Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bio-kütlənin acığına – yola davam

Mirzə Mirzə
Mövqe
25 Fevral 2020

9 fevral seçkilərinə fərqli ab-hava ilə gedən bir gənclik vardı. Bəziləri heç bir gözlənti olmadan, necə deyərlər “proses” getsin deyə, bəziləri seçkidə saxtakarlıq olarsa mitinq edib İlham Əliyevi devirmək ümidi ilə, bəziləri isə özünə görə səbəblərlə seçkidə iştirak edirdi. O gün baş verənlər hər kəsə məlumdur deyə təkrarçılıq edib, çoxdandır görüşmədiyim oxucularımı yormaq istəmirəm. Əsas məsələ gəncliyin, toplumun bütün bunlardan çıxardığı nəticə və bundan sonrası üçün seçdiyi yoldur.

Seçki günündən dərhal sonra bir çox adam sosial şəbəkədəki profil şəklinə Türkiyəli rejissor Zeki Demirkubuzun bu sözlərini yazdı:

“Bu ülkeye ve bu hayata dair hiçbir şeyin, hiçbir zaman benim dilediğim gibi olmayacağını biliyor, artık bundan acı duymuyorum”.

Demək olar ki, qarşıma çıxan 5 profildən 3-ü bu melanxolik aforizmi paylaşırdı. Hətta seçkinin onsuz da boomer generasiyasına mənsub xala və dayılar tərəfindən saxtalaşdırılacağını bilə-bilə paylaşırdı. Bəs bu ümidsizlik hardan, niyə yarandı?

Böyük ehtimalla bəzi gənclər seçkilərin qonşu Türkiyədəki kimi keçəcəyini ümid edərək həyəcanlanmış, həvəslənibmiş. Xalqın iradəsinə olan inamın sarsılması isə gəncləri ümidsizləşdirib.

“Maaşları artır sənə səs verəcəm” modundakı boomer sinfi həmin soyuq fevral günü əsasən yorğanını başına çəkib yatırdı, amma bəziləri də vardı ki, məntəqələrdə gənc müşahidəçilərə hücum çəkir, təhqir edir, topa bülleten atır, xülasə hər cür əclaflığı edirdi. Gənc müşahidəçilərlə ağsaqqal/ağbirçək sinfinin nümayəndəsi olan müşahidəçilərin münaqişələrinə baxdıqca əsəblərim tarıma çəkilirdi. Çünki görürdüm ki, bu adamlar, müəllimlər saxtakarlıqda əsla məcburiyyətdən yox, əksinə böyük bir həvəslə iştirak edirdilər. (Siyasi xalq, yoxsa bio-kütlə yazımda müəllimlərin, ümumən azərbaycanlıların bu davranışlarının səbəbləri barədə yazmışam.)

Əsas diqqət çəkən məsələ Azərbaycandakı nəsillərarası uçurumun bir günün içində açıq-aşkar ortaya çıxmasıdır. Yaşlı nəsil konkret avtokratiyanın yanındadır. Bir neçə ay sonra şikayətlənəcəyi, iyrənc, üfunətli ritorika ilə təhqir edəcəyi millətvəkilini topa bülletenlə seçdirən nəsil. Bəs niyə belə edirlər? Çünki seçdikləri namizəd ağsaqqaldır, çox bilir, ondan yaxşısı gəlməyəcək, özü yaxşıdır ətrafı isə pis və ən əsası yeyib doyub.

Onların özlərinə görə bu qədər haqlı səbəbləri olduğu halda, niyə hansısa öz təbirlərincə desək – “götüpoxlu”nu seçməlidirlər? Həm də axı seçkinin şəffaf keçməsini tələb edən bir gənc həm xalqın nümayəndələri, həm də polis tərəfindən şiddət görür, təhqir edilirsə deməli xalqın iradəsinə zidd gedir ki, bu işlər başına gəlir. İnanın bunları yazmaqda məqsədim sizi ümidsizləşdirmək, ümumbəşəri və korifey xalq olan azərbaycanlıları təhqir etmək deyil. Sadəcə səsli düşünürəm, bəlkə birlikdə bu çətin sualların cavabını taparıq deyə.

Ümidsizliyə ona görə qapılmaq olmaz ki, seçkilərdən bir gün sonra İlqar Məmmədov hələ də nə edəcəyini düşündüyü bir vaxtda, aktivist Rəbiyyə Məmmədova oturaq aksiyaya başladı və bu aksiyaya sağdan və soldan, hər bir proqressiv gənc təşrif buyurdu, özüm də aksiya haqda xəbər tutan kimi ora kitab paylamağa getdim. Aksiya sözün əsl mənasında ümidin özü idi, çünki burada artıq ənənə yox idi. Bəlkə bu səbəbdən MSK sədri Məzahir Pənahov aksiyadan ləzzət aldığını bildirdi?

Polislər bizi döyə-döyə avtobusa mindirdi. Avtobusda iki cəbhə vardı – bir yanda sifətindən zəhrimar yağan polislər, bir tərəfdə isə “Ciao Bella” oxuyan, saxlanılmaqlarına baxmayaraq əylənən, gələcəyin əllərində olduğuna inanan gənclik.

Bir tərəfdə şüursuz bio-kütlə, polis digər tərəfdə isə ölkə ilə bağlı narahatlığı olan gənclik.

Gəncin əsas işi nədir? Hədəfini doğru seçərək eyforiyaya qapılmadan və ümidləri azaldaraq öz yoluna davam etmək.

Yolunuzda qalın.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
Bildschirmfoto 2021-04-06 um 16.05.12
.

Faciənin buynuzu olmur!

06 Aprel 2021
Vargas-Llosa_01_960x539_1
.

Mario Varqas Lyosa. Qloballaşma və mədəni identiklik

05 Aprel 2021
seymur-baycan-1
Mövqe

Bizim qırmızı xəttimiz

05 Aprel 2021
Seymur-baycan
Mövqe

Qurdla quyruq yeyib, çobanla ağlamağın yolları haqqında

29 Mart 2021

Redaktorun seçimi

Ronaldonun sirri: Finalda nə baş vermişdi?

Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

Mehdi Hüseynin ölümü – 3

Homo. “Erectus”dan “sapiens”ə

Azərbaycanda “onlayn” növbə macəraları

Adolf Ayxman: Mossadın nasist ovu

Gürcü qambiti

Polis olmaq həvəsi

Milli Şuradan bir Eldəniz keçdi

Narsistlər. Kiçik dağları yaradanların dünyası

Ölümə məhkum edilən dullar

Putin Qərbin dostudur

“Xalqımızın duası, Türkiyənin puası, Raketlərin şüası…”

“Yaşıl Xətt”

Azərbaycan universitetləri adlı tragediya

Murou sənət meşəsi

Vaqif Mustafazadə və jazz haqqında miflər

СНАП

Herbert Wells: İbtidai düşüncə (əvvəli)

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

Azərbaycanlılar “ikinci sort” kimi

Çingiz Mehdipur: “Şah zamanında Azərbaycan musiqisinə icazə verilmirdi”

Hansı Çingiz? Valentino Çingiz

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

QKÇP – Son çırpınış

Azərbaycanda biznes forumların bugünü və gələcəyi

PR necə yarandı

Həddən çox penis

“Zibil etirazı” və polis

Bio-kütlənin acığına – yola davam

Mirzə Mirzə
Mövqe
25 Fevral 2020

9 fevral seçkilərinə fərqli ab-hava ilə gedən bir gənclik vardı. Bəziləri heç bir gözlənti olmadan, necə deyərlər “proses” getsin deyə, bəziləri seçkidə saxtakarlıq olarsa mitinq edib İlham Əliyevi devirmək ümidi ilə, bəziləri isə özünə görə səbəblərlə seçkidə iştirak edirdi. O gün baş verənlər hər kəsə məlumdur deyə təkrarçılıq edib, çoxdandır görüşmədiyim oxucularımı yormaq istəmirəm. Əsas məsələ gəncliyin, toplumun bütün bunlardan çıxardığı nəticə və bundan sonrası üçün seçdiyi yoldur.

Seçki günündən dərhal sonra bir çox adam sosial şəbəkədəki profil şəklinə Türkiyəli rejissor Zeki Demirkubuzun bu sözlərini yazdı:

“Bu ülkeye ve bu hayata dair hiçbir şeyin, hiçbir zaman benim dilediğim gibi olmayacağını biliyor, artık bundan acı duymuyorum”.

Demək olar ki, qarşıma çıxan 5 profildən 3-ü bu melanxolik aforizmi paylaşırdı. Hətta seçkinin onsuz da boomer generasiyasına mənsub xala və dayılar tərəfindən saxtalaşdırılacağını bilə-bilə paylaşırdı. Bəs bu ümidsizlik hardan, niyə yarandı?

Böyük ehtimalla bəzi gənclər seçkilərin qonşu Türkiyədəki kimi keçəcəyini ümid edərək həyəcanlanmış, həvəslənibmiş. Xalqın iradəsinə olan inamın sarsılması isə gəncləri ümidsizləşdirib.

“Maaşları artır sənə səs verəcəm” modundakı boomer sinfi həmin soyuq fevral günü əsasən yorğanını başına çəkib yatırdı, amma bəziləri də vardı ki, məntəqələrdə gənc müşahidəçilərə hücum çəkir, təhqir edir, topa bülleten atır, xülasə hər cür əclaflığı edirdi. Gənc müşahidəçilərlə ağsaqqal/ağbirçək sinfinin nümayəndəsi olan müşahidəçilərin münaqişələrinə baxdıqca əsəblərim tarıma çəkilirdi. Çünki görürdüm ki, bu adamlar, müəllimlər saxtakarlıqda əsla məcburiyyətdən yox, əksinə böyük bir həvəslə iştirak edirdilər. (Siyasi xalq, yoxsa bio-kütlə yazımda müəllimlərin, ümumən azərbaycanlıların bu davranışlarının səbəbləri barədə yazmışam.)

Əsas diqqət çəkən məsələ Azərbaycandakı nəsillərarası uçurumun bir günün içində açıq-aşkar ortaya çıxmasıdır. Yaşlı nəsil konkret avtokratiyanın yanındadır. Bir neçə ay sonra şikayətlənəcəyi, iyrənc, üfunətli ritorika ilə təhqir edəcəyi millətvəkilini topa bülletenlə seçdirən nəsil. Bəs niyə belə edirlər? Çünki seçdikləri namizəd ağsaqqaldır, çox bilir, ondan yaxşısı gəlməyəcək, özü yaxşıdır ətrafı isə pis və ən əsası yeyib doyub.

Onların özlərinə görə bu qədər haqlı səbəbləri olduğu halda, niyə hansısa öz təbirlərincə desək – “götüpoxlu”nu seçməlidirlər? Həm də axı seçkinin şəffaf keçməsini tələb edən bir gənc həm xalqın nümayəndələri, həm də polis tərəfindən şiddət görür, təhqir edilirsə deməli xalqın iradəsinə zidd gedir ki, bu işlər başına gəlir. İnanın bunları yazmaqda məqsədim sizi ümidsizləşdirmək, ümumbəşəri və korifey xalq olan azərbaycanlıları təhqir etmək deyil. Sadəcə səsli düşünürəm, bəlkə birlikdə bu çətin sualların cavabını taparıq deyə.

Ümidsizliyə ona görə qapılmaq olmaz ki, seçkilərdən bir gün sonra İlqar Məmmədov hələ də nə edəcəyini düşündüyü bir vaxtda, aktivist Rəbiyyə Məmmədova oturaq aksiyaya başladı və bu aksiyaya sağdan və soldan, hər bir proqressiv gənc təşrif buyurdu, özüm də aksiya haqda xəbər tutan kimi ora kitab paylamağa getdim. Aksiya sözün əsl mənasında ümidin özü idi, çünki burada artıq ənənə yox idi. Bəlkə bu səbəbdən MSK sədri Məzahir Pənahov aksiyadan ləzzət aldığını bildirdi?

Polislər bizi döyə-döyə avtobusa mindirdi. Avtobusda iki cəbhə vardı – bir yanda sifətindən zəhrimar yağan polislər, bir tərəfdə isə “Ciao Bella” oxuyan, saxlanılmaqlarına baxmayaraq əylənən, gələcəyin əllərində olduğuna inanan gənclik.

Bir tərəfdə şüursuz bio-kütlə, polis digər tərəfdə isə ölkə ilə bağlı narahatlığı olan gənclik.

Gəncin əsas işi nədir? Hədəfini doğru seçərək eyforiyaya qapılmadan və ümidləri azaldaraq öz yoluna davam etmək.

Yolunuzda qalın.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
Bildschirmfoto 2021-04-06 um 16.05.12
.

Faciənin buynuzu olmur!

06 Aprel 2021
Vargas-Llosa_01_960x539_1
.

Mario Varqas Lyosa. Qloballaşma və mədəni identiklik

05 Aprel 2021
seymur-baycan-1
Mövqe

Bizim qırmızı xəttimiz

05 Aprel 2021
Seymur-baycan
Mövqe

Qurdla quyruq yeyib, çobanla ağlamağın yolları haqqında

29 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel