “kabadayı”, avtoritet kimi aparır, hər problemi cinayət aləmi qanunları ilə həll edir, obrazı daxillərində hiss edirdilər. Türkiyədə belə hallar getdikcə artırdı, gənclər hər çayxanada, hər tində bir-birini bıçaqlayır, cinayət törədirdilər.

Oxşar təsiri həmin dövrlərdə Azərbaycanda da açıq müşahidə etmək mümkün idi.

Serialdan bu mənfi təsirə görə ayrılan aktyorlar da var idi. Baş rol ifaçılarından Selçuk Yöntem, Zafer Ergin bu aktyorlardan idi.

Serialın musiqisi də xüsusi olaraq işlənmişdi. Gökhan Kırdar “Kurtlar Vadisi” serialının soundtracklərini yazarkən zikr səslərindən, zikrdə istifadə olunan zərb alətlərindən, tulumdan istifadə etmişdi. Buna görə də musiqilər etnik səslərə yaxın, ritual atmosferini yaradırdı. Musiqinin, serialın uğurunda böyük payı olması isə zəruri qeyddir. Şaman ritual musiqilərindəki qorxulu, vahiməli hava müasir türk cinayət həyatına adaptasiya olunurdu. Türk “kabadayı”larından, türk dövlətindən, ümumilikdə türk həyatından bəhs edən bir əsərdə etno-texnik musiqi yerində və peşəkarca işlənmişdi.

806x378-tozu-dumana-katacak-kurtlar-vadisi-ne-zaman-basliyor-kurtlar-vadisi-yeniden-mi-baslayacak-1600286003750

Dedi-qodunun mifə çevrilməsi barədə

Bəs modern mif nədir? Bu, barəsində düşünməyə dəyər mövzudur.

Bəziləri modern mif deyərkən müasir əsərlərdə yer alan klassik mifoloji personajları göz önünə gətirir, bəziləri superqəhrəman obrazlarını, fantastik varlıqları nəzərdə tutur.

Mənim üçün modern mif, insanların bugün nəyə inandıqları, nə üzərinə spekulyasiya etdikləridir. Bu baxımdan, bir çox konspiroloji nəzəriyyələri də modern miflər sırasına əlavə edə bilərik.

Mif – həqiqətdən bəhrələnir. Əgər düşünsək ki, Zevs insan fantaziyasının, qorxusunun nəticəsi kimi yox, məhz insanın yaradıcı təfəkkürünün məhsulu kimi meydana çıxıb, bu, artıq mifləri əfsanə kimi yox, yaradıcı məhsul kimi bizə tanıdar. Yəni düşünək ki, Zevs, Odin və digərləri əfsanə yox, onlar sadəcə insanlığın ilkin dövrlərində “tayfa” başçılarının, rəislərin, padşahların tipikləşdirilmiş obrazı idi.

Bu cür düşünməyə bir çox əsas var, xüsusilə də mifoloji hadisələrdəki təqlidçiliyi misal çəkmək olar. Məsələn, allahlar da insanlar kimi xəyanət edir, sevişir, idarə edirlər. Onların başına gələn hadisələr birbaşa insanın yaradıcı şüurundan ortaya çıxırdı.

Bu mənada tanrını başçının bədiiləşmiş obrazı saymaq olar. Sənətsiz dedi-qodular sadəcə quru inanc idi, sənətdən sonra isə ciddi mifologiya oldu. Yunan allahlarının hadisələrini Homer, Esxil, Sofokl, Evripid necə söz-söhbətdən dəqiq hadisəyə çevirmişdisə, bugünün ədəbiyyatı da dövrün konsprilogiyalarını, fikirlərini ədəbiyyata çevirir, bədiiləşdirir.

42c7488b-daa7-4623-acf2-6ce4fb00b74d

Neil Geimanın “Amerikan Tanrıları” kitabına və kitab əsasında çəkilmiş eyniadlı seriala nəzər yetirdikdə görərik ki, yazıçı, modern mifə dövrlərin toqquşması kimi baxır, qədim mifoloji varlıqlarla bugünün miflərini qarşı-qarşıya gətirir. Burada Odin, Anansi, Leprechaun kimi mifik varlıqlarla yanaşı, “Dünya”, “Media”, “Texnologiya” kimi obrazlaşdırılmış modern tanrılar da yer alır. Geimana görə, müasir mif medianın timsalında obrazlaşır. Bugünün insanı üçün medianı, texnologiyanı, ümumən, “dünya”nı kimin idarə etdiyi maraqlıdır. Bu suallar onu daim düşündürür və bu suallar ətrafında konspirologiya yaranır.

“Kurtlar Vadisi” də ona görə mifə çevrildi ki, insanların qəzetdən, mediadan oxuduqları, ağızdan-ağıza eşitdikləri, çayxanada müzakirə etdikləri gözlərinin qarşısında səliqə ilə düzülmüşdü. İstər siyasi, istər kriminal aspektdə mövzunu bədiiləşdirməyi bacarmışdılar. “Kurtlar Vadisi”nin uğuru bunda idi: onlar dünyanı, Türkiyəni kimin idarə etdiyini göstərirdilər, üzdə görünən hadisələrin daxildə necə planlaşdırıldığını araşdırırdılar.

Buna görə də serial kiməsə görə “dövlətin planı”, kiməsə görə yaxşı işlənmiş bədii əsər, kiməsə görə isə sadəcə serial idi.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Pul və karyera qazanmaq haqqında

SpaceX kosmosa 60 Starlink peyki yerləşdirdi

Courage in the Congo – Rəna Əfəndi təqdim edir

Cəmil Həsənlinin kitabındakı yarımçıq bölmə

Abbas Atilay təqdim edir – Maydan-5 il

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

Avtoritar Kapitalizm?

İnsan təkamülünü “çürüdən” 12 mif

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Starlink missiyası tamamdır

Dehidratasiyanın fəsadları haqda

İsrailin kino tövbəsi

Koronavirus rekordları uğrunda

İslam və elm

Millətimin gic-gici gülüşü

Dənizdə itmək

Əlvida, Avropa. Salam, Avropa

Azərbaycanda niyə mesenatlar yoxdur?

Müzakirə mədəniyyəti

Bakının qalmaqallı nəqliyyat idarəçiliyi

İslahat hekayəsi

Cin atına minmək

Nənəmin konspirologiya nəzəriyyəsi

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Cem Yılmaz və stereotiplər

Qlobal bərabərsizlik və Azərbaycan

Azadlığı azadsızlıqda tapanlar

Çağdaş Azərbaycan tarixinin iki qızıl deyimi

Azərbaycanlıların dəyərləri

Da Vinçi – dövrünün blogeri kimi

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

Emin Əliyev Emin Əliyev
., Kültür
20 Dekabr 2020

Bir serial düşünək: ölkənin Milli Kəşfiyyat İdarəsi (MİT) burada baş verənlərlə bağlı izləyicilərin çoxsaylı suallarına rəsmi cavab vermək məcburiyyətində qalır.

2003-cü ildə yayımlanmağa başlanılan “Kurtlar Vadisi” serialı bunu etmişdi.

Osman Sınav tərəfindən quruluş verilən serial, dövrün Türkiyəsinin siyasi hadisələrindən, “yeraltı” dünyasından və “dərin dövlət” anlayışından bəhs edirdi. Nəzərə alsaq ki, serial dünyanın bir çox ölkələriylə yanaşı Azərbaycanda da geniş izləyici kütləsinə malik idi, o zaman haqqında tipik informativ məlumatları vermək mənasız olardı.

Serial yayımlandığı gündən etibarən hər həftə daha da populyarlaşırdı. Xüsusilə, real şəxsləri, real hadisələri bədiiləşdirən filmin yaradıcı heyəti buna zəmin yaradırdı. Bəzən onların çəkdikləri səhnələr, yaratdıqları obrazlar Türkiyənin real həyatında ortaya çıxırdı.

Belə bir söhbət gəzirdi ki, serialın efirə çıxan hər seriyasından bir həftə sonra Türkiyədə oxşar hadisə baş verir.

Sonralar Osman Sınav müsahibələrinin birində bu barədə belə demişdi: “Əgər Türkiyədə qəzetləri mütəmadi oxuyursunuzsa, bir həftə sonra baş verə biləcək hadisəni siz də təxmin edə bilərsiniz”.

Yaradıcı heyəti gizli məlumatlara sahib olmaqda, mesaj verməkdə, “dərin dövlət”ə işləməkdə ittiham edənlər də çox idi. Xüsusilə də Osman Sınavın serialdan niyə getdiyini heç vaxt açıqlamaması bu şübhələri həmişə ayaqda saxlayıb.

resized_d1ce0-1aac0414728xauto

Serial bədii əsər kimi

“Kurtlar Vadisi”nin senarisi dərsliklərə düşəsi bir yol keçib desəm, yəqin ki, mütəxəssislər də mənimlə razılaşar. Senari peşəkarca işlənmişdi.

Heyətin verdiyi müsahibələrə, dediyi fikirlərə, əsər haqqında aldığımız məlumatlara diqqət yetirsək, görərik ki, serial bədii formatda yayınlanıb. Yəni sənədli olmadığı dəqiqdir. Sənədli serialın daşıdığı xüsusiyyətlərin heç birinə malik deyil. Lakin serialda obrazlar göründükcə, onların xarakterləri açıldıqca diqqətli müşahidə edənlər, onların bir-bir hansı ictimai şəxsi, hansı cinayətkarı canlandırdığını tapırdılar. Bu, serialı getdikcə daha cazibədar edirdi. Obrazlar görünüşlərinə, xarakterlərinə kimi real həyatdakı prototiplərinə bənzəyirdilər.

Serialın mövzusu dövlət – mafiya konflikti üzərində qurulmuşdu. İlk bölümlərində insanlara mafiyanın, cinayət aləminin gücü nümayiş etdirilir, sonlarına doğru isə bu gücün, əslində, qurama, fiksiya olduğu, dövlət tərəfindən yaradılıb, dövlət tərəfindən çökdürüldüyü göstərilirdi.

Bu mənada “Çakır” obrazının ölümü düyünün açılması kimi düşünülə bilər. Yaradıcılar, yaratdıqları güclü cinayətkarı rahat öldürə də bilirlər. Hadisələr bundan sonra fərqli hal alır. Dövlətin missiyasını yerinə yetirən “Polat” hadisədən təsirlənir, katarsis keçirir və bir gecənin içində 7 avtoriteti öldürür. Bundan sonra obrazın öz ətrafına münasibəti də dəyişir. Gizli tapşırıq yerinə yetirən məmur sərtləşir, qəddarlaşır. Təbii ki, o da sonda bütün bunlara məğlub olmaq məcburiyyətində qalır, ədalət qarşısında cavab verir.

Amma insanlar, xüsusilə, gənclər bunu görmürdülər. Yayımlandığı gündən əsərin təsiri ilə özlərini “kabadayı”, avtoritet kimi aparır, hər problemi cinayət aləmi qanunları ilə həll edir, obrazı daxillərində hiss edirdilər. Türkiyədə belə hallar getdikcə artırdı, gənclər hər çayxanada, hər tində bir-birini bıçaqlayır, cinayət törədirdilər.

Oxşar təsiri həmin dövrlərdə Azərbaycanda da açıq müşahidə etmək mümkün idi.

Serialdan bu mənfi təsirə görə ayrılan aktyorlar da var idi. Baş rol ifaçılarından Selçuk Yöntem, Zafer Ergin bu aktyorlardan idi.

Serialın musiqisi də xüsusi olaraq işlənmişdi. Gökhan Kırdar “Kurtlar Vadisi” serialının soundtracklərini yazarkən zikr səslərindən, zikrdə istifadə olunan zərb alətlərindən, tulumdan istifadə etmişdi. Buna görə də musiqilər etnik səslərə yaxın, ritual atmosferini yaradırdı. Musiqinin, serialın uğurunda böyük payı olması isə zəruri qeyddir. Şaman ritual musiqilərindəki qorxulu, vahiməli hava müasir türk cinayət həyatına adaptasiya olunurdu. Türk “kabadayı”larından, türk dövlətindən, ümumilikdə türk həyatından bəhs edən bir əsərdə etno-texnik musiqi yerində və peşəkarca işlənmişdi.

806x378-tozu-dumana-katacak-kurtlar-vadisi-ne-zaman-basliyor-kurtlar-vadisi-yeniden-mi-baslayacak-1600286003750

Dedi-qodunun mifə çevrilməsi barədə

Bəs modern mif nədir? Bu, barəsində düşünməyə dəyər mövzudur.

Bəziləri modern mif deyərkən müasir əsərlərdə yer alan klassik mifoloji personajları göz önünə gətirir, bəziləri superqəhrəman obrazlarını, fantastik varlıqları nəzərdə tutur.

Mənim üçün modern mif, insanların bugün nəyə inandıqları, nə üzərinə spekulyasiya etdikləridir. Bu baxımdan, bir çox konspiroloji nəzəriyyələri də modern miflər sırasına əlavə edə bilərik.

Mif – həqiqətdən bəhrələnir. Əgər düşünsək ki, Zevs insan fantaziyasının, qorxusunun nəticəsi kimi yox, məhz insanın yaradıcı təfəkkürünün məhsulu kimi meydana çıxıb, bu, artıq mifləri əfsanə kimi yox, yaradıcı məhsul kimi bizə tanıdar. Yəni düşünək ki, Zevs, Odin və digərləri əfsanə yox, onlar sadəcə insanlığın ilkin dövrlərində “tayfa” başçılarının, rəislərin, padşahların tipikləşdirilmiş obrazı idi.

Bu cür düşünməyə bir çox əsas var, xüsusilə də mifoloji hadisələrdəki təqlidçiliyi misal çəkmək olar. Məsələn, allahlar da insanlar kimi xəyanət edir, sevişir, idarə edirlər. Onların başına gələn hadisələr birbaşa insanın yaradıcı şüurundan ortaya çıxırdı.

Bu mənada tanrını başçının bədiiləşmiş obrazı saymaq olar. Sənətsiz dedi-qodular sadəcə quru inanc idi, sənətdən sonra isə ciddi mifologiya oldu. Yunan allahlarının hadisələrini Homer, Esxil, Sofokl, Evripid necə söz-söhbətdən dəqiq hadisəyə çevirmişdisə, bugünün ədəbiyyatı da dövrün konsprilogiyalarını, fikirlərini ədəbiyyata çevirir, bədiiləşdirir.

42c7488b-daa7-4623-acf2-6ce4fb00b74d

Neil Geimanın “Amerikan Tanrıları” kitabına və kitab əsasında çəkilmiş eyniadlı seriala nəzər yetirdikdə görərik ki, yazıçı, modern mifə dövrlərin toqquşması kimi baxır, qədim mifoloji varlıqlarla bugünün miflərini qarşı-qarşıya gətirir. Burada Odin, Anansi, Leprechaun kimi mifik varlıqlarla yanaşı, “Dünya”, “Media”, “Texnologiya” kimi obrazlaşdırılmış modern tanrılar da yer alır. Geimana görə, müasir mif medianın timsalında obrazlaşır. Bugünün insanı üçün medianı, texnologiyanı, ümumən, “dünya”nı kimin idarə etdiyi maraqlıdır. Bu suallar onu daim düşündürür və bu suallar ətrafında konspirologiya yaranır.

“Kurtlar Vadisi” də ona görə mifə çevrildi ki, insanların qəzetdən, mediadan oxuduqları, ağızdan-ağıza eşitdikləri, çayxanada müzakirə etdikləri gözlərinin qarşısında səliqə ilə düzülmüşdü. İstər siyasi, istər kriminal aspektdə mövzunu bədiiləşdirməyi bacarmışdılar. “Kurtlar Vadisi”nin uğuru bunda idi: onlar dünyanı, Türkiyəni kimin idarə etdiyini göstərirdilər, üzdə görünən hadisələrin daxildə necə planlaşdırıldığını araşdırırdılar.

Buna görə də serial kiməsə görə “dövlətin planı”, kiməsə görə yaxşı işlənmiş bədii əsər, kiməsə görə isə sadəcə serial idi.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel