Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Çətindir

Seymur Baycan Seymur Baycan
Mövqe
13 May 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Seymur
Paylaş

Hər dəfə nəsə yazmağa başlayanda yazıçıların həyatından bəhs edən əsərlər oxuyuram, filmlərə baxıram. Mövcud şərtlər altında öz gücünlə nəsə yazmaq çətindir. Gərək başqalarından güc alasan. Gərək başqalarını köməyə çağırasan. Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda bir çox ağır şərtlər altında yaşamış və yaratmış yazıçıların, rəssamların, bəstəkarların həyatı ilə tanış olduqca özüm-özümə belə bir fikir təlqin edirəm: Onlar dözüblərsə, mən də dözməliyəm. Onlar bacarıblarsa, mən də bacarmalıyam. Beləcə ölüm-zülümlə özün-özünü yazmağa məcbur edirsən. Bununla belə, şübhələr yenə də adamın içini didir. Şübhələr adamın yaxasından yapışıb buraxmır. Yazdığım necə alındı? Bütün bunlar illüziya deyil ki? Ümumiyyətlə, bu yazılanlar lazımdırmı? Nəylə məşğulam? Kimə lazımam? Niyə yaşayıram?

Yaşadığımız şərtlər altında yazmaq çox çətindir. Adamın işləməyə əli qalxmır. Ölkədə ədəbiyyat adına yaxşı müsabiqələr keçirilmir. Müsabiqələr ədəbiyyatın inkişafı, təbliğatı üçün vacibdir. Adamı yazmağa həvəsləndirir. Udsan, lap yaxşı. Uduzsan da, eybi yox. Yazdığın sənə qalır. Növbəti müsabiqəyə daha yaxşı hazırlaşırsan. İndi ölkədə müxtəlif formatlarda, müxtəlif miqyaslarda ən azı iyirmi səviyyəli müsabiqə keçirilməlidir. Ki, yazarlar yarışa girsinlər. Rəqabət mühiti yaransın. Yeni imzalar ortaya çıxsın. Əsərlər təbliğ olunsun. Mətbuat ədəbiyyatdan danışmağa mövzu tapsın.

Fərqli, səviyyəli ədəbiyyat jurnalları olmalıdır. Bu jurnallar normal qonorar verməlidirlər müəlliflərə. Məsələn, indi beynimdə bir neçə hekayənin mövzusu var. Motivasiya yoxdur oturub yazmağa. Normal bir jurnal ola, hər hekayəyə iki yüz manat qonorar verə, oturub bir-bir yazıb qonorarını alasan. Qonorarsız yazmaq çox çətindir. Biyar işi kimi bir şeydi. Başının üstündə yüz minlər, milyonlar o tərəfə-bu tərəfə axır, amma bu boyda ölkədə bir normal ədəbiyyat jurnalı yoxdur ki, hekayəni yazıb qonorarını alasan. Yoxdur. Belədir vəziyyət.

Bəs oxucular? Əgər publisistikayla məşğul olmasaydım yəqin ki, məni uzağı yüz-iki yüz adam tanıyacaqdı. Guya hələ allah qoymasa, kitabı yaxşı satılan müəlliflərdən biriyəm. Halbuki, “Quqark”dan sonra heç bir kitabımdan gəlir əldə etməmişəm. Satış şəbəkəsi zəifdir. Satılan kitabın çox vaxt pulu geri qayıtmır. Hər şey itib batır. Ən yaxşı halda satılan kitabın əvəzinə, başqa kitab alıram. Başqalarından danışmıram. Öz vəziyyətimdən danışıram. Danışmaqdan da utanmıram. Utanmaqdan keçib…

Oxucular iki qrupa bölünür. Ənənəvi oxucular yazdıqlarımı qəbul etmir. Onlar üçün yazdıqlarım ədəbiyyat deyil. Küçə uşağının, ailə tərbiyəsi görməmiş tərbiyəsiz, əxlaqsız bir adamın cızma-qaralarıdır. Bu cızma-qaraların ədəbiyyata dəxli yoxdu. Ədəbiyyat tamam başqa şeydir. Yazdıqlarım fərqli görünmək, gündəmdə qalmaq üçündür. Bu tip adamların, bu cür düşünənlərin rəğbətini qazanmaq mümkünsüzdür. Gərək bütün prinsiplərindən imtina edib olasan aşıq, tamada.

İkinci qrup oxucuların da rəğbətini qazanmaq heç cürə mümkün deyil. Çünki ikinci qrupa aid olan oxucular daha çox dünya ədəbiyyatı oxuyurlar və ənənəni, şərtləri nəzərə almadan yerli yazıçıdan da dünya standartına uyğun əsər tələb edirlər. Şərtlərin, ənənənin zəif olmasını nəzərə almadan üçüncü ölkənin yazarından dünya standartlarına cavab verən əsər gözləmək bir az insafsızlıqdır. Bəs ümumilikdə götürəndə xalq nə istəyir? Xalq istəyir ki, yazar yalan danışsın. Yazsın ki, təbiətimizdən gözəl təbiət, mətbəximizdən gözəl mətbəx yoxdur. Biz dünyanın ən qonaqpərvər xalqıyıq. Adət-ənənəmizə də söz ola bilməz. Bizik, bizdən savayı yoxdur. Başqalarının həyatı həyat deyil. Xalq nağıllar oxumaq istəyir. Deyir sən nağıllar yaz, məni hər fürsətdə dayanmadan təriflə, ondan sonra biz də səni görərik.

Xalq yazıçını yaltaqlığa vadar edir. Yazara sifariş edir ki, mənə yaltaqlan. Məni hər fürsətdə təriflə. Heç bir pis tərəfimi görmə. Dindən nəsə yazırsan, nə qədər düşmən qazanırsan. Xalqdan, millətdən nəsə yazırsan, nə qədər düşmən qazanırsan. Axırda görürsən ki, beş-altı adamdan savayı yanında heç kim yoxdur. Üstünə ən müxtəlif adlar yapışdırılır. Biri avara deyir. Biri kafir deyir. Biri millətini satan deyir. Aciz və gülünc vəziyyətə düşməyini arzulayırlar. Bir az normal düşünənləri hardansa eşidiblər ki, sənət adamı acından ölməlidir. Cır-cındırın içində yaşamalıdır. Xalq heç bir prosesdə iştirak etmək istəmir, üstəlik də ürəyindən keçir ki, böyük bir mədəniyyətə sahib olsun. Heç bir prosesdə iştirak etmədən istəyirlər ki, beş-altı adam bunlara böyük töhfələr versin. Gərək bir şeyə dəyər verəsən ki, həmin şeyin vacibliyi görünsün. Yarış yaransın. Nəsə ortaya çıxsın. Əlbəttə, ortaya çıxanların hamısı yaxşı olmur. Amma belə yaranır. 

Mədəniyyət belə formalaşır. Yüzü yazır, iki-üçü ortaya nəsə çıxarır. Qalanları isə ən pis halda mədəniyyət daşıyıcılarıdır. Bəzən adamlar yazanların çox olduğunu düşünürlər. Nəyi pisdir? Qoy yazsınlar. Bu, Azərbaycan ədəbiyyatının ən azı tarixini yaşadacaq. Hər kəs fərqli adamları oxuyacaq. Hərə öz istiqamətinə, hərə öz üslubuna uyğun olaraq. Burda dünyaya, hadisələrə, xalqa, dinə fərqli baxışdan doğan fərqli istiqamətlər olacaq. Bununla belə, bu Azərbaycan ədəbiyyat tarixini davam etdirməkdir. Ən azı Axundovu, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Yusif Vəzir Çəmənzəminlini, Mirzə İbrahimovu, İsi Məlikzadəni, Əkrəm Əylislini, Yusif Səmədoğlunu, İsa Hüseynovu, Sabir Əhmədovu oxuyacaq. Elə bilirsiniz bu azdır? Ölkədən xəbəriniz var?

Günlərin bir günü, ölkənin ən böyük universitetində təşkil olunmuş kitab yarmarkasında kitab satırdım. Bu haqda geniş danışmaq istəmirəm. Gördüklərimin hamısını yazmayacam. Birini yazım bəs edər. Bir dəstə gənc yaxınlaşdı kitab düzülmüş masalara. Biri o birilərinə aman vermədən tez dedi: “Bu kitabların hamısını oxumuşam”. Gülüşmə və dalbadal bu kimi zarafatlar. Hər şey eşitmişdim, “kitab oxuyanda ürəyim qalxır” ifadəsini də eşitmək qismətimdə varmış. Baxdım bu adamlara. Soruşdum – siz tələbəsiniz? Dedilər- hə. Dedim- hansı fakültədə oxuyursunuz? Dedilər – kitabxanaçılıqda. Düşündüm, gör kitablar kimin ümidinə qalacaq. Bu adamlar kitab sevməyəcəklər. Sevdirməyəcəklər. Sevməyəcəklərsə qorumayacaqlar. Bu adamların zarafat etmələri üçün nə qədər yer var. Zatən bütün günü zarafat edirlər. Bu adamların çörək əvəzinə, kitab yeyən vaxtlarıdır. İndi də oxumayıb bəs nə vaxt oxuyacaqlar? Onlar isə gülürlər. Bunun axırı nə olacaq? Bu dəvəquşu siyasətinin bir sonu varmı? Niyə adamlar özləri özlərini aldadırlar? Nəyə lazımdı bu? Fəlakətli bir vəziyyəti zorla tərifləməklə nəyə nail olmaq olar? Həkim publisisti yazısına görə söhbətə çağırır. “Gəl sənə başa salım həkim necə olur”, – deyir. Jurnalistika fakültəsinin tələbəsi Haqverdiyevi tanımır. Kənd məktəbləri yaman vəziyyətdədir. Orda ancaq oxumaq-yazmaq öyrədirlər. Bəzən heç onu da öyrətmirlər. Elə kəndlər var, ordan on ildir ali məktəbə qəbul olan adam yoxdur. Yaxşı, necə olacaq bunun sonu? Gəlin bu mənzərəni görməyək, özümüzü görməməzliyə vurub deyək ki, hər şey yaxşıdır, hər şey yaxşı olacaq.

Bəyəm bununla vəziyyət dəyişəcək? Kimi aldadırıq? Adamlar başa düşmürlər, başa düşmək istəmirlər ki, yaltaqlanmağa qalsa, elə yaltaqlanaram, hamı mat qalar. Bəyəm yalanlar danışa bilmərəm? Tərifləməyə qalsa təbiətimizi, mətbəximizi, tariximizi elə tərifləyərəm, adamların sevincdən gözü yaşarar. Lazımdırmı? Görünür, belə lazımdır. Əgər hər hansı bir dini təriqətə öz rəğbətimi bildirsəydim, vəziyyətim tamam başqa cür olardı. Yəni o qədər aciz oldum ki, yaltaqlanmağa bir adam, bir ünvan tapmadım?

Yazırsan ki, bir kitab var, nəşr etmək lazımdır. Kim köməklik edə bilər? Heç kimdən səs çıxmır. Bəs dövlət? Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti kökündən yalnışdır. Dövlət də yazıçıdan yaltaqlanmağı tələb edir. Bu cür siyasətlə heç bir ciddi uğura nail olmaq olmaz. Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti qoca kişilərin əllərindədir. Bu qoca kişilər öz əsərlərini və atalarının əsərlərini təbliğ etməklə məşğuldurlar. Şəffaflıq yoxdur. Dövlət siyasi və mədəni baxışından asılı olmayaraq, hər kəsə şərait yaratmalıdır. Fərqliliyə dözümlü yanaşmalıdır. Buyurun, kasıb Gürcüstanda dövlətin dəstəyi ilə yazıçıların əsərləri başqa dillərə tərcümə olunur. Amma mən kitabımın tərcümə olunması üçün özüm pul tapmalıyam. Niyə? İndi sabah bir gürcü yazıçısı gedib hansısa mükafatı alsa, populyarlıq qazansa, bizimkilərin əbədi və əzəli arqumenti ortaya çıxacaq – xristianlar bir-birlərinə dəstək verirlər. Yaxşı müsabiqələr keçirilmirsə, ədəbiyyat jurnalları yoxdursa, kitab satılmırsa, dövlət tərəfindən heç bir dəstək verilmirsə, bəs o zaman nə etməliyəm? Necə yazmalıyam? Necə yaşamalıyam?

Səsim yoxdur gedib müğənnilik edəm. Yaş da o yaş deyil idmanla məşğul olum. Artıq gecdir. Yalnız yazmaqla özümü ifadə edə bilirəm. Bundan savayı özünüifadə vasitəm yoxdur. Yazı isə gərəksizdir. “Oblomov kimdir” yazısını yazmağa görə, təxminən min səhifə mətn oxumuşam. Buna görə cəmisi iyirmi-otuz manat qonorar alacam. Olsun. Amma yazını da oxuyan yoxdur. Çox az adama lazımdır. Rus dilində çıxan iki kitabımın mənə verdiyi həvəs Azərbaycan dilində çıxan ondan artıq kitabın verdiyi həvəsdən daha çoxdur. Azərbaycanda yaşayan rusdilli oxucuları nəzərdə tutmuram. Azərbaycandan kənarda yaşayan rusdilli oxucuları nəzərdə tuturam. Azərbaycanda yaşayan rusdilli oxucular varlığımdan xəbərsizdirlər. Onlar üçün maraqsızam. Belə də olmalıdır. Onların öz söhbətləri var. Təəssüf ki, başqa bir dildə yazmağı bacarmıram. Yoxsa Azərbaycan dilində bir abzas da yazmazdım. Başqa dildə yazmaq imkanı varkən Azərbaycan dilində yazan adamları da başa düşmürəm.

O gün bir adam sual verir – niyə roman yazmırsan? Deyirəm- roman yazmaq üçün maddi vəziyyət normal olmalıdır, gedib hardasa sakit bir vəziyyətdə yazmalısan. Başa düşmür. Sualı bir daha təkrar edir- bəyəm belə yazmaq olmaz? Deyirəm – sən hər gün maaş almadan işə gedib pulsuz-parasız işləyə bilərsən? Üstəlik də hələ buna görə səni qabaqlarına qoyub danlayırlar ki, bu nə işdi görmüsən?

Bütün bunlari niyə detalla yazıram? Adamlar bilsin yazmaq nə qədər çətindir. Adam nə qədər möhkəm olmalıdır ki, bütün bu şərtlər altında yaşamağı və nəsə yazmağı bacarsın.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Seymur Baycan yazıçı
.

Kütləvi təlxəklik və tərbiyəsizlik dövrü

Seymur Baycan
24 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör