Azlogos
  • Kimlər var
  • Bizi tanı

İŞİD-in doğuşu Mənasızlıqda məna yaratmaq Azərbaycanın elektromobil perspektivləri Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
03 Oktyabr 2020

Artıq yeddinci gündür ki, Azərbaycan ordusunun sentyabrın 27-də başlatdığı İkinci Qarabağ Müharibəsi – Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlar – davam edir.

Bununla bağlı ən çox verilən sual budur: bizim üçün “Qiyamət günü” qədər həlledici olan bu müharibənin səbəbləri və ilkin şərtləri nələrdir?

Ermənistan-Azərbaycan qarşıdurmasının kəskinləşməsi ilə bağlı obyektiv rəy formalaşdırmaqdan ötrü 2019-cu ildən bu yana münaqişə ətrafında baş verən hadisələri analiz etmək zəruridir.

Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. Nitqində “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Belə ki, keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə, həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu.

Bütün bunlar sülh danışıqlarına son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı.

Bu il iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi.

Hücum üçün məhz Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib.

Qeyd etmək lazımdır ki, Azərbaycan sərhədinin demilitarizasiyası strategiyasına əsasən, azərbaycan-erməni sərhədinin bir hissəsinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti nəzarət edir.

Hücumun istiqamətini müəyyənləşdirən amillərdən biri də sözügedən bölgənin strateji mövqeyi və Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun əhəmiyyətidir. Ermənistan, Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu gizlətmir. Ermənistan hərbi qüvvələrinin 2012-ci ilin 1-13 oktyabr tarıxləri arasında keçirdiyi təlimlərin təməlində “düşmənin neft insfrastrukturuna” hücum ssenarisi dayanırdı.

Bundan əlavə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi bölgədə yeni gərginlik mənbəyi yaratmaq və münaqişənin coğrafi genişləndirilməsi yolu ilə özünün də iştirakçısı olduğu KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müdaxiləsinə bəraət qazandırmaq idi.

Yuxarıda sadalanan hərbi-siyasi məqsədlər Azərbaycana hücum vaxtını müəyyənləşdirən aşağıdakı faktorlarla şərtləndirilə bilər:

– Azərbaycan Respublikasının təşəbbüsü ilə Cənub qaz dəhlizinin istifadəyə verilməsi ərəfəsində bölgədə vəziyyəti ağırlaşdırmaq, layihə ilə bağlı beynəlxalq səviyyədə tərəddüdlər yaratmaq və onun reallaşdırılmasına mane olmaq;

– Dünya bazarlarında neftin qiymətlərinin dəyişməsi fonunda Azərbaycanın iqtisadi imkanlarının zəiflədiyi təəssüratı yaratmaq.

Qeyd etmək lazımdır ki, Bakı, Ermənistanla dövlət sərhədinə heç vaxt mümkün münaqişə ərazisi kimi yanaşmayıb, çünki bu coğrafiyada vəziyyətin gərginləşməsi Azərbaycanın yuxarıda haqqında bəhs edilən strategiyasına ziddir.

İyul hadisələrindən sonra vəziyyətin normallaşması gözlənilsə də, sentyabrın əvvəlində separatçı rejimin başçısı Araik Arutyunyan sərt bir bəyanatla çıxış etdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunu görmürəm”. Onun sözlərindən belə çıxırdı ki, Dağlıq Qarabağ separatçıları üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar, o cümlədən “Madrid prinsipləri” – münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana təklif olunan əsas paket – qətiyyən qəbuledilməzdir.

Özü də bu, hələ 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan “Mayendorf deklarasiyası”na rəğmən baş verirdi. Sözügedən deklarasiyada deyilirdi ki, tərəflər “siyasi tənzimləmənin əsas prinsiplərini hazırlamaq məqsədilə ATƏT-in Minsk Qrupu həmsərdlərinin tərəflərlə 2007-ci il noyabrın 29-da və daha sonrakı görüşlərini də nəzərə alaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəşilik səylərinin davam etdirilməsinin vacibliyini təsdiqləyirlər”.

Beləliklə, uzun illər sürən danışıqların heç bir nəticə vermədiyi də aydın oldu.

Bununla yanaşı, işğal etdiyi Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması ilə bağlı erməni tərəfin həyata keçirdiyi siyasət, livan ermənilərinin məqsədyönlü şəkildə həmin rayonlara köçürülməsi və Dağlıq Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşa edilməsi vəziyyəti daha da ağırlaşdırdı və danışıqlar prosesini dayandırdı.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeydsiz-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnaməyə baxmayaraq, moderatorlardan heç biri, o cümlədən ATƏT-in Minsk qrupuna üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti mövqe sərgiləmək istəmirlər.

Yaranmış vəziyyətdə rəsmi Bakıya danışıqları davam etdirməkdən ötrü siyasi müstəvi qalmamışdı. Qarşı tərəf üçün yeganə reallıq Azərbaycan torpaqlarının işğalı nəticəsində 26 il ərzində (1994-cü il mayın 12-dən) yaranmış status-kvo idi. Bütün bu illər ərzində istənilən praqmatizmdən xeyli uzaqlaşan, demək olar, hər bir erməni siyasi rəhbərliyini “qalib kompleksi” izləyirdi.

Əfsus ki, mövcud şərtlərdə siyasi danışıqlara yeni müstəvi açmaqdan ötrü Azərbaycanın, bütün beynəlxalq və bəşəri qanunlara zidd olan bu reallığı dəyişməkdən başqa yolu yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
141520707_494321671964644_6505287204304582666_n
Vətən müharibəsi

Nifrətin sevgi dili. Müharibəyə sözardı

25 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021

Redaktorun seçimi

Ssenarilərimiz

Derek Volkot. Antillər: Epik yaddaşın fraqmentləri

Utandıran “Düşərgə”

Ermənilər kimdir?

“Molla Nəsrəddin“ məktəbi

Gürcü qambiti

Yosemite Milli Parkı – Vüqarın obyektivindən

Bir ovuc qlamur, bir yığın səfil…

Azərbaycan istehlakçısının arzuları

Psixoloji müqavimət

Yazmaq istəmədiyim yazı

Almadovarın karantin gündəlikləri

Zəhmətimin «Sizif əməyi» olduğunu bildiyim halda

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

Tural Həsənov – Airbus-da bir azərbaycanlı

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

Aydınlanma tariximizin sui-qəsdləri

Nərmin Şahmarzadə cavab verir

Baş ağrıları sahəsində 2018-ci ilin əsas nailiyyətləri

Romantikadan uzaq adamlar

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Bozbaş bişirmək azadlığı

Millilik ya bəşərilik – Kosmopolitanizmin tənqidi

İntihar və azadlıq

O dəhşətli üç hərf – GMO

Bir daha rusdilli mövzusu haqda

Bakı və Vaşinqtonun ortaq dərdi

Şəhidlərin ruhunu incitməyən fişəng

İnformasiya çatışmazlığı sindromu

QKÇP – Son çırpınış

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
03 Oktyabr 2020

Artıq yeddinci gündür ki, Azərbaycan ordusunun sentyabrın 27-də başlatdığı İkinci Qarabağ Müharibəsi – Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlar – davam edir.

Bununla bağlı ən çox verilən sual budur: bizim üçün “Qiyamət günü” qədər həlledici olan bu müharibənin səbəbləri və ilkin şərtləri nələrdir?

Ermənistan-Azərbaycan qarşıdurmasının kəskinləşməsi ilə bağlı obyektiv rəy formalaşdırmaqdan ötrü 2019-cu ildən bu yana münaqişə ətrafında baş verən hadisələri analiz etmək zəruridir.

Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. Nitqində “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Belə ki, keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə, həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu.

Bütün bunlar sülh danışıqlarına son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı.

Bu il iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi.

Hücum üçün məhz Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib.

Qeyd etmək lazımdır ki, Azərbaycan sərhədinin demilitarizasiyası strategiyasına əsasən, azərbaycan-erməni sərhədinin bir hissəsinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti nəzarət edir.

Hücumun istiqamətini müəyyənləşdirən amillərdən biri də sözügedən bölgənin strateji mövqeyi və Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun əhəmiyyətidir. Ermənistan, Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu gizlətmir. Ermənistan hərbi qüvvələrinin 2012-ci ilin 1-13 oktyabr tarıxləri arasında keçirdiyi təlimlərin təməlində “düşmənin neft insfrastrukturuna” hücum ssenarisi dayanırdı.

Bundan əlavə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi bölgədə yeni gərginlik mənbəyi yaratmaq və münaqişənin coğrafi genişləndirilməsi yolu ilə özünün də iştirakçısı olduğu KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müdaxiləsinə bəraət qazandırmaq idi.

Yuxarıda sadalanan hərbi-siyasi məqsədlər Azərbaycana hücum vaxtını müəyyənləşdirən aşağıdakı faktorlarla şərtləndirilə bilər:

– Azərbaycan Respublikasının təşəbbüsü ilə Cənub qaz dəhlizinin istifadəyə verilməsi ərəfəsində bölgədə vəziyyəti ağırlaşdırmaq, layihə ilə bağlı beynəlxalq səviyyədə tərəddüdlər yaratmaq və onun reallaşdırılmasına mane olmaq;

– Dünya bazarlarında neftin qiymətlərinin dəyişməsi fonunda Azərbaycanın iqtisadi imkanlarının zəiflədiyi təəssüratı yaratmaq.

Qeyd etmək lazımdır ki, Bakı, Ermənistanla dövlət sərhədinə heç vaxt mümkün münaqişə ərazisi kimi yanaşmayıb, çünki bu coğrafiyada vəziyyətin gərginləşməsi Azərbaycanın yuxarıda haqqında bəhs edilən strategiyasına ziddir.

İyul hadisələrindən sonra vəziyyətin normallaşması gözlənilsə də, sentyabrın əvvəlində separatçı rejimin başçısı Araik Arutyunyan sərt bir bəyanatla çıxış etdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunu görmürəm”. Onun sözlərindən belə çıxırdı ki, Dağlıq Qarabağ separatçıları üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar, o cümlədən “Madrid prinsipləri” – münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana təklif olunan əsas paket – qətiyyən qəbuledilməzdir.

Özü də bu, hələ 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan “Mayendorf deklarasiyası”na rəğmən baş verirdi. Sözügedən deklarasiyada deyilirdi ki, tərəflər “siyasi tənzimləmənin əsas prinsiplərini hazırlamaq məqsədilə ATƏT-in Minsk Qrupu həmsərdlərinin tərəflərlə 2007-ci il noyabrın 29-da və daha sonrakı görüşlərini də nəzərə alaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəşilik səylərinin davam etdirilməsinin vacibliyini təsdiqləyirlər”.

Beləliklə, uzun illər sürən danışıqların heç bir nəticə vermədiyi də aydın oldu.

Bununla yanaşı, işğal etdiyi Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması ilə bağlı erməni tərəfin həyata keçirdiyi siyasət, livan ermənilərinin məqsədyönlü şəkildə həmin rayonlara köçürülməsi və Dağlıq Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşa edilməsi vəziyyəti daha da ağırlaşdırdı və danışıqlar prosesini dayandırdı.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeydsiz-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnaməyə baxmayaraq, moderatorlardan heç biri, o cümlədən ATƏT-in Minsk qrupuna üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti mövqe sərgiləmək istəmirlər.

Yaranmış vəziyyətdə rəsmi Bakıya danışıqları davam etdirməkdən ötrü siyasi müstəvi qalmamışdı. Qarşı tərəf üçün yeganə reallıq Azərbaycan torpaqlarının işğalı nəticəsində 26 il ərzində (1994-cü il mayın 12-dən) yaranmış status-kvo idi. Bütün bu illər ərzində istənilən praqmatizmdən xeyli uzaqlaşan, demək olar, hər bir erməni siyasi rəhbərliyini “qalib kompleksi” izləyirdi.

Əfsus ki, mövcud şərtlərdə siyasi danışıqlara yeni müstəvi açmaqdan ötrü Azərbaycanın, bütün beynəlxalq və bəşəri qanunlara zidd olan bu reallığı dəyişməkdən başqa yolu yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
141520707_494321671964644_6505287204304582666_n
Vətən müharibəsi

Nifrətin sevgi dili. Müharibəyə sözardı

25 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel