Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Klanlararası savaşda yeni mərhələ

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
17 Dekabr 2019

Azərbaycan Premyer Liqasında cəmi 8 komandanın iştirak etməsi uzun müddətdir ki, müzakirə mövzularından biridir. Bu gün futbolun inkişafından danışarkən ortaya atılan əsas problemlərdən biri də komanda sayının artırılması, əsasını Bakı klublarının təşkil etdiyi birinciliyə bölgə təmsilçilərinin də cəlb olunması ilə daha maraqlı və əhatəli çempionatın keçirilməsinə nail olmaqdır.

Əslində, hər dəfə açıqlama verən futbol rəsmiləri bunun üçün iş getdiyini, müəyyən cəhdlər olduğunu desələr də, yekunda yenə mövsüm 8 komanda ilə başlayıb elə də davam edirdi.

Bu dəfə isə hər şey bir az fərqli məcrada cərəyan edir.

Belə ki, ötən gecə ölkə telekanallarının birində yayımlanan futbol verilişinə qatılan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib ki, yeni mövsümdən etibarən Premyer Liqada dəqiq 10 komanda mübarizə aparacaq.

Ölkədə çempionatın keçirilməsində əsas söz sahibi olan qurumun başçısı hətta hansı komandaların elitaya yüksələcəyini də açıqlayıb.

Bunlar futbol ənənəsi və azarkeş marağı ilə daim diqqət çəkən qərb bölgəsinin təmsilçiləri – Tovuzun “Turan” və Gəncənin “Kəpəz” klublarıdır.

Bura qədər hər şey normal görünür, amma gəlin, məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirək, görək ilin-günün bu vaxtı cənab Musayevin açıqlamalarının altında əslində nə dayanır?

Əvvəlcə onu deyim ki, uzun illərdi Azərbaycan futbolunda əvvəlcə klub rəhbəri (“Neftçi”nin vitse-prezidenti), daha sonra isə PFL rəhbəri kimi fəaliyyət göstərən Ramin Musayev bu sahənin “Xaç ata”larından biri hesab olunur.

İllərdi çempionatın oyunlarını istədiyi kimi manipulyasiya edən, necə deyərlər “cini sevib, balasını axtaran” bir adamın bu məqamda, bu şəraitdə belə açıqlama verməsi heç də təsadüfi deyil.

Son bir neçə ildə hökmranlığı sarsılan, AFFA-da baş katib və onun klanının yüksəlməsi ilə geri çəkilən və hərəkətə keçmək üçün müvafiq vaxtı gözləyən Musayev deyəsən artıq həmin vaxtın gəldiyini hiss edib.

Təsadüfi deyil ki, PFL rəhbərliyinə yaxınlığı ilə seçilən Qurban Qurbanovun sağ əli, meydanda və ondan kənarda əsas köməkçisi Rəşad Sadıqov da bir neçə gün əvvəl uzunmüddətli susqunluğunu pozmuş, milli komandadakı məlum proseslərdən sonra ilk dəfə qarşı tərəfi (baş katib və onun ətrafındakı komitələr) ittiham etmişdi. Hələ kapitanın bu açıqlamalarından sonra kulislərdə Musayevin artıq hərəkətə keçməsi ilə bağlı pıçıltılar dolaşırdı.

AFFA-nın Baş katibi Elxan Məmmədovun televiziya verilişlərinin birində, efirdə ağır sorğu-suala məruz qalması onun əvvəlki əzəmətində olmadığını göstərir. Hər nə qədər qarşı tərəfin bu sahənin adamı olmaması səbəbindən əksər suallardan yarımçıq cavablar verərək yayınmağı bacarsa da, istənilən halda bu veriliş özü baş katib haqqındakı toxunulmazlıq mifini dağıtmağa kömək etdi.

Belə bir məqamda xeyli müddətdi səssizliyə bürünən, bir-iki istisna halı çıxmaqla, demək olar ki, mətbuatın diqqətindən kənarda qalmış Musayevin məhz həmin kanalda efirə çıxması və açıqlamalar verməsi elə-belə sıradan hal deyil.

İlin-günün bu vaxtı, bu açıqlamalar niyə verildi? Niyə məhz “Kəpəz” və “Turan”? Ümumiyyətlə, indiki halda belə bir məsələnin gündəmə gətirilməsi nə dərəcədə doğru idi? Suallar çoxdu, bir ucdan cavablamağa çalışaq.

Birincisi, mövsümün düz ortasında belə açıqlama vermək başdan-başa uğursuz gedişdir… əgər bu işdə bir qəsd yoxdursa.

Belə deyək, sən çempionatı təşkil edən qurumun rəhbərisən və ilin ortasında açıqlama verirsən ki, Premyer Liqadan heç bir klub düşməyəcək, diviziondan isə filan komandalar Premyer Liqaya yüksələcək. Gəl indi mövsümün qalan hissəsində klubları oyunlara motivasiya elə, görüm, necə edirsən?

Məsələn, onsuz da aşağı dəstəyə düşməyəcəyini bilən sonuncu pillədəki hansısa klub çempionluğa oynayan rəqibi ilə niyə danışığa getməsin? Hansı səbəbə?

Onsuz da yuxarı dəstəyə yüksəlməyəcəyini bilən klub öz oyununu niyə qumara qoymasın? Niyə nəticələri manipulyasiya etməsin? Onun oynamaq üçün motivasiyası nə olacaq?

Bunlar bir tərəfə, Ramin Musayevin adlarını açıqladığı klublar da məhz futbol keyfiyyətinə görə seçilməyib, məncə.

“Kəpəz” də, “Turan” da AFFA-nın nəzarətində olan, eyni zamanda adları son vaxtlar böyük qalmaqallarda hallanan klublardı.

“Kəpəz”də AFFA tərəfindən təyin olunmuş kuratorun ciddi yeyinti hallarından sonra vəzifəsindən uzaqlaşdırılması, bu yaxınlarda isə klubda icraçı direktor vəzifəsində çalışmış bir şəxsin verdiyi açıqlamalar və klubdakı yeyinti hallarında birbaşa Elxan Məmmədovu ittiham etməsi gündəmə bomba kimi düşmüşdü. Elə bilirsiniz Musayev bu klubun adını boş yerə çəkib? Ay-hay…

“Turan” da AFFA-nın nəzarətində olan, federasiya tərəfindən akademiyası yaradılmağa çalışılan, bununla belə oyun alqı-satqısı ilə bağlı bir neçə gün əvvəl düz 7 futbolçusunun fəaliyyətlərinə bir dəfəlik son qoyulan komandadır.

Bəlkə də heç mövsümün sonunda bu komandalar elitaya yüksəlməyəcək, amma aydın olan odur ki, futbol təsərrüfatındakı klanlararası savaşda bu dəfə Ramin Musayev hücuma keçib.

Daha gerisini özünüz düşünün…

P.S. Bu xəbər efirdə yayımlanan kimi sosial şəbəkələrdə fikir bildirənlərin əksəriyyəti “Niyə məhz “Kəpəz”lə “Turan” çıxmalıdı?” sualını verdilər. Bir çox adamın fikrincə hazırda oyunu ilə yuxarı pillədə olan, heç bir qalmaqalda hələlik (!) adı hallanmayan “Zaqatala” Premyer Liqada oynamağa daha çox layiqdir.

Bu fikirlərə şərh vermədən bir faktı nəzərinizə çatdırım. “Zaqatala”nın prezidenti Qurban Qurbanovun qardaşı Musa Qurbanovdur. Qurban Qurbanov isə Ramin Musayevə yaxın kadrdır. Adıçəkilən klubların içində “Zaqatala”nın olmaması və ilk onun yada düşməsi sizcə təsadüfdür? Məncə, deyil.

Buyurun, bu da baş katibə açılmış ikinci cəbhə.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Qrafika dəyişimi sivilizasion seçim kimi

Rus sektoru davası

Yosemite Milli Parkı – Vüqarın obyektivindən

Xpert-dən “Limuzin”

“Netflix”iniz var?

Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti

“Döyüşlər bitmişdi, lakin əsgərlər yenə də mübarizə aparırdılar”

Kərimlinin məkrli gülü

Badımcan haqqında bədii-fəlsəfi esse

Müasir memarlıqda ekstrim məkanlar

İntellektualların kapitalizm nazı

Seksdən niyə yorulduq?

Nüvə silahının casus tarixçəsi

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (Birinci hissə)

“Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ilk təşəbbüskarı kimdir?

Çörəyi dizində Ermənistan

Bakının qalmaqallı nəqliyyat idarəçiliyi

“Toy serialının” barıt qoxusu

İntiqam Hacılı: “Seriallara ayrılan maliyyənin kəsilməsi yaxşı oldu”

Transmilli fallos fenomeni

Ha-ha-ha virusu

İctimai sektanın mövsümi qanaxması

O dəhşətli üç hərf – GMO

“Parazitlər” filminin təhlili

Ulduz falı

“The best Messi”: Narazılığa əsas varmı?

Həqiqəti görmək niyə çətindir?

Yad Azərbaycan

Nabat kimi olmayan “Nabat”

Hər şey yaxşıdırmı?

Klanlararası savaşda yeni mərhələ

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
17 Dekabr 2019

Azərbaycan Premyer Liqasında cəmi 8 komandanın iştirak etməsi uzun müddətdir ki, müzakirə mövzularından biridir. Bu gün futbolun inkişafından danışarkən ortaya atılan əsas problemlərdən biri də komanda sayının artırılması, əsasını Bakı klublarının təşkil etdiyi birinciliyə bölgə təmsilçilərinin də cəlb olunması ilə daha maraqlı və əhatəli çempionatın keçirilməsinə nail olmaqdır.

Əslində, hər dəfə açıqlama verən futbol rəsmiləri bunun üçün iş getdiyini, müəyyən cəhdlər olduğunu desələr də, yekunda yenə mövsüm 8 komanda ilə başlayıb elə də davam edirdi.

Bu dəfə isə hər şey bir az fərqli məcrada cərəyan edir.

Belə ki, ötən gecə ölkə telekanallarının birində yayımlanan futbol verilişinə qatılan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib ki, yeni mövsümdən etibarən Premyer Liqada dəqiq 10 komanda mübarizə aparacaq.

Ölkədə çempionatın keçirilməsində əsas söz sahibi olan qurumun başçısı hətta hansı komandaların elitaya yüksələcəyini də açıqlayıb.

Bunlar futbol ənənəsi və azarkeş marağı ilə daim diqqət çəkən qərb bölgəsinin təmsilçiləri – Tovuzun “Turan” və Gəncənin “Kəpəz” klublarıdır.

Bura qədər hər şey normal görünür, amma gəlin, məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirək, görək ilin-günün bu vaxtı cənab Musayevin açıqlamalarının altında əslində nə dayanır?

Əvvəlcə onu deyim ki, uzun illərdi Azərbaycan futbolunda əvvəlcə klub rəhbəri (“Neftçi”nin vitse-prezidenti), daha sonra isə PFL rəhbəri kimi fəaliyyət göstərən Ramin Musayev bu sahənin “Xaç ata”larından biri hesab olunur.

İllərdi çempionatın oyunlarını istədiyi kimi manipulyasiya edən, necə deyərlər “cini sevib, balasını axtaran” bir adamın bu məqamda, bu şəraitdə belə açıqlama verməsi heç də təsadüfi deyil.

Son bir neçə ildə hökmranlığı sarsılan, AFFA-da baş katib və onun klanının yüksəlməsi ilə geri çəkilən və hərəkətə keçmək üçün müvafiq vaxtı gözləyən Musayev deyəsən artıq həmin vaxtın gəldiyini hiss edib.

Təsadüfi deyil ki, PFL rəhbərliyinə yaxınlığı ilə seçilən Qurban Qurbanovun sağ əli, meydanda və ondan kənarda əsas köməkçisi Rəşad Sadıqov da bir neçə gün əvvəl uzunmüddətli susqunluğunu pozmuş, milli komandadakı məlum proseslərdən sonra ilk dəfə qarşı tərəfi (baş katib və onun ətrafındakı komitələr) ittiham etmişdi. Hələ kapitanın bu açıqlamalarından sonra kulislərdə Musayevin artıq hərəkətə keçməsi ilə bağlı pıçıltılar dolaşırdı.

AFFA-nın Baş katibi Elxan Məmmədovun televiziya verilişlərinin birində, efirdə ağır sorğu-suala məruz qalması onun əvvəlki əzəmətində olmadığını göstərir. Hər nə qədər qarşı tərəfin bu sahənin adamı olmaması səbəbindən əksər suallardan yarımçıq cavablar verərək yayınmağı bacarsa da, istənilən halda bu veriliş özü baş katib haqqındakı toxunulmazlıq mifini dağıtmağa kömək etdi.

Belə bir məqamda xeyli müddətdi səssizliyə bürünən, bir-iki istisna halı çıxmaqla, demək olar ki, mətbuatın diqqətindən kənarda qalmış Musayevin məhz həmin kanalda efirə çıxması və açıqlamalar verməsi elə-belə sıradan hal deyil.

İlin-günün bu vaxtı, bu açıqlamalar niyə verildi? Niyə məhz “Kəpəz” və “Turan”? Ümumiyyətlə, indiki halda belə bir məsələnin gündəmə gətirilməsi nə dərəcədə doğru idi? Suallar çoxdu, bir ucdan cavablamağa çalışaq.

Birincisi, mövsümün düz ortasında belə açıqlama vermək başdan-başa uğursuz gedişdir… əgər bu işdə bir qəsd yoxdursa.

Belə deyək, sən çempionatı təşkil edən qurumun rəhbərisən və ilin ortasında açıqlama verirsən ki, Premyer Liqadan heç bir klub düşməyəcək, diviziondan isə filan komandalar Premyer Liqaya yüksələcək. Gəl indi mövsümün qalan hissəsində klubları oyunlara motivasiya elə, görüm, necə edirsən?

Məsələn, onsuz da aşağı dəstəyə düşməyəcəyini bilən sonuncu pillədəki hansısa klub çempionluğa oynayan rəqibi ilə niyə danışığa getməsin? Hansı səbəbə?

Onsuz da yuxarı dəstəyə yüksəlməyəcəyini bilən klub öz oyununu niyə qumara qoymasın? Niyə nəticələri manipulyasiya etməsin? Onun oynamaq üçün motivasiyası nə olacaq?

Bunlar bir tərəfə, Ramin Musayevin adlarını açıqladığı klublar da məhz futbol keyfiyyətinə görə seçilməyib, məncə.

“Kəpəz” də, “Turan” da AFFA-nın nəzarətində olan, eyni zamanda adları son vaxtlar böyük qalmaqallarda hallanan klublardı.

“Kəpəz”də AFFA tərəfindən təyin olunmuş kuratorun ciddi yeyinti hallarından sonra vəzifəsindən uzaqlaşdırılması, bu yaxınlarda isə klubda icraçı direktor vəzifəsində çalışmış bir şəxsin verdiyi açıqlamalar və klubdakı yeyinti hallarında birbaşa Elxan Məmmədovu ittiham etməsi gündəmə bomba kimi düşmüşdü. Elə bilirsiniz Musayev bu klubun adını boş yerə çəkib? Ay-hay…

“Turan” da AFFA-nın nəzarətində olan, federasiya tərəfindən akademiyası yaradılmağa çalışılan, bununla belə oyun alqı-satqısı ilə bağlı bir neçə gün əvvəl düz 7 futbolçusunun fəaliyyətlərinə bir dəfəlik son qoyulan komandadır.

Bəlkə də heç mövsümün sonunda bu komandalar elitaya yüksəlməyəcək, amma aydın olan odur ki, futbol təsərrüfatındakı klanlararası savaşda bu dəfə Ramin Musayev hücuma keçib.

Daha gerisini özünüz düşünün…

P.S. Bu xəbər efirdə yayımlanan kimi sosial şəbəkələrdə fikir bildirənlərin əksəriyyəti “Niyə məhz “Kəpəz”lə “Turan” çıxmalıdı?” sualını verdilər. Bir çox adamın fikrincə hazırda oyunu ilə yuxarı pillədə olan, heç bir qalmaqalda hələlik (!) adı hallanmayan “Zaqatala” Premyer Liqada oynamağa daha çox layiqdir.

Bu fikirlərə şərh vermədən bir faktı nəzərinizə çatdırım. “Zaqatala”nın prezidenti Qurban Qurbanovun qardaşı Musa Qurbanovdur. Qurban Qurbanov isə Ramin Musayevə yaxın kadrdır. Adıçəkilən klubların içində “Zaqatala”nın olmaması və ilk onun yada düşməsi sizcə təsadüfdür? Məncə, deyil.

Buyurun, bu da baş katibə açılmış ikinci cəbhə.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel