bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Həyatımızdakı çevrələr

Rafiq Hunaltay Rafiq Hunaltay
., Sərbəst
11 İyul 2021
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
7e57a863b1ec85c3137ab900c4605277 e1464262011688
Paylaş

Həyat riyazi qanunları inkar etmir. Çevrə var, onun mərkəzi, mərkəzdən eyni uzaqlıqda olan sərhədləri və mərkəzlə sərhədləri arasında xeyli sayda nöqtələr.

Real həyatla paralellər aparsaq, orta statistik bir insanın ən azı 5 çevrənin, sosial qrupun içərisində bu və ya digər mövqedə iştirak etməsini söyləyə bilərik. Bunlara uşaqlıq dostları, iş yoldaşları, işdən, məktəbdən, universitetdən, əsgərlikdən, yaşadığın məhlədən yaranan dostları, qohumları (onlar da bir neçə yerə bölünə bilər) aid etmək olar. İnsan bu çevrələrin hamısında eyni mövqedə olmur. Məsələn, uşaqlıq dostları olan çevrədə mərkəzdən uzaqda sərhədə yaxın bir yerdə nöqtələrdən biri olan adam, iş yoldaşları olan çevrədə direkt mərkəz ola bilər. Universitet yoldaşları olan çevrədə mərkəzə yaxın, məktəb yoldaşları çevrəsində tam sərhəd olmasa da mərkəzlə sərhədin ortasında neytral bir yerdə ola bilər.

Əslində bu çevrələrin sayı çox ola bilər. Elə çevrələr var ki, onu sən seçmirsən, təbii olaraq özün ora daxil olursan. Məsələn məktəb yoldaşları, əsgər yoldaşları kimi. Elə çevrələr də var ki, sən fərqli məqsədlər üçün oraya daxil olmaq, həmin çevrə daxilində özünə yer etmək istəyirsən. Təbii yolla yaranan çevrələr uzun müddətli olduğundan bir şəkildə özünü göstərib qəbul etdirdiyin bir nöqtədə olursan. Amma hansısa yeni bir çevrəyə daxil olma prosesi istəsən də qısa olmur. Qısa olsa belə nəticə aldadıcı ola bilər. Bəlli bir yaşdan sonra isə təcrübə və yaşananlar səni hər şeyə şübhə ilə yanaşamağa vadar etdiyindən nə özün hansısa çevrəyə daxil olanda rahat qərar vermirsən, nə də mövcud çevrəyə yenisi gələndə rahat həzm etmirsən. Dediyim kimi zamana bağlıdır hər şey.

Çevrə daxilində insanın yeri zaman-zaman dəyişə bilər, hətta dəyişir də. Buna insanın zamanla hərəkətləri, bərkə-boşa düşərkən özünü aparması, statusu və s. amillər təsir edə bilər. Biri pulsuz olur dəyişir, biri pullanır dəyişir, biri evlənir, biri boşanır dəyişir və s. Nəinki çevrə daxili yer dəyişmək, hətta çevrədən tamamilə uzaqlaşdırılmaq halları da olur. Ya kimsə uzaqlaşdırır, ya da özün uzaqlaşırsan.

Hər çevrənin mərkəzi olur. O mərkəzdə mütləq ki, bir lider olur. Həmin adam o çevrəni daim tonusda saxlayır, çevrədəkilərin bəzən yerini dəyişir, dəyişməsinə təsir edir, uzaqlaşdırır və s. Çevrənin mərkəzi olmaq kənardan dadlı və asan görünsə də məsuliyyət, təşəbbüskarlıq və fədakarlıq tələb edir. Razılaşaq ki, bunu hamı bacarmır. Odur ki, hamı da çevrə mərkəzi olacaq deyə bir qayda yoxdur.

Çevrə daxili və çevrələr arası münaqişələr də olur. Çevrə daxili nöqtələr və mərkəz arasında, çevrə daxilində bir nöqtə digər nöqtə ilə mövqe, status və ya hər-hansı bir səbəbə görə anlaşa bilməyə bilir. Elə adam olur ki, hey hansısa çevrəyə girməyə cəhd edir, ona maneələr yaradırlar, sınaqdan keçirirlər, bəzən də daxildə bir nöqtə onu özünə təhlükə görərək ədalətsiz, beldən aşağı mübarizə üsullarından istifadə edir. Bu mübarizə bir çox hallarda uzun illər ərzində davam edə bilir.

Bəzən insan yaxşı-pis hörmətli olduğu bir çevrə ilə kifayətlənməyib davamlı şəkildə onun xarakterinə, təbiətinə, ən əsas da dəyərlərinə zidd bir çevrəyə daxil olmağa can atır. Buna illərini, resurslarını xərcləyir. Kənardan can atdığı çevrə çox cəlbedici görünür, ona elə gəlir ki, orada olsa, hər şey düzələcək. Ora daxil olmağa sərf etdiyi zaman kəsiyində mövcud çevrəsindən də tədriclə uzaqlaşır, az-az görüşür, get-gedə soyuyur, həmişə o çevrədəkilərlə zaman keçirməyi son prioritet kimi görür. Zaman keçir və görür ki, əslində hər şey elə də uzaqdan göründüyü kimi deyil, az-maz can atdığı çevrə daxili davranışları gördükdə bir tərəfdən peşman olur, digər tərəfdən mövcud çevrələrinə qarşı etdiyi haqsızlıqlara görə utandığına görə ora da geri qayıtması çətin olur. Dünya 5 günlükdür, bu halda da gərək insan bağışlayıcı olsun, səhv insana məxsusdur, insan etdiyinə görə peşmandırsa, Allah belə bağışlayandırsa, insan kimdir ki bağışlamasın.

Uzun sözün qısası, siz siz olun, bu 3 şeyi etməyin:

  1. Çevrədə söz sahibisinizsə, digərlərinə qarşı ədalətli davranın. Həyat çox kopoğlu şeydi, hətta ədalət ondan da pis mərəzdir. Nə vaxt təcəlli edəcəyini bilmək olmur. Elə edin ki, o gələndə vicdanınız rahat olsun. Əks halda başınıza gələn hər xoşagəlməz hadisədə yeyilən və göz yumulan haqq sahiblərini yadınıza salın.
  2. Sizi hansısa çevrədə istəmirlərsə, istəsələr belə orada özünüzü yaxşı hiss etmirsizsə, uzaq durun. O çevrənin sərhədlərini zorlamayın. Kim bilir bəlkə də digər bir çevrədə Siz mərkəz ola bilərkən, bu birində sadəcə enerji sərf edir, stressli şəkildə nəticəsiz cəhdlər edir və ən dəyərli şey olan zaman itirirsiz.
  3. Mənə görə dünyada bütün gedişlər səssiz olmalıdır. Səssiz gedin. Kimsəni ittiham etmədən, kin saxlamadan. Bir şeylər istədiyiniz kimi olmursa, olmur. Belə qəbul edəndə daha rahat olacaqsız. Yoxsa, səbəblər üzərində düşünərək, kimlərisə daim ittiham edərək, suallar yağdıraraq Siz sadəcə özünüz yorularsız. Zorla gözəllik olmaz deyirlər. Bu hər işdə belədir. Bir sözünüzlə digər bütün işləri 2-ci plana atan dostlarınız varsa, başqa bir yerdə bunu görmədikdə orada qalmağın nə sizə, nə də digərlərinə faydası var. Unutmayın, uğur hər şeyin ən gözəl cavabıdır. Olduğunuz yerdə uğurlu olun ki, olmadığınız yerlər haqqında düşünməyə belə vaxt qalmasın.

Çalışaq olduğumuz çevrənin sevimlisi, ən fayda verəni olaq. Çevrəsinə faydalı olmayan adam o çevrədə uzun müddət qala bilməz. Almaq üçün vermək lazımdır. Mütəmadi fayda verməyib fayda gözləyən adam gec-tez ifşa olur və uzaqlaşdırılır. Həyat 5 günlükdü. Sizcə dəyər buna?!

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör