bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Eşq olsun seçkilərə!

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
05 Yanvar 2021
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Original15919609
Paylaş

Bu gün iki böyük bəşəri faciənin – Leninqrad blokadasının yarılmasının və Auschwitz ölüm düşərgəsinin azad edilməsinin növbəti ildönümüdür. Kədərli fotolar, videolar, keçmişin arxiv kadrları, yeni müəlliflərin refleksiyaları ilə müşayiət edilən məşum zaman spiralının növbəti halqası.

İdealizm təhlükəsi

Kifayət qədər məşğul olduğum, araşdırdığım həmin dövrü bir daha xatırlayarkən bəşərin o zamanlar nədən bu qədər passionar çapalamalarla, son həddə çatan ekspressiya dolu bir həyatı yaşamasının motivləri düşündürür. Nədən o zaman belə idealistik idi – bizim düşündüyümüz anlamda “xoş” və ya “gözəl” deyil, əksinə, hansısa uydurulmuş ideya, ideallar naminə milyonlarla insanın rahatca ölümə göndərilməsi nəzərdə tutulur -, görən hansı səbəbə bəşəriyyət bu “son döyüş” (“İnternasional”ı xatırlayın) ideyası ilə bu qədər alışıb-yanırdı?

Nədən həmin dövrdə bəşər dünyada öz “cənnətini” – istər kommunistik, istər nasional-sosialist – yaradıb, budan sonra hüzur içində əbədi səadətə çatacağına inanırdı? Bu efemer ideyalara-nəzəriyyələrə görə milyonlarla insan necə qurban getdi? Və nədən böyük ideallar və sonda “əbədi səadət” vədi verən bu cərəyanlar hökmən ölüm düşərgələrinə, GULAGa, total müharibə və milyonların məhvinə gətirdi?

Seçki məzhəkəsi

Seçkilərə hazırlaşırıq – sosial şəbəkələr bayağı-vulqar posterlərlə dolub-daşır, gülməli sloqanlar və şüarlar memə çevrilir, ortalığa namizədlərin seçicilərlə görüş zamanı kollaps xarakterli məzəli videoları çıxır, “nənə öpmək” trendi də ayrıca bir “mırta” çevrilib. Nələr-nələr vəd edilmir o posterlərdə – “seç məni, gör sonrasını” tərzində. Sovet dövründə bir mahnı vardı “Выбирай меня» (Məni seç) adında – əvvəl solist oxuyurdu “seç məni” deyə, ardınca da xor təkrar edirdi: “seç onu”. Lap o günlər düşür adamın yadına. Doğrudan da gülməlidir.

Əlbəttə bütün bunlar vacibdir, olmalıdır, amma bizdə hər işin məzhəkə xarakter alması da bir labüdlükdür. Bəlkə elə çıxış yolumuz da budur, istənilən məsələnin komediyaya çevrilməsi, ən azından gülməyə mövzu varsa, demək hər şey o qədər də pis deyil. Ən sevindirici hal isə odur ki, burada idealistik atmosferin, hansısa idealların mövcudluğundan danışmağa dəyməz, namizədlərin çoxunun sifətinin ifadəsinə, antropologiyasına diqqət etmək kifayət edər ki, bu adamların ideal sözünün i hərfindən belə xəbərsiz olmalarını anlayaq.

Bunu da müstəsna olaraq cəmiyyətə faydalı, yaxşı hal kimi dəyərləndirməliyik, zarafat etmirəm, çünki yuxarıda qeyd etdiyimiz kimi – böyük ideallar bəşəriyyəti sonda ölüm düşərgələrinə, GULAGa, total müharibə və milyonların məhvinə gətirdi.

Qeyd edilənlər boşuna söhbət deyil, az qala bütün XX əsr ərzində insanlıq üzərində qoyulmuş eksperimentlərin bariz nəticəsidir. Kommunizmin qurulmasına cəhd oluan istənilən coğrafi-etnik cəhətdən çox fərqli bölgələrdə daima eyni nəticələrə gəlinib: Rumıniyadan Kampuçiyaya, Çindən Kubaya, SSRİ-dən Afrika ölkələrinə kimi. 1930-40-cı illərdə az qala bütün Avropa kontinentində, 1950-60-cı illərdə isə ərəb dünyasında aparıcı quruluş olan nasional-sosializm də eyni sonuclara gətirib.

Kommunizmin də, ifrat millətçiliyin də adeptləri bu kimi iddialardan cinlənir, əsəbiləşir, deyirlər ki, bunlar həmin ideyaların dünya üzərindəki “həqiqi” təcəssümü deyilmiş, günah o milyonlarda imiş ki, “pis ölüblər”, gərək onlar “ürəkdən öləydilər”, repressiya olunanda sevinərdilər, qısası pis olan adamlardır, bunların ideyaları isə yaxşı. Necə ki, bir dəfə söhbət zamanı “sizin kilsə adam yandırıb, inkvizisiya və indulgensiya ilə məşğul olub, indi də İsanın bədəni ilə alver edirsiniz” sözlərimə cavab olaraq bir katolik dindar (özü də Freiburg Universitetinin dosenti, tarix elmləri doktoru) mənə qayıtmışdı ki, din pis deyil, adamlardır pis. Əlim üzümdə qalmışdı.

Nəsə, bəlkə bu ideologiyalar qalib gəlsəydi onların vəd etdiyi “yer üzündəki cənnət” doğrudan da baş tutacaqdı, sadəcə “pis adamlar” buna yol verməyib? Bəlkə gərək hələ bir milyard insan da qurban gedəydi ki, bu xülya baş tutaydı? Ola bilərdimi, prinsipcə mümkündürmü?

Bu suala cavab üçün burada kiçik bir Nota Bene qoymağımız gərəkdir.

“Kainat 25” eskperimenti

1968-ci ildə amerikalı etoloq və psixologiya tədqiqatçısı John B. Calhoun Milli Psixi Sağlamlıq İnstitutunda (NIMH) özünün ən məşhur təcrübəsini, “Kainat 25” (Universe 25) eskperimentini keçirir. Alimin məqsədi əhalinin sıxlığı və bunun davranışa təsiri ilə əlaqəli problemləri araşdırmaq idi. Bu məqsədlə o “siçan cənnəti” yaradıb, sonra oradakı ideal şəraitin gəmiricilərin davranış formalarına təsirini təhlil etmək yolunu seçir.

İlk öncə Calhoun laboratoriya şəraitində siçanlar üçün həqiqi cənnət qurdu. Təcrübə altında olacaq siçanların kənara çıxa bilməyəcəyi, eni-uzunu 2X2 metr, hündürlüyü isə 1,5 metr olan bir qapalı məkan yaradıldı. Onun içərisində siçanlar üçün ideal olan sabit bir temperatur (+20°C) saxlanılırdı, su və qida bol idi, dişilər nəsil artırması üçünsə çoxlu sayda yuvalar yaradıldı.

Bu məkan daima təmiz vəziyyətdə saxlanılırdı, bütün zəruri təhlükəsizlik tədbirləri görülmüşdü: buraya siçanlar üçün təhlükəli olacaq hansısa yırtıcıların girişi, yaxud qorxulu infeksiyaların daxil olması istisna edilirdi. Təcrübə siçanları alimlər tərəfindən izlənilir, gəmiricilərin sağlamlıq durumları da daim nəzarətdə saxlanılırdı. Qida və su təchizatı sistemi o qədər mükəmməl qurulmuşdu ki, 9,5 min siçan eyni anda heç bir narahatlıq olmadan qidalana bilərdi. Məkan məsələsi də öncədən düşünülmüşdü, siçanlar üçün kifayət qədər yer var idi.

Təcrübə həmin məkana cəmi 4 siçanın buraxılması ilə başlanır, siçanlar tezliklə yeni (ideal) yerə adaptasiya olunaraq artmağa başlayır. Qida və suyun bolluğu, məkanın isti və rahat olması, dişilərin də kifayət qədər olması faktiki heç bir rəqabətə yol açmır, siçanların adi şəraitdə çox çətinliklə əldə edə biləcəyi bütün nemətlərin rahat və əlçatan olması ilk öncə böyük artıma səbəb olur. Siçanlar böyük proqressiya ilə artır, çoxalır, lakin müəyyən həddən sonra, dəqiq olaraq təcrübənin 315-ci günündən başlayaraq artım tempi əhəmiyyətli dərəcədə yavaşıyır. O zamana məkanda təxmini 600-ə yaxın siçan yaşayırdı, onlar arasında müəyyən bir iyerarxiya və özünəməxsus sosial həyat meydana gəlmişdi. Təcrübənin bu mərhələsində erkəklərdən ibarət “üzdəniraqlar” peyda olur, bunlar daha yaşlı nəsil tərəfindən məkandan sıxışdırılan gənc erkəklər idi, ideal şərait yaşlı nəsil üçün həyatı uzadır, nəticədə cavanlara daha yer qalmadığı üçün onlar həmin məkanın mərkəzinə sıxışdırılırlar. Dişilər də daha çoxalmağa əvvəlki qədər maraq göstərmir, özlərini əsəbi aparır.

“Siçan cənnətinin” mövcudluğunun son mərhələsində siçanların orta yaş müddəti 776 gün olub ki, bu da həmin gəmiricilərin ən yuxarı yaş həddindən 200 gün çoxdur. Lakin son mərhələdə hamilə siçanların sayı artıq əhəmiyyətsiz dərəcədə olmuş və tezliklə sıfıra enibmiş. Siçanlar artıma maraq göstərmədikləri halda aralarında homoseksuallıq geniş yayılmış, qidanın bol olması qarşılığında isə kannibalizm çiçəklənmişdi. Dişilərsə son mərhələdə balaları qaldırmaqdan imtina etmiş və hətta onları öldürürmüşlər. Bu mərhələdə total apatiyada olan siçanlar cütləşmək və çoxalma ilə əlaqədar sosial funksiyaları yerinə yetirməkdən imtina edir və sürətlə ölürdülər, nəhayət təcrübə başlandıqdan 1780 gün sonra “siçan cənnətinin” son sakini ölür.

Calhoun bu təcrübəni eksperimentin adından da göründüyü kimi 25 dəfə təkrar edir və hər dəfə eyni nəticəyə gəlir. Alimin gəldiyi son nəticə bu olur ki, “yer üzündə cənnət” prinsipcə mümkün deyil və hətta ona nail olunsa belə o, bəşərin (istənilən canlının) ölümünə gətirəcək. Calhoun bu eksperimenti ilə insan taleyinin yeganə mümkünlüyünün gərginlik və stres şəraitində yaşamaq olduğunu sübut etdi.

Yer üzündə cənnət mümkün deyil. Bu cənnəti qurmağı vəd edənlər bəlkə də bunu bilmir, yaxud sadəcə söz xatirinə deyir. Odur ki, rahat olun, rutin həyatdan qaçıb, stresslərinizə qucaq açın, dəyərli namizədlərimizə də səs verməyi unutmayın, onlar sözdə nəsə yazsalar da, çoxunun fizioqnomikası tamam başqa şeyləri deyir. Bizə ən azından həmin “siçan cənnəti” təhdidi yoxdur və buna görə onlara minnətdar olmalıyıq. Ən azından öz posterləri ilə 9 fevrala kimi bizi gərginlik altında saxlayacaqlar.

Eşq olsun seçkilərə!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör