Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ermənistan nə qazanır?

Fərid Mehralızadə Fərid Mehralızadə
., Bazar
22 İyun 2020

Ermənilər tərəfindən yaradılan Picsart startupının (foto-video editor tətbiqi) ölkəyə illik 30 milyon dollar gəlir gətirməsi və 11 fevral tarixində dünyada Tiktokdan sonra ən çox yüklənən tətbiqetmə olması haqqında məlumat bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb oldu və Ermənistan iqtisadiyyatı ilə bağlı fikir mübadiləsinə yol açdı. Azərbaycanda rəsmi mətbuatda tez-tez Ermənistanın iqtisadi vəziyyətinin ağır olduğu, insanların sosial məhrumiyyətlər məngənəsində sıxıldığı vurğulanır. Bəs, əslində Ermənistan deyildiyi qədər iqtisadi çətinlikləri olan bir ölkədirmi?

Doğrudan da 90-cı illərin əvvəllərindəki çətin iqtisadi şəraitin ən ağır formasını yaşayan keçmiş sovet respublikalarından biri Ermənistan idi. Bu barədə Tomas de Waalın Qarabağla bağlı yazdığı məşhur “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında maraqlı məqamlar var. Müəllif qeyd edir ki, “Müstəqil Ermənistan 1992-ci ili güclə başa vurdu. Hətta Ermənistan qarşısında duran ən əsas məsələ iqtisadi cəhətdən sağ qalmaq idi. Cəmi bir neçə il əvvəl ən zəngin müttəfiq respublikalardan biri olan Ermənistan indi yoxsulluq içində idi. Azərbaycan tərəfindən qoyulmuş iqtisadi blokada respublikanı elektrik enerjisindən, dəmir yol əlaqəsindən və ərzaq idxalından məhrum etmişdi. Rusiya uzaq idi, yaxın üç qonşuya isə ümid bəsləməyə dəyməzdi. Azərbaycanla həmrəy olduğunu bildirən Türkiyə Ermənistanla ikitərəfli münasibətlərin müvəqqəti mülayimləşməsinə baxmayaraq 1993-cü ildə bu ölkə ilə sərhədlərini bağladı. Ermənistanın şimal qonşusu Gürcüstan sonu görünməyən böhran vəziyyətində idi, onun boru kəmərləri, avtomobil və dəmir yolları tez-tez bağlanırdı. Bu şəraitdə Ermənistanın ən yaxın qonşusu İran oldu, lakin bu iki ölkəni birləşdirən yollar hündür dağlardan keçirdi. Bununla belə qeyd etmək lazımdır ki, əgər İranla ticarət əlaqələri olmasaydı, Ermənistan 1991-92-ci və 1992-93-cü illərin qış aylarına bəlkə də tab gətirə bilməzdi.”

71578567

Hətta həmin dönəmdə ölkədə vəziyyət o həddə çatıb ki, şəhərlərdə insanlar su quyuları qazıb, istilik üçün ağacları kəsib və günün əksər hissəsini şam işığı ilə keçiriblər. Ermənistanın enerji təchizatı ilə bağlı problemləri 1996-cı ilə qədər davam edib. 1996-cı ildə fəaliyyət dövrünü çoxdan başa vurmuş və həm Azərbaycan, həm də bütün region üçün də ciddi təhlükə mənbəyi olan “Metsamor” atom enerji stansiyasının yenidən işə salınması ölkənin enerji təhcizatını nisbətən yaxşılaşdırıb. Bu dövrlə bağlı kitabda daha bir maraqlı hadisədən bəhs edilir. Tomas de Waalın yazdığına görə, 1993-cü ildə Rusiyada həbsxanada yatan Svo ləqəbli erməni qanuni oğru Rafik Baqdasaryan öldürülür və onun cəsədi İrəvana gətirilir. Svonun Azərbaycandan olan köhnə yoldaşları dəfn mərasimində iştirak etmək üçün İrəvana təyyarə ilə gəlməyi qərarlaşdırır və 1990-cı illərdə Bakı ilə İrəvan arasında birinci və sonuncu dəfə hava əlaqəsi yaradılır. Azərbaycandan gedənlərin dəfn və ehsanda iştirak etdikləri üç gün ərzində Azərbaycandan Ermənistana qaz və elektrik təchizatı bərpa edilir. Mafioz qonaqlar dağılışdıqdan sonra blokada yenidən bərpa olunur və şəhər yenidən qaranlığa bürünür.

Bu günlərə qayıtsaq, 2020-ci ildə Ermənistanın büdcə layihəsində gəlirlərin 3,5, xərclərin isə 4 milyard dollara yaxın olacağı proqnozlaşdırılırdı. Ötən ilin büdcəsində əsas xərc istiqaməti olaraq “sosial xərclər” müəyyən edilib. Bu tip xərclərin büdcə xərclərinin 44 faizini təşkil etməsi nəzərdə tutulub. İkinci yerdə isə “müdafiə və ictimai asayişin mühafizəsi” ilə bağlı xərclərdir və bu sahəyə ümumi vəsaitin 24 faizi sərf edilib. Üçüncü ən çox vəsait ayrılan sahə isə iqtisadi layihələr olub və bu tip layihələrə büdcə xərclərinin 12,4 faizi ayrılıb. Büdcə vəsaitlərinin daha 10 faizi isə dövlət borclarının ödənilməsi ilə bağlı istifadə olunub.

2019-cu ilin nəticələrinə görə, Ermənistan iqtisadiyyatı 7,6 faiz böyüyüb və ümumdaxili məhsulun həcmi 13,3 milyard dollara yüksəlib. Adambaşına düşən ÜDM isə 4528 dollara bərabər olub. Azərbaycan üçün bu rəqəm 4851 dollara bərabərdir, yəni, Azərbaycanın ümumdaxili məhsulu Ermənistana nəzərən dört dəfəyə yaxın çox olsa da, adambaşına düşən ÜDM üzrə üstünlüyü cəmi yeddi faizdir. Ermənistanda orta aylıq əməkhaqqı miqdarı 2020-ci ilin aprelində 695 manata bərabər olub. Azərbaycanda isə bu rəqəm 745 manata bərabərdir. Minimum əmək haqqı miqdarı isə hər iki ölkədə demək olar ki, eynidir. Bu göstərici Ermənistanda təxminən 240, Azərbaycanda isə 250 manata bərabərdir. Orta təqaüd miqdari isə Ermənistanda təxminən 143, Azərbaycanda isə 300 manata yaxındır.

Ötən il Ermənistanda işsizlik səviyyəsi 18 faiz olub. Ölkədə yoxsulluq həddindən aşağıda yaşayanlar isə əhalinin 23,5 faizini təşkil edir. Bu göstəricilərin böyüklüyü ölkədən miqrant axınını sürətləndirən əsas amillər hesab olunur. Ancaq digər tərəfdən həmin miqrantların çalışdıqları ölkələrdən Ermənistana göndərdiyi vəsait ölkə iqtisadiyyatı üçün ciddi mənbə təşkil edir. 2018-ci ilin göstəricisinə görə, Ermənistana ölkə xaricindən göndərilən vəsaitin ÜDM-ə nisbəti 12 faiz həcmindədir ki, bu da kifayət qədər yüksək göstərici hesab oluna bilər. Müqayisə üçün Azərbaycanda bu göstərici 2,6 faizə bərabər olub. Ermənistan iqtisadiyyatı üçün başqa bir təhlükəli göstərici isə xarici dövlət borcunun ümumdaxili məhsula nisbətinin 50 faizə yaxın olması ilə bağlıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin xarici borcu onun valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur.

bigstock-yerevan-armenia-april-297922018-990x556

Makroiqtisadi göstəricilərlə yanaşı ölkənin xarici ticarət əlaqələri, ixrac etdiyi məhsulların çeşidliliyi və dəyəri də ölkə iqtisadiyyatı ilə bağlı təsəvvür yaratmaq baxımından önəmlidir. Ermənistanın 2019-cu ildə ixrac etdiyi məhsul və xidmətlərin dəyəri 2,6 milyard dollara bərabər olub. Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyərinin 19,6 milyard dollar olduğunu düşünüb, bunun çox cüzi bir rəqəm olduğu qənaətinə gələ bilərik, ancaq nəzərə almaq lazımdır ki, ötən il Azərbaycanın xarici ölkələrə ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri cəmi 1 milyard 954 milyon dollara bərabərdir. Yəni, əgər Azərbaycanın ixracında neftin payı olmasaydı, əhalisi və ərazisi Azərbaycandan bir neçə dəfə kiçik olan Ermənistan Azərbaycandan daha çox ixrac gəliri əldə edə bilərdi. Bəs ermənilərin ixrac etdiyi əsas məhsullar hansılardır?

Ermənistanın 2019-cu ildə ixrac etdiyi məhsulların dörddə birinə yaxınını, yəni 23 faizini “mis filizləri və konsentratları” təşkil edib. Mis ixracından Ermənistanın illik qazancı 626 milyon dollara bərabər olub. Ölkənin ikinci əsas ixrac məhsulu isə tütün və tütün məhsullarıdır (10,4%) və bu məhsulların ixracından 272 milyon dollar gəlir əldə edilib. Etil spirti və alkoqollu içkilər isə ixracda üçüncü yeri tutub (9,59%) və ölkəyə 250 milyon dollar qazandırıb. Yəni Ermənistanın “zərərli vərdiş”lərdən əldə etdiyi illik gəlir yarım milyard dollara yaxındır.

Növbəti yeri tutan ixrac məhsulu isə qızıldır (8,6%). 2019-cu ildə Ermənistanın ixrac etdiyi qızılın dəyəri 223 milyon dollara bərabər olub. Daha 142 milyon dollar isə ferroərintilərdən əldə edilib. (5,45%) Ferroərintilər dedikdə dəmirin digər kimyəvi elementlərlə yaratdığı binar (ikili) birləşmələri nəzərdə tutulur. İxracda altıncı yeri tutan alüminium və alüminium məmulatlarının (3,6%) dəyəri isə 95 milyon dollar həcmində qiymətləndirilir. Eyni zamanda ölkə qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları və öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələrinin (3,4%) ixracından 87 milyon dollar, elektrik enerjisi (2,5%) ixracından 65 milyon dollar gəlir əldə edib. Ümumiləşdirsək, Ermənistanın ixracının əsasında dağ-mədən sənayesinin olduğunu deyə bilərik. Qeyd etmək lazımdır ki, Azərbaycan rəsmiləri tərəfindən tez-tez Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindəki faydalı qazıntı yataqlarını istismar etməsi bağlı da ittihamlar səsləndirilir.

Ölkənin ixrac etdiyi məhsullar qədər onun xarici ticarət partnyorları da maraqlı göstəricilərdən biridir. Ermənistanın ən çox məhsul ixrac etdiyi ölkə Rusiyadır. Ölkənin bütün ixracının 27 faizi Rusiyaya həyata keçirilib və bu əməliyyatların dəyəri 711 milyon dollara bərabər olub. İxracda ikinci yeri tutan İsveçrəyə isə (17,5%) ümumilikdə 457 milyon dəyərində mal göndərilib. İlk beşlikdəki digər üç ölkə isə Bolqarıstan (207 milyon dollar), Çin (193 milyon dollar) və İraqdır (177 milyon dollar). Ermənistanın ən çox idxal həyata keçirdiyi ölkələrin siyahısına da elə Rusiya başçılıq edib. Ötən il Ermənistanın Rusiyadan idxal etdiyi məhsulların dəyəri 1.47 milyard dollara bərabər olub (29%). Növbəti yerləri isə Çin (742 milyon dollar) və İran (324 milyon dollar) tutur. Maraqlıdır ki, Türkiyə və Ermənistan arasında sərhədin bağlı olmasına baxmayaraq Ermənistanın ən çox məhsul idxal etdiyi dördüncü ölkə məhz Türkiyədir. Ötən il Ermənistanda Türkiyədən idxal edilən məhsulların dəyəri 265 milyon dollara bərabər olub.

Ermənistanın gəlir əldə etdiyi daha bir sahə turizmdir. Rəsmi məlumata görə, ötən il Ermənistanı ziyarət edən turistlərin sayı 15 faiz artıb və 1,9 milyona çatıb. İqtisadiyyat nazirliyinin məlumatına görə, ölkəyə gələn turistlərin 31 faizi diaspora nümayəndələri, 69 faizi isə əcnəbilərdir. Ermənistanı ziyarət edən turistlərin 610 min nəfəri Rusiya, 115 min nəfəri İran, 95 min nəfəri Gürcüstan, 52 min nəfəri isə ABŞ vətəndaşları olub.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Seymur Baycanın kitabı nəşr olunub

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Qarabağın reabilitasiyası. Hökumət nə edəcək?

Bob Dylanın dəyişməyən ampluası

Yazmaq istəmədiyim yazı

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

Textual – Gündüz Ağayev təqdim edir

Çenduda Gələcəyin Elm Şəhəri dizaynı

Azərbaycanlıların mühacirət mediası

Apostrof – Qadın olmaq

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

Transmilli fallos fenomeni

Azərbaycan 2020: Gələcəkdən baxış

Hadi – taledir

Beyin ölümü

“Əsrimizin Siyavuşu” azərbaycanlıdırmı?

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciəti

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

Həqiqi liberal

Süni intellektə sahib silahın təqdimatı

Dıydıqizm və dılğırizm

Daş deyil, ürəkdir bu

Hərb və Sülh

Siyasi gigiyena barədə

Tesla-dan yeni, inqilabi ötürücü

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Xudbin

Pafos barədə

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

Ermənistan nə qazanır?

Fərid Mehralızadə Fərid Mehralızadə
., Bazar
22 İyun 2020

Ermənilər tərəfindən yaradılan Picsart startupının (foto-video editor tətbiqi) ölkəyə illik 30 milyon dollar gəlir gətirməsi və 11 fevral tarixində dünyada Tiktokdan sonra ən çox yüklənən tətbiqetmə olması haqqında məlumat bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb oldu və Ermənistan iqtisadiyyatı ilə bağlı fikir mübadiləsinə yol açdı. Azərbaycanda rəsmi mətbuatda tez-tez Ermənistanın iqtisadi vəziyyətinin ağır olduğu, insanların sosial məhrumiyyətlər məngənəsində sıxıldığı vurğulanır. Bəs, əslində Ermənistan deyildiyi qədər iqtisadi çətinlikləri olan bir ölkədirmi?

Doğrudan da 90-cı illərin əvvəllərindəki çətin iqtisadi şəraitin ən ağır formasını yaşayan keçmiş sovet respublikalarından biri Ermənistan idi. Bu barədə Tomas de Waalın Qarabağla bağlı yazdığı məşhur “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında maraqlı məqamlar var. Müəllif qeyd edir ki, “Müstəqil Ermənistan 1992-ci ili güclə başa vurdu. Hətta Ermənistan qarşısında duran ən əsas məsələ iqtisadi cəhətdən sağ qalmaq idi. Cəmi bir neçə il əvvəl ən zəngin müttəfiq respublikalardan biri olan Ermənistan indi yoxsulluq içində idi. Azərbaycan tərəfindən qoyulmuş iqtisadi blokada respublikanı elektrik enerjisindən, dəmir yol əlaqəsindən və ərzaq idxalından məhrum etmişdi. Rusiya uzaq idi, yaxın üç qonşuya isə ümid bəsləməyə dəyməzdi. Azərbaycanla həmrəy olduğunu bildirən Türkiyə Ermənistanla ikitərəfli münasibətlərin müvəqqəti mülayimləşməsinə baxmayaraq 1993-cü ildə bu ölkə ilə sərhədlərini bağladı. Ermənistanın şimal qonşusu Gürcüstan sonu görünməyən böhran vəziyyətində idi, onun boru kəmərləri, avtomobil və dəmir yolları tez-tez bağlanırdı. Bu şəraitdə Ermənistanın ən yaxın qonşusu İran oldu, lakin bu iki ölkəni birləşdirən yollar hündür dağlardan keçirdi. Bununla belə qeyd etmək lazımdır ki, əgər İranla ticarət əlaqələri olmasaydı, Ermənistan 1991-92-ci və 1992-93-cü illərin qış aylarına bəlkə də tab gətirə bilməzdi.”

71578567

Hətta həmin dönəmdə ölkədə vəziyyət o həddə çatıb ki, şəhərlərdə insanlar su quyuları qazıb, istilik üçün ağacları kəsib və günün əksər hissəsini şam işığı ilə keçiriblər. Ermənistanın enerji təchizatı ilə bağlı problemləri 1996-cı ilə qədər davam edib. 1996-cı ildə fəaliyyət dövrünü çoxdan başa vurmuş və həm Azərbaycan, həm də bütün region üçün də ciddi təhlükə mənbəyi olan “Metsamor” atom enerji stansiyasının yenidən işə salınması ölkənin enerji təhcizatını nisbətən yaxşılaşdırıb. Bu dövrlə bağlı kitabda daha bir maraqlı hadisədən bəhs edilir. Tomas de Waalın yazdığına görə, 1993-cü ildə Rusiyada həbsxanada yatan Svo ləqəbli erməni qanuni oğru Rafik Baqdasaryan öldürülür və onun cəsədi İrəvana gətirilir. Svonun Azərbaycandan olan köhnə yoldaşları dəfn mərasimində iştirak etmək üçün İrəvana təyyarə ilə gəlməyi qərarlaşdırır və 1990-cı illərdə Bakı ilə İrəvan arasında birinci və sonuncu dəfə hava əlaqəsi yaradılır. Azərbaycandan gedənlərin dəfn və ehsanda iştirak etdikləri üç gün ərzində Azərbaycandan Ermənistana qaz və elektrik təchizatı bərpa edilir. Mafioz qonaqlar dağılışdıqdan sonra blokada yenidən bərpa olunur və şəhər yenidən qaranlığa bürünür.

Bu günlərə qayıtsaq, 2020-ci ildə Ermənistanın büdcə layihəsində gəlirlərin 3,5, xərclərin isə 4 milyard dollara yaxın olacağı proqnozlaşdırılırdı. Ötən ilin büdcəsində əsas xərc istiqaməti olaraq “sosial xərclər” müəyyən edilib. Bu tip xərclərin büdcə xərclərinin 44 faizini təşkil etməsi nəzərdə tutulub. İkinci yerdə isə “müdafiə və ictimai asayişin mühafizəsi” ilə bağlı xərclərdir və bu sahəyə ümumi vəsaitin 24 faizi sərf edilib. Üçüncü ən çox vəsait ayrılan sahə isə iqtisadi layihələr olub və bu tip layihələrə büdcə xərclərinin 12,4 faizi ayrılıb. Büdcə vəsaitlərinin daha 10 faizi isə dövlət borclarının ödənilməsi ilə bağlı istifadə olunub.

2019-cu ilin nəticələrinə görə, Ermənistan iqtisadiyyatı 7,6 faiz böyüyüb və ümumdaxili məhsulun həcmi 13,3 milyard dollara yüksəlib. Adambaşına düşən ÜDM isə 4528 dollara bərabər olub. Azərbaycan üçün bu rəqəm 4851 dollara bərabərdir, yəni, Azərbaycanın ümumdaxili məhsulu Ermənistana nəzərən dört dəfəyə yaxın çox olsa da, adambaşına düşən ÜDM üzrə üstünlüyü cəmi yeddi faizdir. Ermənistanda orta aylıq əməkhaqqı miqdarı 2020-ci ilin aprelində 695 manata bərabər olub. Azərbaycanda isə bu rəqəm 745 manata bərabərdir. Minimum əmək haqqı miqdarı isə hər iki ölkədə demək olar ki, eynidir. Bu göstərici Ermənistanda təxminən 240, Azərbaycanda isə 250 manata bərabərdir. Orta təqaüd miqdari isə Ermənistanda təxminən 143, Azərbaycanda isə 300 manata yaxındır.

Ötən il Ermənistanda işsizlik səviyyəsi 18 faiz olub. Ölkədə yoxsulluq həddindən aşağıda yaşayanlar isə əhalinin 23,5 faizini təşkil edir. Bu göstəricilərin böyüklüyü ölkədən miqrant axınını sürətləndirən əsas amillər hesab olunur. Ancaq digər tərəfdən həmin miqrantların çalışdıqları ölkələrdən Ermənistana göndərdiyi vəsait ölkə iqtisadiyyatı üçün ciddi mənbə təşkil edir. 2018-ci ilin göstəricisinə görə, Ermənistana ölkə xaricindən göndərilən vəsaitin ÜDM-ə nisbəti 12 faiz həcmindədir ki, bu da kifayət qədər yüksək göstərici hesab oluna bilər. Müqayisə üçün Azərbaycanda bu göstərici 2,6 faizə bərabər olub. Ermənistan iqtisadiyyatı üçün başqa bir təhlükəli göstərici isə xarici dövlət borcunun ümumdaxili məhsula nisbətinin 50 faizə yaxın olması ilə bağlıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin xarici borcu onun valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur.

bigstock-yerevan-armenia-april-297922018-990x556

Makroiqtisadi göstəricilərlə yanaşı ölkənin xarici ticarət əlaqələri, ixrac etdiyi məhsulların çeşidliliyi və dəyəri də ölkə iqtisadiyyatı ilə bağlı təsəvvür yaratmaq baxımından önəmlidir. Ermənistanın 2019-cu ildə ixrac etdiyi məhsul və xidmətlərin dəyəri 2,6 milyard dollara bərabər olub. Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyərinin 19,6 milyard dollar olduğunu düşünüb, bunun çox cüzi bir rəqəm olduğu qənaətinə gələ bilərik, ancaq nəzərə almaq lazımdır ki, ötən il Azərbaycanın xarici ölkələrə ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri cəmi 1 milyard 954 milyon dollara bərabərdir. Yəni, əgər Azərbaycanın ixracında neftin payı olmasaydı, əhalisi və ərazisi Azərbaycandan bir neçə dəfə kiçik olan Ermənistan Azərbaycandan daha çox ixrac gəliri əldə edə bilərdi. Bəs ermənilərin ixrac etdiyi əsas məhsullar hansılardır?

Ermənistanın 2019-cu ildə ixrac etdiyi məhsulların dörddə birinə yaxınını, yəni 23 faizini “mis filizləri və konsentratları” təşkil edib. Mis ixracından Ermənistanın illik qazancı 626 milyon dollara bərabər olub. Ölkənin ikinci əsas ixrac məhsulu isə tütün və tütün məhsullarıdır (10,4%) və bu məhsulların ixracından 272 milyon dollar gəlir əldə edilib. Etil spirti və alkoqollu içkilər isə ixracda üçüncü yeri tutub (9,59%) və ölkəyə 250 milyon dollar qazandırıb. Yəni Ermənistanın “zərərli vərdiş”lərdən əldə etdiyi illik gəlir yarım milyard dollara yaxındır.

Növbəti yeri tutan ixrac məhsulu isə qızıldır (8,6%). 2019-cu ildə Ermənistanın ixrac etdiyi qızılın dəyəri 223 milyon dollara bərabər olub. Daha 142 milyon dollar isə ferroərintilərdən əldə edilib. (5,45%) Ferroərintilər dedikdə dəmirin digər kimyəvi elementlərlə yaratdığı binar (ikili) birləşmələri nəzərdə tutulur. İxracda altıncı yeri tutan alüminium və alüminium məmulatlarının (3,6%) dəyəri isə 95 milyon dollar həcmində qiymətləndirilir. Eyni zamanda ölkə qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları və öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələrinin (3,4%) ixracından 87 milyon dollar, elektrik enerjisi (2,5%) ixracından 65 milyon dollar gəlir əldə edib. Ümumiləşdirsək, Ermənistanın ixracının əsasında dağ-mədən sənayesinin olduğunu deyə bilərik. Qeyd etmək lazımdır ki, Azərbaycan rəsmiləri tərəfindən tez-tez Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindəki faydalı qazıntı yataqlarını istismar etməsi bağlı da ittihamlar səsləndirilir.

Ölkənin ixrac etdiyi məhsullar qədər onun xarici ticarət partnyorları da maraqlı göstəricilərdən biridir. Ermənistanın ən çox məhsul ixrac etdiyi ölkə Rusiyadır. Ölkənin bütün ixracının 27 faizi Rusiyaya həyata keçirilib və bu əməliyyatların dəyəri 711 milyon dollara bərabər olub. İxracda ikinci yeri tutan İsveçrəyə isə (17,5%) ümumilikdə 457 milyon dəyərində mal göndərilib. İlk beşlikdəki digər üç ölkə isə Bolqarıstan (207 milyon dollar), Çin (193 milyon dollar) və İraqdır (177 milyon dollar). Ermənistanın ən çox idxal həyata keçirdiyi ölkələrin siyahısına da elə Rusiya başçılıq edib. Ötən il Ermənistanın Rusiyadan idxal etdiyi məhsulların dəyəri 1.47 milyard dollara bərabər olub (29%). Növbəti yerləri isə Çin (742 milyon dollar) və İran (324 milyon dollar) tutur. Maraqlıdır ki, Türkiyə və Ermənistan arasında sərhədin bağlı olmasına baxmayaraq Ermənistanın ən çox məhsul idxal etdiyi dördüncü ölkə məhz Türkiyədir. Ötən il Ermənistanda Türkiyədən idxal edilən məhsulların dəyəri 265 milyon dollara bərabər olub.

Ermənistanın gəlir əldə etdiyi daha bir sahə turizmdir. Rəsmi məlumata görə, ötən il Ermənistanı ziyarət edən turistlərin sayı 15 faiz artıb və 1,9 milyona çatıb. İqtisadiyyat nazirliyinin məlumatına görə, ölkəyə gələn turistlərin 31 faizi diaspora nümayəndələri, 69 faizi isə əcnəbilərdir. Ermənistanı ziyarət edən turistlərin 610 min nəfəri Rusiya, 115 min nəfəri İran, 95 min nəfəri Gürcüstan, 52 min nəfəri isə ABŞ vətəndaşları olub.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel