Azərbaycanda, 1 yanvar 2019-cu ildən etibarən elektrikli mühərriklərlə işləyən nəqliyyat vasitələrinin idxalı, Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.
Qeyd edək ki, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin idxalına görə, idxal gömrük rüsumları advalor dərəcəsi ilə müəyyən edilir (vergi tutulan malların dəyərinin faizi kimi hesablanan gömrük rüsumu dərəcəsi) və 15 faiz təşkil edir.
2017-ci ilin sonuna, Azərbaycana gətirilən elektrikli nəqliyyat vasitələrinin sayı 88 ədəd təşkil edib. 2018-ci ilin yanvar-noyabr aylarında isə, Azərbaycana 40-dan çox elektrikli avtomobil idxal edilib.