bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Birləşə bilməmək

Orxan Adıgözəl Orxan Adıgözəl
., Mövqe
25 Avqust 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Gece00
Paylaş

Praqa şəhərində rusların interaktiv bir tədbirində iştirak edirdim. Orda Moskvada çalışan hüquqşünas qadınla tanış olmuşdum. Qadın Rusiyadakı immiqrantlara pulsuz hüquqi yardım göstərən təşkilatda işləyirdi. Orta Asiyadan Rusiyaya işləmək üçün gələnlənlərin rus polisi tərəfindən necə incidildiyindən ürək ağrısı ilə danışırdı.

Polis, ictimai yerlərdə görünüşcə rusa oxşamayanlara, əsasən də üzlərindən, gözlərindən asiyalı olduqları bəlli olanlara yaxınlaşır, pasport tələb edir, sonra yalan-başdan gözdən keçirdiyi sənədlərin qaydada olmadığını bildirərək həmin adamı polis məntəqəsinə aparmalı olduğunu bildirir. İlişdiyi adama onun həbs olunma ehtimalının, ya da ölkədən deportasiya olunacağını da söyləyir. Reqlament şəkilində olan həmin qorxuducu nitqdən sonra, guya mərhəmət duyğusu qabaran polis, bu məsələni “xoşluqla” həll etməyi təklif edir. Müəyyən qədər pul ver, səni buraxaq. Həmin fağır adamlar da qorxularından rüşvət verməyə məcbur qalırlar. Pulu olmayanların isə işi fırığ olur.

Hüquqşünas qadın özü rus olsa da Özbəkistan vətəndaşı idi. “Rusiya kimi rejimi olan ölkənin vətəndaşı olmaq istəmirəm, bu mənim üçün utancdır”- deyirdi. Düzdür Özbəkistandakı rejim də fərli-başlı quruluşa malik deyil, ancaq mən sadəcə qadının sözlərini tirajlayıram.

Hüquqşünasdan Rusiyadakı azərbaycanlıların vəziyyətini soruşdum. Bildirdi ki, sizinkilərin ümumi vəziyyəti orta asiyadan gələnlərdən daha yaxşıdır. Bir şey var ki, orta asiyalıların əsas problemi rus polisi, rus höküməti ilə olduğu halda, sizinkilərə ən çox elə öz yerliləriniz əziyyət verir. Hüquqi yardıma müraciət edən azərbaycanlıların əsas şikayəti onları işə düzəldib, işlədib, sonra da pulunu verməyən azərbaycanlı işbazlar barədə olur.

Bu sözləri eşitmək təbii şəkildə məni məyus elədi. Nə dəhşətə gəldim, nə də gözlənilməz sözlərin təsirindən heyrətləndim. Ona görə dəhşətə gəlmədim ki, bu kimi hallardan ibarət xəbərləri əvvəllər də bolluca eşitmişəm. Özüm də canlı şəkildə oxşar hadisələrin şahidi olmuşam. Bir sözlə, azərbaycanlıların azərbaycanlılara fırıldaq gəlməsi, “atması” mənim üçün yenilik, görünməmiş hadisə deyildi. Ona görə bu hadisə ancaq məni təbii şəkildə məyus etdi. Duyğularım vəziyyətə təkcə belə reaksiya verə bildi.

Əminəm ki, yazılan bu məlumat, bir çox oxucular üçün də sürpriz dolu, az rast gəlinən, eşidilməyən şey sayılmayacaq. Hətta şübhə etmirəm ki, əksəriyyətin bu kimi olaylarla bağlı öz hekayəsi də var. Özləri yaşamasa da ən azından dost-tanışlarının həyat tarixçələrində oxşar hadisələrin izləri mütləq ki, var və onlar da baş verənləri eşidəndə mənim kimi dəhşətə gəlməyiblər.

Üzüldüyüm hal isə məhz bu cür informasiyanı duyub, heyrətlənib, dəhşətə gəlməməyimlə bağlıdır. Çünki bu naqis əməllər toplusu o qədər çoxdur ki, artıq onlar barədə eşitmək mənim üçün adi hal alıb. Halbuki, bu belə olmalı deyildi. Baş verən bu kimi hallar adiləşməməli, “norma” sıralarında olmamalı idi. Üzgünlüyüm hansısa psevdohəssaslıq kimi, klipə çəkilmək kimi qəbul edilməsin. Nə varsa olduğu kimi yazmağın tərəfdarıyam. Nə isə, onsuz da mövzu bu deyil.

Gözümü açandan azərbaycanlılarda birliyin olmadığını eşitmişəm. Dar məqamlarda bizim birləşmək kimi keyfiyyətimiz yoxdur. “Sapı özümüzdən olan baltalar” misalı bu qeyri-birliyə və onun yaratdığı nəticələrə yapışıq işlədilən kəlimələr arasında yer alıb. Birlik yoxdursa, bunun əksi var, yəni, qütbləşmə. Qütbləşməyə səbəb də əlbəttə çirkin əməllər olur ki, hadisənin sonunda bu qeyri-birliyə təsiri olmuş əməl üçün kiçik xülasə şəkilində “sapı özümüzdən olan baltalar” cümləsi işlədilir.

Bəs, bizdə niyə birlik yoxdur sualına konkret cavab verməkdə acizəm. Bunun üçün ortada gözlə görünən səbəblər yığınından ziyadə, çox dərinə işləmiş, diblərdə özünə kök salmış nəsnələr var. Açığı həmin səbəbləri və dərindəki məsələləri sadalamaq və təhlil etmək üçün bir məqalə bəs eləmir. Çünki bu balaca tendensiya deyil. Məsələnin üstündən səthi keçmək də olmur. Yenə də bu barədə öz müşahidələrimə əsasən bir neçə sətir yazmağa qərarlıyam.

Əslində vəziyyət nə qədər mürəkkəb olsa da, onu bu hala gətirən səbəblər xırdadı. Həmin xırda detallar isə gündəlik həyatımızda özlərinə rahat yer tapmaqdadılar. Bir də özümüz özümüzə bəzi suallar versək, səmimi və dürüst cavab gəldiyi təqdirdə, qeyri-birliyimizin səbəblərin müəyyən edə bilərik.

Mən ölkədə təhsilin bərbad vəziyyətindən qaynaqlanan və onun hər tərəfə yayılan zərərli havası ilə zəhərlənənlərdən yazmayacağam. Bu haqda dəfələrlə yazılıb. Yazım “sistem pisdir” deyib məsuliyyətdən qaçanlar üçündür. Onsuz da bu yazını oxusa-oxusa elə onlar oxuyacaqlar. Zəhərlənənlərin kitaba, ümumiyyətlə oxumağa qarşı allergiyaları var.

Sistemi pisləyib, təhsilin pis vəziyyətdə olduğunu durmadan təkrarlayıb, özü də təhsilli və azdan-çoxdan mütaliəli olduğu halda, başqalarını aldadan, onlara “atış” gələn, pullarını, haqlarını yeyən bu Respublikada nə qədər ali diplomlu var. Bu ölkədə höküməti avtoritar adlandırıb, evdə despotik ata rolunda olub arvada-uşağa zülm verən nə qədər ailə başçısı var. Korrupsiyanın, rüşvətxorluğun dəryasında boğulduğunu deyib, nə qədər qrant yeyən “demokratlar” var Azərbaycanda. “Bizdə birlik yoxdur” deyib, qardaş-bacılarını, qohum-qonşunu xüsusi səbəb olmadan gözü götürməyən nə qədər nəfəs alan adam var bu məmləkətdə. Özünü azadlıq və demokratiya aşiqi kimi göstərib, fərqli fikirə, alternativ düşüncəyə, sağlam tənqidə dözümsüz yanaşan nə qədər “vətəndaş” var ölkədə. Bu siyahını beləcə çox uzatmaq olar. Uzunçuluq etməyə də lüzum yoxdur.

Anlayışlı oxucu nə çatdırmaq istədiyimi yaxşı anladı. Biz hamıdan danışırıq, çox adamı müzakirə edirik, onları müxtəlif şeylərdə qınayırıq, ancaq özümüzü tamamilə yaddan çıxarmışıq. Necə olur ki, hamı pis olur, bircə sən ağappaq, təmiz qala bilirsən?! Hamı qütbləşir, sənsə birlikdən danışırsan. Bəlkə bir özünə də baxasan… Birlik naminə nə edirsən?! Ailən, dost sandıqların səndən doğurdan da razıdılarmı?! Gecələr yuxun qaçanda özünə qarşı hökm ilə yanaşa bilirsənmi?! Vicdanın sən sandığın kimi təmizdirmi?! Sonuncu dəfə kimə faydan dəyib?!

Bəs, “hər kəs dəyişikliyə özündən başlamalıdır” sitatı sənin üçün hansı mənanı daşıyır?!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör