bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bizim yaxşı sənədli kinomuz

Sevda Sultanova Sevda Sultanova
., Kültür
20 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Maxresdefault
Paylaş

Azərbaycanda sənədli kino keyfiyyətcə bədii kinonu həmişə üstələyib. Elə Kann festivalında mükafat alan yeganə filmimiz də sənədli olub. Söhbət Muxtar Dadaşovun (“Qanun naminə” filminin rejissoru) “Sovet Azərbaycanı” ekran əsərindən gedir.

Keyfiyyətli sənədli filmlər indi də çəkilir. Real hekayələrlə, real qəhrəman və lokasiyalarla, həyatın təklif etdiyi xam materialla işləmək yaradıcı düşüncəni genişləndirir və maliyyə baxımından adətən kinonun bu növü daha ucuz başa gəlir. Görünür, sənədli kinonun önə çıxmasının bir səbəbi bundadır.

Bu gün sənədli kinodan məni yazmağa vadar edən isə “Yoldaş Mehrəliyev” filmi oldu. Ekzpozisiya dramaturji, kompozisiya bütövlüyündən xəbər verirdi və sonda titrlərdə Oktay Namazovun adını oxuyanda təəccüblənmədim. Oktay Budapeştdə, Lissabonda və Brüsseldə sənədli film üzrə magistr təhsili alıb. Filmləri DocLisboa (Portuqaliya), One World Film Festival (Çexiya), GoEast Film Festival (Almaniya) və digər festivallarda nümayiş olunub.

Əlbəttə ki, xaricdə kino təhsili almaq, hələ yaxşı kinematoqrafçı olmağa dəlalət eləmir. Parisdə kino məktəbinin məzunu olan gənclərimizdən birinin qısametrajlı bədii filmini izləmişdim. Sadəcə, texniki baxımdan səliqəli işi idi, müəllifin nə təsvir duyumu, nə hadisəyə münasibəti vardı.

Oktayın isə elə ilk işlərindən üslub axtarışları, məhz öz hekayəsini yaratmaq, minimalist yanaşma ilə maksiumum ifadəliliyə çatmaq cəhdləri duyulur: pəncərədən çəkilişlər, təfərrüatlı məişət planları, çıxılmazlıq hissini gücləndirən hermetik, labirintvarı təsvir olunan binalar, rakurs, işıq həlli axtarışları, filmlərində özünün iştirakı, musiqidən imtina və s…

Hətta onun ilk işlərindən biri “Darvazamızı pəncərədən görə bilirdim” adlanır. Dar nöqtələrdən təsvir olunan pəncərələr psixoloji-sosial izolyasiya hissini verərək klaustrofobik anturaj yaradır. Mənaca isə pəncərələr filmdən-filmə redaktələrə uğrayaraq təhkiyənin məğzinə uyğunlaşır. Ekzistensial sıxıntı (“Darvazımızı pəncərədən görə bilirdim”), sosial ədalətsilziyin sıxıntısı (“Yoldaş Mehrəliyev”), ictimai-siyası mühitin sıxıntısı (“Labirint”), məişət-ailə sıxıntısı (“Dişi quş”).

maxresdefault

“Labirint” keçmiş NİDA fəalı Rəşadət Axundovun bugünündən həbs həyatına fraqmentar baxışdır. Budapeştdə çəkilən filmin (qəhrəman bir müddət bu şəhərdə yaşayıb, işləyib-S.S.) əvvəlində rejissor çəkiliş prosesinin hazırlıqlarını lentə alır. Kameranı rahlayır, mikrofonu taxır və qəhrəmanla müəllif arasında filmin necə çəkiləcəyinin qısa müzakirəsi gedir. Oktay spontan vəziyyətləri müşahidə eləmir. Hər şey öncədən düşünülüb və qəhrəmanın xatirələrini danışmasından ötrü uyğun vəziyyətlər qurulub. Ayrı-ayrı epziodda təklif olunan situasiyalar Rəşadətin Kürdəxanı xatirələri ilə assosiasiya olunur. Misalçün, mətbəxdə yemək hazırlanır və yeməyin yanması, onunla otaq yoldaşı, keçmiş siyasi məhbus Rəsul Cəfərovun həbsxanadakı bir hadisəni yada salır. Həbsxana hücrəsi kimi yozumlanan qonşu pəncərələr, dar həyət təsvirləri Rəşadətin itkiləri, babasının intiharı haqda nəqlini tamamlayır. Müəllif bir yerdə siyasi film çəkmədiyini desə də, “Labirint” eyni zamanda siyasidir. Yəni burada siyasi məqamlar başqa qatlarda sezilir: həbsxananın onun həyatına təsirində, indisinin və gələcəyinin qeyri-müəyyənliyində.

Avtobioqrafik “Darvazamızı pəncərədən görə bilirdim” daha çox operator işi (filmlərinin operatoru Oktay özüdür) ilə maraqlıdır. Qəhrəman təkcə öz xatirələrini safçürük etmir. Ekranda birbaşa görünməsə də, onun bütün epziodlarda kadra baxış bucağıyla, işıqla nəsə bir eksperiment etmək istəyi duyulur. Pəncərədən çəkilən qatarın təsviri şüşədə əks olunan otağın görüntüsü ilə üst-üstə düşərək ikili ekzpozisiya yaradır. Yaxud bir görüntü digərinə transformasiya olunur. Bunun üçün o, uzun və iri plandan yararlanır: qaynadılan şəffaf çaydan pəncərə şüşəsindən süzülən yağış damcısı şəklini alır və obrazın təkliyinin vizual-poetik həllinə çevrilir. Rejissor-qəhrəman öz hərəkətlərini gah bozumtul pərdə arxasından, gah mikrodalğalı sobanın qəhvəyi şüşəsindən çəkməklə gizli müşahidə və qarabasma effektinə nail olur.

“Dişi quş” bir ailənin həyatının son dərəcə minimalist nəqlidir. Əhvalat qaranlıq fonda ağlayan qadın səsi ilə başlayır, o daha dözə bilmədiyini, iztirablar çəkdiyini deyir. Filmin “Dişi quş” adlandırılması hər cür çətinliyə rəğmən qadının dözməsi, ailənin ən çox qadının gücünə dayanması fikrinə əsaslanır. Ailədəki mənəvi – psixoloji narahatlıq otaqların sıxıcı, diskomfort, səliqəsiz interyerinə də köçürülür.

“Yoldaş Mehrəliyev” Oktayın hələ ki, son işidir. Ümumiyyətlə, indi belə filmlər çox çəkilir, xüsusən, müstəqil media orqanlarının hansısa siyasi fəalın, sosial ədalətsizliyə məruz qalan adamların həyatı, mübarizəsi haqda filmləri nəzərdə tuturam. Mövzuların aktuallığına baxmayaraq, bir qayda olaraq, bu filmlərdə vizual stilistika, əhvalata yanaşma görünmür, reportaj manerası üstündür, ənənəvi, yenilənməyən intervü metodundan çox istifadə edilir. Oktay isə bu ştamplarla işləmir.

İlk səhnədə son zəngin sevincini yaşayan şagirdlərə sanki kənardan baxan qəhrəman -Fuad Mehrəliyev görünür. Əslində isə onun nəzərləri məyusluqla “Təhsil millətin gələcəyidir” və s. şüarlar yazılan plakatlara dikilib. İki fərqli səhnə ilk baxışda ziddyyətli görünsə də, əslində biri digərini tamamlayır və özülyündə mövcud təhsil sisteminə yüngül sarkazm doğurur.

Fuad Mehrəliyev Astaranın 2 saylı məktəbində ingilsi dili müəllimi işləyib və məktəbdə qanunsuz pul yığıldığını sosial şəbəkələrdə paylaşdığından müdiriyyət tərəfindən işindən uzaqlaşdırlıb.

Fuad hadisəsini kameraya danışmır. Onun mübarizə prosesi dinamik təsvirlərdə verilir: rəsmi təşkilatlarla telefon danışıqları, sənəd arxasınca getməsi, məhkəmədə edəcəyi çıxışın məşqi, araya girən ailə-məişət təsvirlərinin fonunda və s. Pəncərə qarşısında qəhrəmanın arvadıyla feyxoa yeyə-yeyə problemin müzakirəsi səhnəsində danışan başlar göstərilmir, dialoqun meyvə götürən əllərin, bədən gövdələrinin təsviri ilə həll edilməsi kinematoqrafik kontektsi gücləndirib. Ümumiyyətlə, filmdə bu cür maraqlı yanaşmalar çoxdur. Filmin bir hissəsində ailə tablosu aşağı nöqtədən-yerdən çəkilir, kadrdakı statik mizan və atmosfer həmin anda televizorda göstərilən türk serialında səslənən sentimental musiqi ilə təbii şəkildə ahəngləşir. Bu epizodu- yerdə oturmuş adamın nəzər-nöqtəsindən çəkilişi və hərəkətsiz kamera ilə ailə dramının emosiyasız təsvirini Odzunun yaradıcılığına göndəriş kimi də qəbul etmək olar. Başqa epziodda isə eyni planda ikili kadr qurulur: bir otaqda ətalətdə olan ailə üzvləri, digərində isə siqaret tüstülədən qəhrəman…

Finalda qucağındakı uşaq tutmuş qadının baxışları qeyri-müəyyənliyə zillənib. Çünki şagirdlərinin və müəllim yoldaşlarının hüququnu qoruyan, amma sonda tək, çarəsiz qalan qəhrəmanın sonrakı durumu qeyri-müəyyəndir.

Oktayın filmləri əsasən sənədli olsa da, bədiiliklə kəsişən nöqtələri, həmçinin sinema veritenin, mockumentary, docufiction janrının elementləri var.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör