Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
02 Yanvar 2019

Yeni, 2019-cu il də gəldi, XXI əsrin ikinci onilliyi isə artıq bitmək üzərədir. Bizim cəmiyyətin primitiv mövzuları isə bitib-tükənənə heç oxşamır. Əgər kimsə keçən əsrin 80-ci illərində bizə desəydi ki, XXI əsrdə bizim cəmiyyət nələri dartışacaq, nələrin mübahisəsini edəcək, inanmaz, əsəbiləşər, minlərlə dəlil gətirərdik ki, belə şey ola bilməz. Lakin, təəssüflər olsun, bir çox məsələdə gözləntilərimizin əksini gördük. İnternetin cəmiyyətə ildırım sürətilə daxil olması, xüsusən sosial şəbəkələr optikası ilə öncələr təsəvvür edə bilməyəcəyimiz bədheybət səhnələr açıldı gözlərimiz önündə. Belə olacağını heç ağlımıza gətirmirdik. Lap sadə misallara üz tutaq.  

Mediamızda demək olar ki, hər gün, mütəmadi olaraq hansısa zorakılıq, vəhşilik və s. haqda xəbərlərə, yeniliklərə rastlamaq olar. Sonra bu xəbərlər hökmən sosial şəbəkələrdə müzakirə edilir, kütlə də həmin hadisələr barədə mütləq öz müdrik, ağıllı, hikmətli və tərəddüdsüz qərarını verir: “İnək göz eləməsə, buğa atdanmaz”, “Yaxşı at özünə qamçı vurdurmaz”, “Od olmayan yerdən tüstü çıxmaz” və s. və i.

Bizim arxaik toplumda hər zaman yalnız qurban günahkardır. XX əsrin sonunda yeni texnologiyaların bu arxaizmi dəyişə biləcəyinə olan sadəlöhv inamdan da nəsə qalmayıb. Zaman göstərdi ki, kütlələr, qaragürüh texnologiyalardan geninə-boluna rahat istifadə edirlər. Ümumiləşdirmə məsələsindən uzağam, amma razılaşmamaq mümkün deyil ki, cəmiyyət adlandırdığımız başlıca kütlənin ümumi fikri səciyyələndirdiyimiz kimi, qaragüruh olur. Dəfələrlə buna rastlamışıq, gündəmdə yüzlərlə, arxivdə minlərlə misal var.

Kütlə “əxlaq” üçün minlərlə tabular qoyur, linç etməyə əlimyandıda adam axtarır, bunun üçün nəsə çox böyük bir şey də gərək deyil, tutalım, özünə jurnalist deyən “əxlaq keşikçisi” rahatca metroda gənclərə təpik atıb, yaxud “şortik davası” salıb, şəstlə bu haqda status yazar, kütlənin gözündə sosial statusunu qaldıra bilər. Tabuların qorxusundan sevişmək istəyən gənclərin meyitləri elektrik transformatorlarında, qarajlarda, liftlərdə, mühərriki söndürülməmiş avtomobillərdə tapılır, kütlə də bədxahcasına “yaxşı oldu əxlaqsızlara” kütləvi qərarını heç bir koqnitiv dissonans keçirmədən çox rahatca verir. Cəmiyyətdəki “əxlaq” konstantaları kütləyə bunu əmr edir. Mövzu o qədər aktualdır ki, hətta bu yaxınlarda mediada Bakıda gənclər üçün öpüşmək yerlərinin müfəssəl məlumatlı xəritəsi də dərc edilib.  

Əlbəttə ki, toplum çoxşaxəlidir, onlarla, yüzlərlə insan buna ictimai şəkildə etiraz edir, “belə olmaz” deyir, ən azından belə duruma narazılığını bildirir, lakin bunlar istisna-müstəsna hallardır, böyük kütlə və onun əsas təmayülləri başqadır. Bir çox cəmiyyətlərin çoxdan, lap çoxdan həll edib atladığı mərhələlər bizim üçün keçilməz kimi görünür artıq.

Bəs səbəb nədir, nədən belədir?

Bəşər, yəni homo sapiens növ kimi primatlara aiddir, onlar isə toplum halında yaşamağa üstünlük verən canlılardır, dəstə, prayd ilə gəzir, toplaşır. Toplum olan yerdə isə hökmən hansısa ümumi sosial münasibətlər, davranış konstantaları, hierarxik tənzimləmələr olacaqdır. Bu səbəbdən istənilən insan cəmiyyətində hansısa ümumi təmayüllər, əxlaq konstantaları mövcuddur, hər bir şəxs də ictimai varlıq olduğu üçün toplumun ümumi istiqamətində gedəndə özünü müdafiə edilmiş, yəni “yaxşı” hesab edir. İstər homo sapiens, istər başqa primatlarda altruistik olaraq dəstənin, icmanın “qeyrətini”-dərdini çəkən (və ya özünü belə göstərən) avtomatik sosial statusunu qaldırır, mənəvi üstünlük əldə edir. Ümumi təmayülə belə ehtirasla qulluq etmənin (“əxlaqsızları” linç etmək, özünü qatı millətçi, patriot göstərmək, müharibəyə getməyəcəyini 100% bilərək müharibə tərəfdarı olmaq, cinsi azlıqlara, qadınlara hücum etmək, lazım olan yerdə din təəssübkeşi olub baş yarmaq və s. ) başlıca səbəbi budur — öz sosial statusunu toplum içində qaldırmaq.

Cəmiyyətdəki ümumi təmayüllərin əleyhinə yalnız müstəsna şəxslər gedə bilər, bu çox ağır və riskli bir işdir, çünki istənilən fərd kütlədən çox fərqlənsə toplum dışında qala, ağır hallarda isə həyati təhlükə ilə üzləşə bilər. “Hamının qozbel olduğu yerdə, çəlimli olmaq eybəcərliyə çevrilir.” — deyir “Eybəcərlər anası” hekayəsinin müəllifi Gi de Mopassan.

Sadə misal. Avropa ölkələrində əgər təcili yardım maşını sürətlə gedirsə, yoldakı bütün maşınlar dərhal kənara çəkilib ona yol verəcək. Bildiyim qədəri qanunla da belədir, amma bu artıq refleks xarakteri alıb, yəni burda artıq qanuna-filana ehtiyac yoxdur, cəmiyyətdə özünütənzimləmə kimi baş verən işlək funksiyasıdır. Başqa bir misal kimi, tutalım İranda, aşura günündə publik olaraq daha çox insan olan yerdə xəncərlə baş yarılır. Niyə belə edilir? Çünki hər iki misaldakı insan təhtəlşüuri olaraq bunu ictimai rəğbət üçün edir, bundan daxili razılıq (harmoniya, orgazm) hissi keçirərək toplumda öz sosial statusunu artırır.  

Hər iki misalda ictimai təmayül kütləvi təhtəlşüur kimi özünün ifadə edir. İctimai kontekst burada edilən aktın özündən qat-qat vacib olur. Fərdi seçmə mövcud olsa da, təhtəlşüur onun seçimlərinin daha dərin səbəbi qismində çıxış edir. Sosial münasibətlər bu fərdi seçimi çox gülcü buxovlarına alıb — istər müsbət, istər mənfi anlamda.

O zaman belə bəlli olur ki, istənilən cəmiyyətdə ictimai təmayül fərdi iradədən üstdə durur — bu həqiqətən belədir. Hər bir kəs mövcud olduğu icmanın şərtlərinin əksəri ilə razılaşma zorundadır. Bütün fərdlər də istər-istəməz ətrafından, çevrəsindən təsirlənir, ümumi fikrə yoluxur. Belə olan halda cəmiyyətdə yenilik edilməsi üçün ən başlıca məsələ — həmin bu təmayüllərin dəyişdirilməsidir.

Cəmiyyətdəki ümumi təmayüllər dəyişməyəcəksə, o zaman hansısa köklü dəyişikliklərdən — söhbət yalnız müsbət anlamdan gedir, deqradasiya üçün nəyisə dəyişmək gərək deyil — danışmağa dəyməz. Fərdi istəklərimiz, iradəmiz çox-çox vacibdir, bununla şəxsi həyatımızda çox məsələnin həllinə nail ola bilərik, amma cəmiyyəti dəyişmək üçün bu yetərli deyil. Cəmiyyətdəki həmin o “əxlaq” konstantalarını, ümumi təmayülləri, dəyərlər istiqamətinin köklü, dərindən dəyişməsi gərəkdir.

Əgər bu təmayüllər azca olsa da tədricən dəyişərsə, o zaman bir gün köklü dəyişikliklərin, (özünü-) islahların şahidi olacağıq. Kütləvi təhtəlşüurun refleksiv səviyyədə dəyişməsi üçün tariximiz boyu zaman-zaman cəhdlər edilib, lakin görünür bu bitməyəcək bir prosesdir. Bu məsələdə başlıca yük transformatorlarda, qarajlarda ölməyi seçməyəcək gəncliyin payına düşür.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Redaktorun seçimi

Onun arabası var

Bertrand Russell – “Roma İmperiyasında mədəniyyət”

Eldarın milyonçu qohumları

Prezidentin twitter siyasəti

Bir maşın kubik və xalqın partiyası

Seçkilər və doğrulmayan ümidlər

İstintaq

Şəxsiyyət olmamağı öyrətmək

İctimai sektanın mövsümi qanaxması

Mehdi Hüseynin ölümü – 2

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Rusun bəd gəlişi?

Mələyin uçuş sürətinin ölçülməsi

Böyük şirkətlərin yaratdığı böyük dərdlər

İnqilabdan sonrakı İran kinosu

Azərbaycanlıların vaksinasiya sınağı

Sosial beyinə doğru

Xalq artisti kəraməti

Ən güclü olmağa hələ çox var

Putinin 10 məğlubiyyəti

Bir ailənin portreti

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

«Bismillah»-dan 85 il sonra yaranan sual: ateizm cinayətdirmi?

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Korona işarəsi altında

Dünəndən bugünə neft qiymətləri

Salam

«Primakov söhbəti»nə sözardı

Bizi bitirən qəzəbimiz

Hitlerin sevimli qadınları

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
02 Yanvar 2019

Yeni, 2019-cu il də gəldi, XXI əsrin ikinci onilliyi isə artıq bitmək üzərədir. Bizim cəmiyyətin primitiv mövzuları isə bitib-tükənənə heç oxşamır. Əgər kimsə keçən əsrin 80-ci illərində bizə desəydi ki, XXI əsrdə bizim cəmiyyət nələri dartışacaq, nələrin mübahisəsini edəcək, inanmaz, əsəbiləşər, minlərlə dəlil gətirərdik ki, belə şey ola bilməz. Lakin, təəssüflər olsun, bir çox məsələdə gözləntilərimizin əksini gördük. İnternetin cəmiyyətə ildırım sürətilə daxil olması, xüsusən sosial şəbəkələr optikası ilə öncələr təsəvvür edə bilməyəcəyimiz bədheybət səhnələr açıldı gözlərimiz önündə. Belə olacağını heç ağlımıza gətirmirdik. Lap sadə misallara üz tutaq.  

Mediamızda demək olar ki, hər gün, mütəmadi olaraq hansısa zorakılıq, vəhşilik və s. haqda xəbərlərə, yeniliklərə rastlamaq olar. Sonra bu xəbərlər hökmən sosial şəbəkələrdə müzakirə edilir, kütlə də həmin hadisələr barədə mütləq öz müdrik, ağıllı, hikmətli və tərəddüdsüz qərarını verir: “İnək göz eləməsə, buğa atdanmaz”, “Yaxşı at özünə qamçı vurdurmaz”, “Od olmayan yerdən tüstü çıxmaz” və s. və i.

Bizim arxaik toplumda hər zaman yalnız qurban günahkardır. XX əsrin sonunda yeni texnologiyaların bu arxaizmi dəyişə biləcəyinə olan sadəlöhv inamdan da nəsə qalmayıb. Zaman göstərdi ki, kütlələr, qaragürüh texnologiyalardan geninə-boluna rahat istifadə edirlər. Ümumiləşdirmə məsələsindən uzağam, amma razılaşmamaq mümkün deyil ki, cəmiyyət adlandırdığımız başlıca kütlənin ümumi fikri səciyyələndirdiyimiz kimi, qaragüruh olur. Dəfələrlə buna rastlamışıq, gündəmdə yüzlərlə, arxivdə minlərlə misal var.

Kütlə “əxlaq” üçün minlərlə tabular qoyur, linç etməyə əlimyandıda adam axtarır, bunun üçün nəsə çox böyük bir şey də gərək deyil, tutalım, özünə jurnalist deyən “əxlaq keşikçisi” rahatca metroda gənclərə təpik atıb, yaxud “şortik davası” salıb, şəstlə bu haqda status yazar, kütlənin gözündə sosial statusunu qaldıra bilər. Tabuların qorxusundan sevişmək istəyən gənclərin meyitləri elektrik transformatorlarında, qarajlarda, liftlərdə, mühərriki söndürülməmiş avtomobillərdə tapılır, kütlə də bədxahcasına “yaxşı oldu əxlaqsızlara” kütləvi qərarını heç bir koqnitiv dissonans keçirmədən çox rahatca verir. Cəmiyyətdəki “əxlaq” konstantaları kütləyə bunu əmr edir. Mövzu o qədər aktualdır ki, hətta bu yaxınlarda mediada Bakıda gənclər üçün öpüşmək yerlərinin müfəssəl məlumatlı xəritəsi də dərc edilib.  

Əlbəttə ki, toplum çoxşaxəlidir, onlarla, yüzlərlə insan buna ictimai şəkildə etiraz edir, “belə olmaz” deyir, ən azından belə duruma narazılığını bildirir, lakin bunlar istisna-müstəsna hallardır, böyük kütlə və onun əsas təmayülləri başqadır. Bir çox cəmiyyətlərin çoxdan, lap çoxdan həll edib atladığı mərhələlər bizim üçün keçilməz kimi görünür artıq.

Bəs səbəb nədir, nədən belədir?

Bəşər, yəni homo sapiens növ kimi primatlara aiddir, onlar isə toplum halında yaşamağa üstünlük verən canlılardır, dəstə, prayd ilə gəzir, toplaşır. Toplum olan yerdə isə hökmən hansısa ümumi sosial münasibətlər, davranış konstantaları, hierarxik tənzimləmələr olacaqdır. Bu səbəbdən istənilən insan cəmiyyətində hansısa ümumi təmayüllər, əxlaq konstantaları mövcuddur, hər bir şəxs də ictimai varlıq olduğu üçün toplumun ümumi istiqamətində gedəndə özünü müdafiə edilmiş, yəni “yaxşı” hesab edir. İstər homo sapiens, istər başqa primatlarda altruistik olaraq dəstənin, icmanın “qeyrətini”-dərdini çəkən (və ya özünü belə göstərən) avtomatik sosial statusunu qaldırır, mənəvi üstünlük əldə edir. Ümumi təmayülə belə ehtirasla qulluq etmənin (“əxlaqsızları” linç etmək, özünü qatı millətçi, patriot göstərmək, müharibəyə getməyəcəyini 100% bilərək müharibə tərəfdarı olmaq, cinsi azlıqlara, qadınlara hücum etmək, lazım olan yerdə din təəssübkeşi olub baş yarmaq və s. ) başlıca səbəbi budur — öz sosial statusunu toplum içində qaldırmaq.

Cəmiyyətdəki ümumi təmayüllərin əleyhinə yalnız müstəsna şəxslər gedə bilər, bu çox ağır və riskli bir işdir, çünki istənilən fərd kütlədən çox fərqlənsə toplum dışında qala, ağır hallarda isə həyati təhlükə ilə üzləşə bilər. “Hamının qozbel olduğu yerdə, çəlimli olmaq eybəcərliyə çevrilir.” — deyir “Eybəcərlər anası” hekayəsinin müəllifi Gi de Mopassan.

Sadə misal. Avropa ölkələrində əgər təcili yardım maşını sürətlə gedirsə, yoldakı bütün maşınlar dərhal kənara çəkilib ona yol verəcək. Bildiyim qədəri qanunla da belədir, amma bu artıq refleks xarakteri alıb, yəni burda artıq qanuna-filana ehtiyac yoxdur, cəmiyyətdə özünütənzimləmə kimi baş verən işlək funksiyasıdır. Başqa bir misal kimi, tutalım İranda, aşura günündə publik olaraq daha çox insan olan yerdə xəncərlə baş yarılır. Niyə belə edilir? Çünki hər iki misaldakı insan təhtəlşüuri olaraq bunu ictimai rəğbət üçün edir, bundan daxili razılıq (harmoniya, orgazm) hissi keçirərək toplumda öz sosial statusunu artırır.  

Hər iki misalda ictimai təmayül kütləvi təhtəlşüur kimi özünün ifadə edir. İctimai kontekst burada edilən aktın özündən qat-qat vacib olur. Fərdi seçmə mövcud olsa da, təhtəlşüur onun seçimlərinin daha dərin səbəbi qismində çıxış edir. Sosial münasibətlər bu fərdi seçimi çox gülcü buxovlarına alıb — istər müsbət, istər mənfi anlamda.

O zaman belə bəlli olur ki, istənilən cəmiyyətdə ictimai təmayül fərdi iradədən üstdə durur — bu həqiqətən belədir. Hər bir kəs mövcud olduğu icmanın şərtlərinin əksəri ilə razılaşma zorundadır. Bütün fərdlər də istər-istəməz ətrafından, çevrəsindən təsirlənir, ümumi fikrə yoluxur. Belə olan halda cəmiyyətdə yenilik edilməsi üçün ən başlıca məsələ — həmin bu təmayüllərin dəyişdirilməsidir.

Cəmiyyətdəki ümumi təmayüllər dəyişməyəcəksə, o zaman hansısa köklü dəyişikliklərdən — söhbət yalnız müsbət anlamdan gedir, deqradasiya üçün nəyisə dəyişmək gərək deyil — danışmağa dəyməz. Fərdi istəklərimiz, iradəmiz çox-çox vacibdir, bununla şəxsi həyatımızda çox məsələnin həllinə nail ola bilərik, amma cəmiyyəti dəyişmək üçün bu yetərli deyil. Cəmiyyətdəki həmin o “əxlaq” konstantalarını, ümumi təmayülləri, dəyərlər istiqamətinin köklü, dərindən dəyişməsi gərəkdir.

Əgər bu təmayüllər azca olsa da tədricən dəyişərsə, o zaman bir gün köklü dəyişikliklərin, (özünü-) islahların şahidi olacağıq. Kütləvi təhtəlşüurun refleksiv səviyyədə dəyişməsi üçün tariximiz boyu zaman-zaman cəhdlər edilib, lakin görünür bu bitməyəcək bir prosesdir. Bu məsələdə başlıca yük transformatorlarda, qarajlarda ölməyi seçməyəcək gəncliyin payına düşür.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel