bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Qismət Rüstəmov Qismət Rüstəmov
., Kültür
14 İyun 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
MyCollages (1)
Paylaş

Amerika yazıçısı, kirli realizmin məşhur nümayəndəsi Reymon Karverin özü qədər məşhur kitablarından biri belə adlanırdı: “Sevgidən danışanda nələrdən danışırıq?” Mən də həmin kitabın adındakı məntiqlə hal-hazırda yaşayan bir neçə çağdaş filosofun koronavirusdan danışarkən nələri müzakirə etdiyini icmallaşdırmağa çalışacağam.

slavoj_zizek_primer_1050x700
Zizek, 2013-cü il. Flickr/Simon Plestenjak

Sloveniyalı marksist filosof Slavoy Jijek (Zizek) ötən həftələrdə çap olunan “Koronavirus kapitalizmə “Kill-Billvari” zərbədir, kommunizmin yenidən kəşf edilməsinə rəvac verə bilər” adlı məqaləsində yazır ki, bu virus cəmiyyətdə üzə çıxmağa hazır olan başqa virusları da aktivləşdirdi: saxta xəbərlər, paranoik konspirasiyalar, irqçilik… Filosof deyir ki, bəlkə başqa, daha faydalı bir ideoloji virusun yayılmasına ümid etmək vaxtıdır: milli dövlətlərdən daha üstün olan, qlobal həmrəylik və yardımlaşma formasında özünü göstərən bir cəmiyyət arzusu. Jijek yazır ki, xeyli adam Çernobıl fəlakətinin sovet kommunizminin sonunu gətirməsi kimi, bu virusun da Çindəki kommunist rejimi bitirəcəyindən danışır, mən isə əksini düşünürəm, koronavirus bizi cəmiyyətə və elmə söykənən daha fundamental yeni bir kommunizm modeli icad etməyə apara bilər.

Filosof məqaləsində Kventin Tarantinonun “Kill Bill – 2” filminin final səhnəsində Uma Turmanın “Beş nöqtə zərbəsiylə ürəyi partlatmaq” fəndini tətbiq edərək düşmənini öldürməsinə referensla deyir ki, bu məşhur döyüş fəndinin cazibədarlığı zərbə anı ilə ölüm anı arasındakı zamandır. Əgər yerindən tərpənmirsənsə, yaşamağa davam edirsən, elə ki, hərəkət etməyə başladın, ürəyin dayanır. Jijekin fikrincə, Çindəki rejimin çökəcəyinə inananlar, elə bil, ona bu zərbədən vurulduğuna inanırlar. Filosof yazır ki, məncə, koronavirus qlobal kapitalizmə vurulmuş “beş nöqtə” zərbəsidir. Jijek məqaləsinin sonunda İranın səhiyyə nazirinin mətbuat açıqlamasında epidemiyanı ciddiyə almadığını deməsindən sonra virusa yoluxmasını və ardınca səsləndirdiyi “bu virus varlı-kasıb, dövlət böyüyü, sıradan vətəndaş ayırmır” fikrini təkrarlayaraq deyir ki, bəli, hamımız eyni gəmidəyik, öz mənfəətimizdən vaz keçməli, qlobal koordinasiyaya can atmalıyıq.

İtalyalı filosof Ciorcio Aqamben “Covid-19: əsaslandırılmamış təcili vəziyyətin istisna halı” adlı məqaləsi yaxın ayların ən çox müzakirə edilən, rezonans yaradan yazısıdır. Əslində, yazının bundan sonrakı hissəsində fikirlərinə nəzər salacağımız filosofların əksəriyyəti bu və ya digər dərəcədə Aqambenlə polemikaya girirlər. Son günlər bizdə də sosial şəbəkə səviyyəsində müzakirə olunan “karantin, dövlət müdaxiləsi” məsələlərinin əksəriyyətinə daha işlək intellektual alətlərlə nüfuz etmək üçün Aqambenin “Fövqəladə hal” (yaxud “İstisna hal”) və “Müqəddəs insan” kitablarına nəzər salmaq lazımdır. Faktiki olaraq, yazımızın mərkəzi fiquru Aqambendir deyə, onun xırda yazısına keçməmişdən qabaq fəlsəfi sisteminin açar məqamlarına göz atmaqda fayda var. Agamben öz fəlsəfi sisteminin əsasına yerləşdirdiyi “istisna halı”, yaxud “fövqaladə hal, fors-major” anlayışını XX əsrdəki hüqur, zorakılıq və siyasət arasındakı əlaqəni araşdıran filosofların üzərində qurub. Filosofun fikrincə, ötən əsrdə sözügedən mövzuyla bağlı aşkar olmayan, amma bir-biriylə altdan-alta polemika aparan iki müəllif olub: qalmaqallı filosof Karl Şmit və Valter Benyamin.

Giorgio Agamben Italian philosopher 2018 PUBLICATIONxINxGERxSUIxAUTxHUNxONLY Copyright Leonardo
Giorgio Agamben. Copyright: LeonardoxCendamo/Leemage

Tarixə çox da ekskurs etmədən, sadə dildə desək, “fövqəladə hal” anlayışı konsitutsiyanın, qanunların müvəqqəti, yaxud qalıcı şəkildə iqtidarın lehinə mötərizəyə alınmasını, keçərsizləşdirilməsini bildirir. Anti-liberal mövqedən çıxış edən Karl Şmit fikirləşirdi ki, fikir və düşüncə müxtəlifliyi dövlətin möhkəmliyinə, hamını əhatə edəcək qərarlar almasına ziyan vurur. Modern siyasət fəlsəfəsi dövlətin bəşəri ideallara və ağlın təsbit etdiyi normativlərə sadiq olmasını əsas götürür, yəni təxminən insan mahiyyətcə yaxşıdır, xeyirdir və yaxşı idarəçilərlə yaxşı cəmiyyət qurmaq olar fikri prioritetdir; Şmit isə bunun əksini düşünürdü, yəni insan mahiyyətcə pisdir, şərdir, nə vaxt nə edəcəyi qeyri-müəyyəndir və onu cilovlamaq, nəzarətdə saxlamaq lazımdır, çıxış yolu isə teologiyaya geri qayıtmaqdadır. Şmit öz nəzəriyyəsini siyasi teologiya adlandırırdı. O deyirdi ki, dominant güc fövqəladə vəziyyətə qərar verəndir və iddia edirdi ki, bu vəziyyəti hüquqla bir yerdə təsəvvür etmək lazımdır, çünki hakimi-mütləqin, dominantın olduğu yerdən baxanda onların arasında heç bir ziddiyət yoxdur. Şmit diktatorluq tərəfdarıydı. Aqamben düşünür ki, XX əsrin görkəmli filosoflarından sayılan Valter Benyamin əsas kitablarından biri olan “Zorakılığın tənqidi”ndə Şmitin fikirlərinə cavab verib. Tələbəlik vaxtı böyük maraqla oxuduğum Benyaminin fəlsəfəsini icmallaşdırmaq cəhdi ayrıca yazının işidir. Qısaca deyim ki, Valter Benyamin cəmiyyətin hər instansiyasında həmişə mövcud olacaq hipotetik zorakılıq aktları qarşısında son sözü hüququn deməli olduğuna inanır, istisna hallarının yaratdığı “qısaqapanma” anları da buna daxildir.

Gələk günümüzə və Aqambenə. İtalyalı filosof böyük rezonans doğuran yazısının əvvəlində hipotetik, ehtimali koronavirus pandemiyası ilə bağlı yaradılan panikanı yersiz hesab edir, çünki İtalya Milli Araşdırmalar Mərkəzinin açıqladığı sənəddə yazılıb ki, virusun dinamikası 80-90 faiz yüngül və orta qrip kimi, 10-15 faiz ağciyər iltihabı ehtimalı olan, 4 faiz isə reanimasiyaya ehtiyac olacaq formada görünür. Filosof soruşur ki, əgər bu rəqəmlər həqiqətdirsə, niyə belə panika yaradırlar? Aqamben etiraz edir ki, dövlət əlinə düşən ilk fürsətdən istifadə edərək “fövqəladə hal” elan etmək haqqını hardan alır? Yazının davamında filosof azadlıqları məhdudlaşdıracaq punktları sadalayır və deyir ki, bu hal gətirib ona çıxara bilər ki, hökumətlərin diqtəsiylə insan azadlıqlarını məhdudlaşdıran tədbirlər elə həmin hökümətlər tərəfindən yaradılan güvənlik arzusu naminə qəbul ediləcək, bu isə sapqın bir qapalı dövriyyədir. Aqambenin yazısı çıxan kimi xeyli etiraz gəldi ki, bu, sol paranoyadır, yaxud Fukonun bio-politika anlayışının radikal formasıdır. İtaliyalı filosofun açdığı polemikaya Jan Lyuk Nensi, Roberto Esposito, Cudit Batler kimi filosoflar da qoşuldular. Aqamben birinci yazısında demək istədiyi bəzi məqamları ifadə etmək üçün “Bir sual” adlı ikinci yazısını çap etdirdi. Burda filosof deyir ki, mən indi baş verənləri təkcə gerçəklik kimi yox, həm də metafora kimi götürürəm və gələcəkdə yarana biləcək katastrofları düşünməyə çalışıram. Məsələn, sosial məsafə təkcə tibbi tədbir deyil, həm də metaforadır, gələcəkdə “istisna halı” normal qəbul edilsə, legitimlik qazansa, onda sosial məsafə sağ qalmağın yeganə normativi olacaq və bu heç də xoşagələn gələcək modeli deyil. Filosof demək istəyir ki, mən təkcə olanla bağlı sual vermirəm, mümkün pis variantları da düşünməyə təşviq edirəm ki, “istisna hal”a görə nələri itirə biləcəyimizi düşünək. Yazının son cümləsi filosofun bütün fikirlərini açıq şəkildə ifadə edir: “Onlara xatırlatmaq istəyirəm: yaxşını xilas etmək üçün yaxşıdan əl çəkməli olduğumuzu deyən norma azadlığımızı qorumaq üçün azadlıqdan əl çəkməli olduğumuzu iddia edən norma qədər yanlış və ziddiyyətlidir.”  

jean_luc_nancy
Jan Lyuk Nensi / usefulstooges.com

Fransız filosof Jan Lyuk Nensi qədim dostu Aqambenə cavab olaraq yazdığı “Viral istisna” adlı yazıda deyir ki, onun nəyi işarə vurduğunu başa düşürəm, fəqət indiki vəziyyətdə söhbət viral istisnadan gedir ki, bu da pandemiyadır. Loru dildə desək, mədəni şəkildə dostuna deyir ki, malı mala qatma. Nensi kiçik yazısının sonunda maraqlı bir xatirəsini bölüşür: otuz il qabaq həkimlər mənə dedilər ki, ürək əməliyyatı olmalıyam, Aqamben mənə “onlara qulaq asma” deyən iki-üç nəfərdən biriydi. Əgər dostumun sözünə qulaq assaydım, yəqin ki, çoxdan ölmüşdüm.

İtaliyalı filosof Roberto Esposito həm Aqambenə, həm də Nensiyə cavab olaraq yazdığı “Tamamilə müalicə edilənədək” adlı yazısında deyir ki, Nensi bio-politika anlayışına müxalif olduğu üçün məsələni ayrı müstəviyə çəkir. Filosofun fikrincə, Fukonun ötən əsrdə bizə öyrətdiyi kimi, politikanın və biologiyanın get-gedə problemli, tragik nəticələr doğuracaq şəkildə iç-içə keçməsini unutmamaq şərtiylə, vəziyyəti çox da dramatikləşdirmək lazım deyil. Filosof Aqambenin fikirlərinə eyhamla deyir ki, məncə, aktual, güncəl hadisələrlə uzun perspektivdə baş verə biləcəkləri ayrı-ayrı analiz etmək lazımdır.

maxresdefault
Youtube. “Italian Incompleteness: A Lecture by Roberto Esposito”

Amerikalı post-strukturalist filosof Cudit Batler “Kapitalizmin sərhədləri var” adlı yazısında deyir ki, virus ayrı-seçkilik etməsə də, irqçilik, qonşuları həqir görmə, radikal millətçilik, LGTB üzvlərini alçaltmaq fürsəti kimi tendensiyalar hakimiyyətinin ömrünü uzatmaq istəyən Tramp kimi adamların əlinə girəvə verir. Filosof Trampın alman şirkəti “CureVac”ın hazırladığı peyvəndin lisenziyasını nəğd pulla almağa çalışmasını xatırladaraq yazır ki, “görəsən Trampın fikrində nə var?” soruşmağın mənası yoxdur. Çünki bu sual çarəsizlik içində o qədər təkrarlanıb ki, artıq təəccüb doğurmur. Filosof deyir ki, normal adam gərək Trampın “başqalarından əvvəl Amerikalıları” qorumaq adı altında peyvəndi almağa çalışmasına həyəcanlanmasın. Yaxşısı, universal, qlobal, planetar miqyasda həmrəylik çağırışlarının ABŞ yenidən canlandırdığı ictimai hərəkatların şəfqətli tezislərini diri tutmağa çalışmaqdır.   

Son hadisələr göstərdi ki, bizim çayxana söhbəti, qəzeti məqaləsi səviyyəsindən daha dərin, daha konseptual, daha çox loqosa söykənən predmetli müzakirələrə ehtiyacımız var. Güclü dövlət və azad vətəndaşlar olmağın başqa yolu yoxdur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör