bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Gürcülər kimdir?

AzLogos AzLogos
., Kültür
25 İyul 2022
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
245238995
Paylaş

Müqəddəs Nino gürcü xristiyanlığında hansı yeri tutur? Gürcü xristiyan mədəniyyətinin araşdırmaçıları hansı problemlərlə üzləşirlər? Gürcü yazılı abidələrinin hansı aspektləri hələ də tarixçilər üçün sirr olaraq qalır? Bu və bu kimi suallara cavabları gəlin Rusiya Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun baş elmi əməkdaşı, Prinston Perspektivli Araşdırmalar İnstitunun tarixi araşdırmalar məktəbinin üzvü, Tarix elmləri namizədi Aleksey Muravyovdan dinləyək.

GÜRCÜLƏR

Zaqafqaziya adlandırmağa alışdığımız bölgəni şərqi xristiyan dünyasının böyük və vacib hissəsi hesab etmək zəruridir. Rusların onu Zaqafqaziya adlandırmasının səbəbi şimaldan baxılanda bölgənin Qafqazın arxasında yerləşməsidir. Eləcə də bölgənin latınca adı – Transcaucasia da eyni reallığı- şərqə şimali-qərbdən baxmaq – əks etdirir. Əslində isə sözügedən bölgəni Qafqaz adlandırmaq daha doğru olar. Qara dənizlə Xəzər dənizi arasında yerləşən bu bölgəyə üç subregion daxildir: gürcü subregionu, erməni subregionu və hazırda alban-azərbaycan subregionu adlandırdığımız bölgə. Sonuncuya bir neçə ayrı-ayrı nahiyələr daxildir. Günümüzdə gürcü dilində Sakartvelo (საქართველო, hərfi anlamda “kartvelilərin yaşadığı yer”) adlandırılan gürcü subregionu – Şərqin ən qədim və autentik xristiyan mədəniyyətlərindən biri olan gürcü və ya kartveli mədəniyyətinin formalaşdığı bölgədir.

Bizim istifadə etdiyimiz “gürcü” sözü (Gürcüstan) fars dilindən götürülüb (گرجی qurci). Farslar gürcüləri belə adlandırırdılar. Yunan və latın dilində istifadə olunan «Georgia» adı da bu sözdən yaranıb. Gürcülər özləri özlərini «kartveli», ölkələrini artıq yuxarıda deyildiyi kimi, Sakartvelo, mərkəzi Gürcüstanı isə Kartli adlandırırlar. Ermənilər və yunanlar gürcülərə «ivirlər» («ermənicə «virk», yunanca «Ἰβηροί» – «iberlər», «ivirlər») deyirlər.

Doğrudur, kartvelodilli xalqlar Kolxidada yaşayırdılar, lakin qədim Gürcüstanın özəyi, bizim Kartli, Mərkəzi Gürcüstan adlandırdığımız, paytaxtı, təxmini olaraq, Mtsxeta şəhərində yerləşən bölgə b.e.ə V-IV əsrlərdə artıq müstəqil mədəni region kimi mövcud idi. Hərçənd vahid gürcü dilinin formalaşması sonralar baş vermişdi.

Gürcüstan ərazisinə təsir edən dillər arasında ilk növbədə arameya dilinin adını çəkmək lazımdır. Ki, bu, Armazidə yerləşən məşhur armazi bilinqval idolda (1940-cı ildə Armazi şəhərinin qazıntılarında tapılmış yunan-arameya yazılı başdaşı) öz əksini tapıb. Bu sırada ikinci dil isə fars dilidir.

Gürcülər- qərbi qafqaz dillərinin kartveli altqrupuna aid dildə danışan insanlardır. Gürcü dilindən əlavə bu altqrupa çan (meqreli), svan və laz dilləri də daxildir. Uyğun olaraq, bu qrupun bir hissəsi olan gürcü dili şərqi qafqaz dilləri ilə qohum deyil, hər halda aralarında birbaşa qohumluq yoxdur.

Gürcülər xristiyan mədəniyyətinin dünya arenasına IV əsrdə, adı salnamələrdə Nino kimi qalmış (erməni versiyasinda Nune. Bu adların hər ikisi latınca “nonna” – “rahibə” deməkdir. Çox güman ki, onun əsl adı Feoktista olub) zahid qadın ilə birlikdə Kartli dövlətinin ərazisinə xristiyanlığın təbliği gələndə çıxırlar. Bu təbliğin mühüm elementi Ninonun, çox güman ki, Kappadokiyadan – Kiçik Asiyanın mərkəz hissəsindən olması və uzun müddət Yerusəlimdə yaşaması idi. Bu barədə onun həyatını təsvir edən sənədlər – İakov Tsurtavelinin “Həyat” əsəri və “Moktsavey Kartlisay” (“Gürcüstanın xristiyanlığı qəbul etməsi”) adlı qədim sənəd məlumat verir. Həmin dövrdə Gürcüstanda Mihran hökmdarlıq edirdi. Mihran, gürcücə, adətən, Mirian kimi tələffüz edilən fars adıdır. “Müqəddəs Ninonun həyatı” əsərində yazılanlara görə, Mihran xristiyanlığı qəbul edir və həmin vaxtdan etibarən də gürcü xristiyanlığının tarixi başlayır.

Sözügedən tarix bu gün də davam edir. Onun əsas istinad nöqtəsi yazılı formasını, təqribən, elə həmin dövrdə (IV əsrdə) qazanmış vahid gürcü dili hesab olunur. Bu yazı dili hələ də filologiyanın sirlərindən biri sayılır, çünki hələ də mənşəyi elmə naməlumdur.

Erməni sənədlərinə görə, bu yazı dili Mesrop Maştotsa qədər uzanır. Lakin məsələnin daha mürəkkəb, dərin olduğundan şübhələnməyə əsas verən kifayət qədər ciddi elmi səbəblər mövcuddur. İş ondadır ki, gürcü yazı dilinin təməlində hərflərin son dərəcə arxaik sırası yatır. Məsələn, müasir yunan əlifbasında hətta klassik dövründə belə artıq istifadədən çıxmış diqamma (ϝ) hərfi var. Yunanlar bu hərfdən Homer dövründə istifadə ediblər. Gürcü hərflərinin sırasında yunan diqammasının yerində gürcülərin vin (ვ) hərfi dayanır. Digər tərəfdən qədim gürcü dilində ən qədim əlifba sayılan asomtavrulidən istifadə olunurdu. X əsrdən başlayaraq onun yerini kilsə əlifbası – nusxa-xutsuri və ya xutsuri (müqəddəs; “xutsi” “keşiş” deməkdir) tutur. Orta əsrlər xristiyan mətnləri və əlyazmaların əksəriyyəti bu əlifbayla yazılıb. Daha sonra isə asomtavrulini müasir kursiv şriftli mxedruli əlifbası – (ona savaş əlifbası da deyilir) əvəz edib.

Gürcü kilsəsi lap əvvəldən kifayət qədər müstəqil fəaliyyət göstərirdi və ən qədim patriarxatlardan biri olan Antioxiya şəhəri ilə sıx əlaqələrə malik idi. Gürcü kilsəsinin avtokefaliyası (müstəqil özünüidarə), məhz, Antioxiyadan və qismən Yerusəlimdən qaynaqlanırdı. Gürcü kilsəsinə xüsusi mitropolit başçılıq edir. Əksər şərq kilsələrinin başçıları kimi o da katalikos adını daşıyır – vaxtilə Nikolay Yakovleviç Marrın da sübut etdiyi kimi, gürcü kilsəsini Antioxiya ilə bu ad birləşdirir.

Gürcü kilsəsi, gürcü dili, gürcü yazısı – gürcü ənənəsinin formativ hissələridir. Onun digər vacib hissəsi isə gürcü ədəbiyyatıdır. Gürcü mədəniyyətinin unikallığı ondadır ki, o, həqiqətən, zəngin, özünə bir çox təsirləri hopdurmuş xristiyan ədəbiyyatı yetişdirib. Onların arasında ən parlağı yunan təsiridir. Qədim yunan sənədlərinin əksəriyyəti, o cümlədən qədim kilsə himnlərinin himnoqrafik toplusu “İadqari” və bir çox digər toplular, “Çoxqübbəlilər”, ilin günləri üzrə yazılmış miney tipli dini əsərlərdən ibarət “Mravaltavi” adlı toplular gürcü dilinə tərcümə edilib. Sözügedən toplular arxaik nümunələrə aiddir və erkən xristiyan mətnlərinin qədim yunan dilindən tərcümələrindən ibarətdir.

Gürcü dilinə suriya və erməni dillərindən də tərcümələr olunub, Leonti Mroveli və Cuanşer “Gürcüstanın həyatı” (“Kartlis tsxovreba”) adlı məşhur epik topluda birləşdirilmiş xronikalar yazıblar.

Və nəhayət, fars ənənəsinin də təsirini unutmaq olmaz. Söhbət ilkin variantda hindlilərə aid olan “Vis və Ramin” (“Visramiani) kimi fars silsilələrindən və məşhur “Bəbir dərisi geyinmiş” (“Vepxistkaosani”) eposundan gedir. Sonuncu bizə “Pələng dərisi geyinmiş pəhləvan” (Zabolotski tərcümə edib) adıyla məlumdur.

Əlbəttə, əgər xaç yürüşləri dövründə hökmdar Tamaranın başçılıq etdiyi Qərbi Gürcüstan çarlığı meydana çıxmasaydı və onun sarayında saray poeziyası (Şota Rustaveli) çiçəklənməsəydi, dahiyanə əsərlərin çoxu yaranmazdı.

Gürcü mədəniyyəti üçün səciyyəvi amillərdən biri də dini-xalq təfəkkürüdür. Çünki bu, eyni dildə danışan, eyni xristiyan ənənəsini daşıyan bir xalq, bir ölkə çərçivəsində mövcud olan xristiyan mədəniyyəti, pravoslav ənənəsidir.

VII əsrin əvvəllərində – katalikos Arseninin zamanında Gürcüstan Bizans yolunu seçmiş və bununla da Şərq xristiyanlığının iki əsas alternativi – miafizitsizm və xalkidon pravoslaviyası – arasında ikinciyə üstünlük vermişdi. Öz növbəsində bu seçim gürcü incəsənətinə, məbədlərə, miniatürlərə, mozaikalara da təsir etmişdi.

Gürcüstanla Rusiyanın münasibətlərinin mürəkkəb olmasına baxmayaraq, rus mədəniyyətində həmişə gürcü elementləri mövcud olub. Bu baxımdan, Qriboyedovu və onun fars-gürcü əhvalatını, həmçinin bir çox başqa məqamları – əsərləri rus dilinə tərcümə olunmuş məşhur gürcü şairləri Aleksandr Çavçavadze, Nikolaz Barataşvili, Vaja Pşavela və digərlərini xatırlamaq kifayətdir. XIX-XX əsrlərdə rus mədəniyyətində bir növ Gürcüstan kultu mövcud olub.

Gürcü xristiyan mədəniyyətinin tarixini araşdıran alimlər əsasən hansı problemlərlə üzləşirlər?

Əsas problem erkən dövrlərin yetərincə araşdırılmamasıdır. Əlimizdə IV-V əsrlərə təsadüf edən – məşhur hökmdar Vaxtanq Qorqasalinin dövrü – gürcü sənədləri çox azdır. Lakin tədqiqatlar üçün təkcə gürcü sənədlərinə yox, həm də suriya, erməni və s. sənədlərə də ehtiyac var.

İkinci məqam – gürcü əlyazma ənənəsinin həddindən gec meydana çıxmasıdır. Belə ki, gürcü əlyazmaları bizdə çox gec – XII əsrdə üzə çıxmağa başlayıb və daha qədim tarixli əlyazmalar, demək olar ki, yoxdur.

Bu mənada gürcü ənənəsi suriya, yunan, erməni və digər xalqların ənənələrindən fərqlənir.

Üçüncü əsas problem isə odur ki, gürcü xristiyan mədəniyyətinə həm də qafqaz mədəniyyətləri kompleksi daxil idi. Onların əlaqələri ilə bağlı olan bir çox sənədlər isə müxtəlif dini münaqişələr və mübahisələr nəticəsində ya məhv edilib, ya da yoxa çıxıb. Buna görə də, Gürcüstanla erməni, yaxud qafqaz-alban mühitinin qarşılıqlı münasibətləri ilə bağlı sənədlər də bizdə ya itirilib, ya da dəyişdirilib. Hazırda Sinayda bu münasibətlərə işıq salan qafqaz-alban sənədləri tapılıb.

Nəhayət, gürcü mədəniyyətinin qədim tarixindən xəbər verən bir çox incəsənət abidələri ya Türkiyə ərazisində, ya da Gürcüstanla Ermənistanın sərhədindəki bölgələrdə yerləşir. Bu səbəbdən də həmin abidələrin atributları tez-tez siyasi və ya mədəni-siyasi maraqların qurbanına çevrilir. Ki, bu da tədqiqatçıların işini çətinləşdirir.

Amma hazırda, xüsusilə, Türkiyədə yerləşən kilsə memarlığına aid böyük miqdarda qədim gürcü abidələrinin olduğu Tao-Klarceti bölgəsində həm biz, həm qərbi avropalı, həm də amerikalı tədqiqatçılar işləməyə başlayıblar. Odur ki, bu sahədə xeyli kəşflər olunacağını gözləməyə əsasımız var.

Şübhəsiz ki, gürcü mədəniyyəti xristiyan Şərqinin bütün tarixi boyu onun ən vacib elementlərindən biri olub və belə də qalmaqdadır.

Ermənilər kimdir?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör