bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İnsan haqqında bədii-fəlsəfi esse

Seymur Baycan Seymur Baycan
., Mövqe
07 May 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Seymur baycan
Paylaş

Hər dövrün öz cəzaları, öz cəza alətləri olub. Hərdən internetdə özümü sıxıb, özüm-özümə zülm edib, tarixin bəzi dövründə icad edilmiş cəza alətlərinə baxıram. Bu alətləri icad edərkən, düzəldərkən, maksimum çalışıblar ki, insan əzabla və özü də uzun müddət əzab çəkərək ölsün. İşgəncə çəksin. Hətta insanı asan yolla öldürməyi də ona çox görüblər. Özü də bunu başqa məxluq etməyib. Şüurlu canlı edib. O şüurlu canlı ki, özünü dünyanın əşrəfi sayır. Roman yazır, musiqi bəstələyir, kino çəkir, iş görür, danışır, gülür, ağlayır, ən nəhayət, başqa canlılardan fərqli olaraq, bir gün öləcəyindən xəbərdardır. Bu şüurlu canlı başqa bir şüurlu canlının maksimum əzab çəkməsi üçün fantaziyasını işə salıb.

kartinka_3.2

Adam o alətlərə baxanda düşünür, bu alətlər nə qədər ağrılara, göz yaşlarına, yalvarışlara səbəb olub. Bunu etmək üçün din və millət adından danışıblar. Bu dəhşətlər hələ də davam etməkdədir. Hələ də millət və din adına qanlar tökülür, evlər dağılır, insanlar yaşadıqları məkanları tərk etmək məcburiyyətində qalır, başlar kəsilir. Halbuki təxminən hər şey yazılıb, bir qalır oxuyub maariflənmək və insan kimi yaşamaq. Təəssüf ki, bu qədər yazılmasına, bu qədər çəkilməsinə baxmayaraq, hələ də bu dəhşətlər müxtəlif formalarda, müxtəlif məkanlarda adamların həyatlarını məhv etməkdədir.

Bir Qərb təmayüllü, Qərb təfəkkürlü yaradıcı adam Şərq ölkələrinin birindən səyahətdən qayıtmışdı. Soruşdum necə idi? Çox sərrast bir cümlə dedi. Bu sənətin gücü idi. Moppasan ya Mərakeşi, ya da Əlcəzairi belə təsvir etmişdi: “Burda hamı kölgə axtarır”.

Bu bir cümlə özündə qalın bir kitabın informasiyasını daşıyır. Bəli, adamdan soruşdum ki, filan Şərq ölkəsi necə idi? Oranı necə gördün? Adamlar nə düşünürlər? Nə edirlər? Dedi, qardaş, orda adamı yerə yıxıb camaatın gözünün qabağında döyürlər.

N83125566-72702286

Bəzən gözümüz bəzi hadisələrə, hərəkətlərə o qədər alışır ki, bu hadisələrin, bu hərəkətlərin nə qədər ayıb olması haqqında oturub düşünməyə sadəcə ərinirik. Təsəvvür edin, adamı yerə yıxırlar və camaatın gözünün qabağında döyürlər ki, başqaları da baxıb qorxsun. Öz payların götürsünlər.

Adamı tutub camaatın gözünün qabağında döymək, camaatın gözünün qabağında öldürmək tarixin müxtəlif dövrlərində, müxtəlif məkanlarında olub. Amma ta indi gedib Belçikada, Danimarkada car çəkib camaatı yığasan meydana və deyəsən ki, indi sizdən birini yerə yıxıb döyəcəyik, siz də baxın, bu, bir az ayıb iş olar.

Hələ 200 il bundan əvvəl Axundov yazırdı ki, İngiltərədə öküzlərə hörmət etməyə başlayıblar, bizdə isə tutub adamın qulağını kəsirlər. Təsəvvür edin, tutub bir canlının qulağını kəsirlər ki, özünü yaxşı aparsın. Bu nə deməkdir? Bu, cəmiyyətin səviyyəsini göstərir. Adamın da qulağın kəsərlər?

Bəli, tarixin müxtəlif dövrlərində bir çox xalqlar bunu ediblər. Amma indi elə bir səviyyəyə çatıblar ki, etməkdən utanırlar. Edəndə də, heç olmasa, bir az arxada edirlər. Ta tutub adamı yerə yıxıb, meydanın ortasında döymürlər. Bəzən bir çoxları cığallıq edərək deyir ki, filan mədəni, sivil, inkişaf etmiş ölkələrdə də polislər icazəsiz mitinqə çıxan adamları döyürlər. Bəli, döyürlər. Olur belə hallar. Lakin orda azad məhkəmələr, qeyri-hökumət təşkilatları, azad mətbuat var. Döyəndə hökuməti danlayırlar ki, niyə camaatı döyürsən? Bəzi ölkələrdə isə azad mətbuat yoxdur. Məhkəmələr hakimiyyətdən asılı vəziyyətdədir, hakimiyyətin sifarişini yerinə yetirir, ziyalılar sot yerindən, putovkadan, ordendən, medaldan alıb, həm də övladlarını gömrükdə, səfirlikdə, filanda işə düzəldib, ağızlarına su alıb susurlar. Belə ölkələrdə gedib polisdən harasa şikayət etsən, tutub bir az da döyəcəklər. Əgər keflərinə düşsə, azadlıqdan da məhrum edəcəklər. Bax, fərq bundadır.

Tarix göstərdi ki, döymək və cəzalandırmaq bir çox hallarda əks-effekt verir. İnsanı başa salmaq, maarifləndirmək, bağışlamaq, onu anlamağa çalışmaq lazımdır.

Bəşər tarixinin ən böyük sənət əsərlərindən birini xatırlayaq. Əgər yepiskop Jan Valjanı bağışlamasaydı, Jan Valjanı təzədən həbsxanaya qaytaracaqdılar. Lakin yepiskopun bir hərəkəti, bir sözü Jan Valjanı təzədən bu dünyaya qaytardı, onu diriltdi. Onun ruhunu xilas etdi. Yepiskop şamdanları bağışlamaqla onun ruhunu satın aldı. Beləliklə, Jan Valjanın insanları sevməkdən savayı yolu qalmadı. Həzrəti İsa da bunu deyirdi. Deyirdi ki, bu üzünə vuranda o biri üzünü çevir, köynəyini istəyəndə şalvarını da ver. Çətindir. Amma bəzi insanlar bu prinsipə əməl etməkdə özlərində güc tapırlar.

Əsl mərhəmət odur ki, cəzalandıra bildiyin halda, güclü olduğunu bilə-bilə cəza vermirsən. Tarix göstərdi ki, insan anlayışı din və millət anlayışından daha yüksəkdə dayanmaqdadır. İnsan anlayışı din, millət, ideya anlayışlarından daha qiymətlidir. İndi elə bir zamandır ki, din və ideya adına insanları öldürəndə həmin din və ideya gözdən düşür. Deməli, artıq heç bir dinin, təriqətin, ideyanın insanı öldürməyə, onu məhv etməyə haqqı yoxdu. Əksinə, dinlər, ideyalar, təriqətlər, təmayüllər, cərəyanlar insanın daha xoşbəxt, daha firavan yaşamasına xidmət etməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör