bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bir daha rusdilli mövzusu haqda

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
09 Sentyabr 2020
Oxuma vaxtı:13 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Bu yaxınlarda gənc dostlardan biri, kifayət qədər aktual bir mövzuda sual verdi ki, “Orta və yaşlı azərbaycanlı elita rusdillidir. Demək olar ki, rus dilində düşünüb Azərbaycan dilində ifadə edirlər fikirlərini. Bu digər sovet respublikalarında da belə idi və ya belədir? Xüsusən, incəsənət və musiqi sahəsini nəzərdə tuturam.”

Doğrudan da, indiyə kimi aktuallığını saxlamış maraqlı sualdır və səbəbləri, çox əhatəli cavab tələb edir.

Əslində Azərbaycanda adına elita deyilən adamlar müxtəlif təbəqələrə aiddir. Tutalım, lap elə bu günlərdə prezidentin çağırdığı yığıncağa toplaşmış incəsənət adamları tipli ziyalı adlananlar, yaxud AYB (Yazıçılar İttifaqı) üzvləri – heç bir zaman rusdilli olmayıblar. Lakin aydın məsələdir ki, sual bunun ətrafında qoyulmayıb, daha geniş mənaları əhatə edir.

Türkmənçay Müqaviləsindən sonra, XIX əsrdə rusların Azərbaycana kütləvi gəlişi başlanır. Əsasən Muğana və Azərbaycanın başqa bölgələrinə XIX əsrin 30-cu illərindən başlayaraq molokanlar və başqa rus kolonistləri köçürülür və buralarda məskunlaşır. Köçmənlər bir çox şəhərləri və kəndləri salır, boş əraziləri də məskunlaşdırırdılar. Bu proseslər əlbəttə ki, çox vacib idi, bir çox məsələni özündə şərtləndirdi, lakin məqalədə qoyduğumuz başlıca məsələ, yəni Azərbaycandakı rusdilli təbəqə əsasən Bakıda yaranıb. Odur ki, bu prosesi araşdırmaq üçün məhz bu şəhəri böyüdücü şüşə altından izləməyimiz gərəkdir.

Bakı

İlk öncə onu qeyd etməliyəm ki, Bakının rusdilli olması bu şəhərin yetkin metropolisə çevrilməsindən sonra, bizə aid olmaması səbəbindən idi. Bunu birdəfəlik anlamağımız gərəkdir. Bu da boş yerdən yaranmamışdı, dərin tarixi kökləri vardı bu məsələnin.

XIX əsrin birinci yarısında rus-İran müharibələri nəticəsində Qafqazın ilhaqı baş verdi və Azərbaycanın bir hissəsi Rusiyanın tərkibinə keçdi. Bu hadisənin ölkəmiz üçün mütərəqqi bir iş olub-olmaması bu gün mübahisə mövzusu deyil. Ən azından dilimizin cəmiyyətdə oturuşması (fars dilinin rəqib imperiyanın dili kimi tədricən sıxışdırılıb çıxarılması) baxımından, polyak mənşəli amerikan alimi Tadeusz Świętochowskinin də yazdığı kimi, «bu fakta minnətdar» olmalıyıq. Birdən-birə rus dilinin yeridilməsinin mümkünsüzlüyünə əmin olan hakimiyyət yerli dili qaldıraraq fars dilinə alternativ yaratmaq qərarını verdi. M.F.Axudovun dilimizdə yazılmış ilk pyesləri də bu istiqamətdə ilk addımlar idi.

Daha sonra, XIX əsrin ortalarında dünyada sənaye inqilabı baş verdi və bunun nəticəsində neft “qara qızıla” çevrildi. Sənayedə aparıcı rolu oynayan bu bulanıq mayenin ovuna bütün Rusiya və dünya kapitalı Qafqazın ən şərq nöqtəsinə – bizim Bakıya tökülüşdü. Bu bulanıq mayenin çıxarılmasının dünya üzrə yarısını təşkil edən bu şəhərə, dünya kapitalının pulları axdı, şəhərin arxitekturasının, infrastukturunun, əhali tərkibinin və ümumi afmosferinin ildırım sürəti ilə metamorfozası başlandı.

Bakı şəhəri bu hadisələrdən öncə heç vaxt Azərbaycanın birinci şəhəri olmayıb. Təbriz, Şamaxı, Gəncə haqda deyə bilərik bunu, lakin Bakı yalnız XIX əsrin sonlarında önə çəkildi. Bu dövrdən başlayaraq Bakının tədriclə nəinki Azərbaycan, nəinki Qafqaz, hətta Rusiya və dünya səviyyəsində bir meqapolisə çevrilməsi, bizim bu şəhərdəki dominasiyamıza bir əsrlik müddətdə son qoydu. 

Şamaxı 2
Şamaxı şəhəri, XIX əsr qravürası

Əgər bunu şərtləndirən ən vacib faktor dünyadakı sənaye inqilabı və neft idisə, ikinci çox vacib məsələ 2 dekabr 1859-cu ildə Şamaxı quberniyasında baş vermiş zəlzələ idi. Bu faciəli hadisə nəticəsində qədim Azərbaycan şəhəri və o dövrün şübhəsiz kültür mərkəzi olan Şamaxı şəhəri tamamilə dağılmış və orada külli miqdarda insan təlafatı baş vermişdi. Bu zəlzələdən sonra Şamaxı artıq bir daha özünə gəlmədi, Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirildi. Bakı isə yuxarıda qeyd edildiyi kimi, o zamana qədər heç də bizim üçün vacib, dərin kültür rolu oynamış şəhərimiz deyildi.

Bu proseslərin nəticəsində Bakı Tiflislə bərabər Qafqazın iki vacib şəhərindən birinə çevrildi, onun memari landşaftı və demoqrafik tərkibi köklü dəyişildi. Bakının o zaman yenidən qurulmasında başlıca rolu polyak əsilli parlaq memarlar zümrəsi – 1892-1904-cü illərdə Bakının baş arxitektoru olmuş İosif Qoslavski başda olmaqla – həyata keçirmişdi. Bu memarların demək olar ki, hamısı Peterburq məktəbinin yetirmələri idi və onlar təbii ki, bu böyük quruculuq işləri üçün Bakıya dəvət edilmişdilər. Baxmayaraq ki, bu işdə yerli memarlar, məsələn, 1918-1922-ci illərdə Bakının baş arxitektoru olmuş istedadlı memar Zivər bəy Əhmədbəyov və b. da iştirak edirdilər, lakin əcnəbi, dəvətli memarlar burada dominant üstünlük təşkil edirdi. Bakıdakı müsəlman neftxudaların sayı da neft maqnatlarının ümumi sayının 10%-dən çoxunu təşkil etməzdi, hərçənd ki, H.Tağıyev, M. Muxtarov və M. Nağıyev kimi isimlər daha çox üzdə idi və müxtəlif məsələlərdə hallanırdı.

Zivər bəy Əhmədbəyov
Zivər bəy Əhmədbəyov

İstənilən halda Bakı XX əsrin əvvəlində başqa Azərbaycan şəhərləri ilə müqayisə edilməz, beynəlxalq bir meqapolisə çevrilir və orada bizim üstün vəziyyətdə olacağımızı gözləmək sadəlöhvlük olardı. Bu şəhərin 1918-ci ildə bizim paytaxtımıza çevrilməsini isə həqiqətən möcüzə hesab etmək lazımdır. Bizim o zaman sadəcə bəxtimiz gətirdi, müxtəlif geosiyasi düyünlərin vurulduğu Qafqazda bu şəhər Azərbaycanın tərkibində qaldı. Çünki hətta 1922-ci ildən sonra belə Stalin (SSRİ-də millətlər üzrə komissar idi, zarafat deyildi) dəfələrlə qeyd etmişdi ki, “Azərbaycan aqrar ölkədir, Bakı isə tamam başqadır.”

Yoldaş Stalin belə hesab edirdi ki, Bakını Azərbaycandan ayırıb Rusiyanın birbaşa tabeçiliyinə keçirmək gərəkdir və əslində bu plan çox da real idi. Amma istənilən halda onun xətti partiyada qəbul edilmədi (bizim yenə də bəxtimiz gətirdi) və Bakı paytaxtımız olaraq qaldı, lakin hətta bu məsələ də şəhərdəki nə demoqfarik vəziyyətə, nə də artıq ənənəyə çevrilmiş dil seçiminə əsaslı təsir edə bilməzdi. Bütün bölgələrdən Bakıya yönəlmiş insanlar da çar-naçar hakim dilə keçməli idi, əks halda hipotetik uğura da sahib ola bilməyəcəkdi.

bizim cebiş müellim 2
“Bizim Cəbiş müəllim” filmindən kadr

Bakıya İttifaq miqyasında ikinci böyük axın Böyük Vətən müharibəsi illərində baş verir. “Bizim Cəbiş müəllim” filmini hamı izləyib yəqin ki – həmin proseslər bu kinolentdə öz əksini tapır. Müharibə zonasından evakuasiya edilmiş əhalinin çox az qismi geri dönməyə meylli idi, çünki onları geridə məchulluq gözləyirdi. Bakıda isə bir çox insanlar, xüsusən gənclər həyatlarını qura bilərdilər və qururdular da. Aydındır ki, bu da Azərbaycan dilinin dominasiyasına gətirib çıxara bilməzdi. Beləliklə azərbaycanlıların XX əsrdəki kütləvi urbanizasiyası Bakının təsiri ilə baş verir, lakin bunun müqabilində bir çoxları ya dili tamamilə dəyişməli, ya da ikidilli olmalı idi.

Məsələ keçən əsrin 60-70-ci illərində azərbaycanlıların bölgələrdən Bakıya kütləvi gəlişi və mikrorayonlarda məskunlaşması ilə bir qədər dəyişməyə başlayır, maraqlıdır ki, 1968-ci ildə məşhur futbol klubu Нефтяник öz adını dəyişib Neftçi edir və bundan sonra İttifaq miqyasında da Нефтчи adlanır. Köklü surətdə isə vəziyyət yalnız XX əsrin sonunda, məlum faciəvi hadisələrin fonunda baş verir.

neftci
Neftçi klubu 1968-ci ilə kimi Нефтяник adlanırdı

Bizim qonşularımız Ermənistan və Gürcüstanda bu vəziyyət bir qədər fərqli idi. Ermənistanda rus dili Gürcüstana nisbətdə daha köklü idi, amma əlbəttə ki, Yeravan Bakı qədər rusdilli deyildi. Ənənəvi olaraq Qafqazda çar adminstrasiyasının mərkəzi olmuş Tiflisin isə gürcüləşmə prosesi keçən əsrin 30-cu illərinə təsadüf edir.

Məhz bu zamanda, 1936-cı ildə şəhərin adı dəyişilir, Тифлиc yerinə gürcü versiyasında Тбилиси adlandırılır. Keçən əsrin ortalarına kimi şəhərin mərkəzi azərbaycanlılar və ermənilərlə, qismən yunan və kürdlərlə məskunlaşmışdı, gürcülərin buraya kütləvi gəlişi deyildiyi kimi 30-cu illərdən başlayır. Erməni memarlarının Tiflisin tikilməsində isə müstəsna rolu olmuşdu, bu şəhərin arxitektura tarixinə azacıq baş vuran buna əmin ola bilər.

Tiflis
Tiflis şəhərinin adı 1936-cı ildə dəyişilib gürcü versiyasında Tbilisi adlandırıldı

Tiflis əhalisi ənənəvi olaraq hər üç dili gözəl bilirdi, keçən əsrin ikinci yarısında, xüsusə 1978-ci ilin aprelində Gürcüstanın paytaxtında baş verən kütləvi çıxışlardan (konstitusiyada dil islahatları əleyhinə) sonra gürcü dili faktiki olaraq, tam dominant rola hakim ola bilmişdi. Yeri gəlmişkən bu çıxışların sayəsində nəinki Gürcüstanda, eləcə də Azərbaycan və Ermənistanda da yerli dil konstitusiyada dövlət dili kimi təsbitini tapdı, hərçənd ki, sovetlərin bütün başqa respublikalarında vəziyyət belə deyildi.

İstənilən halda Tiflis və Yerevana XX əsrdə Bakı qədər böyük rusdilli axını olmamışdı, çünki orada belə bir sənaye potensialı yox idi. Bu da yerli dilin dominant mövqelərə hakim olmasını asanlaşdırırdı. Bununla yanaşı qeyd etmək gərəkdir ki, hər iki ölkədə bir çox humanitar sahələr, misal üçün akademik musiqi sahəsində hamı rusdilli idi, çünki musiqişünaslıq ədəbiyyatının demək olar ki, hamısı rusca idi və simfonik orkestrlərin məşqi də demək olar ki, yalnız rusca keçirilirdi.

Orta Asiya ölkələrindən rus dili daha çox Qazaxıstan, Qırğızıstan və Özbəkistanda yayğın idi. Bunun da dərin səbəbləri vardı, çünki bu respublikalara müharibə illərində çox böyük rusdilli köç olmuş və sonra bu insanların böyük qismi geri dönməmişdi. Repressiya dövrü və müharibə illərində məhz bu bölgələrə çox böyük bir rusdilli insan kütləsi, bəzən hətta bütöv xalqlar polyaklar, almanlar, krım tatarları, mesxeti türkləri, çeçenlər və inquşlar və s. sürgün edilir. Bundan başqa Böyük Vətən müharibəsi zamanında savaş bölgələrindən, işğal edilmiş ərazilərdən məhz buraya kütləvi evakuasiyalar baş verir. 

Qazaxıstanda vəziyyət xüsusilə fərqli idi. Bu respublika ilk öncə 1920-ci ildə Rusiya (RSFSR) tərkibində, paytaxtı Orenburq şəhəri olmaqla Qırğızıstan ASSR kimi yaradılır, sonra 1925-ci ildə adı dəyişdirilib Qazak ASSR olur, paytaxtı da 1921-ci ilə kimiВерный qalası olmuş Alma-Ata şəhəri seçilir. Nəhayətdə yalnız 1936-cı ilin 5 dekabrında Qazaxstan SSR kimi İttifaq tərkibində ayrıca bir respublikaya çevrilir. Təbii ki, orada rus dili hakim dil idi və indiyədək qalmaqdadır.

Özbəkistanın da başkəndinin tarixçəsi çox maraqlıdır bu anlamda. Daşkənd şəhəri 1865-ci ildə Rusiya imperiyasına daxil edilir və 1867-ci Türkistan general-qubernatorluğunun, həmçinin Sırdırya qəzasının mərkəzinə çevrilir. Şəhərin köhnə hissəsindən Anxor kanalı ilə ayrılan yeni hissəsi də məhz bu illərdən sonra təsis edilir. Təbii ki, Türküstan boyda bir regionun idarəsi üçün buraya Rusiya İmperiyasının hər bucağından böyük bir axın başlayır. İnqilabdan sonra bu region 1918-ci ildə paytaxtı Daşkənd olmaqla Türküstan ASSR (Buxara və Xorəzm respublikaları ilə bir yerdə) kimi yaradılıb Rusiyanın tərkibinə daxil edilir.  1924-cü ildə bu qurumlar ləğv edilir və bunların yerinə Özbəkistan və Türkmənistan SSR yaradılır.

SSRİ Mərkəzi İcra Komitəsinin Rəyasət Heyətinin üzvü V. Molotov xatirələrində yazırdı: “Orta Asiya respublikaları yaradılması və onların sərhədlərinin çəkilməsi tamamilə Stalininin işdir. O regionda bu işlərdə dava gedirdi, məsələn, qazaxların özbəklərlə Daşkənd üstündə mübahisəsi vardı, onlar öz paytaxtlarını yeni şəhərdə olmasını istəyirdilər. Yoldaş Stalin onları topladı, müzakirə etdi, sərhədlərə baxdı və dedi: Daşkənd özbəklərə, Verny, yəni Alma-Ata isə qazaxlara verilsin.”

Turkestan
Qazaxıstan SSR ilk öncə Rusiyanın tərkibinda Qırğızıstan ASSR adlanırdı. Başqa Orta Asiya respublikaları da 1924-cü ildən sonra yaradılıb.

Nəhayətdə Özbəkistanın ilk paytaxtı Səmərqənd olsa da, sonra 1930-cu ildə Daşkənd təyin edilir və o zamandan bu şəhərdə quruculuq işləri başlayır . Yeni yaradılmış bu respublikalarda yeni infrastrukturu yaratmaq üçün yerli mütəxəssislər təbii ki, yox idi və onlar hamısı metropoliyadan ezam edilirdilər.

Böyük Vətən müharibəsi dövründə Orta Asiya ümumilikdə, Daşkənd isə çoxminli insan kütləsinin yığıldığı evakuasiya mərkəzlərindən birinə çevrildi. Fabriklər, zavodlar, teatrlar və kinostudiyalar bu regiona köçürüldü. SSRİ-nin faşistlər tərəfindən işğal olunmuş hissəsindən bir çox məşhur yaradıcı insan, məsələn, şairə Anna Ahmatova və yazıçı Korney Çukovski, aktrisalar Faina Ranevskaya və Rina Zelenaya kimi simalar Daşkəndə evakuasiya edilmişdi. Məhz həmin o dövrdə bu insanlar arasında yazıçı Neverovun romanının başlığı —”Ташкент – город хлебный” məşhur deyimə çevrilir və təbii ki, həmin axından bir çox insan müharibədən sonra da geri dönmür. 

Daşkənd
1966-cı ildə Daşkəndə güclü zəlzələ baş vermişdi

Daşkəndə ikinci çox böyük bir axın 1966-cı ildə güclü zəlzələdən sonra gəldi. 1966-cı il zəlzələsi İttifaq miqyasında müstəsna bir faciə idi. O zaman bu şəhəri bərpa etməyə bütün SSRİ-dən böyük bir mütəxəssis kütləsi mobilizə edilmişdi. Xüsusən gənclik, komsomolçu dəstələri fərqlənirdi, onlar şəhəri yenidən tikdilər və bir çoxu orada daimi yaşamağa qaldı. Yeri gəlmiş, Daşkənd metrosunu da gəlmə insanlar tikdi, çünki orada elə mütəxəssislər yox idi. Təbii ki, Tacikistan və Türkmənistana da çoxlu mütəxəssislər cəlb edilmişdi, çünki yerli kadrlar yox dərəcəsində idi.

Bunlar SSRİ-nin Orta Asiyada yaratdığı ölkələr haqda qısa təsnifat idi. 1940-cı ildə Molotov-Ribbentrop sazişinin nəticəsində sovetlər tərəfindən işğal edilmiş ölkələrdə, Baltikyanı respublikalar və Moldaviyada da eyni proseslər baş verdi. Litva və Latviya ilhaq edilən kimi, xüsusən müharibənin bitməsindən sonra, ora çox böyük bir rusdilli insan kütləsi cəlb edilmişdi. Vilnüs şəhəri Polşanın nasistlərlə sovetlərin birgə işğalından sonra Litvanın tərkibinə qatılır və onun paytaxtına çevrilir. Təbii ki, burada rus dili hakim olmalı idi. Riqada da vəziyyət eyni cür idi.

kazax qəzeti
SSRİ xalqlarının dillərinin yazısının məcburi qaydada kirillik qrafikaya keçirilməsi bütün İttifaqda “vahid alfavit məkanı” yaradılması məqsədi ilə baş vermişdi.

Rus dilinin mövqelərinin gücləndirilməsi üçün 1939-cu ildə az qala bütün SSRİ xalqlarının dillərinin yazısının məcburi qaydada kirillik qrafikaya keçirilməsi “vahid alfavit məkanı” yaradılması məqsədi ilə baş vermişdi. Azərbaycanda da bu proses bildiyimiz kimi, 1939-cu ildə baş verdi və faktiki 2001-ci ilə kimi davam etdi. Sovet İttifaqı respublikalarından başqa, 1941-ci ildə, o zaman sovetlərin açıqca protektoratı olan Monqolustanı da yuxarıdan aşağı yazılan qədim monqol əlifbasından kirillik qrafikaya keçirdilər. Şübhəsiz ki, burada da məqsəd ilk növbədə instrumental yox, sırf siyasi idi. Bu proseslərdə istisna kimi qala bilən yalnız gürcü, erməni, alman və idiş dilləri, sonra isə baltikyanı ölkələrin dillərinin qrafikası oldu – onlar dəyişdirilmədi. Əlbəttə ki, bu faktorun da bizim qonşularımız olan respublikalardakı vəziyyətə təsirsi olmuşdu.

Hazırda, müstəqilliyimizdən demək olar ki, 30 il keçəndən sonra yenə də Bakıda kifayət qədər rusdilli insanın mövcudluğuna artıq heç bir halda assimilyasiya faktoru kimi yox, əksinə, çoxrəngli-çoxmillətli zəngin ölkəmizin daha bir gözəlliyi kimi yanaşmaq gərəkdir. Bir çox ölkələrdə belə dil azlığı mövcuddur, istər təbii olaraq yerli əhalinin dili olsun, tutalım İsveçrədəki kimi, istərsə də industrializasiya səbəbindən yaranmış dil azlığı olsun, məsələn Sinqapur və s. Çünki yaxın tariximizə kiçik ekskursumuzdan məlum oldu ki, bu faktor boşuna yerdən və süni olaraq yaranmayıb, Bakı şəhərinin meqapolisə çevrilməsi tarixi ilə sıx bağlıdır. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör