bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Gələcək əvvəlki kimi bizimdir: avtonomizm və post-kapitalizm

AzLogos AzLogos
., Sərbəst
05 Fevral 2021
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
File
Paylaş

Mark Fişerin “K punk: The Collected and Unpublished Writings of Mark Fisher” toplusunda yer alan və “Avtonomizm-in sağ apropriasiyası, özünüidarələr və şəbəkə strukturları onların məğlubiyyətini bildirmir” mövzusunda məqaləsinin tərcüməsini təqdim edirik.

Qeyd olunan topludakı K punk məqaləsində Mark Fişer sağ avtonomist və anarxistlərin tənqidi mənimsəmələri barədə düşünür: şəbəkə strukturları, özünüidarə və özünütəşkilat – vurğulayır ki, eqalitar layihə öz təşkilati formasını fetiş etməməli, amma şəbəkələrin tərkib hissəsinə, onların post-kapitalist potensiallarına baxmalıdır… Mətn 2010-cu illərin əvvəllərində yazıldığından, Fişerin Bolivar inqilabı, onun libertar quruluşundakı yeri və fəhlə hərəkatı ilə bağlı açıq-aşkar artırılmış gözləntiləri vardı. Burada filosofun mövqeyinə dair bəzi aktual dəqiqləşdirmələr aparmaq lazımdır.

2000-ci illərin əvvəllərində Latın Amerikasında ən azı üç ölkədə sekçkilərdə sol mərkəzçi rejimlərin qalib gəlməsi yeni dalğanın və ya “21-ci əsr sosializmi”nin başlanğıcı oldu. Post-müstəmləkə dövrü üzrə tədqiqatçı Ceyms Petrasın dediyi kimi, “Yeni model” – həm sərbəst bazarçı neoliberal rejimlər olan sələfləri ilə, həm də keçmiş SSRİ, Çin və Kubada təcəssüm tapmış sosializmin keçmiş ‘dövlətçilik’ variantları ilə qəti qırılmaya əsaslanır. “XXI əsrin sosialistləri” neoliberal institutların (BVF) təsirinə qarşı mübarizə aparır və məhdud milliləşdirmə yolunu tuturdular.

Venesuela Prezidenti Uqo Çaves hakimiyyətə xalq inqilabı nəticəsində gəldi.

Çavesin iqtisadi praktikası, geniş milliləşdirilməni və neft sahəsinin əhəmiyyətli hissəsinin ekspropriasiyasını (kompensasiyaların ödənməsiylə) əhatə edirdi.

Onun yerli özünüidarəetməyə dəstəyində Mark Fişer, sosializmin gələcəyini gördü, bu isə əfsus ki, neft qiymətlərinin düşməsi və Venesuelada sonrakı çoxillik siyasi böhranla bitdi: polis özbaşınalığı və layiqli, üstün alternativin olmaması üzə çıxdı.

Yerli əhalidən olan keçmiş kəndli Evo Morales Boliviya prezidenti olanda faydalı qazıntıların hasilatı üzrə vergini 18%-dən 82%-ə qaldırdı və neftqaz gəlirləri 173 milyon dollardan 1,3 milyard dollara yüksəldi. Morales dördüncü dəfə prezidentliyə namizəd olmağı planlaşdırırdı, lakin Boliviya əhalisinin 63%-i buna qarşı çıxdı və siyasi böhran başlandı. Bir neçə ay sonra, “Sosializm Hərəkatı”nın namizədi Luis Arse sağçı namizədləri böyük bir fərqlə məğlub etdi.

Ekvadorda, sosialist Prezident Rafael Korrea-nın gedişindən sonra onun varisi Lenin Moreno neoliberal islahatlar apardı. 2019-cu ildə Beynəlxalq Valyuta Fondu ölkədən benzin subsidiyalarına son qoyulmasını tələb etdi və bu, nəqliyyat birlikləri, bütün həmkarlar ittifaqları, tələbə təşkilatları və hindu hərəkatının qatıldığı ümum- Ekvador tətilinin başlanmasına səbəb oldu. Ölkə prezidenti paytaxtdan Quayakil sahillərinə qaçmaq məcburiyyətində qaldı.

Bu rejimlərin səhvi (tam hüquqlu özünüidarəetmədən və texnologiyalar üzərində eqalitar nəzarətdən imtina) şəbəkə təşkilatlarının və kütləvi hərəkatların həm avtoritarizmin, həm də neoliberalizmin tələsinə asanlıqla düşdüyünü ortaya qoydu. Ancaq 2021-ci ildə Mark Fişer Çavizmin avtonomist əsasları ilə bağlı nikbinliyi anaxronist görünür, qlobal Şimalda anti-iqrçi çıxışlarda və Rojavadaki kürdlərin etirazlarında libertar praktikanın yeni səhifəsini açır.

CUZ3ETQR5BDKHG6U3GOGLPCRLM
Mark Fişer (11 İyul 1968 – 13 Yanvar 2017)

Gələcək əvvəlki kimi bizimdir: avtonomizm və post-kapitalizm

Mark Fisher, Darren Ambrose, Simon Reynolds. K punk: The Collected and Unpublished Writings of Mark Fisher. Repeater, 2018. p. 386–389.

Adam Kertisin bu yaxınlardakı “Hər şeyi xoşbəxtlik maşınları və sevgi izləyir” sənədli serialında, əvvəllər əks-mədəniyyətlə assosiasiya olunan özünütəşkilat diskussiyalarının indi hakim ideologiya tərəfindən udulduğu iddia edilir. İyerarxiyalar pis idi; şəbəkələr yaxşı. “Şaquli nəzarət” ilə sinonim hesab edilən təşkilatın özü həm zülmkar, həm də təsirsiz idi. Kertisin arqumentlərində açıq-aşkar bir əsas var. Praktiki olaraq, bütün əsas siyasi söhbətdə dövlətə, planlaşdırmaya və mütəşəkkil siyasi transformasiya ehtimalına şübhəli və skeptik yanaşılır. Bu, kapitalist realizmi adlandırdığım ideoloji çərçivəni bəsləyir: əgər sistemli dəyişiklik heç vaxt olmazsa, heç olmasa kapitalizmdən maksimumu çıxardacağıq.

Şübhə yoxdur ki, sağlar, solların eyniləşdirilməsindən sanki sıxışdırılmış “şaquli” siyasətin versiyasıyla fayda çıxarda bildilər.

Neoliberalizm, “elastiklik” və “fərdi seçim” sözlərinin sinonimi olaraq qəbul edilən “modernləşmə”nin əksinə bürokratik mərkəzləşməni ortaya qoyan tarixi zaman modelini tətbiq etmişdir. Günümüzdən nümunə götürsək, bu cür kardinal “Böyük Cəmiyyət” fikri, əslində, avtonomizmin sağçı versiyasıdır.

“Böyük Cəmiyyət” konsepsiyasının banilərindən olan Filip Blondun mətnləri özünütəşkil ritorikası ilə hopdurulub. ResPublica analitik mərkəzi [2] üçün yazdığı “Dövlət Mülkiyyət kimi” adlı hesabatında, “qeyri-müəyyənliyin və dəyişkənliyin ənənəvi komandanlıq və idarəetmə rəhbərliyini təsirsiz hala gətirdiyini etiraf edən” açıq sistemlərdən” danışır. Onun ideyaları çoxları tərəfindən neoliberal özəlləşdirmə üçün saxta əsaslandırmalar kimi qiymətləndirilsə də, Blond özü onları daha çox neoliberalizmin tənqidi kimi qiymətləndirdi.

“Kapitalist Realizmi”ndə toxunduğum bir paradoksu qeyd edir: bürokratiyanı vəd olunduğu kimi, ortadan qaldırmaq əvəzinə, neoliberalizm onun miqyaslarının artımına gətirib çıxardı. Bir halda ki, dövlət xidmətləri heç vaxt “doğru” bazarlar kimi fəaliyyət göstərə bilmir, səhiyyə və təhsildə “bazar həlli” tətbiq etmək məqsədilə “keyfiyyət təminatında maraqlı olan mühasiblər, imtahan götürənlər, müfəttişlər, qiymətləndiricilər və auditorlardan ibarət nəhəng və bahalı bürokratiya yaranır və bunlar da ınnovasiya və eksperimentlərə maneə yaradan nəzarət sistemi tətbiq edir və qiymətlərin düşməməsini təmin edirər. ” Blond yazır ki, “bu cür sistemlər” “mexaniki deyil, üzvi olur və işləmək üçün idarə edilməsi üçün tamamilə fərqli yanaşma tələb edir. Strategiya və əks-əlaqə detallı planlaşdırmadan daha vacibdir (Tom Petersin yazdığı kimi: “Atəş- hazırlan – nişan al!”); iyerarxiyalar şəbəkələrə yol verir; periferiya mərkəz qədər vacibdir; eqoist maraq və rəqabət inam və əməkdaşlıq ilə tarazlaşdırılır; təşəbbüs və ixtiraçılıq tələb olunur, güzəştcillik deyil; daha da ağıllanmaq, axmaqlamaq yox. “

Bu halda ki, indi sağlar bu cür terminlərlə danışmağa hazırdır, aydın olur ki, şəbəkələr və açıq sistemlər özlüyündə bizi xilas etmək üçün kifayət deyil. Ehtimal ki, Jil Delezin, idarəetmə cəmiyyətləri haqqında yazdığı Post scriptum [3] essesində iddia etdiyi kimi, şəbəkələr – sadəcə köhnə “intizam” strukturlarını əvəzləyən hakimiyyətin “nəzarət olunan” cəmiyyətlərdə fəaliyyət göstərdiyi rejimdir.

Bütün bunlar avtonomizm və özünütəşkiletmə fikirlərinin qaçılmaz olaraq sağçılar tərəfindən seçiləcəyi və onların sollar üçün siyasi potensiala sahib olmadığı anlamına gəlirmi? Şübhəsiz ki yox – bu heç bir halda muxtarlıq ideyalarının çatışmazlığı deyil. Əksinə, bu ideyaların sağlar tərəfindən mənimsənilməsi onların qalıcı potensialını göstərir. Blond və onun kimilərinə görə avtonomizmin mənimsənilməsində nəyin səhv olduğunu başa düşməklə gələcəkdə sağ ilə sol arasındakı fərqi göstərə bilərik.

Kurtis avtonomist ideyaları təsirsiz hala gətirməyin əsas yolunun onlardan siyasi təşkilat ideyasına qarşı istifadə etmək olduğunu söyləməkdə haqlıdır. Bununla belə, avtonomist nəzəriyyələri bizə hələ də solçu siyasi təşkilatın məcburi elastiklik, qloballaşma və ani istehsalın olduğu postfordist mühitində necə görünə biləcəyini modelləşdirmək üçün alətlər təqdim etdiyindən ciddi məna daşıyır. Artıq “Köhnə Sol”un yaranmasına səbəb olan şərtlərin qlobal Şimalda çökdüyünə şübhə yoxdur, ancaq kişi proletarlarının hakim olduğu darıxdırıcı fabrik işi və fəhlə hərəkatı bu itirilmiş Fordist dünyası üçün nostalji hiss etməmək üçün cəsarət olmalıdır. Antonio Neqrinin bu yaxınlarda nəşr olunan “İncəsənət və Çoxluqda” toplanan mətnlərdən birində açıq şəkildə söylədiyi kimi: “Yaşamalı və həqiqətin, öz həqiqətimizin məğlubiyyətinin əzabını çəkməliyik.

Təmsilçiliyini, davamlılığını, yaddaşını, izini məhv etməliyik. Reallıq və onunla birlikdə həqiqət də dəyişib kimi bütün bəhanələr rədd edilməlidir. […] Damarlarımızdakı qan əvəz olundu ”[4]. Sözdə idrak işinə keçid çox qiymətləndirilsə də, ünsiyyət, işi daha “dərrakəli” etmir; bütün gün eyni ifadələri mexaniki olaraq təkrarlayan çağrı mərkəzi işçisinin işi, sənaye konveyerindəki insanın işindən daha artıq “idraki” deyil. Hər halda Antonio Neqri haqlıdır: monoton istehsal əməyindən azad olmaq tarixi qələbə olaraq qalır.

Bununla belə, Kristian Marassi-nin iddia etdiyi kimi, işçilər Əhdi-Ətiq Yəhudilərinə bənzəyirdilər: Fordist fabrikinin köləliyindən azad olmuş, amma səhraya atılmışlar. Və Franko Berardi-nin göstərdiyi kimi, təhlükə özünə yeni əzab formaları gətirir: smartfon sayəsində indi iş gününün sonu yoxdur. Ondan qopa bilməyən əhali davamlı yuxusuzluq və depressiya vəziyyətində yaşayır.

Ancaq sol və sağları fərqləndirmək qurtuluşun keçmişə deyil, gələcəyə aid olduğu fikrinə sadiq qalmalıdır. Biz inanmalıyıq ki, indi dağılan neoliberalizm reallığı – mümkün olan tək müasirlik deyildir; əksinə, ən qədim elitaların hakimiyyətlərini gücləndirmək üçün ən son texnologiyadan istifadə edən barbarlığın kiberqotik formasıdır. Texnologiya və iş indikindən çox fərqli şəkildə təşkil edilə bilər. Gələcəyə olan bu inam – sağ qarşısındakı üstünlüyümüzdür.

Filip Blond-un şəbəkə institutları kibernetik parlaqlığa sahib ola bilər, lakin o iddia edir ki, bunların dini və ailənin “ənənəvi dəyərlərini” yenidən aktuallaşdıran bir sosial mühitdə yerləşmələri lazımdır. Bunun əksinə, biz həmrəyliyin yeni formalarının vacib şərti kimi “dəyərlər”in dağılmasını salamlayırıq.

Bütün bunlar öz-özünə olmayacaq. Yeni institutlar icad edilməli və həmkarlar ittifaqları kimi köhnə qurumlar dəyişdirilməlidir. “Ən böyük suallardan biri,” – “Post scriptum” essesində Delez yazırdı, — həmkarlar ittifaqlarının yararsızlığına aiddir: onların bütün tarixi intizam cəmiyyəti şəraitində və təcrid etmənin sahələri çərçivəsində mübarizəylə ayrılmaz surətdə bağlıdır, yeni şəraitə uyğunlaşa və nəzarət olunan cəmiyyətdə yeni müqavimət formalarını inkişaf etdirə biləcəklərmi? Biz yaxın gələcəkdə marketinq sevincini qaralda biləcək proqnozlaşdırılan layihələrin təxmini konturlarını tuta biləcəyikmi? “

Ola bilsin, bu gələcəyin konturlarını sol hökumətlərin işçilərin özünüidarə institutlarının yaradılmasına dəstək verdiyi Latın Amerikasında görmək olar. Problem artıq dövlətlər, hökumətlər və ya planlamadan imtina etmək deyil, onları kollektiv şüura güvənəcək və təşkil edəcək yeni əks-əlaqə sistemlərinin bir hissəsi etməkdir. Qlobal kapitalizmi əvəz edə biləcək hərəkatın mərkəzləşməyə ehtiyacı yoxdur, ancaq koordinasiya tələb olunur. Bu koordinasiya hansı formada olacaq? Fərqli muxtar mübarizə növləri necə bir yerdə işləyə bilər? Post-kapitalist dünya qurmağa başladığımızda verməli olduğumuz əsas suallar bunlardır.

  1. We Have Our Own Concept of Time and Motion // Auto Italia South East, 2011, pp. 5–7, https://monoskop.org/images/d/dd/Auto_Italia_eds_We_Have_Our_Own_Concept_of_Time_and_Motion.pdf
  2. Philip Blond. The Ownership State ResPublica, October 2009, http://www.respublica.org.uk/wp-content/uploads/2015/01/Ownership-state.pdf
  3. Gilles Deleuze. Postscript on the Societies of Control. October, Vol. 59, Winter 1992, pp. 3–7.
  4. Antonio Negri. Art and Multitude. Polity, 2007, p. 9.

Сигма

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör