Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Gəlmə” və “yerli” xalqlar

Firudin AllahverdiFirudin Allahverdi
., Mövqe
20 May 2019

Bu gün, 19 May, 2019-cu ildə, Türkiyənin Müstəqillik Müharibəsinin 100 illik yubileyində təsadüfən televizorda Türkiyə prezidenti Ərdoğanın bu münasibətlə etdiyi çıxışından bir parça izlədim. Orda prezident təxminən belə bir ifadə işlətdi: “1000 ildir ki, yaşadığımız bu bölgədə”… Bizim özümüz barədə deməyi təsəvvür edə bilməyəcəyimiz bir fikir. Necə yəni? Cəmi 1000 il? Demək dünya yaranandan əzəli-əbədi torpağımız deyilmiş? Bizim uşaq məntiqimizlə bunu boynuna alan xalqı sabah kimsə o torpaqlardan qova bilər axı.

Bu təkcə prezidentin deyil, Türkiyədəki demək olar ki, hər kəsin tarixə baxışda razılaşdığı bir gerçəkdir. Türkiyə türkləri açıq sözlə deyirlər: “biz bu torpaqlara 1071-ci ildə gəlmişik.” Bundan utanmırlar, çəkinmirlər, qorxmurlar; zatən həqiqəti demək heç kəsin başını aşağı eləmir ki, əksinə yuxarı edir.

Bəs biz?

Biz hər şeyi qatıb-qatışdırmışıq. Əvvəla oradan başlayaq ki, XIX əsrdə biz etnik kimliyindən xəbərdar olmayan, özünə müsəlman deyən bir toplum idik. Buna görə ruslar dilimizi tatarların dilinə bənzədib, adımızı rahatca tatar qoydular və biz heç bir etiraz etmədik. Dedik, nə olar, yəqin tatarıq. Sonra içimizdən kimlərsə bir az da dəqiqləşdirməyə cəhd etdi – türkük dedi, onunla da razılaşdıq. Sonra Stalin zamanı müəyyən siyasi məsələlərə görə bu türk adı da ortadan qaldırıldı – bunun da etiraz doğurmayacağı aydın idi: cəmi bir neçə onillik əvvəl demək olar adımız yox idi və təcrübə göstərirdi ki, kim nə ad qoysa razılaşırıq.

Get-gedə məsələ bir az da qarışdı və həyəcan artdı: məlum oldu ki, bu torpaqlarda bir zamanlar ümumiləşdirilib “alban” (müxtəlif mənbələrdə ağvan, arran) adlanan tayfalar, Araz çayından cənubda isə Midiya adlı dövlət mövcud olub. İndi necə edək? Necə deyək ki, onların bizə dəxli yoxdur? Əlbəttə ki, var: biz həm alban, həm midiyalıyıq. Albanların qafqazdilli, midiyalıların hind-avropalı olması, bizim isə altay dil ailəsinə aid olmağımız aydın olanda da bunu çox vecimizə almadıq. Kimsə Qazaxıstanda – Qafqaz dağlarından çox uzaqda, dənizin o tərəfindəkı Qıpçaq çöllərindəki çoxsaylı tayfaların birinin adının “alpan” olması ilə bağlı müjdə verdi. Bu xəbər bizə bəs elədi ki, bütün dünya tarixşünaslığının qafqazdilli olmasını yəqin etdiyi Qafqaz albanlarını türk elan edək.

Amma həm də xəbərimiz var axı, həmin o dünya tarixşünasılığı – içi Türkiyə tarixçiləri daxil – türklərin Orta Asiya mənşəli olduğunu heç mübahisə mövzusu belə etmirlər. Nə edək? Bu nə iş idi biz düşdük? Bir tərəfdən də ermənilər sınayıcı nəzərlərlə, “tutar qatıq, tutmaz ayran” məntiqi ilə bizlə zarafatlaşmağa başlayır: siz gəlməsiz, qayıdın öz vətəniniz Orta Asiyaya. Əlbəttə ki, “tutdu”. Biz onların toruna düşdük və bu torda çabalamağa başlayaraq özümüzü lap dolaşığa saldıq. Başladıq bütün dünyanın bildiyi gerçəkləri nəzərə almadan, özümüzü daha da gülünc duruma salmağa: dedik ki, yox, əvvəldən burdayıq: təxminən Şumerdə, ya da bir az bəridə – Urmu gölü sahilindəydik, sonra getdik Orta Asiyaya və təzədən geri qayıtdıq.

Bir nəfər çıxıb ermənilərə, ya başqalarına demədi ki, adicə bir insan 5-10 il bir yerdə yaşayanda artıq oralı sayılır, müasir dövrdə həmin müddətə istənilən ölkənin vətəndaşı olmaq mümkündür. Burada isə yüzilliklərdən söhbət gedir.

Zatən nəinki insan, hətta onun əcdadı olan Mezozoy məməliləri də mövcud olduqları zamanlarda daim miqrasiya ediblər. Elə ermənilərin özünün də (ya da onları erməni edən substratın) paleo-balkan xalqlarından biri olması və qədim çağlarda frigiyalılarla bir zamanda Anadoluya köçmələri də böyük mübahisə mövzusu deyil. Ya başqa hind-avropalılar? Məntiqlə hamısı təzədən Volqa-Don hövzəsinəmi yığışmalıdırlar? Onlara heç yer olmaz orada.

Məsələn, qədimdə Böyük Ermənistan adlı dövlətin mövcudluğu bizi niyə narahat etməlidir? Bu nə məntiqsiz narahatlıqdır? Adındakı “böyük” sözünün nə mənaya gəlməsini belə araşdırmırıq. Böyük və Kiçik Ermənistanlar əslində coğrafi adlar idi: indi bizim kəndlərin adlarındakı “Böyük Bəhmənli-Bala Bəhmənli”, “Aşağı Çəmənli-Yuxarı Çəmənli” kimi adlar. Lap tutaq ki, böyük dövlətləri də olub, lap tutaq ki, nə vaxtsa bu torpaqları da öz ərazisinə qatıb. Ağıllı, məntiqli adamlar üçün bunun bu gün bir əhəmiyyəti ola bilərmi? Yalnız bir əhəmiyyəti ola bilər: bundan turistik mənada istifadə etmək.

Necə ki bəlkə hər gün Ermənistandan Türkiyə ərazisindəki erməni abidələrinə, xüsusilə Qarsdakı qədim Ani şəhərinin xarabalıqlarına turistik turlar təşkil olunur. Onlar minib avtobuslarla gedib Qarsdakı otellərdə qalır, restoranlarda yemək yeyir, dükanlarından paltar-palaz alır və beləliklə bəlkə hər gün Türkiyə turizminə öz töhfələrini verirlər.

Bəs biz niyə belə edə bilmədik? Problemin əsas səbəblərindən biri ideoloji dövlətdə – Sovet İttifaqında yaşamaq və o tərbiyəni görmək oldu. Harada ki, obyektiv elmi nəzəriyyələrə hansısa siyasi ideologiyaların prizmasından baxılması, uyğundursa qəbul, uyğun deyilsə imtina edilməsi çox normal bir tendensiya sayılırdı. Bütün bunlar bizi həqiqətə, reallığa, obyektivliyə deyil, ideologiyaya, siyasətə yönləndirdi. Halbuki həqiqət üzərində qurulan istənilən baxış, istənilən nəzəriyyə daha effektiv olur, nəinki fərziyyənin, yaxud siyasətin-ideologiyanın üstündə. Siyasi-ideoloji əsasları rəhbər tutan dövlətin – SSRİ-nin də axırını gördük.

Başqa səbəb bizim zəifliyimiz və özünə inamsızlığımızdır. Başa düşmürük ki, “gəlmə” yaxud “yerli” olmağın əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan – güclü, ya zəif olmaqdır. Bu dünyanın işləri belədir ki, sən güclü olsan – istər “gəlmə” ol, istər “yerli” – səninlə hesablaşacaqlar, sənə hörmət edəcəklər. Sən zəif olsan – yenə də “gəlmə” və ya “yerli” olmağından asılı olmayaraq səni harasa uzaqlara göndərə biləcəklər. Biz də cürbəcür nəzəriyyələr uydurub, özümüzü yaxına-uzağa güldürməkdənsə, güclü olmağın yollarını tapmalıyıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021

Redaktorun seçimi

Əcaib, soyuq, nəhəng – Rusiya

İyrənmə

“İkinci Pərdə”-nin ardından

Gizli nişan mərasimi

“Yol”çuluq

Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

Mənlik və bizlik olmayanlar

Garry Winograndın qadınları

Alzheimerin proqnozlaşdırılması mümkün olacaq

Onurğa travmam

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

“Qasım Süleymanov” barometri

T of Generation – Baku

Ronaldonun sirri: Finalda nə baş vermişdi?

Soyuq incəsənət müharibəsi

Big Data – yeni əsrin texnologiyası

Narsistlər. Kiçik dağları yaradanların dünyası

Həyat adlı şou

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Yüngül atletika maneji əvəzinə “Zumray Palace”

Cem Yılmazın odlu Bakı biletləri

Azərbaycanın Marşall planı

İctimai sektor barədə

Dil resurs kimi

Kütlənin əleyhinə getmək haqda kiçik bir esse

Hökumətin fiziki məhdudiyyəti

Chernobyl: Still Life in the Zone – Rəna Əfəndi təqdim edir

İtirilmiş cəhənnəm

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Pazolininin tanış süjetləri

“Gəlmə” və “yerli” xalqlar

Firudin AllahverdiFirudin Allahverdi
., Mövqe
20 May 2019

Bu gün, 19 May, 2019-cu ildə, Türkiyənin Müstəqillik Müharibəsinin 100 illik yubileyində təsadüfən televizorda Türkiyə prezidenti Ərdoğanın bu münasibətlə etdiyi çıxışından bir parça izlədim. Orda prezident təxminən belə bir ifadə işlətdi: “1000 ildir ki, yaşadığımız bu bölgədə”… Bizim özümüz barədə deməyi təsəvvür edə bilməyəcəyimiz bir fikir. Necə yəni? Cəmi 1000 il? Demək dünya yaranandan əzəli-əbədi torpağımız deyilmiş? Bizim uşaq məntiqimizlə bunu boynuna alan xalqı sabah kimsə o torpaqlardan qova bilər axı.

Bu təkcə prezidentin deyil, Türkiyədəki demək olar ki, hər kəsin tarixə baxışda razılaşdığı bir gerçəkdir. Türkiyə türkləri açıq sözlə deyirlər: “biz bu torpaqlara 1071-ci ildə gəlmişik.” Bundan utanmırlar, çəkinmirlər, qorxmurlar; zatən həqiqəti demək heç kəsin başını aşağı eləmir ki, əksinə yuxarı edir.

Bəs biz?

Biz hər şeyi qatıb-qatışdırmışıq. Əvvəla oradan başlayaq ki, XIX əsrdə biz etnik kimliyindən xəbərdar olmayan, özünə müsəlman deyən bir toplum idik. Buna görə ruslar dilimizi tatarların dilinə bənzədib, adımızı rahatca tatar qoydular və biz heç bir etiraz etmədik. Dedik, nə olar, yəqin tatarıq. Sonra içimizdən kimlərsə bir az da dəqiqləşdirməyə cəhd etdi – türkük dedi, onunla da razılaşdıq. Sonra Stalin zamanı müəyyən siyasi məsələlərə görə bu türk adı da ortadan qaldırıldı – bunun da etiraz doğurmayacağı aydın idi: cəmi bir neçə onillik əvvəl demək olar adımız yox idi və təcrübə göstərirdi ki, kim nə ad qoysa razılaşırıq.

Get-gedə məsələ bir az da qarışdı və həyəcan artdı: məlum oldu ki, bu torpaqlarda bir zamanlar ümumiləşdirilib “alban” (müxtəlif mənbələrdə ağvan, arran) adlanan tayfalar, Araz çayından cənubda isə Midiya adlı dövlət mövcud olub. İndi necə edək? Necə deyək ki, onların bizə dəxli yoxdur? Əlbəttə ki, var: biz həm alban, həm midiyalıyıq. Albanların qafqazdilli, midiyalıların hind-avropalı olması, bizim isə altay dil ailəsinə aid olmağımız aydın olanda da bunu çox vecimizə almadıq. Kimsə Qazaxıstanda – Qafqaz dağlarından çox uzaqda, dənizin o tərəfindəkı Qıpçaq çöllərindəki çoxsaylı tayfaların birinin adının “alpan” olması ilə bağlı müjdə verdi. Bu xəbər bizə bəs elədi ki, bütün dünya tarixşünaslığının qafqazdilli olmasını yəqin etdiyi Qafqaz albanlarını türk elan edək.

Amma həm də xəbərimiz var axı, həmin o dünya tarixşünasılığı – içi Türkiyə tarixçiləri daxil – türklərin Orta Asiya mənşəli olduğunu heç mübahisə mövzusu belə etmirlər. Nə edək? Bu nə iş idi biz düşdük? Bir tərəfdən də ermənilər sınayıcı nəzərlərlə, “tutar qatıq, tutmaz ayran” məntiqi ilə bizlə zarafatlaşmağa başlayır: siz gəlməsiz, qayıdın öz vətəniniz Orta Asiyaya. Əlbəttə ki, “tutdu”. Biz onların toruna düşdük və bu torda çabalamağa başlayaraq özümüzü lap dolaşığa saldıq. Başladıq bütün dünyanın bildiyi gerçəkləri nəzərə almadan, özümüzü daha da gülünc duruma salmağa: dedik ki, yox, əvvəldən burdayıq: təxminən Şumerdə, ya da bir az bəridə – Urmu gölü sahilindəydik, sonra getdik Orta Asiyaya və təzədən geri qayıtdıq.

Bir nəfər çıxıb ermənilərə, ya başqalarına demədi ki, adicə bir insan 5-10 il bir yerdə yaşayanda artıq oralı sayılır, müasir dövrdə həmin müddətə istənilən ölkənin vətəndaşı olmaq mümkündür. Burada isə yüzilliklərdən söhbət gedir.

Zatən nəinki insan, hətta onun əcdadı olan Mezozoy məməliləri də mövcud olduqları zamanlarda daim miqrasiya ediblər. Elə ermənilərin özünün də (ya da onları erməni edən substratın) paleo-balkan xalqlarından biri olması və qədim çağlarda frigiyalılarla bir zamanda Anadoluya köçmələri də böyük mübahisə mövzusu deyil. Ya başqa hind-avropalılar? Məntiqlə hamısı təzədən Volqa-Don hövzəsinəmi yığışmalıdırlar? Onlara heç yer olmaz orada.

Məsələn, qədimdə Böyük Ermənistan adlı dövlətin mövcudluğu bizi niyə narahat etməlidir? Bu nə məntiqsiz narahatlıqdır? Adındakı “böyük” sözünün nə mənaya gəlməsini belə araşdırmırıq. Böyük və Kiçik Ermənistanlar əslində coğrafi adlar idi: indi bizim kəndlərin adlarındakı “Böyük Bəhmənli-Bala Bəhmənli”, “Aşağı Çəmənli-Yuxarı Çəmənli” kimi adlar. Lap tutaq ki, böyük dövlətləri də olub, lap tutaq ki, nə vaxtsa bu torpaqları da öz ərazisinə qatıb. Ağıllı, məntiqli adamlar üçün bunun bu gün bir əhəmiyyəti ola bilərmi? Yalnız bir əhəmiyyəti ola bilər: bundan turistik mənada istifadə etmək.

Necə ki bəlkə hər gün Ermənistandan Türkiyə ərazisindəki erməni abidələrinə, xüsusilə Qarsdakı qədim Ani şəhərinin xarabalıqlarına turistik turlar təşkil olunur. Onlar minib avtobuslarla gedib Qarsdakı otellərdə qalır, restoranlarda yemək yeyir, dükanlarından paltar-palaz alır və beləliklə bəlkə hər gün Türkiyə turizminə öz töhfələrini verirlər.

Bəs biz niyə belə edə bilmədik? Problemin əsas səbəblərindən biri ideoloji dövlətdə – Sovet İttifaqında yaşamaq və o tərbiyəni görmək oldu. Harada ki, obyektiv elmi nəzəriyyələrə hansısa siyasi ideologiyaların prizmasından baxılması, uyğundursa qəbul, uyğun deyilsə imtina edilməsi çox normal bir tendensiya sayılırdı. Bütün bunlar bizi həqiqətə, reallığa, obyektivliyə deyil, ideologiyaya, siyasətə yönləndirdi. Halbuki həqiqət üzərində qurulan istənilən baxış, istənilən nəzəriyyə daha effektiv olur, nəinki fərziyyənin, yaxud siyasətin-ideologiyanın üstündə. Siyasi-ideoloji əsasları rəhbər tutan dövlətin – SSRİ-nin də axırını gördük.

Başqa səbəb bizim zəifliyimiz və özünə inamsızlığımızdır. Başa düşmürük ki, “gəlmə” yaxud “yerli” olmağın əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan – güclü, ya zəif olmaqdır. Bu dünyanın işləri belədir ki, sən güclü olsan – istər “gəlmə” ol, istər “yerli” – səninlə hesablaşacaqlar, sənə hörmət edəcəklər. Sən zəif olsan – yenə də “gəlmə” və ya “yerli” olmağından asılı olmayaraq səni harasa uzaqlara göndərə biləcəklər. Biz də cürbəcür nəzəriyyələr uydurub, özümüzü yaxına-uzağa güldürməkdənsə, güclü olmağın yollarını tapmalıyıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel