Azlogos
  • Kimlər var
  • Bizi tanı

İŞİD-in doğuşu Mənasızlıqda məna yaratmaq Azərbaycanın elektromobil perspektivləri Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Böhran: qazanılmış və ya itirilmiş fürsətlər

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Sərbəst
10 Fevral 2020

Fransa İnqilabı. 21 Yanvar 1793. Çölün ortasında dayanaraq ətrafı seyr edən və boynunun vurulacağı anı gözləyən Fransa kralı 16-cı Luisin belə dediyi təxmin edilir: “Mən bütün bunların bir gün gerçək olacağını keçən on illiklər ərzində görürdüm, lakin necə oldu bunun mümkün olacağına inanmaq istəmədim?!”.

Dünyada çox az insan bu sualı özünə verir, onlar bu gündən sabaha gözləri bağlı şəkildə həyatlarını yaşayır, yaxınlaşmaqda olan böhranları, fəlakətləri görməzdən gəlir, öz kasıb lakin “komfortlu” zonalarından bir addım belə ayrılmaq istəmirlər. Lakin onlar gec-tez ayaqları altında torpağın titrədiyini hiss etdikləri an bu suala geri dönürlər: düçar olduğumuz bu bəla nədir belə, bu bəlanı artıq yaşayan ölkələrdə nələr baş verir (Röpke, 1950, s. 1). Beləliklə insanlar dünya və ətraf-aləm ilə maraqlanmağa başlayırlar. Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranların qarşısının alınması üçün insanlar ətraf-aləm ilə maraqlanmalı, mövcud qlobal problemlərə öz problemləri imiş kimi can yandırmalı, keçici olanları daimi olanların, anidən yaşananları əsrlərin, fərdi eqolarını məsuliyətlərinin və nəhayət böhranları çözüm yollarının gerisində qoyaraq, mənalı bir şəkildə yaşamalıdırlar.

Yaxşı bəs böhran nədir, nə olan şeydir, necə yaranır, necə yayılır? Məsələn gəlin qədim dövrə aid bir mənzərənin rəsmini çəkək: Qədim Roma imperiyasından Misirə çörək ixrac olunmasaydı paytaxtda aclıq böhranı yaşanardı. Və ya barbarlar Bizans torpaqlarını işgal edərkən ticarət yolları bağlanır, bu isə ölkədə etirazlar dalgasına və böhrana gətirib çıxarırdı. İdarəçilik böhranı da çox vaxt daxili müharibələrə səbəb olur, bu da təbbi olaraq ölkənin yaşam gücünün itirilməsinə, iqtisadiyyatın böhrana girərək çökməsinə səbəb olurdu. Savaşdan sonra xaos bitir, iqtisadiyyat bərpa olunur, insanlar daha yaxşı həyat şəraiti əldə edir və növbəti böhrana qədər beləcə davam edirdi (Starikov, 2013, s. 5-6). Deməli hər şey sadəcə çörək çatışmazlığı, yolların bağlanması vəya idarəçilikdə yaşanan və ilk baxışda sadə görünən problem/səbəblər ilə başlanırdı. Və ardından … böhran… daha böyük fəlakət, daha sərt qərarlar, daha ciddi addımlar, daha ağrılı günlər…

Sülh və ya normal münasibətlər çərçivəsində ölkənin təhlükəsizliyi və hədəfləri, siyasi, iqtisadi və sosial yaşamına mənfi təsir göstərmək gücünə sahib, anidən ortaya çıxan gözlənilməz vəziyyət və hadisələr ilə başlayan, silahlı qarşıdurmaya qədər yüksələ bilən, bunun ardından yenidən normal münasibətlər müstəvisinə geri dönənə qədər davam edən prosesə böhran deyilir. Böhran həm də dönüş nöqtəsi adlandırılır. Müxtəlif məna izahları var. Məsələn Çin dilində “wei-ji” olaraq ifadə edilən bu kəlmə 2 məna daşıyır: təhlükə və fürsət. Təhlükə olaraq böhran zamanı yaşanan itkilər, fürsət olaraq isə ehtimal olunan həll yolları və qazanclar ifadə edilir. Başqa sözlə, doğru alınan qərarlarla həyəcanlı anlarda belə yaşanan hadisələrdən qazanclar əldə edilə bilər (Çelikkan, 2012, s. 5). Buna görə də böhranların arzu edilən və arzu edilməyən nəticələrinin %50-%50 şansa sahib olduğunu deyə bilərik. Əgər böhran zamanı bütün fürsətlər itirilmədən və dönüş nöqtəsinə gəlmədən öncə düzgün qərarlar alına bilərsə, yeni üfüqlər açıla bilər (Aydemir, 2016, s. 211).

Böhranlar müxtəlif şəkillərdə təzahür edir: iqtisadi böhranlar (məsələn, 1990-cı illərdən etibarən Latın Amerikası dövlətlərində xroniki davam edən borc böhranları, 2008-ci il dünya iqtisadi böhranı, bunun nəticəsində hətta Avropa İttifaqı ölkələrində belə, xüsusilə İrlandiya, Yunanistan, İspaniya kimi ölkələrin iqtisadiyyatlarına ağır zərbə vuran maliyyə böhranları vd.); siyasi böhranlar (məsələn, 1979 İran, Nikaragua, 1949 Çin, 1917 Rusiyaa, 1789 Fransa inqilabları, daxili və beynəlxalq siyasi qarşıdurmalar), ekoloji böhranlar (məsələn, Hindistanda Bopal, SSRİdəki Çernobl fəlakətləri, ABŞ-da Three-Mile adasındakı nüvə böhranı, Yaponiyada Fukuşima fəlakəti, v d., bunlardan bəziləri məsələn Çernobl, Fukuşima fəlakətləri həm də təcili zamanlarda idarəçilik böhranı olaraq da dəyərləndirilə bilər), etikadan kənar davranışın səbəb olduğu idarəçilik böhranı (məsələn ABŞ prezidentləri Bill Clintonun (1998) və ya Donald Trumpın (2020) davranışları onları impiçment proseduruna qədər gətirib çıxarmışdır, Senatda təsdiqlənməsə də tarixə Nümayəndələr Palatasından impiçment almış prezidentlər olaraq düşdülər) və mahiyyət etibarilə bu cür qruplaşdırmadan əlavə əhatə dairəsi etibarilə də böhranlar müəyyən qruplara ayrıla bilər: yerli (bir ölkəyə aid), regional (məsələn, Avropa İttifaqı, Yaxın Şərq, vd.) və qlobal böhranlar (məsələn, 2008-ci il dünya iqtisadi böhranı, qlobal şəkildə yayılan virus və xəstəliklər, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi təhlükələr) v d. (Farazmand, 2014, s. 3).

Hər hansı sahədə (siyasi, iqtisadi, sosial, ekoloji v s.) olmasından asılı olmayaraq böhranların iqtisadi təsirlərinin olduğu dəqiqdir. Hətta belə bir dilemma var: siyasi böhran iqtisadi böhranı yaradır, yoxsa əksinə? Siyasi böhranların və qeyri-sabitliyin iqtisadiyyatda böhrana səbəb olduğuna dair çoxlu nümunələr vermək olar. Məsələn Türkiyə-ABŞ arasında bu yaxınlarda yaşanan rahib Andrew Brunson məsələsinin, ABŞ-ın Türkiyəyə iqtisadi sanksiya tətbiq etməsinə, bunun isə öz növbəsində ölkədə iqtisadi böhrana gətirib çıxararaq valyuta dalğalanmasına və nəticə etibarilə valyuta böhranına səbəb olduğunu göstərə bilərik (Yorulmaz, 2018, s. 3). Bu cür siyasi və ardınca gələn iqtisadi böhranlardan ibarət nümunələri artırmaq olar: 2013 Gezi Parkı qarşıdurmaları, 15 iyul 2016-da Fətullahçı Terror Təşkilatı ilə əlaqələndirilən hakimiyyət çevrilişi cəhdi, yaxud 24 noyabr 2015-də Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurularaq düşürülməsi kimi səbəblərlə yaşanan siyasi böhranlar və ardından gələn iqtisadi böhran (Yorulmaz, 2018, s. 6-7).

Çəkilən nümunələrin hər birində yaşanmış böhranlar bir fürsət itkisi olaraq dəyərləndirilə bilər. Bu böhranlar zamanı, məsələn deyək elə rahib Brunson məsələsində, rahib vaxtında geri verilsə idi, Türkiyə iqtisadiyyatı heç də o qədər böyük zərər görməyə bilər, hətta yeni fürsətlər qazana bilərdi. Lakin itirilmiş hər bir fürsətin arxasında yanlış idarəçilik faktoru durduğunu deməliyik.

Götürək elə Suriya böhranını. Hər şey ölkədə 1971-ci ildən bəri prezident postuna yiyələnən Əsəd ailəsinin (rejiminin) getməsi üçün bir qrup insanın etirazı ilə (2011) başladı. Etirazlar dalğası böyüdü, hadisələr məcradan çıxdı… Xarici müdaxilələr oldu… Və nəhayət müharibə. Yaşanan ağlasığmaz vəhşiliklər və ən az 40 il geriyə düşmüş Suriya. Bütün fürsətlər qaçırılıb.

İndi isə gəlin Ermənistana baxaq. 3-cü dəfə prezident olmaq istəyən Serj Sarkisyan hakimiyyəti. Narazı xalq kütləsi. Etirazlar (Aprel-May 2018). Lakin fürsət qaçırılmadı. İqtidar hakimiyyəti təslim etdi, etirazlara rəhbərlik edən Nikol Paşinyan baş nazir postuna yiyələndi və demokratik qurumlar formalaşdırıldı. Ölkədə yeni üfüqlər açıldı. Ermənistan demokratiya indekslərində bir xeyli irəli gedərək hibrid rejimə keçdi. Azərbaycan isə hələ də avtoritar rejimlərə sahib dövlətlər siyahısında qalmağa davam edir.

Bəs Azərbaycanda böhran varmı, ümumiyyətlə olubmu, olacaqmı? Xəbər portalları, rəsmi açıqlamalar, siyasilərin çıxışlarına baxsaq, deyərik ki Azərbaycan sabit və inkişaf etməkdə olan bir ölkədir. Lakin bu sabitlik necə bir sabitlikdir? İngiliscə bir kəlmə var – “vulnerable”. Bizdə sabitlik o cürdür. Yəni olduqca həssas. Qumdan qala kimi, üfürülsə uçacaqmış kimi sabit. Ölkədə siyasi-iqtisadi-sosial böhranları qoyaq bir kənara, bir idarəçilik böhranı yaşanır hazırda. İllərdir müxalif tərəflər hay-küylə tələb edir ki, neft gəlirlərindən düzgün istifadə edilərək ölkə inkişaf etdirilsin. Lakin avtoritar, korrupsiyaya bürünmüş bir şəbəkədə azad səslər basdırılır.

Prezidentimiz 2019-cu ilin dekabrında parlamenti buraxıb “şəffaf” və “ədalətli” seçkilər keçirilməsi çağırışı edərək bizim üçün bir ümid işığı yandırmışdı. “Növbədənkənar” bir ümid verilmişdi və hər kəs 9 fevral 2020 tarixini böyük həvəslə gözləyirdi. Bu tarixdə Azərbaycan bəlkə də avtoritar rejimlər siyahısına əlvida deyib, hibrid, hətta bəlkə də birbaşa demokratik bir rejimə yiyələnəcəkdi. Lakin hər şey gözləntilərin əksinə (bəlkə də elə gözləntiləri doğrulayaraq) əvvəlki “qayda-qanunlar” çərçivəsində həll edildi. Beləliklə daha bir fürsəti qaçırdıq. Biz isə gözü bağlı şəkildə daha bir sabaha oyanırıq.

İstifadə olunmuş mənbələr:

Aydemir, E. (2016). “Uluslararası Krizlerde Kriz İletişimi ve Uygulaması”, SÜ İİBF Sosyal ve Ekonomik Araştırmalar Dergisi, ss. 205-231.

Çelikkan, O. (2012). “Uluslararası Kriz Yönetimi”, Krizler ve Kriz Yönetimi: Temel Yaklaşımlar, Aktörler, Örnek Olaylar, (Ed.) M.S. Erol ve E. Efegil, Ankara: Barış Kitap.

Farazmand, A. (Ed.) (2014). Crisis and Emergency Management: Theory and Practice, Second Edition, New York: CRC Press.

Röpke, Wilhelm, (1950), The Social Crisis of Our Time, Chicago, Illinois: The University of Chicago Press.

Starikov, N. (2013). Krizis: Kak eto delaetsa (Kriz: Nasıl Oluşuyor), St. Petersburg: Piter Yayımevi.

Yorulmaz, R. (2018). “ABD Yaptırımları ve Kur Krizinin Bölge Ekonomilerine Yansımaları”, Ortadoğu Araştırmaları Merkezi Analiz, 218 (Eylül), Ankara.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021

Redaktorun seçimi

Məlih Cövdət Anday. Bakı

Ərəblinskini H.Z.Tağıyev öldürtdürüb?

Prof. Fuad Zərbiyevin Cambridge mühazirəsi

Üç azərbaycanlı həkimdən müalicə müjdəsi?

Sülh: mümkünmü, mümkünsüzmü?

Azadlığı azadsızlıqda tapanlar

Vivianın kvadrat Nyu-Yorku

İlqar Məmmədov: “Xilaskar axtarışı diktaturanın birinci addımıdır”

Bakı sovet və postsovet kültüründə

 Demokrat viruslar

Supermen Rəşad

Millət və bəşəriyyət

Xınalıqda qadın olmaq

İxtisar olunası epizoddan ötrü huşunu itirən rejissor – Stalinin kinomanlığı

Gündüz Ağayev. Postmüharibə

Bizim dövrün dəliləri

Koronavirusun faydaları

Qismət. Tomas Eliotun poetikası

Mənsimovun vurulan gəmisi

Uşağınız qayğıkeşdirsə – siz pis valideynsiniz?

Obrazların yenilənməsi və qaralama

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Transmilli fallos fenomeni

Pandemiya və minimalizm

Mühakimə edən mələklər

Genlərlə ötürülən 5 xüsusiyyət

600 ildə dəyişən interyer

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Psixoloji travma

“Tərbiyəsiz” Dekameron

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel