Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bütləşmənin mexanizmi

Arzu Məmmədova Arzu Məmmədova
., Kültür
23 Avqust 2019

Bəşəriyyət tarixi – bütlərin əvvəlcə yaradılması, sonra amansızca məhv edilərək əvəzinə bu dəfə başqalarının mədhlə göylərə qaldırılmasının, ilahiləşdirilməsinin tarixidir.

“Özünə büt yaratma!” kimi məşhur deyimin mövcudluğu, insan beyninin əslində mübarizə aparılmalı olan dörd büt-ünsürlə kirlənməsi barədə F. Bekonun apardığı tədqiqatlar, F.Nitsşe və digər mütəfəkkirlərin qabaqcıl fikirləri, dünyaya tənqidi və sağlam nəzərlərlə baxa bilən incəsənət xadimlərinin və sıravi insanların səyləri, bu baxımdan, mövcud qanunauyğunluğu dəyişməkdə aciz qalmışdır.

Yəqin ki, bunun səbəbini insanın öz təbiətində axtarmaq lazımdır, çünki “heç kəs bütlərin yıxılmasının əleyhinə deyil, eyni zamanda da heç kəs özünün bütləşdirilməsinə etiraz etmir”. (Ryunoske Akutaqava)

Bütlər – simalarını hiyləgərcəsinə dəyişərək çoxalırlar, çünki özümüz onları öz içimizdə bəsləməklə, buna münbit şərait yaradırıq.

Onlar hər yerdədirlər – siyasətdə, cəmiyyətdə, dində, elmdə, mədəniyyətdə, məişətdə, hətta təfəkkürümüzdə kök salıblar.

Həyatımızı dolaşığa salan, cəmiyyət arasında öz-özlüyündə qəbul edilmiş sayılan damğalar və qəlibləşmiş qatı fikirlər bir növ təmin olunmuş əmin-amanlığı və sakit həyatı mühafizə edən sənəd rolunu oynayır, insanları qorxuya salan qeyri-müəyyənlikdən qoruyan sipər kimi çıxış edir, çünki müəyyən edilmiş qaydalarla, başqasının iradə və nüfüzunun diqtəsi altında, labüd qərarların qəbul edilməsi məsuliyyətini öz çiyinlərindən ataraq yaşamaq daha asan gəlir. 

Fəqət mahiyyət eynidir – müsbət, yaradıcı enerjidən məhrum edilmiş, lakin şüursuz pərəstişin, kor-koranə ibadətin obyekti olaraq qalmaqda davam edən bütlər, qandallara aparan gözübağlıca oyunlarının oynandığı əlverişli zəminlər, ən aydın fikrin, nəzəriyyənin, yaxud gözəl ənənənin mövcudluğunu əngəlləyən qadağalar elə əvvəlki kimi qalmaqdadır.

Bax, beləcə fərqinə varmadan, özümüz bütləri yaradıb onlara meydan veririk.

Əgər söhbət müqəddəslik qiyafəsi geydirilmiş, bürünc işləmələrlə yonulmuş, məsləhət-məşvərət məbədi, danılmaz və müqayisəyə gəlməz dəyərlərin səcdəgahı sayılan nəsnədən yaxud şəxsdən gedirsə, belə bir vəziyyətdə hər hansı predmetə, hadisəyə sağlam baxışın formalaşması, eləcə də hadisələrə və həmin şəxsiyyətin xidmətlərinə adekvat qiymət verilməsi istəyi ən yaxşı halda çaşbaşlıq doğurur, bir qayda olaraq isə, hiddətə və böyük qəzəbə səbəb olur.

İncəsənət- bəlkə də, bütlərin, onlara edilən pərəstişin və ibadət nəsnələrinin ifşa edilməsinin ən parlaq göstəricisi, sübutu və tükənməz salnaməsidir.

Bütləşdirmə mövzusunun tədqiq edilməsi ilə bağlı olan, eləcə də musiqi sənətinin xüsusiyyətləri üçün kifayət qədər qeyri-adi sayıla bilən bir əsər, bu mövzu ilə əlaqədar  bir zamanlar (2011-ci ildə) emosional və həvəskar xarakterli müzakirələrə yol açmışdır.

Söhbət bəstəkar Firudin Allahverdinin “Bütləşmənin mexanizmi” əsərindən gedir.

Bəstəkarın musiqisində heç də təsadüf nəticəsində peyda olmayan bu mövzu, onun-nə qədər pafoslu səslənsə də, vətəndaş mövqeyini əks etdirir.

Dəyişikliklər, süqutlar və yeni yaradılışlar, ziddiyyətlər və qarşıdurmalar, sosial-siyasi və mənəvi-etik toqquşmalar dövründə yaşadığımız bir vaxtda, bəziləri öz şəxsi qayğılarına və problemlərinə qapılaraq, özlərini dünyadan mümkün qədər təcrid etməyə çalışırlar.

Firudin isə susmağı üstün tutan, yaxud öz fikir və tərəddüdlərini qonaqlıq süfrəsində, ancaq səmimi dostlarla bölüşməklə kifayətlənən passiv və hadisələrə kənardan baxan müşahidəçilərdən deyil.

O, cəmiyyətimizin problemlərini özlüyündə götür-qoy edərək, narahatlıq keçirir, ətrafında baş verən hadisələrlə bağlı məsuliyyət hiss edir. Məhz buna görə, onun fəaliyyət sahəsi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır, o həm də dövrü mətbuatda məqalələri ilə çıxış edir, eləcə də mühazirələr oxuyur.

İrəli sürülən ideyanın qeyri-standart olması, gündəlik problemlərlə səsləşməsi, aktual mövzunu əhatə etməsi baxımından, sənət əsərinə göstərilən maraq, ona verilən qiymət, son nəticədə onun bədii tutarlığı ilə müəyyən olunur ki, bu səciyyəni də Firudin Allahverdinin yazdığı əsərə ədalətli şəkildə aid etmək mümkündür.

İdeyanı gerçəkləşdirmək üçün, müəllif instrumental teatr elementlərindən istifadə edərək, tembrləri şəxsləndirmiş və olduqca məhdud orkestr palitrasının imkanlarından uğurla faydalanmışdır.

Əsərin musiqi dilində öz əksini tapmış yaradıcılıq və erudisiya, intriqalı dramaturgiya, orijinal tembr tapıntıları, məntiq və material ilə işləmə peşəkarlığı – bütün bu sadalanan xüsusiyyətlər ayrılmaz vəhdət şəklindədir və musiqi ifa edildiyi zaman müəyyən hipnotik effektin təsiri duyulmaqdadır, bu da əsəri dinləməyə davam etdikcə, ona olan marağın artması ilə izah edilir və bu maraq insana əsl estetik zövq bəxş edir.

Musiqi, xüsusilə instrumental musiqi, varlığın səciyyəvi xüsusiyyətlərinin əks olunması ilə bağlı hadisələrin tədqiq edilməsində səbəb-nəticə əlaqələrinin aşkara çıxarılması üçün fəlsəfə və ədəbiyyat kimi geniş imkanlara malik deyildir.

Lakin büt yaratma “mexanizm”inin musiqili versiyasını dinləyən və estetik-emosional təəssüratlara köklənən hər kəs özü ilə fərdi dialoqa girir; hər birimizin öz bütünün yaradılması, öz tənbəlliyimiz, özümüzə qarşı olan inamsızlığımız, qorxularımız ilə bağlı nə qədər məsuliyyət daşıdığımızı, onlara güclərini toplayıb, ruhumuza, bu günümüzə və gələcəyimizə könüllü şəkildə sahib olmağa necə imkan yaratdığımız barədə düşünürük. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Seks və dölləndirmə – bitməyən macəramız

Üçüncü Reyxin «mavi» üzü

Yeni insan tipləri

Hindistanın ayda itən kosmik vasitəsi tapıldı

Sənan Qurbanov. Bohem sənətkar.

“Qəhbə” sözünün yaratdığı beyin partlayışı

Mədəniyyət və İncəsənət sahəsində zəruri islahatlar barədə qeydlər

Qara dəlik iki saatlıq nurlandı

Kinosuz Azərbaycan

Post-truth və ya cəfəngiyyatın təntənəsi

Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu

6G texnologiyası smartfonlarıın axırına çıxacaq

Özünüzü yığışdırın!

Belarus iqtisadiyyatı haqqında miflər

Apostrof – Qadın olmaq

SpaceX kosmosa 60 Starlink peyki yerləşdirdi

Azərbaycan SSR-nın ilk hökuməti və onun taleyi

Nasistlərin seks kuklaları və pank rok

Zərərli və zəhərli dərdlər haqqında

Seçim: monarxiya, yoxsa xalqın seçimi?

“Sifariş”inizi yesinlər

Torpağın duzu

Toyotadan “gələcəyin şəhəri” prototipi

Seçki marketinqi və PR

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Mələyin uçuş sürətinin ölçülməsi

190 manatın fəlsəfəsi

Bütün dünyanın əməkçiləri birləşin!

Xəzərin “Həyat yolu” və yüzillik sinemateka

Koronavirus əleyhinə vaksin

Bütləşmənin mexanizmi

Arzu Məmmədova Arzu Məmmədova
., Kültür
23 Avqust 2019

Bəşəriyyət tarixi – bütlərin əvvəlcə yaradılması, sonra amansızca məhv edilərək əvəzinə bu dəfə başqalarının mədhlə göylərə qaldırılmasının, ilahiləşdirilməsinin tarixidir.

“Özünə büt yaratma!” kimi məşhur deyimin mövcudluğu, insan beyninin əslində mübarizə aparılmalı olan dörd büt-ünsürlə kirlənməsi barədə F. Bekonun apardığı tədqiqatlar, F.Nitsşe və digər mütəfəkkirlərin qabaqcıl fikirləri, dünyaya tənqidi və sağlam nəzərlərlə baxa bilən incəsənət xadimlərinin və sıravi insanların səyləri, bu baxımdan, mövcud qanunauyğunluğu dəyişməkdə aciz qalmışdır.

Yəqin ki, bunun səbəbini insanın öz təbiətində axtarmaq lazımdır, çünki “heç kəs bütlərin yıxılmasının əleyhinə deyil, eyni zamanda da heç kəs özünün bütləşdirilməsinə etiraz etmir”. (Ryunoske Akutaqava)

Bütlər – simalarını hiyləgərcəsinə dəyişərək çoxalırlar, çünki özümüz onları öz içimizdə bəsləməklə, buna münbit şərait yaradırıq.

Onlar hər yerdədirlər – siyasətdə, cəmiyyətdə, dində, elmdə, mədəniyyətdə, məişətdə, hətta təfəkkürümüzdə kök salıblar.

Həyatımızı dolaşığa salan, cəmiyyət arasında öz-özlüyündə qəbul edilmiş sayılan damğalar və qəlibləşmiş qatı fikirlər bir növ təmin olunmuş əmin-amanlığı və sakit həyatı mühafizə edən sənəd rolunu oynayır, insanları qorxuya salan qeyri-müəyyənlikdən qoruyan sipər kimi çıxış edir, çünki müəyyən edilmiş qaydalarla, başqasının iradə və nüfüzunun diqtəsi altında, labüd qərarların qəbul edilməsi məsuliyyətini öz çiyinlərindən ataraq yaşamaq daha asan gəlir. 

Fəqət mahiyyət eynidir – müsbət, yaradıcı enerjidən məhrum edilmiş, lakin şüursuz pərəstişin, kor-koranə ibadətin obyekti olaraq qalmaqda davam edən bütlər, qandallara aparan gözübağlıca oyunlarının oynandığı əlverişli zəminlər, ən aydın fikrin, nəzəriyyənin, yaxud gözəl ənənənin mövcudluğunu əngəlləyən qadağalar elə əvvəlki kimi qalmaqdadır.

Bax, beləcə fərqinə varmadan, özümüz bütləri yaradıb onlara meydan veririk.

Əgər söhbət müqəddəslik qiyafəsi geydirilmiş, bürünc işləmələrlə yonulmuş, məsləhət-məşvərət məbədi, danılmaz və müqayisəyə gəlməz dəyərlərin səcdəgahı sayılan nəsnədən yaxud şəxsdən gedirsə, belə bir vəziyyətdə hər hansı predmetə, hadisəyə sağlam baxışın formalaşması, eləcə də hadisələrə və həmin şəxsiyyətin xidmətlərinə adekvat qiymət verilməsi istəyi ən yaxşı halda çaşbaşlıq doğurur, bir qayda olaraq isə, hiddətə və böyük qəzəbə səbəb olur.

İncəsənət- bəlkə də, bütlərin, onlara edilən pərəstişin və ibadət nəsnələrinin ifşa edilməsinin ən parlaq göstəricisi, sübutu və tükənməz salnaməsidir.

Bütləşdirmə mövzusunun tədqiq edilməsi ilə bağlı olan, eləcə də musiqi sənətinin xüsusiyyətləri üçün kifayət qədər qeyri-adi sayıla bilən bir əsər, bu mövzu ilə əlaqədar  bir zamanlar (2011-ci ildə) emosional və həvəskar xarakterli müzakirələrə yol açmışdır.

Söhbət bəstəkar Firudin Allahverdinin “Bütləşmənin mexanizmi” əsərindən gedir.

Bəstəkarın musiqisində heç də təsadüf nəticəsində peyda olmayan bu mövzu, onun-nə qədər pafoslu səslənsə də, vətəndaş mövqeyini əks etdirir.

Dəyişikliklər, süqutlar və yeni yaradılışlar, ziddiyyətlər və qarşıdurmalar, sosial-siyasi və mənəvi-etik toqquşmalar dövründə yaşadığımız bir vaxtda, bəziləri öz şəxsi qayğılarına və problemlərinə qapılaraq, özlərini dünyadan mümkün qədər təcrid etməyə çalışırlar.

Firudin isə susmağı üstün tutan, yaxud öz fikir və tərəddüdlərini qonaqlıq süfrəsində, ancaq səmimi dostlarla bölüşməklə kifayətlənən passiv və hadisələrə kənardan baxan müşahidəçilərdən deyil.

O, cəmiyyətimizin problemlərini özlüyündə götür-qoy edərək, narahatlıq keçirir, ətrafında baş verən hadisələrlə bağlı məsuliyyət hiss edir. Məhz buna görə, onun fəaliyyət sahəsi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır, o həm də dövrü mətbuatda məqalələri ilə çıxış edir, eləcə də mühazirələr oxuyur.

İrəli sürülən ideyanın qeyri-standart olması, gündəlik problemlərlə səsləşməsi, aktual mövzunu əhatə etməsi baxımından, sənət əsərinə göstərilən maraq, ona verilən qiymət, son nəticədə onun bədii tutarlığı ilə müəyyən olunur ki, bu səciyyəni də Firudin Allahverdinin yazdığı əsərə ədalətli şəkildə aid etmək mümkündür.

İdeyanı gerçəkləşdirmək üçün, müəllif instrumental teatr elementlərindən istifadə edərək, tembrləri şəxsləndirmiş və olduqca məhdud orkestr palitrasının imkanlarından uğurla faydalanmışdır.

Əsərin musiqi dilində öz əksini tapmış yaradıcılıq və erudisiya, intriqalı dramaturgiya, orijinal tembr tapıntıları, məntiq və material ilə işləmə peşəkarlığı – bütün bu sadalanan xüsusiyyətlər ayrılmaz vəhdət şəklindədir və musiqi ifa edildiyi zaman müəyyən hipnotik effektin təsiri duyulmaqdadır, bu da əsəri dinləməyə davam etdikcə, ona olan marağın artması ilə izah edilir və bu maraq insana əsl estetik zövq bəxş edir.

Musiqi, xüsusilə instrumental musiqi, varlığın səciyyəvi xüsusiyyətlərinin əks olunması ilə bağlı hadisələrin tədqiq edilməsində səbəb-nəticə əlaqələrinin aşkara çıxarılması üçün fəlsəfə və ədəbiyyat kimi geniş imkanlara malik deyildir.

Lakin büt yaratma “mexanizm”inin musiqili versiyasını dinləyən və estetik-emosional təəssüratlara köklənən hər kəs özü ilə fərdi dialoqa girir; hər birimizin öz bütünün yaradılması, öz tənbəlliyimiz, özümüzə qarşı olan inamsızlığımız, qorxularımız ilə bağlı nə qədər məsuliyyət daşıdığımızı, onlara güclərini toplayıb, ruhumuza, bu günümüzə və gələcəyimizə könüllü şəkildə sahib olmağa necə imkan yaratdığımız barədə düşünürük. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel