Azlogos
  • Qaydalar
  • Kimlər var

Seymur Baycanın yeni kitabı çıxıb “Qızıl məbəd” haqqında Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır? İmam Həsənovun susma rejimi və başıbəlalı DokuBaku Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kasıbların qəzəbi – bütün hakimiyyətlərin qənimi

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
30 Avqust 2020

Pandemiya zamanı mediada bu növ vizual xəbərlər – divarboyu düzülmüş maskalı adamların məzlumcasına kameraya baxması – çox aktuallaşdı. Demək olar ki, hər gün saytlarda və telekanallarda karantin qaydalarını pozan şəxslər “cinayətkar” obrazında təqdim olunur. Əslində pandemiyadan da əvvəl ara-sıra ağır və ya xırda cinayət törətmiş şəxslərin eyni mizan və kompozisiyada görüntüləri yayımlanırdı. Lakin indi bu, medianın vacib, gündəlik seqmentidir. Hakimiyyət bununla da toy, nişan, xınayaxdı kimi mərasimlərin cazibəsindən heç cür qurtula bilməyən, onları həyatının əhəmiyyətli hadisəsi sayan vətəndaşlarını islah etməyə çalışır.

İlk baxışda sözügedən vizual məlumatlarda zorakılıq əlaməti yoxdur. Lakin ümumi təqdimat formasına nəsə qeyri-etik, təhqiramiz ton hakimdir. Təqdimat bir az da müxtəlif əsrlərdə tətbiq olunan cəza formalarını xatırladır: yəni ümumi əxlaq normalarına asiləşənləri başqalarına görk olsun deyə, ictimai “sərgiyə” çıxararaq rəzalət obyektinə çevirmək kimi.

Bütün hallarda informasiya-tamaşanın ən parlaq aktyorları məşhur toy əməliyyatından sonra cəza kadrlarına düşən siyasilər, hakimiyyətdə təmsil olunanlar idi. Hakimiyyət məlum üsulla həm müəyyən qüvvələrlə haqq-hesabını çürütdü, həm də kütlənin “qanun qarşısında hamı bərabərdir” gözləntisini doğrultdu. Ümumi mənzərə idbar olsa da, sosial, məhkəmə-hüquq sistemindəki və s. ədalətsizliklərdən bezən, içində partlayış nöqtəsi yaranan kütlənin fürsət düşkdükcə yuxarı statusda olanlardan – sosial şəbəkələrdə onların əhvalatının məzhəkə janrında yozulması, alçaldılması ilə – intiqam alması təbiidir. Uzaq və yaxın tarix adekvat olmayan hakimiyyətə qarşı kütlənin amansızlığına dair nümunələrlə zəngindir. Lakin mən tarixə yox, sinfi və sosial ziddiyyətlərin doğurduğu kin, qisasçılıq hekayələrini kino dünyasında modelləşdirən filmlərdən yazacam. Mövzu kinematoqrafiyada indiyədək aktualdır və onun məşhur nümunələrindın biri “Parasite”dir (2019) ki, irəlidə ona qayıdacam.

Sürrealizmin lideri Lui Bunuelin tabulara toxunan (insest, intihar, qadına qarşı zorakılıq, küfr), dini dəyərləri aşağılamaqda ittham olunan “Viridiana”sı (1961) İspaniyada 16 il, Franko rejiminin süqutuna kimi qadağan edildi. Hətta İspaniya Sinematekasının direktoru Kannda filmin layiq görüldüyü mükafatı qəbul etdiyindən təcili təqaüdə göndərilmişdi.

Süjetə görə, rahibə olmağa hazırlaşan Viridiana dayısının təklifi ilə onun evinə qonaq gəlir. Viridianaya aşıq olan dayı onunla intim münasibətə cəhd göstərir və sonra intihar edir. Hadisədən sonra Viridiana monastıra qayıtmır, xeyriyyəçiliklə məşğul olaraq yoxsulları himayəsinə götürür. Yoxsullar isə onun mərhəmətindən sui-istifadə edir.

Mövzuya uyğun olaraq filmə sosial-psixoloji rakursdan baxaq. Viridiananın mərhəməti aşağı təbəqədə yalnız istehza oyadır və sinfi intiqam duyğularını daha da alovlandırır. Sosial ədalətsizliyin vurduğu travma elə həddədir ki, yuxarı təbəqədən olan birinin səmimiyyətinin cavabı bütün hallarda intiqamdır. Ona görə kasıblar malikanədə ziyafət-orgiya təşkil edir və Viridiananı zorlamaq istəyirlər.

Bunuelə görə, xeyirxahlıq eləmək istəyən Viridiananın niyyəti amansızlığın idarə etdiyi dünyada iflasa uğrayır. Rejissor başqa bir nüansı da qabardır – mənəvi dəyərlərin sinfi təyinatı (varlı–kasıb) yoxdur.

Fransız rejissoru Klod Şabrolun 1995-ci ildə ekranlara çıxan “Mərasim”i sinfi ziddiyyətlərin cinayət aktı səviyyəsində təzahürüdür.

Zəngin Lelyevrlər ailəsinin başçısı Jerar opera həvəskarıdır. Rəsm qalereyasının sahibəsi olan arvadı Katrin ev işlərində ona kömək etmək üçün Sofi adlı qızı işə götürür. Asosial Sofinin təsadüfən poçtda işləyən Janna ilə tanışlığı Lelyevrlər ailəsinin qətli ilə nəticələnir…

Hiçkokun, Langın, Lyubiçin kinematoqrafiyasından təsirlənən, kriminal, psixoloji triller janrında özünün təkrarsız üslubunu yaradan Şabrol bir qayda olaraq burjuaziyanın simasında müasir ailə institutunu araşdırır. “Mərasim”də isə o, sinfi münasibətlərə diqqət çəkir. Onun digər filmləri kimi bu ekran əsəri də hüzurlu ailə idilliyasının təsviri ilə başlayır və idillik təsvirlər tədricən cinayətlə, iyrənc hadisələrlə yüklənməyə başlayır.

Müəllifə görə, sinfi konfliktdə mədəni, kübar, intellektual burjuaziya katalizator rolunu oynayır. Bir epziodda kilsənin xeyriyyəçilik təşəbbüsünə qoşulan Janna və Sofi ehtiyacı olanlara zənginlərin göndərdiyi nimdaş paltarları hikkəylə kənara tullayır. Müəllif bununla da zənginlərin istehlakın quluna çevrilməsini eyhamlaşdırır, sosial təbəqələşmənin yaranmasına daha çox onları şərik edir, sinfi konflikti Janna, Sofi – Lelyevrlər ailəsi çərçivəsindən çıxararaq, düşüncə, sistem problemi olduğunu göstərir.

Araşdırlan motivlərdən biri – əzilən insanın qəzəbinin, fürsət düşmüşkən qisasa, cinayətə çevrilməsi prosesidir. Sofiyə göstərilən mərhəmət, diqqət onun qəzəbini yumşaltmaq gücündə deyil. Çünki ailənin Sofiyə humanizminin kökündə belə ona ikinci növ insan kimi yanaşma sezilir. Sofinin yazıb-oxuya bilmədiyini gizləməsi də güman ki, onun yuxarı statusda ola bilməmək kompleksindən qaynaqlanır.

Jerarın klassik musiqidəki ilahiliyə mübtəlalığı ilə onun yanındakı insanın ağrısına laqeydliyi arasında təzad yüksək təbəqənin riyakarlığına işarə edir (tarixdən, qəddar kralların klassik musiqi heyranlığını da yada salaq). Finalda Sofi və Jannanın ailəni klassik musiqi dinləyərkən qətlə yetirməsi təsadüf deyil.

Cənubi Koreyalı rejssor Pon Çjun Honun “Parasite” filmi də sinfi qisasçılıq və komplekslərdən yola çıxır. Final səhnəsi “Mərasim”in son epizodunun istedadlı emalıdır. Burda da kasıblar zənginlərin klassik musiqi sədaları altında baş tutan ziyafətini cinayət mərasiminə çevirirlər. Və onların məişət əşyaları ilə qanlı döyüşü cəngavər haqda filmlərə parodik rakursudur.

Ümumiyyətlə, klassik musiqi və qətl, klassik musiqi və manyak-qatil obrazı kinoda çox işlənən fənddir. Stenli Kubrikin “A Clockwork Orange”(1971), Qas Van Setin “Elephant” (2003), filmlərində qəhrəmanlar klassik musiqidən ruhlanaraq cinayət törədirlər.

Ona qayıdaq ki, “Parasite”də kasıb ailə başçıçı zəngin ailə başçısını nə zaman qətlə yetirir? Bu, o vaxt baş verir ki, kasıbın meyitindən gələn qoxu zəngində ikrah hissi yaradır və o, təkəbbürlü davranışıyla, evindəki qan-qadanın içində belə, öz fərqliliyini, statusunu unutmur – burnunu tutub üz-gözünü snobca turşudur. İkrah anına dözməyən, özünü təhqir olunmuş sayan kasıb məhz bu anda onu öldürür.

Beləliklə də biz bu filmlərdən əzilmiş kiçik insanın nəyə qadir olduğunu görürük.

Eyni mövzu Cozef Louzinin “The Servant” (1963), “Cozef Leo Mankeviçin ”All About Eve” (1950) filmlərində də yer alıb.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2023-10-23-13-19-06BpFB0ne87zID0tpV0Bhz_file
.

Seymur Baycanın yeni kitabı çıxıb

23 Oktyabr 2023
D46A4535
.

“Qızıl məbəd” haqqında

22 Oktyabr 2023
esmira
.

Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?

19 Oktyabr 2023
459032134_0_0_1280_960_1920x0_80_0_0_313603abc1068b04559a5e326e32407f
.

İmam Həsənovun susma rejimi və başıbəlalı DokuBaku

03 Oktyabr 2023
500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023

Redaktorun seçimi

Psixodelik preparatlar sənayesi kölgədən çıxmağa hazırdır

Utandıran “Düşərgə”

Naxçıvan MSSR-in qurulması

Dil, iqtisadiyyatımızın bünövrəsi kimi

Bədbəxt Azərbaycan – Bir dekadent esse

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Kobra effekti

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

“Tarantino – Allahdır!”

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

“Şuşanı vur” məsələsi

Samirə Mahmalbafın kinosu: ağzına noxta bağlanan adam

Hərbi texnika qəbirstanlıqları

Polşada ovçuluq, dindarlıq və rasizm

Xpert-dən “Limuzin”

Azərbaycanlıların müəmmalı həmrəyliyi

Bizim qırmızı xəttimiz

Bayağı musiqi problemi

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (II hissə)

Azərbaycanda əcaib işsizlik

“Atatürkün islahatı”, yoxsa itlərin qətliamı?

“İstək zənciri”

Şeytan ayələri

Sabirin sabunları

His Last Bow

Azərbaycanlıların dəyərləri

Xalq və meyxana

Erkən xristianlıq tarixi

Qismət. Dünəndən bu günə Türkiyə hekayəsi

Elmir Mirzəyev: “Həyatın özü bir xülya teatrıdır”

Kasıbların qəzəbi – bütün hakimiyyətlərin qənimi

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
30 Avqust 2020

Pandemiya zamanı mediada bu növ vizual xəbərlər – divarboyu düzülmüş maskalı adamların məzlumcasına kameraya baxması – çox aktuallaşdı. Demək olar ki, hər gün saytlarda və telekanallarda karantin qaydalarını pozan şəxslər “cinayətkar” obrazında təqdim olunur. Əslində pandemiyadan da əvvəl ara-sıra ağır və ya xırda cinayət törətmiş şəxslərin eyni mizan və kompozisiyada görüntüləri yayımlanırdı. Lakin indi bu, medianın vacib, gündəlik seqmentidir. Hakimiyyət bununla da toy, nişan, xınayaxdı kimi mərasimlərin cazibəsindən heç cür qurtula bilməyən, onları həyatının əhəmiyyətli hadisəsi sayan vətəndaşlarını islah etməyə çalışır.

İlk baxışda sözügedən vizual məlumatlarda zorakılıq əlaməti yoxdur. Lakin ümumi təqdimat formasına nəsə qeyri-etik, təhqiramiz ton hakimdir. Təqdimat bir az da müxtəlif əsrlərdə tətbiq olunan cəza formalarını xatırladır: yəni ümumi əxlaq normalarına asiləşənləri başqalarına görk olsun deyə, ictimai “sərgiyə” çıxararaq rəzalət obyektinə çevirmək kimi.

Bütün hallarda informasiya-tamaşanın ən parlaq aktyorları məşhur toy əməliyyatından sonra cəza kadrlarına düşən siyasilər, hakimiyyətdə təmsil olunanlar idi. Hakimiyyət məlum üsulla həm müəyyən qüvvələrlə haqq-hesabını çürütdü, həm də kütlənin “qanun qarşısında hamı bərabərdir” gözləntisini doğrultdu. Ümumi mənzərə idbar olsa da, sosial, məhkəmə-hüquq sistemindəki və s. ədalətsizliklərdən bezən, içində partlayış nöqtəsi yaranan kütlənin fürsət düşkdükcə yuxarı statusda olanlardan – sosial şəbəkələrdə onların əhvalatının məzhəkə janrında yozulması, alçaldılması ilə – intiqam alması təbiidir. Uzaq və yaxın tarix adekvat olmayan hakimiyyətə qarşı kütlənin amansızlığına dair nümunələrlə zəngindir. Lakin mən tarixə yox, sinfi və sosial ziddiyyətlərin doğurduğu kin, qisasçılıq hekayələrini kino dünyasında modelləşdirən filmlərdən yazacam. Mövzu kinematoqrafiyada indiyədək aktualdır və onun məşhur nümunələrindın biri “Parasite”dir (2019) ki, irəlidə ona qayıdacam.

Sürrealizmin lideri Lui Bunuelin tabulara toxunan (insest, intihar, qadına qarşı zorakılıq, küfr), dini dəyərləri aşağılamaqda ittham olunan “Viridiana”sı (1961) İspaniyada 16 il, Franko rejiminin süqutuna kimi qadağan edildi. Hətta İspaniya Sinematekasının direktoru Kannda filmin layiq görüldüyü mükafatı qəbul etdiyindən təcili təqaüdə göndərilmişdi.

Süjetə görə, rahibə olmağa hazırlaşan Viridiana dayısının təklifi ilə onun evinə qonaq gəlir. Viridianaya aşıq olan dayı onunla intim münasibətə cəhd göstərir və sonra intihar edir. Hadisədən sonra Viridiana monastıra qayıtmır, xeyriyyəçiliklə məşğul olaraq yoxsulları himayəsinə götürür. Yoxsullar isə onun mərhəmətindən sui-istifadə edir.

Mövzuya uyğun olaraq filmə sosial-psixoloji rakursdan baxaq. Viridiananın mərhəməti aşağı təbəqədə yalnız istehza oyadır və sinfi intiqam duyğularını daha da alovlandırır. Sosial ədalətsizliyin vurduğu travma elə həddədir ki, yuxarı təbəqədən olan birinin səmimiyyətinin cavabı bütün hallarda intiqamdır. Ona görə kasıblar malikanədə ziyafət-orgiya təşkil edir və Viridiananı zorlamaq istəyirlər.

Bunuelə görə, xeyirxahlıq eləmək istəyən Viridiananın niyyəti amansızlığın idarə etdiyi dünyada iflasa uğrayır. Rejissor başqa bir nüansı da qabardır – mənəvi dəyərlərin sinfi təyinatı (varlı–kasıb) yoxdur.

Fransız rejissoru Klod Şabrolun 1995-ci ildə ekranlara çıxan “Mərasim”i sinfi ziddiyyətlərin cinayət aktı səviyyəsində təzahürüdür.

Zəngin Lelyevrlər ailəsinin başçısı Jerar opera həvəskarıdır. Rəsm qalereyasının sahibəsi olan arvadı Katrin ev işlərində ona kömək etmək üçün Sofi adlı qızı işə götürür. Asosial Sofinin təsadüfən poçtda işləyən Janna ilə tanışlığı Lelyevrlər ailəsinin qətli ilə nəticələnir…

Hiçkokun, Langın, Lyubiçin kinematoqrafiyasından təsirlənən, kriminal, psixoloji triller janrında özünün təkrarsız üslubunu yaradan Şabrol bir qayda olaraq burjuaziyanın simasında müasir ailə institutunu araşdırır. “Mərasim”də isə o, sinfi münasibətlərə diqqət çəkir. Onun digər filmləri kimi bu ekran əsəri də hüzurlu ailə idilliyasının təsviri ilə başlayır və idillik təsvirlər tədricən cinayətlə, iyrənc hadisələrlə yüklənməyə başlayır.

Müəllifə görə, sinfi konfliktdə mədəni, kübar, intellektual burjuaziya katalizator rolunu oynayır. Bir epziodda kilsənin xeyriyyəçilik təşəbbüsünə qoşulan Janna və Sofi ehtiyacı olanlara zənginlərin göndərdiyi nimdaş paltarları hikkəylə kənara tullayır. Müəllif bununla da zənginlərin istehlakın quluna çevrilməsini eyhamlaşdırır, sosial təbəqələşmənin yaranmasına daha çox onları şərik edir, sinfi konflikti Janna, Sofi – Lelyevrlər ailəsi çərçivəsindən çıxararaq, düşüncə, sistem problemi olduğunu göstərir.

Araşdırlan motivlərdən biri – əzilən insanın qəzəbinin, fürsət düşmüşkən qisasa, cinayətə çevrilməsi prosesidir. Sofiyə göstərilən mərhəmət, diqqət onun qəzəbini yumşaltmaq gücündə deyil. Çünki ailənin Sofiyə humanizminin kökündə belə ona ikinci növ insan kimi yanaşma sezilir. Sofinin yazıb-oxuya bilmədiyini gizləməsi də güman ki, onun yuxarı statusda ola bilməmək kompleksindən qaynaqlanır.

Jerarın klassik musiqidəki ilahiliyə mübtəlalığı ilə onun yanındakı insanın ağrısına laqeydliyi arasında təzad yüksək təbəqənin riyakarlığına işarə edir (tarixdən, qəddar kralların klassik musiqi heyranlığını da yada salaq). Finalda Sofi və Jannanın ailəni klassik musiqi dinləyərkən qətlə yetirməsi təsadüf deyil.

Cənubi Koreyalı rejssor Pon Çjun Honun “Parasite” filmi də sinfi qisasçılıq və komplekslərdən yola çıxır. Final səhnəsi “Mərasim”in son epizodunun istedadlı emalıdır. Burda da kasıblar zənginlərin klassik musiqi sədaları altında baş tutan ziyafətini cinayət mərasiminə çevirirlər. Və onların məişət əşyaları ilə qanlı döyüşü cəngavər haqda filmlərə parodik rakursudur.

Ümumiyyətlə, klassik musiqi və qətl, klassik musiqi və manyak-qatil obrazı kinoda çox işlənən fənddir. Stenli Kubrikin “A Clockwork Orange”(1971), Qas Van Setin “Elephant” (2003), filmlərində qəhrəmanlar klassik musiqidən ruhlanaraq cinayət törədirlər.

Ona qayıdaq ki, “Parasite”də kasıb ailə başçıçı zəngin ailə başçısını nə zaman qətlə yetirir? Bu, o vaxt baş verir ki, kasıbın meyitindən gələn qoxu zəngində ikrah hissi yaradır və o, təkəbbürlü davranışıyla, evindəki qan-qadanın içində belə, öz fərqliliyini, statusunu unutmur – burnunu tutub üz-gözünü snobca turşudur. İkrah anına dözməyən, özünü təhqir olunmuş sayan kasıb məhz bu anda onu öldürür.

Beləliklə də biz bu filmlərdən əzilmiş kiçik insanın nəyə qadir olduğunu görürük.

Eyni mövzu Cozef Louzinin “The Servant” (1963), “Cozef Leo Mankeviçin ”All About Eve” (1950) filmlərində də yer alıb.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2023-10-23-13-19-06BpFB0ne87zID0tpV0Bhz_file
.

Seymur Baycanın yeni kitabı çıxıb

23 Oktyabr 2023
D46A4535
.

“Qızıl məbəd” haqqında

22 Oktyabr 2023
esmira
.

Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?

19 Oktyabr 2023
459032134_0_0_1280_960_1920x0_80_0_0_313603abc1068b04559a5e326e32407f
.

İmam Həsənovun susma rejimi və başıbəlalı DokuBaku

03 Oktyabr 2023
500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel