Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bilmədiyini bilməyənlər

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
20 Mart 2020

Yazının başlığına çıxarılan ifadənin müəllifi Sokratdır.

Qərb fəlsəfəsinin yaradıcılarından sayılan bu antik yunan filosofu həmin ifadəni varlı-hallı bir afinalı ilə söhbətdən sonra işlədib. Hamı onu zəngin olduğu qədər də ağıllı, müdrik hesab edirdi.

Sokratın şagirdi, başqa bir antik yunan filosofu Platonun yazdığına görə, bir gün müəllimi həmin afinalı ilə görüşüb söhbətləşir. Söhbət uzun çəkməsə də, Sokrat arxayın olur ki, afinalıda intellektdən və müdriklikdən əsər-əlamət yoxdur, o, sadəcə bunun görüntüsünü yaratmağı bacarır.

Ona görə də həmin görüşdən sonra bu məşhur sözləri söyləyir: “Biz ikimiz də heç nə bilmirik. Lakin mən ondan daha müdrikəm. Çünki mən bilmədiyimi bilirəm, o isə bilmədiyini bilmir”.

Bilməyin önəmli şərti, şübhəsiz, çox oxumaqdır, başqa bir məşhur kəlamda deyildiyi kimi, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.

Oxumaq, öyrənmək üçünsə zəhmətkeşlik, çalışqanlıq şərtdir. 

Və daha bir şərt var: sorğulayıcı olmaq, şübhəçi olmaq. Bu şərt özündə bir az da öncəkiləri birləşdirir – çox oxuduqca, öyrəndikcə heç də beynini qurcalayan bütün suallara cavab tapmırsan, əksinə, yeni suallarla qarşı-qarşıya qalırsan, yeni şübhələrlə üzləşirsən. Beləcə, daha çox oxumağa, daha çox öyrənməyə ehtiyac duyursan. Tənbəllik eləməsən, yeni sualların, yeni şübhələrin ardınca yoluna davam edirsən. Əks halda bir yerdən sonra qulaqdandolma söhbətlərlə çulunu sudan çıxarmağa çalışırsan.

Sokratın həmsöhbəti olan naməlum afinalı kimi.

Beləcə, guya çox bildiyinin illüziyasını, görüntüsünü yaradırsan.

Azərbaycan elə bir ölkədir ki, siz bu cür gözbağlayıcılarla hər addımda rastlaşa bilərsiniz. Burada çayxanalardan tutmuş sosial şəbəkələrəcən hər yer “Kurtlar vadisi – Pusu”ya baxıb geosiyasi mülahizələr irəli sürənlərlə doludur. Ya da tarixi “Diriliş Ərtoğrul”dan, “Möhtəşəm yüz il”dən öyrənənlər xirtdəyəcəndir. 

Səbəbi çox uzaqda axtarmağa gərək yoxdur: bizim sovet təhsil sisteminin təsirindən heç cür azad ola bilməyən təhsil sistemimiz, görünüşcə “modern”, “yeni”, mahiyyətcə köhnə, ənənəvi təhsil sistemimiz hələ də şübhəçi, sorğulayıcı, araşdırıcı fərdlər yetişdirməkdə acizdir. O öz vəzifəsini yazıb oxumağı öyrətməklə bitmiş hesab edir; o özünü tutaq ki, riyazi əməliyyatların, fizika qanunlarının tədrisi ilə məhdudlaşdırır. Halbuki onun borcu, bütün bunlarla bərabər, bizə erkən yaşdan tənqidçi düşünməyi, skeptik düşünməyi, suallarla düşünməyi də təlqin etməkdir.

Əks halda ortaya acı mənzərə – sorğulamayan, araşdırmayan, “bəli”, “baş üstə”yə köklənən, hər deyiləni qeyd-şərtsiz qəbul edən, hər eşitdiyini mütləq həqiqət kimi qarşılayan kütlə çıxır.

Primitv bir örnək: koronavirus söhbətinin təzəcə ortaya çıxdığı günlərdə sosial şəbəkələrdə bir foto dolaşır. Guya oradakı şəxs Hindistan prezidentidir və koronavirusdan qorunmaq üçün inək poxu yeyir. Fotonun qaynağı bəlli deyil, ancaq uydurma olduğu şübhəsizdir. Bəlkə də onu ilk dəfə kimsə öz aləmində “dəhşətli zarafat etmək” məqsədilə ortaya atıb. Lakin hətta savadlı, ağlı başında hesab etdiyin adamlar belə, dərhal “təkərə düşüblər”, sağda-solda partapart paylaşırlar. Kimsə araşdırmaq gərəyi duymur. Kimsə həqiqəti öyrənmək ehtiyacı hiss etmir.

Nəhayət, fotonun saxta olduğu, üzərində oynanıldığı aydınlaşır. Oradakı şəxs Hindistanın baş naziridir, vegeteriandır, yediyi isə normal qidadır.

Lakin çifayda… Kimsənin üzü qızarmır!

Bu primitiv örnək belə, toplum olaraq nə qədər acınacaqlı duruma düşdüyümüzü anlamağa kifayət edir. Bilgiyə deyil, qulaqdandolma söhbətlərə aludəyik. Soruşmağa, sorğulamağa deyil, hər deyiləni, hər yazılanı qeyd-şərtsiz qəbul etməyə adətkardayıq. Eşitdiklərimizə “bəlkə…” deyə qarşılıq vermək ağlımızın ucundan keçmir: “Bəlkə yalandır…”, “Bəlkə uydurmadır…”, “Bəlkə dəqiqləşdirək…”, “Bəlkə araşdıraq…”. Bütün bunlar bizə yaddır.

Çünki ölkənin təhsil sistemi “xəmirimizi” bu cür yoğurub: “bəlkə”lərsiz, şübhələrsiz, suallarsız…

Nəticə?

Nəticə göz qabağındadır: bilməməyi azmış kimi, bilmədiyini də bilməyənlər topluluğu!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Rəna Əfəndi təqdim edir – “Heç bilmirəm evim hələ də dururmu…”

Kiçik ölkənin böyük dərdləri

Seksual maariflənmə və abır-həya dalanı

Məlih Cövdət Anday. Bakı

Azərbaycansayağı ölüpərəstlik

Olmayan iş otağı

Ecazkar Xınalıq

Təkə-türkmən elində

Memardan üzr istədilər

Bədii təfəkkür haqqında

Homoseksuallıq seçimdir yoxsa xəstəlik?

Azərbaycan qadını 100 il əvvəl

“Vanilli səma” filmi barədə

Üzeyir Mehdizadə və eşşəklər

Dəyişən büdcə

Əhməd bəy Ağaoğlu Hacı Zeynalabdin Tağıyevlə niyə dalaşmışdı?

S. Baycan: “Azərbaycanlıların dərdi toydur”. Ə. Novruzov: “Allah yarasa yeyənlərin bəlasını versin”

Müharibə rəngi alan buqələmunlarımız

Neft, futbol, nida

Evdəki diktator

Cürbəcür “Romeo və Cülyetta”

Babi Bədəlov – Dünya qalereyalarından

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Transmilli Şirkətlər və Post-Demokratiya

Supermen Rəşad

Özünüzü yığışdırın!

Yüzbəyovun mesajları

Orientalizm – Edvard Səidin kitabının nəşrindən qırx il sonra

Küpəgirən din taciri, yoxsa müqəddəs?

Üçüncü Reyxdə Seks

Bilmədiyini bilməyənlər

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
20 Mart 2020

Yazının başlığına çıxarılan ifadənin müəllifi Sokratdır.

Qərb fəlsəfəsinin yaradıcılarından sayılan bu antik yunan filosofu həmin ifadəni varlı-hallı bir afinalı ilə söhbətdən sonra işlədib. Hamı onu zəngin olduğu qədər də ağıllı, müdrik hesab edirdi.

Sokratın şagirdi, başqa bir antik yunan filosofu Platonun yazdığına görə, bir gün müəllimi həmin afinalı ilə görüşüb söhbətləşir. Söhbət uzun çəkməsə də, Sokrat arxayın olur ki, afinalıda intellektdən və müdriklikdən əsər-əlamət yoxdur, o, sadəcə bunun görüntüsünü yaratmağı bacarır.

Ona görə də həmin görüşdən sonra bu məşhur sözləri söyləyir: “Biz ikimiz də heç nə bilmirik. Lakin mən ondan daha müdrikəm. Çünki mən bilmədiyimi bilirəm, o isə bilmədiyini bilmir”.

Bilməyin önəmli şərti, şübhəsiz, çox oxumaqdır, başqa bir məşhur kəlamda deyildiyi kimi, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.

Oxumaq, öyrənmək üçünsə zəhmətkeşlik, çalışqanlıq şərtdir. 

Və daha bir şərt var: sorğulayıcı olmaq, şübhəçi olmaq. Bu şərt özündə bir az da öncəkiləri birləşdirir – çox oxuduqca, öyrəndikcə heç də beynini qurcalayan bütün suallara cavab tapmırsan, əksinə, yeni suallarla qarşı-qarşıya qalırsan, yeni şübhələrlə üzləşirsən. Beləcə, daha çox oxumağa, daha çox öyrənməyə ehtiyac duyursan. Tənbəllik eləməsən, yeni sualların, yeni şübhələrin ardınca yoluna davam edirsən. Əks halda bir yerdən sonra qulaqdandolma söhbətlərlə çulunu sudan çıxarmağa çalışırsan.

Sokratın həmsöhbəti olan naməlum afinalı kimi.

Beləcə, guya çox bildiyinin illüziyasını, görüntüsünü yaradırsan.

Azərbaycan elə bir ölkədir ki, siz bu cür gözbağlayıcılarla hər addımda rastlaşa bilərsiniz. Burada çayxanalardan tutmuş sosial şəbəkələrəcən hər yer “Kurtlar vadisi – Pusu”ya baxıb geosiyasi mülahizələr irəli sürənlərlə doludur. Ya da tarixi “Diriliş Ərtoğrul”dan, “Möhtəşəm yüz il”dən öyrənənlər xirtdəyəcəndir. 

Səbəbi çox uzaqda axtarmağa gərək yoxdur: bizim sovet təhsil sisteminin təsirindən heç cür azad ola bilməyən təhsil sistemimiz, görünüşcə “modern”, “yeni”, mahiyyətcə köhnə, ənənəvi təhsil sistemimiz hələ də şübhəçi, sorğulayıcı, araşdırıcı fərdlər yetişdirməkdə acizdir. O öz vəzifəsini yazıb oxumağı öyrətməklə bitmiş hesab edir; o özünü tutaq ki, riyazi əməliyyatların, fizika qanunlarının tədrisi ilə məhdudlaşdırır. Halbuki onun borcu, bütün bunlarla bərabər, bizə erkən yaşdan tənqidçi düşünməyi, skeptik düşünməyi, suallarla düşünməyi də təlqin etməkdir.

Əks halda ortaya acı mənzərə – sorğulamayan, araşdırmayan, “bəli”, “baş üstə”yə köklənən, hər deyiləni qeyd-şərtsiz qəbul edən, hər eşitdiyini mütləq həqiqət kimi qarşılayan kütlə çıxır.

Primitv bir örnək: koronavirus söhbətinin təzəcə ortaya çıxdığı günlərdə sosial şəbəkələrdə bir foto dolaşır. Guya oradakı şəxs Hindistan prezidentidir və koronavirusdan qorunmaq üçün inək poxu yeyir. Fotonun qaynağı bəlli deyil, ancaq uydurma olduğu şübhəsizdir. Bəlkə də onu ilk dəfə kimsə öz aləmində “dəhşətli zarafat etmək” məqsədilə ortaya atıb. Lakin hətta savadlı, ağlı başında hesab etdiyin adamlar belə, dərhal “təkərə düşüblər”, sağda-solda partapart paylaşırlar. Kimsə araşdırmaq gərəyi duymur. Kimsə həqiqəti öyrənmək ehtiyacı hiss etmir.

Nəhayət, fotonun saxta olduğu, üzərində oynanıldığı aydınlaşır. Oradakı şəxs Hindistanın baş naziridir, vegeteriandır, yediyi isə normal qidadır.

Lakin çifayda… Kimsənin üzü qızarmır!

Bu primitiv örnək belə, toplum olaraq nə qədər acınacaqlı duruma düşdüyümüzü anlamağa kifayət edir. Bilgiyə deyil, qulaqdandolma söhbətlərə aludəyik. Soruşmağa, sorğulamağa deyil, hər deyiləni, hər yazılanı qeyd-şərtsiz qəbul etməyə adətkardayıq. Eşitdiklərimizə “bəlkə…” deyə qarşılıq vermək ağlımızın ucundan keçmir: “Bəlkə yalandır…”, “Bəlkə uydurmadır…”, “Bəlkə dəqiqləşdirək…”, “Bəlkə araşdıraq…”. Bütün bunlar bizə yaddır.

Çünki ölkənin təhsil sistemi “xəmirimizi” bu cür yoğurub: “bəlkə”lərsiz, şübhələrsiz, suallarsız…

Nəticə?

Nəticə göz qabağındadır: bilməməyi azmış kimi, bilmədiyini də bilməyənlər topluluğu!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel