bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ermənistan yaralarını necə sağalda bilər?

AzLogos AzLogos
., Sərbəst
27 Noyabr 2020
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
1020365188
Paylaş

Bu gün Ermənistanın qarşısında dayanan ən vacib hədəf veymar sindromunu yox etməkdir. Qarabağda münaqişənin tənzimlənməsi ilə bağlı sülh müqavilələrinin imzalanması Ermənistanın qarşısında yenidən dirçəlməkdən ötrü yollar, tarixi komplekslərsiz, fobiyalarsız, miflərsiz ölkəyə çevrilmək üçün imkanlar açır.

Mixail Qorbaçov tərəfindən başladılan aşkarlıq kursu, buna qətiyyən hazır olmayan SSRİ-də – Dağlıq Qarabağda – ilk kəskin millətlərarası böhranın yaranmasına gətirib çıxartdı. Bu böhranın məğzi Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə qatmaq tələbindən ibarət idi. Lev Tolstoyun sözlərini bir qədər dəyişib belə bilərik: ermənilər üçün (həm Qarabağ erməniləri, həm də Ermənistan erməniləri üçün) sərhədlərin dəyişdirilməsi məsələsi real əhəmiyyətinə görə 154-cü yerdə dayanırdı. Lakin yenidənqurma dövrünün histerik atmosferində məhz bu məsələ ön plana çıxdı və bütün digər problemləri kölgədə qoydu.

Dərininə varsaq, həmin vəziyyətdə torpaq islahatlarının, mümkün özəlləşdirmənin, həqiqətən aktual olan bir çox digər iqtisadi və sosial problemlərin həlli yollarını müzakirə etmək lazım idi. Kobud desək, ermənilər üçün ərik və üzümün məhsuldarlığını artırmaq inzibati tabeçiliyi dəyişməkdən daha vacib idi, zira sonuncu yalnız fəlakətlə nəticələnə bilərdi.

Azerbaijan declared military mobilisation
Foto: Narek Aleksanyan / AFP

Sərhədlərin dəyişdirilməsinin tərəfdarı olanlar, “qədim ərazilər”lə bağlı tezisi irəli sürürdülər. Ancaq müasir dünyada hansısa torpağın “qan və mənsubiyyət” prinsipinə əsasən hansısa xalqa məxsus olduğu barədə təsəvvürlər təkcə anti-tarixilik baxımından deyil, həm də mütləq şəkildə qırğına və etnik təmizləmələrə aparan rasist düşüncə olduğuna görə qəbul edilmir. Kosovada, Yerusəlimdə və s. olanları xatırlamaq kifayətdir. “Qədim erməni”, ya da “qədim Azərbaycan” torpaqları deyə bir şey yoxdur! Buna görə də, bu və ya digər dağların, çöllər haqqında b.e.ə V və ya VI əsrə uzanan arqumentlərlə mübahisə etmək tamamilə mənasız və təhlükəlidir.

Üstəlik Zaqafqaziya son dərəcə etnik və coğrafi dağınılıqla xarakterizə olunur, burda hansı torpağının kimə aid olduğunu müəyyənləşdirmək, demək olar, qeyri-mümkündür. Əgər inqilaba qədərki vəziyyətə baxsaq, görəcəyik ki, Yerevanda azərbaycanlılar sayca ermənilərdən üstün olublar, Yerevan uyezdində də onların nisbəti daha çox olub. Eyni zamanda ermənilər Tiflisdə ən böyük milli qrupu təmsil edirdilər. Bakıda isə rusların və azərbaycanlıların sayı, təqribən, bərabər idi, ermənilər isə şəhər əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər.

Ermənistanın dahi şairi, “ermənilərin Puşkini” Ovanes Tumanyan – elə “ermənilərin Ostrovskisi” Qabriel Sundukyan da – Tiflisdə yaşayıb-yaradıb. Ö cümlədən Azərbaycan ədəbiyyatının klassikləri – Mirzə Fətəli Axundovla Cəlil Məmmədquluzadə də Tiflisdə çalışıblar. Ən yaxşı erməni və azərbaycan qəzet-jurnalları Tiflisdə nəşr olunub. Eyni zamanda öz dövrünün ən böyük gürcü şairi Nikoloz Barataşvili gah Naxçıvanda, gah Gəncədə yaşayıb və elə Gəncədə vəfat edib. Bölgənin etnik qarışıqlığını göstərmək üçün bu nümunələr kifayətdir.

Bu gün – 100 ildən çox zaman keçəndən sonra aydın görünür ki, Zaqafqaziyada milli evlərə parçalanmayan yerli xalqların mədəni həyatında inkişaf məhz Rus imperiyası dövründə müşahidə olunurdu. Sərt mərkəzi hakimiyyət, etnik yox, ərazi prinsipi üzrə qurulan quberniya strukturu möhkəm müdafiə və nizam-intizamı təmin edir, din, dil və məişət özünəməxsusluğuna toxunmurdu. Erməni-azərbaycan qırğınının – 1905-ci il inqilabından sonra hakimiyyətin zəifləməsinin nəticəsi – qarşısı dərhal alınmış, bu hadisə yeganə presedent kimi qalmışdı.

Hələ iqtisadiyyatdan danışmıram: Zaqafqaziya yeddimillik addımlarla irəliləyirdi, Bakı və Tiflis imperiyanın ən böyük şəhərləri, Batumi – onun ən mühüm limanı sayılırdı. Bakıda təkcə Nobel qardaşları neft çıxartmırdılar, burda çoxsaylı yerli – həm erməni, həm azərbaycanlı sahibkarlar – Lianozovlar, Mantaşevlər, Tağıyevlər, Muxtarovlar da vardı. Günəşin altında hamıya yer çatırdı, torpaqları bölüşdürməyə ehtiyac yox idi.

Amma imperiya süqut edən kimi daxili qarşıdurmalar başladı, üstəlik başlanğıcda “azad olmuş” gürcü, erməni və azərbaycan xalqları Zaqafqaziyanı bütöv saxlamağa çalışırdılar. Onlar anlayırdılar ki, bunun alternativi sərhədlərin müəyyənləşdirilməsi uğrunda gedən uzunmüddətli müharibə olacaq. Odur ki, bolşeviklər tərəfindən müəyyənləşdirilən yekun sərhədlər ədalətli ola bilməzdi, zira etnosların həddindən artıq qarışdığı situasiyada (bölgədə böyük xalqlardan əlavə xeyli kiçik xalqlar da- fərqli inancalara sahib olan kürdlər, tatlar, talışlar, osetinlər, minqrellər və s. yaşayırdılar) bu barədə danışmaq ciddi söhbət deyildi. Əgər Zaqafqaziyanın XIX əsrin sonlarına aid etnik xəritəsinə nəzər salsaq, onun rəngbərəng cizgiləməyə bənzədiyini görərik. Az-çox fərqlənənlər, əsasən, gənc dövlətçiliyin tarixi ənənələrinə söykənən gürcü və qismən də azərbaycan etnik nüvəsi idi. Ermənilər ən çox səpələnmiş xalq olublar. Eyni mənzərə Qərbi Ermənistanda – Türkiyənin ərazisində də müşahidə olunurdu, orda da kürd və türk tayfaları, demək olar ki, hər yerdə sayca çoxluq təşkil edirdilər.

afp_8ux9d2
Foto: Deutsche Welle

Azərbaycanda ləzgilər, talışlar, tatlar, kürdlər, ümumiyyətlə, heç bir muxtariyyət almayıblar, eyni şey Gürcüstanda kompakt yaşayan (Kvemo-Kartli və Cavaxetiya) azərbaycanlılara və ermənilərə aiddir. Bu faktı real vəziyyət kimi qəbul etmək lazım idi. Bolşeviklər xəritəni elə açdılar ki, Zəngəzur Ermənistanın, Naxçıvanla Qarabağ isə Azərbaycanın payına düşdü. Elə ola bilərdi ki, Ermənistana, ümumiyyətlə, heç nə çatmazdı, ya da əksinə, hər şey onun payına düşərdi. Üç hissə iki subyekt arasında bölüşdürüləndə onlardan biri hər zaman daha az alacaq.

Cinayət olan bu deyildi. Əsl cinayət, bu xalqlar, demək olar, 70 il boyunca yanaşı və dinc yaşayandan sonra problemin aktuallaşdırılması idi.

Sovetlərin “xalqlar dostluğu” ideyasına nə qədər gülsək də, reallıqda sovet zamanı millətlərarası sakitlik hökm sürürdü. Sözügedən bölgədə qarışıq nigahların sayı ildən-ilə artırdı, Dağlıq Qarabağın rəhbərləri həmişə ermənilər olurdu, heç kim onlara doğma dillərindən istifadəni qadağan etmirdi. Qarabağ hərəkatının liderlərindən biri olmuş Robert Köçəryanın xatirələri aydın göstərir ki, o, erməni olaraq heç bir sıxışdırmaya məruz qalmayıb – uğurlu komsomol-partiya karyerası qurub, Yerevana sərbəst gedib-gəlib. Yəni bütün tələblər şəxsi xarakter daşıyırdı. Qarabağda ermənilərin faiz miqdarının azalması Ermənistanda və ya konkret olaraq Yerevanda azərbaycanlıların faiz miqdarının azalması ilə müqayisədə gülməliydi. Üstəlik bunun obyektiv səbəbləri vardı – azərbaycanlılar arasında doğum sayının daha çox olması, Qarabağ ermənilərinin təhsil və iş ardınca Ermənistana miqrasiya etməsi. 70 il əvvəlki faiz nisbətinin qorunmasını tələb etmək (azərbaycanlılar əvvəl 10% idilər, sonra 23% olmuşdular) 100%-lik rasizm idi. Fransada afrikalılara və ərəblər əleyhinə etnik saflığın qaytarılması şüarı ilə nümayişlər keçirildiyini təsəvvür edin. Ki, bu qətiyyən mümkün deyil, milli tərkib heç yerdə dəyişməz deyil, qalmır.

Yeri gəlmişkən, tanınmış araşdırmaçı Tomas de Vaal təəccüblə təsvir edirdi ki, sessesiya (dövlətin hər hansı bir hissəsinin onun tərkibindən çıxması) təşəbbüskarları o vaxta qədər Şuşada sülh və anlaşma şəraitində yaşadıqları azərbaycanlı qonşuları ilə dialoqdan (Qarabağın Azərbaycanın tərkibindən çıxmasına etirazınız varmı, yoxmu?) prinsipial şəkildə imtina edib dərhal Moskvaya müraciət etmişdilər. Yenə Tomas de Vaal qeyd edir ki, münaqişənin real səbəbi milli yaddaş və etnik özünüdərk ətrafında psixozun uzunmüddətli gərginləşdirilməsi olmuşdu.

Ən dəhşətlisi isə o idi ki, Qarabağ separatçılarının liderləri və Yerevanda onları dəstəkləyən populistlər Bakı, Sumqayıt, Kirovabad və Azərbaycanın başqa şəhər və rayonlarındakı erməni icmalarını bilərəkdən məhvə məhkum eləmişdilər. Təkcə Bakıda 200 minə yaxın erməni yaşayırdı. DQMV-ni “Ermənistana vermək lazımdır” deyənlər nə gözləyirdilər? Azərbaycanlılar Qarabağdan kənarda yaşayan ermənilərə təşəkkür edəcəkdilər? Ya da onların arasında potensial talançılar olmayacaqdı, ermənilər Qarabağı Azərbaycanın tərkibindən çıxardıqları vaxt Bakıda millətlərarası sülh hökm sürməyə davam edəcəkdi?

Separatçıların liderləri bir neçə yüz min azərbaycan ermənisini “labüd qurbanlar” kimi soyuqqanlılıqla sildilər.

Bu gün bakılı, sumqayıtlı və s. qaçqınlar bütün Rusiyaya səpələniblər. Yadımdadır ki, onlardan birindən – teleaparıcı Roman Babayandan “Başa düşürsünüz ki, sizi məhz sərhədlərin dəyişdirilməsi tələbi ilə çıxış edənlər vətəninizdən məhrum qoyublar, sevimli şəhərinizdən qovulmağınıza onlar səbəb olublar?” deyə soruşmuşdum.

5fabe8e1dfe6c_111
Foto: Украина 24

Nəticədə Azərbaycandan 400 minə yaxın erməni, Ermənistandan 200-300 min azərbaycanlı qaçdı, təxminən, 300 minə yaxın azərbaycanlı isə öz ölkəsi daxilində köçkünə çevrildi, hər iki tərəfdən müharibədə 20 minə yaxın insan həlak oldu, yüzlərlə kənd darmadağın edildi, Ağdam kimi bir sıra şəhərlər xarabalığa çevrildi. Ermənistan mühasirəyə düşdü, iqtisadiyyatı tamamilə tənəzzülə uğradı, sürətli yoxsullaşma səbəbilə başlayan kütləvi mühacirətlər ucbatından ölkənin əhalisi azaldı. Respublikanın ən böyük şəhərləri – Gümrü və Vanadzor əhalisinin 30-50%-ni itirdi, indi hətta Yerevan da əhali sayına sovet dövründəki səviyyəyə çata bilmir.

Qarabağ ermənilərinin 1994-cü ildəki qələbəsi beynəlxalq səviyyədə tanınmadı, onların torpaqlarında dirçəlmə başlamadı. 2020-ci ildə isə tarix təkərrür etdi və 1988-ci ildəki vəziyyətə qayıtdı. O vaxta qədər verilən nəhəng qurbanlar və dağıntılar tamamilə faydasız oldu. Bu, “sərhədlərimizi dəyişsəydik, yaxşı olardı” ilə bağlı nitqlərin nəticəsidir. Bütün o Muradyanlar, Balayanlar və digərləri – boş qalmış kilsələri və xaçkarları sayanlar, sovetin yuxarı pillələrində ixtilaflar quranlar, mitinqlərdə qızğın çıxışlar edənlər, öz xalqına bundan pis töhfə verə bilməzdilər.

Heç bir daş bir insanın həyatına dəyməz, amma bu otuz il ərzində həddindən çox çox insanın həyatı məhv edildi.

Erməni xalqı bundan dərs almalıdır. İndi hər şey onun vəziyyəti sağlam şəkildə dəyərləndirib-dəyərləndirməyəcəyindən, onu dalana dirədiklərini başa düşüb-düşməyəcəyindən asılıdır. Ən yanlış addım “xain” axtarışlarına başlamaq və “yeni müharibəyə hazırlaşmaq” olardı. Ki, yerli siyasətçilər aktiv şəkildə bununla məşğul olurlar və buna səsləyirlər. Artıq cəmiyyətə “arxadan vurulan zərbə”nin- Dolchstoßlegende- erməni versiyasını atırlar. Halbuki belə bir əfsanə Veymar Almaniyasını konstruktiv yoldan döndərərək məhv eləmişdi.

Hər bir erməni başa düşməlidir ki, hərbi məğlubiyyət və Qarabağın itirilməsi kiminsə xəyanəti, yanlış müttəfiqlərin seçilməsi, səriştəsiz komandanlıq nəticəsində yox, 1980-ci illərin sonlarında cəmiyyətin yanlış prioritetlər seçməsi, ərazi anneksiyası kimi tamamilə cəfəng bir ideyanın kütləyə hakim kəsilməsi ucbatından baş verdi. Hazırkı kollapsın səbəbi Nikol Paşinyanın, ya da onun sələflərinin fərdi səhvləri deyildi, məhz seçilən kurs idi.

Ermənilərin milli dirçəlişi bu etirafla başlayacaq. Cəmiyyət öz prioritetlərini dəyişməli və özünə ayıq gözlə baxmalıdır.

“Artsax- Ermənistandır”, “Artsaxsız erməni xalqı məhv olar”, “ermənilərin xoşbəxtliyi Artsaxın siyasi baxımdan Azərbaycandan ayrılmasından asılıdır” kimi bayatıların bir qəpiklik dəyəri yoxdur. Bunlar çətin taleli xalqın tipik kompleksləri və mifləridir. Eyni yolu bir çox millətlər keçiblər və sağalıblar. I Dünya Müharibəsindən sonra Macarıstan da ərazilərinin yarısını itirmişdi, milyonlarla macar özünün Rumıniyada, Yuqoslaviyada, Çexoslovkiyadakı keçmiş təbəələrinin hakimiyyəti altına düşmüşdülər. Hətta ölkənin keçmiş paytaxtı Pojon yad ölkədə Bratislavaya çevrilmişdi. Təbii ki, bu, milli heysiyyətə son dərəcə ağır zərbə idi və ilk 20 ildə macarlar bununla barışa bilmirdilər. Ki, bu da onları Hitlerin düşərgəsinə gətirib çıxardı. Macarlar əvvəlcə almanların sayəsində torpaqlarının böyük hissəsini geri qaytarsalar da, bir neçə ildən sonra – dünya müharibəsində ikinci dəfə məğlub olaraq, nəhəng qurbanlar verərək yenidən itirdilər – bu dəfə həmişəlik.

46423711_2193332540987129_8442490185794453504_n.2MPya

Amma bu gün Macarıstanda heç kim qonşularına qarşı ciddi şəkildə ərazi iddiaları irəli sürmür və yerli macarlar elə həmin rumın Transilvaniyasında xoşbəxt yaşayırlar – hətta muxtariyyətdən məhrum edilsələr belə (1954-1968-ci illərdə movcud olub). Əvəzində Buxarestdə heç bir hökumət onların siyasi partiyası olmadan formalaşdırılmır.

Bu gün Ermənistanın əsas hədəfi Veymar sindromundan qurtulmaq, qısa şəkildə ifadə etsək, revanş ideyası ilə yaşamamaq olmalıdır. Elzası geri qaytarmaq arzusu Fransa və Almaniyada atmosferi uzun müddətlik korlamışdı – ta ki xalqlar hər şeyi olduğu kimi saxlamağa qərar verənə qədər.

Nə qədər paradoksal olsa da, hazırkı məğlub vəziyyəti Ermənistanın, tarixin yükü altında əzilməyən normal dövlət kimi dirçələcəyinə ümid yaradır. Azərbaycan da bu işdə ona mütləq kömək etməlidir (yeri gəlmişkən, azərbaycanlıların dörddə üç hissəsi İranda yaşayır, amma ölkədə buna görə histerika qurmurlar).

Əgər erməniləri və azərbaycanlıları Qarabağda birlikdə yaşamağa inandırmaq mümkün olsa, bu, istənilən milli miflərə və fobiyalara qarşı ən yaxşı çarə olacaq. Odur ki, hər iki tərəfin qaçqınlarının – o cümlədən hazırkı erməni qaçqınlarının da – geri qayıtması və multimilli cəmiyyətə yenidən inteqrasiyası qarşılıqlı qələbəyə çevriləcək. Son razılaşmaya əsasən, Qarabağın növbəli nəzarət zonalarına malik ərazi olması faktı istər-istəməz ona gətirib çıxaracaq ki, icmalar sıx şəkildə qarşılıqlı ünsiyyətdə olmağa məcbur qalacaqlar. Az qala, otuz illik ünsiyyətsizlikdən və tam bölünmədən sonra bu, prinsipial dərəcədə əhəmiyyətlidir.

Ermənilər bundan sonra da Qarabağda özlərini evlərindəki kimi hiss etmələrində ilk növbədə məhz Bakı maraqlı olmalıdır. Siyasəti hərdən sosial şəbəkələrdə çoşan intiqam hissi müəyyənləşdirməməlidir. Heç kimi cəzalandırmaq, haqq-hesab çəkmək lazım deyil. Əksinə, ermənilərə göstərmək lazımdır ki, onlar elə Azərbaycanda da çox yaxşı, şad-xürrəm yaşaya, öz dillərini və mədəniyyətlərini qoruya bilərlər.

Mövcud vəziyyətdə Bakı rəhbərliyinin hədəfi məhz Qarabağ ermənilərinin tam reinteqrasiyası olmalıdır.

Burda vasitəçilərin – güvən yaradan, əvəzsiz keyfiyyətlərə malik olan insanların rolu həddindən artıq vacibdir. Ağlıma iki fiqur gəlir: Harri Kasparov və Karen Şahnazarov. Dahi şahmatçı unikal bəkqraunda sahibdir: o, Bakıda doğulub böyüyüb, ana tərəfdən erməni, ata tərəfdən yəhudidir, mədəniyyət baxımından rus, yaşayış yeri baxımından amerikalıdır və üstəlik, həm də Xorvatiya vətəndaşıdır. Bütün bunlar ona münaqişəni müxtəlif tərəflərdən gözdən keçirmək imkanı verir – məsələn, ondan başlaya bilər ki, Xorvatiya öz tərkibindən ayrılmış və serblərin məskunlaşdığı ərazilərin absorbiyası təcrübəsinə malikdir.

Mənşəcə qarabağlı olan Karen Şahnazarov müharibənin həlledici anında özünün mövcud qarşıdurmadan yüksəkdə dayandığını göstərdi, şovinist isteriyanın cazibəsinə qapılmadı.

Məhz Kasparov və Şahnazarov kimi insanlar xoşməramlı səfirlər qismində çıxış edə, məkik diplomatiyası apara bilərlər.

1581303645_0_112_3072_1840_1920x0_80_0_0_6400d5b815607ab2424292ab0646e26a

Əlbəttə, həm Yerevan, həm də Bakı tərəfdən zəruri addımların atılacağını gözləmək sadəlövhlükdür. Hər iki ölkə həddindən uzun müddət nifrət və güvənsizlik şəraitində yaşayıb. Lakin bəzi siqnallar müəyyən nikbinlik yaradır. Azərbaycanın güzəştə getməsi və Qarabağın hazırkı administrasiyasının – öz terminologiyasında “terrorçu” və “separatçı” olan – saxlanılmasına, Kəlbəcərdən təxliyə vaxtının uzadılmasına razılıq verməsi, baş nazir Paşinyanın, Qarabağ məsələsi ilə bağlı siyasətin yenidən nəzərdən keçirilməsinin vacibliyini bəyan etməsi, kapitulyasiyaya qarşı bütün qızğın reaksiyalara rəğmən, erməni cəmiyyətinin hazırkı hökumətin əleyhdarlarının ardınca getməməsi faktları məhz belə siqnallara aiddir.

Lakin həm tarixin, həm də coğrafiyanın birgə yaşamağa məhkum etdiyi bu iki xalqın tarixi yolayrıcını necə keçdiklərini yaxın gələcək göstərəcək.

Maksim Artyomov

Psixologiya elmləri namizədi, tarixçi, jurnalist

Независимая газета

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör