Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

“Dəyərli bəy” erasının sonu

Mirzə Mirzə
., Mövqe
02 Sentyabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Mitinq
Paylaş

Gündəmdə olan bir məsələyə, başlar soyuduqdan sonra münasibət bildirmək məsləhətdir (mömin qardaş və bacılarımız bunu «müstəhəb» kimi oxusun). O zaman qoyduğun mövqenin də rahat, rasional analiz edilmə, başa düşülmə ehtimalı artır. Başqa bir səbəb, mainstream-ə qoşulmağın verdiyi iyrənc hiss. «Mənim də fikrim var» deməyin zəruriliyinə inanmadığım üçün, basıb içimə sakit oturmağı bacarıram, göz dəyməsin.

Aylar əvvəl sosial şəbəkədə, Azərbaycanda müsbət dəyişiklik etmək istəyən bir gəncin aşmalı olduğu birinci bariyerin, öz ailəsi olduğunu yazmışdım. Qeyd etmişdim ki, «saatlarla demokratiyadan danışan bir ata, övladının ən primitiv seçiminə belə müdaxilə edir». Bu fikirlə razılaşmayanlar oldu. «Demokratiya fədaisi» olan bir ata, ailə daxilində də demokratik dəyərlərə sadiq qala bilərmiş… İstisnalar ola bilərmiş… Bəyəm bununla mübahisə edən var? Yenə də xoşdur, screen paylaşmasam da, atalar demişkən «saxla samanı gələr zamanı», doğrudan yaxşı söz imiş. Yazdığım qeyd baxın nə tez və özü də kimin tərəfindən təsdiqləndi! Müxalifət liderinin uşağı danışdı.

«Meydançılar»ın artilleriya cavabı gecikmədi. Öz amplualarına sadiq qaldılar – «siyasi sifaşirdir», «iqtidarın əmridir», «profil oğurlanıb», «o qız satılıb», «xəstədir», «əxlaqsızdır» və s. İndi isə bir insanın, övladın fiziki təzyiqlərlə bağlı fəryadına 88-ci ildən next düyməsi basılmamış «inqilabçılıar»ın min don geyindirməsinə, təhqirlərinə tamaşa edən bir atanı, onun daxili dünyasını, beynindən keçənləri bir təsəvvür edin. Tüpürəsən elə ideyaya, qorxulara, komplekslərə ki, qızını təhqir edənlərə bircə dəfə olsun, yerlərini göstərməyə cəsarətin catmır.

Milli-mənəvi təhqirləri ilə silahlanmış bəylər və xanımlar, bir gəncin üzərinə ümummilli cihadla getdi. Müxalif öndərin hərəkətinə bəraət qazandırmaq üçün nə hoqqalardan çıxmadılar. Ş hərfini «w» ilə yazan, iki cümləni ard-arda qoşa bilməyən bio-kütlə üçün, müqəddəs amala xidmət edən fərzdir, bu cihad (çoxu, sözün əls mənasında cümlə qura bilmir, metafora deyil, amma gülməli də deyil, istehza da etmirəm, ciddi bir problemə işarə edirəm).

Ən azından fitrətdən qabında nəsə olanlar, ağlı başında skeptiklər bu prosesdən lazımlı nəticəni çıxara bildisə, bunun özü də qənimətdir.

Dediyim kimi, mübahisə etmədim, davalara qoşulmadım. Birincisi, çox dürüst sözümdür – onların dili məni yorur. Yazdıqları, danışdıqları dil azərbaycan dilindən çox uzaqdır. Bəzi açar sözlər var, onları görəndə başa düşürəm nə demək istəyirlər – «tayfa-klan», «mənfur», «troll» (bir-birlərinə), «bəy», «dəyərli», «azadlıq». Radikaldırlar, ittihamçıdırlar. Çox əsəbi və çatmaqaş. 

Tək gənclik yox, hər kəs bilməlidir, tanımalıdır bu müxalif liderləri. Vaxtında, bunlar şəriətçilərin məsələsini hüquqi müstəvidən çıxarıb siyasiyə keçirəndə, fanatikləri müdafiə edəndə, bunların başını buraxmaq lazım idi. Gərək elə o zaman, ciddiyə alınmaq kimi bir xoşbəxtlik onlara bəxş olunmayaydı. Əslində, gəncliyin günahı yoxdur. Bütün qəbahət yenə də hökumətdədir. İllər boyunca «92-93», «AXC-Müsavat cütlüyü» ştamplarını beynimizə yeridən propaqanda çuşkalarınız (çuşon, çuşpet, qıjı – variant çoxdur), bizdə həmin dövrə və personajlara qarşı bir istilik, bir mərhəmət hissi oyatdı. Siz söyürsünüzsə, fikirləşirdik ki, deməli yaxşıdır, yoxsa söyməzdiniz. Siz bu effektə özünüz nail oldunuz, ay bu ölkənin propaqanda işlərinə baxan qıjılar. Bizim nəsil ətalətlə bu adamlara simpatiya duya-duya, gəlib bu günlərə çıxdı. 

Nə edək, gec olsa da, bu qaragüruhun «ilahi dəyəri»nin bir gəncin postu ilə necə düşdüyünü gördük. Həm ailədaxili diktaturanı, həm də meydançıların gerçək mənini görmək baxımından, çox dərin, hikmətlə dolu hadisədir.

Azərbaycanda siyasi qəliblər, stamplar tarixə çevrilməlidir artıq. Gənc insanlar, sizə deyirəm,  – iqtidarda, vəzifədə ola-ola redaksiyalara hücum çəkən nazir, M. Thatcherin qabağında Pənah Hüseynov, «oturmayan ermənidir!» məşum sədası, əyalət təfəkkürlü adamlar – bunlarlamı gələcəyə gedirsiniz? Gənclik, köhnə olan hər şeydən imtina etməli və siyasi arenaya öz payını verməlidir.

Hökumətdə vizyon varsa, gənclikdən qorxmaz, ona mane olmaz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör