Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hava yaman soyuqdur, ermənilər toyuqdur

T. A. T. A.
., Mövqe
20 Avqust 2019

Məğzə yönəlmək əvəzinə, soruşurlar «T.A. kimdir, T.A. kimdir?». Nəyinizə lazımdır kimdir? Ortada bir fikir varsa, qabiliyyəti çatan müzakirəyə qoşular, T.A.-nın kimliyi ilə maraqlanmaz. Narahatedici suallardan qorxmaq lazım deyil. Xəstə xəstəliyini qəbul eləməsə, müalicəsi gecikər, ya da heç mümkün olmaz. Ölkədə debat mədəniyyəti formalaşmalıdır. AzLogos-un da fəlsəfəsi bu olduğuna görə, fikirlərimi bu platforma üzərindən çatdırıram. Beləliklə, getdik.

Bu gün T.A. düşünür ki, bizdəki qədimlik xəstəliyi və yarışma ruhu birmənalı məsələ deyil. Bizim ciddi problemimiz var – özümüzü qonşularımızdan fərqli olaraq, tarixdə tapa bilmirik. Nə qədər sinəmizə döyüb «səfəvi, qacar, şirvanşahlar bizlərik» desək də, əslində riyakarlıq edirik. Çünki biz, özümüzü onlarda tanımırıq. Bu, bizim qonşulara qarşı olan ən ciddi «qıcıq» səbəblərimizdən biridir.

Erməni istəyir qədimliyi ilə onanizm etsin, istəyir qədimlik fikrini, söhbətlərini yaxına buraxmasın – ona VIII-XII və s. əsrlərdən qalma artefaktını, əlyazmasını, miniatürünü, kitabəsini, İncilini, xaçkarını, kilsə divarında ithafını göstərsən, asanlıqla öz dilini, adını tanıya biləcək. Biz, bundan məhrumuq. Çünki cəmi 150 il öncə yaşamış ulu babamın qəbir daşını mənə göstərsələr, mən onun üstündə nə yazıldığını anlamayacam, oxuya bilsəm belə, mən o insanın mən T.A.-ya aidiyyatını hiss etməyəcəm, çünki o mənim daşıdığım soyadı daşımayacaq, mən öz əcdadlarımın adları sırasında öz adımı tapmayacam, nə əmim Ramizin adını tapacam, nə dayım Rüfətin, xə xalam Elnarənin, nə bibim Gülnarənin… Qonşuluqdakı qəbirlərdə, türbələrdə adına vərdiş etdiyim, o saat azərbaycanlı olduğunu bildiyim Fəridə, Rəşada, Raminə, Vüqara, Fəxriyə, Laləyə, Aytənə, Günelə, Fuada, Vüsala, Vasifə, Fərhada… heç birinə rast gəlməyəcəm.

Biz, keçmişimizdə azərbaycanlıya rast gəlmirik. Bizi orada qarşılayan ya «ərəb» olur, ya «fars», türk mənşəli olsa belə…

Amma qonşular başlarını keçmişə çevirən kimi hardan gəldiklərini, kim olduqlarını rahat görə bilirlər. Qonşularda kimlik, keçmişlə bağlantı müzakirələri getmir. Əslində, bizim üçün bu işlərin heç bir təhlükəsi, narahatedici tərəfi yoxdur, olmamalıdır. Kaş, bu şoğərib komplekslər də olmayaydı, bir də əlbəttə nə ayrılıq, nə ölüm.  

***

Hər bir problemin həlli olduğu kimi, kimlik probleminin də əlbəttə həlli var, olmalıdır. Kimlik problemi yaşadığımız aşkardır. Fikrimcə, bu problem Rusiyanın bu torpaqlara yiyələnməsindən sonra ortaya çıxdı.

Qacar dövləti daxilində bizim bir kimliyimiz vardı – şiə müsəlman. Sülalə ilə eyni millətdən olmaq; dini, hərbi, siyasi elitanı təşkil etmək – bizi arxayın salmışdı. Bu şərtlər içərisində «milli kimlik» haqda düşünmək mənasız, hətta ziyanlı idi. «Persiya» adlanan dövlətin içərisində türk mənşəli, fars və türkdilli olmaq, şiəliyə etiqad etmək, bir növ Bizansda pravoslav olmaq kimidir. Axı Bizansda yunandilli və pravoslav kilsəsinə mənsub olmaq kifayət idi ki, bütün «kimlik» məsələləri həll olunsun.

Ancaq Rusiya, Qacar dövlətindən indiki ərazimizi təşkil edən torpaqları güzəşt kimi aldıqdan sonra, biz, yeni vəziyyətlə üzləşdik. Bizim «şahımız» daha özümüzdən, qanımızdan, dilimizdən, dinimizdən deyildi. Əksinə, hər zaman «dini və milli azlıq», «əzilən tayfa» kimi tanıdığımız erməni və gürcü ilə eyni dindən olan bir şaha tabe olduq. Bir anda, öz impreiyamızda çoxluq təşkil etdiyimiz millətdən çevrilib olduq arzuolunmaz «dini və milli ünsür».

Təbii ki, sarsıldıq və bu günə qədər sarsıntımız davam edir. Vaxt keçdi, artıq Rusiyanın olan ərazilərdə həyatımızı qurmağa başladıq və bu həyatın uğurlu olmasını (bu da təbiidir) arzuladıq. Bu arzunun yerinə yetməsi üçün isə, mütləq çara və çarın bütün «manifestasiyalarına» – yəni rus imperiya elitasına loyal olduğumuzu göstərməliydik. Loru dillə desək, eşşəyimiz onda öldü. Çünki «arzuolunan, cici millətlər» artıq dinlərinə görə seçilmişdilər – ermənilər və gürcülər. Biz, onlara bənzəməli, «biz də belə ola bilərik» fikrini rusa çatdırmalıydıq. Bu minvalla gəlib çıxdıq keçmişimizlə, tariximizlə ziddiyyətli münasibətlərə.

İndinin özündə neçə azərbaycanlı var ki, keçmişdə erməni və gürcülərə qarşı təcavüzlər etmiş imperiyanın tərkibində, şiə və müsəlman kimi əlinə qılınc alıb o xalqları kəsdiyini etiraf etsin? Çünki identifikasiya problemi var və özünü, absurd bəraət cəhdlərində büruzə verir – “Yox, onlar biz deyildik, Tiflisdə heç kəsi qanına qəltan etməmişik; biz mədəni, sivil xalqıq; bizim kilsələrimiz olub, biz ümumiyyətlə keçmişdə elə erməni və gürcü kimi xristian olmuşuq…”  

Bütün bunlar «ögey övlad kompleksi»nə oxşayır. Biz, rus dövlətinin daxilində, rusun gözündə ogey övlad olmuşuq. Hər bir sevilməyən övlad kimi çalışmışıq ki, «anaya xoş gələk». Xoş gəlmək üçün isə, «düzgün» tarixi-mədəni irs lazımdır. Lakin, istəsək də, bizi tarixdə erməni və gürcüyə bərabər edə biləcək bir şey tapa bilməyəcəyik.

Bir daha deyirəm – siyasi xalq olmaq, dövlətə malik olmaq üçün bu «düzgün» tarixi tapmağa, uydurmağa borclu deyilik. Doğrusu, gülməli vəziyyət yaranıb – biz, özünü borclu hiss edənlərə «özünüzü borclu hiss etməyin» dedikcə, onlar özlərini borclu hiss etmədiklərini iddia edib, özlərini əsl borclu və əzik kimi aparırlar.

Gülünən qədimlik

Qədim(siz)likdən əziyyət çəkirik, inciyirik, qıcıqlanırıq. Deyirik, «əşi boş söhbətdir bu qədimlik, müasir dövrdə hər kəs bu qədimlik söhbətlərinə gülür…»

Gülən gülsün, sən isə ona görə gülmürsən ki, burda nəsə gülməli bir şey var. Yalan danışma barı. Sən, arzuladığın qədimlikdə özünü tapa bilmirsən deyə, hamıdan bərk gülməyə çalışırsan. Çünki sən, yad meydanda, yad qaydalarla oynayırsan. Biri qədimliyi ilə əlləşir və gülməli görünür, sən isə uydurma qədimliyinlə gülüncsən. Bizim ermənilərin qədimlikləri ilə öyünmələrinə lağlağı etməyimiz bu səbəbdən səmimi görünmür. Lağ etməklə, teatralcasına «eh, niyə axı biz də ermənilərə oxşadıq» deyə gileylənməklə sanki özümüzü inandırmaq istəyirik ki, xalqın qədimliyi ümumiyyətlə mənasız temadır. Halbuki, qədimliyə münasibətdən asılı olmayaraq, biz də istərdik tarixdə adımız hallansın, keçmişin kifayət qədər tanınmış artefaktlarını yaradaq, dünya tarix elmi tərəfindən maraqla araşdırılaq, ən əsası isə, bu gün, keçmişdə adlandığımız kimi adlanaq.

Biz, inanırıq ki, ermənilər tarix uydurub və uydurduqdan sonra uydurulmuş tarix və mədəniyyətləri ilə öyünməyə başlayıblar. Onların nələrisə doğrudan da uydurması, tarixləri ilə öyünməsi gülməli, yersiz ola bilər, hətta lətifəyə də çevrilər, amma regionda onlara aid qədim kilsə və xaçkarların olması faktı heç vaxt dəyişməyəcək. Dəyişməli olan nəsə varsa, o da bizim strategiyamız, metodlarımız və düşüncə tərzimizdir.

Görəsən azərbaycanlıların sırf «Azərbaycan» brendi altında, eyni həcmdə mədəni-tarixi irsi, abidələri olsaydı, biz özümüzü necə aparardıq? Təvazökarlıqla «əşi tarixdir də, boş şeydir, əsas ürəhdir» deyərdikmi?  Ay-hay, heç inanmağım gəlmir.

Hər cəhdlə, hər fürsətdə erməniləri «qondarma» ünsürə çevirmək cəhdlərimiz bizi əksinə, zəiflədir. Çünki, bu proses yalnız bizdə baş verir, yalnız biz, bu interpretasiyalara inanırıq.

Ermənilərin qondarma olduğunu heç qardaşlarımız türklərə, məzhəbdaşlarımız iranlılara bu günə kimi sübut edə bilməmişik və edə bilməyəcəyik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Sərhədlərə sığmayan qadın

Biz nəyə görə ağlayırıq?

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

Cafe de Flore filminin təhlili

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

90-cı illər futboluna damğa vuran 9/9

Ağ və qaranın 50 çaları

Süni intellektə sahib silahın təqdimatı

SSRİ – Əfqanıstan müharibəsi və qara lalələrdə daşınan 200 saylı yüklər

Fərid Mansurovun AFFA-da nə işi var?

Niyə alimlərin əksəriyyəti kişidir?

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

Həmişəki Hindistan – Rəna Əfəndi təqdim edir

Mənsimovun vurulan gəmisi

Yaddaş haqqında

Tənqid

DTX-nın “Mədəniyyət” əməliyyatı

Rüstəm Hüseynov – Bakı etüdləri

Azərbaycanlıların vaksinasiya sınağı

Bolşeviklər və Qarabağ

“Dogma-95” – Bir rejissorun manifesti

Azərbaycan ərəbləri

Landşaft memarlığında bitkilər

Ulduz falı

Feminizm haqqında hər şey

İtil, ey büt!

Türkiyə və İrana məhkum Azərbaycan kinosu?

Pis xalq, yaxşı xalq

Albaniya

Hava yaman soyuqdur, ermənilər toyuqdur

T. A. T. A.
., Mövqe
20 Avqust 2019

Məğzə yönəlmək əvəzinə, soruşurlar «T.A. kimdir, T.A. kimdir?». Nəyinizə lazımdır kimdir? Ortada bir fikir varsa, qabiliyyəti çatan müzakirəyə qoşular, T.A.-nın kimliyi ilə maraqlanmaz. Narahatedici suallardan qorxmaq lazım deyil. Xəstə xəstəliyini qəbul eləməsə, müalicəsi gecikər, ya da heç mümkün olmaz. Ölkədə debat mədəniyyəti formalaşmalıdır. AzLogos-un da fəlsəfəsi bu olduğuna görə, fikirlərimi bu platforma üzərindən çatdırıram. Beləliklə, getdik.

Bu gün T.A. düşünür ki, bizdəki qədimlik xəstəliyi və yarışma ruhu birmənalı məsələ deyil. Bizim ciddi problemimiz var – özümüzü qonşularımızdan fərqli olaraq, tarixdə tapa bilmirik. Nə qədər sinəmizə döyüb «səfəvi, qacar, şirvanşahlar bizlərik» desək də, əslində riyakarlıq edirik. Çünki biz, özümüzü onlarda tanımırıq. Bu, bizim qonşulara qarşı olan ən ciddi «qıcıq» səbəblərimizdən biridir.

Erməni istəyir qədimliyi ilə onanizm etsin, istəyir qədimlik fikrini, söhbətlərini yaxına buraxmasın – ona VIII-XII və s. əsrlərdən qalma artefaktını, əlyazmasını, miniatürünü, kitabəsini, İncilini, xaçkarını, kilsə divarında ithafını göstərsən, asanlıqla öz dilini, adını tanıya biləcək. Biz, bundan məhrumuq. Çünki cəmi 150 il öncə yaşamış ulu babamın qəbir daşını mənə göstərsələr, mən onun üstündə nə yazıldığını anlamayacam, oxuya bilsəm belə, mən o insanın mən T.A.-ya aidiyyatını hiss etməyəcəm, çünki o mənim daşıdığım soyadı daşımayacaq, mən öz əcdadlarımın adları sırasında öz adımı tapmayacam, nə əmim Ramizin adını tapacam, nə dayım Rüfətin, xə xalam Elnarənin, nə bibim Gülnarənin… Qonşuluqdakı qəbirlərdə, türbələrdə adına vərdiş etdiyim, o saat azərbaycanlı olduğunu bildiyim Fəridə, Rəşada, Raminə, Vüqara, Fəxriyə, Laləyə, Aytənə, Günelə, Fuada, Vüsala, Vasifə, Fərhada… heç birinə rast gəlməyəcəm.

Biz, keçmişimizdə azərbaycanlıya rast gəlmirik. Bizi orada qarşılayan ya «ərəb» olur, ya «fars», türk mənşəli olsa belə…

Amma qonşular başlarını keçmişə çevirən kimi hardan gəldiklərini, kim olduqlarını rahat görə bilirlər. Qonşularda kimlik, keçmişlə bağlantı müzakirələri getmir. Əslində, bizim üçün bu işlərin heç bir təhlükəsi, narahatedici tərəfi yoxdur, olmamalıdır. Kaş, bu şoğərib komplekslər də olmayaydı, bir də əlbəttə nə ayrılıq, nə ölüm.  

***

Hər bir problemin həlli olduğu kimi, kimlik probleminin də əlbəttə həlli var, olmalıdır. Kimlik problemi yaşadığımız aşkardır. Fikrimcə, bu problem Rusiyanın bu torpaqlara yiyələnməsindən sonra ortaya çıxdı.

Qacar dövləti daxilində bizim bir kimliyimiz vardı – şiə müsəlman. Sülalə ilə eyni millətdən olmaq; dini, hərbi, siyasi elitanı təşkil etmək – bizi arxayın salmışdı. Bu şərtlər içərisində «milli kimlik» haqda düşünmək mənasız, hətta ziyanlı idi. «Persiya» adlanan dövlətin içərisində türk mənşəli, fars və türkdilli olmaq, şiəliyə etiqad etmək, bir növ Bizansda pravoslav olmaq kimidir. Axı Bizansda yunandilli və pravoslav kilsəsinə mənsub olmaq kifayət idi ki, bütün «kimlik» məsələləri həll olunsun.

Ancaq Rusiya, Qacar dövlətindən indiki ərazimizi təşkil edən torpaqları güzəşt kimi aldıqdan sonra, biz, yeni vəziyyətlə üzləşdik. Bizim «şahımız» daha özümüzdən, qanımızdan, dilimizdən, dinimizdən deyildi. Əksinə, hər zaman «dini və milli azlıq», «əzilən tayfa» kimi tanıdığımız erməni və gürcü ilə eyni dindən olan bir şaha tabe olduq. Bir anda, öz impreiyamızda çoxluq təşkil etdiyimiz millətdən çevrilib olduq arzuolunmaz «dini və milli ünsür».

Təbii ki, sarsıldıq və bu günə qədər sarsıntımız davam edir. Vaxt keçdi, artıq Rusiyanın olan ərazilərdə həyatımızı qurmağa başladıq və bu həyatın uğurlu olmasını (bu da təbiidir) arzuladıq. Bu arzunun yerinə yetməsi üçün isə, mütləq çara və çarın bütün «manifestasiyalarına» – yəni rus imperiya elitasına loyal olduğumuzu göstərməliydik. Loru dillə desək, eşşəyimiz onda öldü. Çünki «arzuolunan, cici millətlər» artıq dinlərinə görə seçilmişdilər – ermənilər və gürcülər. Biz, onlara bənzəməli, «biz də belə ola bilərik» fikrini rusa çatdırmalıydıq. Bu minvalla gəlib çıxdıq keçmişimizlə, tariximizlə ziddiyyətli münasibətlərə.

İndinin özündə neçə azərbaycanlı var ki, keçmişdə erməni və gürcülərə qarşı təcavüzlər etmiş imperiyanın tərkibində, şiə və müsəlman kimi əlinə qılınc alıb o xalqları kəsdiyini etiraf etsin? Çünki identifikasiya problemi var və özünü, absurd bəraət cəhdlərində büruzə verir – “Yox, onlar biz deyildik, Tiflisdə heç kəsi qanına qəltan etməmişik; biz mədəni, sivil xalqıq; bizim kilsələrimiz olub, biz ümumiyyətlə keçmişdə elə erməni və gürcü kimi xristian olmuşuq…”  

Bütün bunlar «ögey övlad kompleksi»nə oxşayır. Biz, rus dövlətinin daxilində, rusun gözündə ogey övlad olmuşuq. Hər bir sevilməyən övlad kimi çalışmışıq ki, «anaya xoş gələk». Xoş gəlmək üçün isə, «düzgün» tarixi-mədəni irs lazımdır. Lakin, istəsək də, bizi tarixdə erməni və gürcüyə bərabər edə biləcək bir şey tapa bilməyəcəyik.

Bir daha deyirəm – siyasi xalq olmaq, dövlətə malik olmaq üçün bu «düzgün» tarixi tapmağa, uydurmağa borclu deyilik. Doğrusu, gülməli vəziyyət yaranıb – biz, özünü borclu hiss edənlərə «özünüzü borclu hiss etməyin» dedikcə, onlar özlərini borclu hiss etmədiklərini iddia edib, özlərini əsl borclu və əzik kimi aparırlar.

Gülünən qədimlik

Qədim(siz)likdən əziyyət çəkirik, inciyirik, qıcıqlanırıq. Deyirik, «əşi boş söhbətdir bu qədimlik, müasir dövrdə hər kəs bu qədimlik söhbətlərinə gülür…»

Gülən gülsün, sən isə ona görə gülmürsən ki, burda nəsə gülməli bir şey var. Yalan danışma barı. Sən, arzuladığın qədimlikdə özünü tapa bilmirsən deyə, hamıdan bərk gülməyə çalışırsan. Çünki sən, yad meydanda, yad qaydalarla oynayırsan. Biri qədimliyi ilə əlləşir və gülməli görünür, sən isə uydurma qədimliyinlə gülüncsən. Bizim ermənilərin qədimlikləri ilə öyünmələrinə lağlağı etməyimiz bu səbəbdən səmimi görünmür. Lağ etməklə, teatralcasına «eh, niyə axı biz də ermənilərə oxşadıq» deyə gileylənməklə sanki özümüzü inandırmaq istəyirik ki, xalqın qədimliyi ümumiyyətlə mənasız temadır. Halbuki, qədimliyə münasibətdən asılı olmayaraq, biz də istərdik tarixdə adımız hallansın, keçmişin kifayət qədər tanınmış artefaktlarını yaradaq, dünya tarix elmi tərəfindən maraqla araşdırılaq, ən əsası isə, bu gün, keçmişdə adlandığımız kimi adlanaq.

Biz, inanırıq ki, ermənilər tarix uydurub və uydurduqdan sonra uydurulmuş tarix və mədəniyyətləri ilə öyünməyə başlayıblar. Onların nələrisə doğrudan da uydurması, tarixləri ilə öyünməsi gülməli, yersiz ola bilər, hətta lətifəyə də çevrilər, amma regionda onlara aid qədim kilsə və xaçkarların olması faktı heç vaxt dəyişməyəcək. Dəyişməli olan nəsə varsa, o da bizim strategiyamız, metodlarımız və düşüncə tərzimizdir.

Görəsən azərbaycanlıların sırf «Azərbaycan» brendi altında, eyni həcmdə mədəni-tarixi irsi, abidələri olsaydı, biz özümüzü necə aparardıq? Təvazökarlıqla «əşi tarixdir də, boş şeydir, əsas ürəhdir» deyərdikmi?  Ay-hay, heç inanmağım gəlmir.

Hər cəhdlə, hər fürsətdə erməniləri «qondarma» ünsürə çevirmək cəhdlərimiz bizi əksinə, zəiflədir. Çünki, bu proses yalnız bizdə baş verir, yalnız biz, bu interpretasiyalara inanırıq.

Ermənilərin qondarma olduğunu heç qardaşlarımız türklərə, məzhəbdaşlarımız iranlılara bu günə kimi sübut edə bilməmişik və edə bilməyəcəyik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel