bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İntellektualları niyə sevmirik?

Gülnar Əhməd Gülnar Əhməd
., Mövqe
16 Mart 2021
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
File
Paylaş

Tarixin bütün dövrlərində, ayrı-ayrı coğrafiyalarda intellektualları “istəməyən”lər həmişə olub. Araşdıran, “təftiş” edən, səhvi deyən, tənqid edən, üstəlik yenilikləri kütlələrə çatdırmaq öhdəliyini üzərinə götürən adamların iqtidar tərəfindən sıxışdırılma forması dəyişsə də, proses hələ də aktualdır.

İntellektual tərəfsizdir, qərəzsizdir, onun heç olmasa bəzi görüşləri cəmiyyətin klassik qəliblərindən fərqlidir və təbii olaraq, intellektual, cəmiyyəti tənqid edir.

İntellektual, peşəsi düşünmək, daima yeni fikir araşdırmaq, düşüncəsini yaymaq olan şəxsdir. İntellektual bunun üçün daha çox ağlından və zəkasından istifadə edir; yeni fəlsəfi axımların, mədəni-kültür dəyişikliklərin kütlə arasında yayılmasına çalışır, kütlənin sosial seçimlərinə istiqamət verir. Bəzi mütəfəkkirlərə görə intellektuallar hətta polulyarlıq axtarmamalı, mənfəət güdməməlidir; həqiqəti söyləməli, xalqın problemini dilə gətirməlidir. Əsası, intellektual, azad olmalır, yəni xalqdan, yaxud iqtidardan təqdir gözləməməlidir.

Bu gün hansısa davranışına görə təqdir elədiyini, sabah başqa bir davranışına görə tənqid edə bilməlidir. Azərbaycanca desək, intellektualın “örkəninin üstünə darı səpmək” mümkün olmasın gərək. Mütəfəkkirlərin intellektuallara verdiyi təyin və tərifdən belə bir ortaq məxrəcə gəlmək mümkündür ki, onların işi, iki profil üzrədir. Bir yandan kütləni və iqtidarı təftiş etmək, nöqsanları aşakara çıxarmaq; digər yandan kütləni dünyada baş verən yeniliklərlə tanış etmək.

Filosof və sosioloqlara görə anti-intellektualizmin təməllərini praqmatizm və Berqsonçuluq qoymuşdur. Sözü gedən fəlsəfi görüşlər, rasionallıqdan imtina edib, hisslərin fikirlərdən, intuisiyanın isə məntiqdən daha əhəmiyyətli olduğunu vurğulayır.

Əvvəllər intellektuallarla mübarizəni daha çox rejimlər aparırdı. İntellektuallar təhlükə mənbəyi idi və iqtidarlar intellektualların cəmiyyətə, dolayısı ilə iqtidarın zəifləməsinə təsirini azaltmaq üçün onlara qarşı güc tətbiq edir və onları marjinallaşdırırdılar.

Tarixdə bəlli olan ilk anti-intellektual davranış, romalı mühafizəkar, senator-konsul Böyük Cato ilə başlayır. Cato, Ellinizmə qarşı idi və yunan fəlsəfəsinin roma ənənələrini aşılayacağından qorxurdu.

Anti-intellektualizm, tərifi verilə bilən ideoloji bir nəzəriyyə deyil. Daha çox ideoloji mövqedir.

Antiintellektualizmin sağla-solla əlaqəsi yoxdur. Anti-intellektual rəhbərlər arasında sağçılar da olub, solçular da. Aralarında, Frankonun yazarlara qarşı törətdiyi Bəyaz terror, yenə Frankonun Generalı Joze Milan Astrayın “Yaşasın ölüm! İntellektuallara ölüm” şüarı ilə Salamanka universitetinə basqını, bolşeviklərin “Filosoflar gəmisi” təcrübəsi var.

Richard Hofstaterd 1963-cü ildə nəşr olunan “Amerikan həyatında anti-intellektualizm” kitabında, amerikan anti-intellektual mövqeyinin, amerikan milli kimliyindən daha yaşlı olduğunu yazır. Məsələn: 1642-ci ildə Harvard Universitetinin təməllərini atan puritan keşiş John Cotton “nə qədər elmli və nə qədər zəkalı olsanız, şeytana o qədər yaxın olarsınız” demişdir. İndiana ştatının qurulmasında zəhməti olan digər bir məşhur, Raynard R. Hall isə “Biz həmişə cahil adamları istedadlılardan üstün tutduq; zəkalı adamların əxlaqı pozacağı düşüncəsi ilə hərəkət etdik; təəssüf ki, zəka ilə şərin eyni yol getdiyi, bacarıqsızların-istedadsızların yaxşı insanlar olduğu kimi bir inanc var” deyib təəssüfünü bildirmişdir. Richard Hofstaterdin gətirdiyi nümunələrdən, ABŞ-da anti-intellektualizmin yalnız rejimlə intellektual kəsim arasında olmadığını, rejimin bu intiriqanı kütlələr arasına endirdiyini və bu prosesin əsrlər əvvəl başladığını görürük.

Keçən əsrin ortalarında anti-intellektual davranışlar ABŞ prezidentləri arasında daha populyar hal aldı.   Eisenhower, intellektualları “bildiyindən çox izahat vermək üçün, lazım olandan artıq söz istifadə edən adamlar” adlandırırdı.

İntellektuallara qarşı çıxış, Lindon Consonun vaxtında da davam etdi. Ağ evə intellektuallar, sənətkarlar dəvət olunurdu, ancaq intellektualların Vyetnam müharibəsinə qarşı çıxması, onların ayağını Ağ evdən kəsdi. Richard Nixon isə “səssiz çoxluğu”, “danışan azlıq” dan təhlükəsiz görürdü və neo-mühafizəkar hərəkata rəvac verirdi. Ronald Reagan da eyni yolla davam elədi. Prezidentin, akademik dərəcəlilərə qarşı mövqeyi, natamam təhsili, hətta meşələrin ətraf mühitin kirlənməsinə səbəb olduğuna dair inancı da görməzdən gəlinirdi. Medianın kəskin danışmayan, xoş xasiyyət bu adam üçün ürəyi gedirdi və qabiliyyətsizliyinin üstünü örtürdü.

Corc W. Bushun mühakimə qabiliyyətinin olmaması, nitqlərində sözləri tez-tez yanlış işlətməsi, ABŞ və Meksikadan başqa heç bir ölkənin paytaxtında olmaması, cavabını əzbərləmədiyi sualları başından eləməsi, mitinqləri şüarlarla yola verməsi; Amerikada, dolayısı ilə dünyada intellektuallara qarşı yeni eranın başlanmasını sürətləndirdi. Bushun son qələbəsindən sonra seçicilərin yarısı bu qədər bilgisiz, heç bir nailiyyəti olmayan, darıxdırıcı adamın prezident seçildiyinə təəccüblənmişdi. Lakin, prezidentin cahilliyi yenə media vasitəsi ilə, xalqın gözündə ucaldılırdı.

Bushun tərəfdarları, onun düşüncəsizliyini, dünyagörüşsüzlüyünü, qavrayış əskikliyini “idarəetmə formasının fərqliliyi” şəklində təqdim edirdilər. Medyanın fikrincə, Gore çox zəkalı idi, Bush isə mehriban, xoşrəftar, xalqa yaxın.

Amerikanın prezident kreslosunda son olaraq anti-intellektual davranışı ilə dünyaya açı-aşkar meydan oxuyan Donald Trumpı görürük. Trump verdiyi müsahibələrdən birində, ABŞ prezidentlərinin bioqrafiyasını oxumadığını, bu işin ondan bir gün tələb etdiyini demişdi. Özü üçün “ağıllıyam və çox bacarıqlıyam” peşəkarlar üçün isə “ağaclara görə meşəni görə bilmirlər” ifadəsini işlətmişdi.

Anti-intellektualizmin yuxarıda nəzərdən keçirdiyimiz ABŞ tarixini, siyasətçilərin kütlənin arxasında duraraq, intellektualları kütlə vasitəsi ilə marjinallaşdırdığı dövr də adlandıra bilərik.

İqtidarların intellektuallara qarşı mübarizə təcrübəsində daha loyal variant da var, intellektualları öz tərəfinə çəkmək. Məsələn: yaxın keçmişdə Türkiyədə AKP hökumətinin cəmiyyətdə nüfuz qazanmış bəzi sənətkarları, fikir adamlarını “Aqil insanlar” birliyi altında öz ətrafına topladığnın şahidi olduq.

Siyasilərin anti-intellektual mövqeyi, intellektuallarla mübarizə meydanında onlara çox güclü tərəfdaş qazandırdı. Yorulmuş, intellektuallara çatmayan, intellektual ola bilməyən, intellektualların tənqidi və “seçilmiş”lərin “müəllimlik” statusu altında əzilən kütlə, ona bənzəyən, onun “dilində” danışan, onun kimi “cahil”, informasiyasız, ancaq faydasını düşünən adamı dövlətinin başında görəndə məmnun oldu. Buna “kütlənin canını intellektualların əlindən qurtardı” da demək olar. Kütlə, intellektualları, cəmiyyətin çoxluğunun dəyərlərinə yadlaşmış parazit kimi görməyə başladı.

Türkiyə nümunəsinə baxsaq, anadolu insanı, intellektualların onları daima tərbiyə olunmağa möhtac uşaq olaraq görməsindən bezikmişdi. Görünüşə görə, intellektuallar özləri bu fərqi dərinləşdirməkdə idi, sanki intellektual olmaq kütlə üçün aşılmaz sədd idi. İntellektuallar öz “sinif”lərini ciddi cəhdlə mühafizə edirdilər. Adi anadolu qadını üçün, tv-lərdən onun kimi geyinən, onun kimi danışan, ona oxşayan Əminə Ərdoğanı, Səmiha Yıldırımı görmək daha xoşdur. Yaxud onlar kimi danışan, üzünü onlara tutan Ərdoğanı eşitmək daha şərəflidir. Belə situasiyalarda, kütlə, bilgisiz, cahil liderlərin xətalarının dəhşətini görmür. Bunu xalqa çatdırmaq istəyən intellektual isə kütlə tərəfindən özünü bəyənən, lovğa birisi kimi qəbul olunur. İntellektualı həqiqət maraqlandırdığı halda, populisti həqiqət maraqlandırmır, kütlə itirdiklərini hesablamaq bacarığına malik deyil.

Azərbaycanda populyar mənada anti-intellektualların cücərməyə başladığı dövr kimi, sovetlərin dağılma ərəfəsini göstərmək olar. Keçən əsrin 70-80-ci illərində, hətta Azərbaycan kinosunun da rus dilində çəkildiyi illərdə, intellektuallığın qapısını açmağın bir yolu vardı – rus dilini bilmək. Kantın metafizikasını, Hegelin dialektikasını bilməyən adam, özlüyündə intellektual ola bilməzdi. Rus dilini bilməyən isə, bu işə məsul şəxslərin yarıtmazlığı üzündən doğma dilində bu kitabları oxumaq imkanından məhrum idi. Dolayısı ilə azərbaycandillilər, araşdırmaq və mənimsədiyini təbliğ eləmək imkanını da itirmişdilər. Rusdilli intellektualların təbliğat auditoriyası da azərbaycandillilər deyildi. Sovet Azərbaycanının dil problemindən qaynaqlanan mütaliə kəsiri, kütlənin bilgisizliyi, maariflənmənin tamamlanmaması, müstəqillik dövründə bütün qüsurları ilə ortaya çıxdı. Xüsusi ilə akademik araşdırmaların dəyərini azaltmaq, elm adamlarına yuxarıdan aşağı baxmaq, elmi dərəcələrin dəyərsizliyini sübut eləməyə çalışmaq, kütlənin haqqını müdafiə bəhanəsi ilə intellektuallara hücum etmək, praktik və asan olmayan nəyəsə səbrlə yanaşmamaq, oxuyana “oxuyub nə olacaqsan” demək: bunlar bizim özünəməxsus intellektual nifrətimiz idi.

Bu gün Azərbaycanda intellektual arenanı kimlər doldurur? – İntellektuallığın təbiətinə zidd bir qrup ziyalı: həqiqəti danışmağa həvəsi, bacarığı, iddiası və azadlığı olmayan universitet müəllimləri, haradansa yönləndirilən ictimai-siyasi xadimlər və bir neçə köşə yazarı.

Kütlə həmişə kiməsə inanmaq, kimisə izləmək istəyir. Ancaq daha çox asanın və faydası olanın dalınca qaçır. Normal mühitdə yaşamaq, kütlənin onu izləməsinə nail olmaq istəyən intellektual, yaşaya biləcəyi mühitə sahib olmaq üçün, heç olmasa, öyrəndiyi fəlsəfi-mədəni-kültür yenilikləri ilə kütləni müntəzəm məlumatlandırmalıdır. Kütlə ilə müəllim şagird statusunda, yuxarıdan aşağı baxaraq davranmaqdan çəkinməlidir. Faydaçı rejimlə həqiqətpərəst intellektual arasında qalan kütlə ilə daha səmimi münasibət qurmağa çalışmalıdır.

Bu, çox, lap çox çətin iş olsa da…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör