bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Banal sırtıqlıq haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
03 Avqust 2021
[/vc_column][vc_column width="1/2"]
1586520511673 AEBJJrEy
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Əldən qaçan balıq böyük görünər.

Atalar məsəli

 

Sergey Dovlatov hansısa müsahibəsində, ola bilsin hansısa yazısında belə buyurmuşdur: Mən yazanda daima əsərin tərcümə olunacağı haqqında düşünürəm. Ona görə yox ki, əsər tərcümə olunanda tərcüməçi əziyyət çəkməsin. Ona görə ki, daima bu haqda düşünmək, məni artıq şeylər yazmaqdan xilas eləyir.

Dovlatovun sözləri yadımda belə qalıb. Yadımda necə qalıbsa, eləcə də yazdım. Tam dəqiqləşdirməyə həvəs olmadı. Bu səbəbdən Dovlatovun sözlərin dırnaq arasında vermədim.

Dovlatovun sözlərinə əməl edərək mən də nəsr yazanda daima mətnin tərcümə olunacağı barəsində düşünürəm. Bu barədə düşünmək həqiqətən də adamı artıq-urtuq şeylər yazmaqdan, boşboğazlıq eləməkdən, ucundan tutub, ucuzluğa getməkdən kifayət qədər qoruyur. Fürsətdən istifadə edib, qələm dostlarımı, həmkarlarımı nəsr yazarkən bu məsləhətə əməl etməyə çağırıram.

***

2019-11-15-12-22-481573806168Dünən Əjdər Olun “Lo” romanını oxuyub bitirdim. Romanın dili çox sadə və oxunaqlıdır. Adamı qətiyyən yormur. Cümlələr su kimi rahatlıqla içilir. Lakin müəllif əsərdə xeyli artıq, lazımsız şeylər yazıb. Müəllif məndən yaşda böyük olmasaydı, “əsərdə bəzi yerlərdə boşboğazlıq edib” sözünü yazardım. Müəllif yaşda böyük olduğuna görə “əsərdə bəzi yerlərdə boşboğazlıq edib” sözlərini yaza bilmirəm. Tərbiyəm buna yol vermir.

“Lo” romanını mənim ixtiyarıma versəydilər, romanın əlli səhifəsini rahatlıqla ixtisar edərdim və bununla roman heç nə itirməzdi. Tam tərsinə, roman daha da oxunaqlı olardı, babat yüngülləşərdi.

Müəllif romanda doğulduğu, yaşadığı şəhərin şeiriyyətini, ab-havasını yaratmaq istəsə də, buna müyəssər ola bilməyib. Nəticədə uzunçuluğa yol verib. Uzunçuluq eləmək, artıq-urtuq şeylər yazmaq, digər yaxşı, maraqlı təsvirlərin də effektini aşağı salır. Mənim üçün indi tam, bütöv, susuz mətnlər çox qiymətlidir və qəti şəkildə bu qərara gəlmişəm ki, tam, bütöv, susuz mətn yaratmaq təkcə intellektlə, istedadla, təcrübə ilə əlaqəli bir proses deyil. İntellekt, istedad, təcrübə vacib şərtlərdir, lakin tam, bütöv, susuz mətn yaratmaq prosesində insanın təbiəti, xarakteri də müstəsna rol oynayır. Bunu dəfələrlə yazmışam və yəqin ki, bundan sonra fürsət düşdükcə, yenə də yazacam.

***

Bir dəfə məmurlaşmış yazıçlardan biri təzə nəşr olunmuş kitabı haqqında fikrimi soruşdu. Bir kitab təqdimatında yanaşı oturmuşduq. Camaatın kitab təqdimatında məmurlaşmış yazıçı özünü soxdu kadra. İki daşın arasında öz kitabını nəzərdə tutaraq belə sual verdi: “Necədir, alınıb? Xoşuna gəldi?” Dedim ki, bu qədər təxəyyülə güc verməyə, bu qədər qurub-quraşdırmağa, bu qədər əziyyət çəkməyə ehtiyac yox idi. İdarədə keçirdiyin bir günü, orda bir gündə baş verənləri, gördüklərini yazsaydın, bu daha maraqlı olardı.

Nə demək istədiyim aydın olsun deyə konkret misallar gətirim. Məsələn, Elçin Əfəndiyev özünə əzab-əziyyət verib, ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan, aşağı səviyyəli hekayələr yazmaqdadır. Halbuki, adam öz məmur həyatını qələmə alsa, bir qələm adamı kimi daha yaxşı, faydalı iş görmüş olar. Yaxud, Rəşad Məcidi götürək. Yazdığı statuslarından özünə əzab-əziyyətlə kitab düzəldir. Göstərmək istəyir ki, güya bu da kitab yaza bilir. Güya bunun da kitabı, cəmiyyətə, adamlara deməyə sözü var. Rəşad Məcidin statusları kimə lazımdır? Şəxsən mənə lazım deyil. Əslində isə Rəşad müəllim elə Yazıçılar Birliyində keçirdiyi bir günü, orda bir gündə baş verənləri götürüb yazsa, ortaya çox maraqlı, faydalı bir kitab çıxar və biz də oxuyub xeyli feyzyab olarıq.

***

Əjdər Ol “Lo” əsərində bir neçə dəfə vicdan, şərəf, ləyaqət kimi həssas, ağır mövzulara toxunub və müxtəlif situasiyalarda (səh. 60, 68) bu cür cümlələr yazıb:
“Belə yaşamağa nə var ki… Bəs vicdan, ləyaqət, məsuliyyət nədən ötürüdür?

Ləyaqətini qorumaqla istəyinə çatmaq çətin məsələdir. Alçaqlıq, satqınlıq, xəyanət, zor gücünə o qədər şeylər əldə edərsən ki…”

Əlillərin cibinə girən, rüşvətxorluğa, əyri-üyrü işlərə görə indi həbsdə yatan Əjdər Olun uşaqlıq, yeniyetməlik, gənclik illərində vicdanlı, məsuliyyətli, ləyaqətli bir insan olduğuna gəlin dərindən şübhə etməyək. Belə olduğu halda, ortaya vacib, aktual bir sual çıxır. Bəs bu vicdanlı, ləyaqətli, məsuliyyətli insan niyə pozulub, bu insanda mənəvi tənəzzül necə baş verib? Müəllif bu haqda yazsaydı, bu suallara cavab versəydi, öz mənəvi tənəzzülünün necə başlaması ilə oxucuları yaxından tanış etsəydi, çox maraqlı, faydalı olardı. İnsanlar da oxuyub nəticələr çıxarar, ibrət dərsləri götürərdilər.

Yəqin ki, Əjdər Olu tamah adlı zəhərli ilan sancıb. Qədim mətnlərdə tamahı əbəs yerə zəhərli ilana bənzətməyiblər. Tamahın yaratdığı təhlükələr, fəsadlar, insanın evini necə yıxması, insanı necə gözdən salması haqqında yazanda, günəşi küləş kimi başa düşməyə vərdiş etmiş adamlar elə düşünürlər ki, zahid, dərviş, guşənişin, səfil həyatını təbliğ etməkdəyik. Əsla. İnsan başqasının haqqını tapdalamadan, ağa qara demədən, haqqı nahaqqın ayağına vermədən, doğru yollarla mümkün qədər rahat yaşamalıdır. Qabarlı əllərlə, halal zəhmətlə, alın təri ilə rahat yaşamaq insanın fundamental haqqıdır. Söhbət burada artıq tamahın baş yarmasından getməkdədir.

Baxın, bir mandat Erkin Qədirlini nə günə qoydu, onu nə qədər gözdən saldı. Acından ölürdü? Ölmürdü. Ağır dillemma, olum ya ölüm sualı qarşısında qalmışdı? Qalmamışdı. Mandatsız da rahat yaşaya bilərdi və yaşayırdı da. Gül kimi hörməti vardı. Amma mandatsız yaşamadı, mandatı təmiz addan, halal çörəkdən, düz yoldan üstün tutdu. Bunun adı artıq tamahın insanı gözdən salması, artıq tamahın baş yarması, tamah adlı zəhərli ilanın insanı sancması deyilsə, bəs nədir? İyirminci əsrdə yaşamış və yaratmış müdrik insanlardan biri belə deyirdi: “Mən insanları imtinaları ilə tanıyıram”. Erkin Qədirli pozulmamış vaxtlarında roma hüququndan, antik yunan mədəniyyətindən, fəlsəfədən, sosiologiyadan filandan danışmağı çox sevirdi. Aristotel elə getdi, Spinoza belə getdi. Dekart elə demişdir, nə bilim, Bertran Rassel “Qərb fəlsəfəsi tarixi” əsərində belə yazmışdır… Deməli, bütün bunlar bir mandatı əldə etməkdən ötrü butaforiya imiş. Deməli, adamın bütün mahiyyəti, canı, ruhu bir mandatdan ötürü sino gedirmiş. Bu, futbol şərhçilərinin təbirincə desək, açıq-aşkar reallıqdır və yerdə qalanlar mənasız, lazımsız təfərrüatdır.

Əjdər Ol “Lo” romanının 178-ci səhifəsində yazır: “Deyirlər, yüksək mövqe adamı yolundan azdırır. Məncə, bu bütöv tərif deyil. Vəzifə, səlahiyyət insanı dəyişdirmir, içindəkiləri üzə çıxarır”.

Yaxşı söhbətdir, ola bilsin Əjdər Ol bu sözləri elə özü haqqında yazıb. Ola bilsin vəzifə Əjdər Olun içində gizlətdiyi xislətini lakmus kağızı kimi üzə çıxarıb.

Romanın 218–ci səhifəsindəki cümlələr də diqqət çəkir. Müəllif 218-ci səhifədə yazır:

“…Moskvanın “İzvestiya” qəzetində oxuduğum bir məqaləni də yada salım. Məqalə general Dubinyakın ölümünə həsr olunmuşdu. General uzun illər ürək xəstəliyindən əziyyət çəkirmiş. Xaraktercə kövrəkliyindən yazılırdı onun. Şairliyi də varmış, hərdən lirik şeirlər yazırmış. Yazının bu yerində dərindən bir ah çəkməyəsən, neyləyəsən? Axı, insan xisləti niyə belədir? Cəllad rolu nəyinə lazım idi şair təbiətli bədbəxtin? Bəlkə ömür boyu şair kimi tanınmaq istəyib, amma rütbə, mənsəb, tamah hissi onu qəddarlaşdırıb, qan çanağına çəkib”.

Hitler də sentimental adam idi. Ət yemirdi. Təbiəti, noxud supunu çox sevirdi. Köpü olduğuna görə allahın noxud supundan da ürəyi istəyən kimi həzz ala bilmirdi. Stalin şeir yazırdı, Reynhard Heydrix skripkada ifa edirdi… Xülaseyi-kəlam, lirikanın, sentimental təbiətin, sənətə vurğunluğun, sənətlə məşğul olmağın qəddarlığa, bu və ya digər formada qan tökməyə, baş kəsməyə mane olmaması çoxdan məlumdur. Sırf mövzumuza gəldiksə isə bu suallara cavab axtarmaq maraqlı olardı: Əlillərin cibinə girmək, rüşvət almaq, əyrü-üyrü yollara düşmək, nəticədə həbsdə yatmaq istedadlı, intellektli, şair təbiətli bir adamın nəyinə lazım idi? Axı, insan xisləti niyə belədir? Burada dərindən bir ah çəkməyəsən, bəs neyləyəsən? Dərindən ah çəkmək öz yerində, rus ədəbiyyatının əjdahalarından birinin məşhur sözünü də xatırlamaq yerinə düşər: “Məmur kürsüsünə oturan sənətkarı iki aqibət gözləyir – Ölmək, ya da ölmək”. Əlbəttə, söhbət təkcə sənətkarın məmur kürsüsünə oturmasından getmir. Pul, var-dövlət hərisliyi, əyri-üyrü yollarla, yaltaqlıqla ad-san, şöhrət qazanmaq istəyi və bu qəbildən olan digər bədnam əməllər də “məmur kürsüsünə oturan sənətkar” paketinə daxildir. Lütfən, belə yekə-yekə danışmağıma fikir verməyin. Açığı bu problemləri öz içimdə həll edə bilməmişəm. Özüm-özümlə daima mübarizədəyəm. Tamahımız Dəməşq qılıncından itidir. Bu kimi təmtaraqlı, pafoslu cümlələr yazmaqla bir növ öz çiyinlərimə yük qoymaqdayam. Çiyinlərim isə ensiz və kövrəkdir.

“Lo” romanında səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələr çox geniş təsvir olunub. İnsafən, müəllif həmin dövrdə baş vermiş hadisələri yazarkən obyektiv olmağa cəhdlər edib və meydan hərakatının, mitinqlərin, dövrün ab-havasın yaratmağı həqiqətən yaxşı bacarıb. Bəzi təsvirləri oxuyarkən müəllifin nə qədər əziyyət çəkdiyini hiss edirdim. Hiss edirdim ki, əslində onun deməyə sözü çoxdur, hadisələrin canlı şahidi olub, lakin vəzifəsi, mövqeyi onu tam obyektivlik numayiş etdirməyə maneələr yaradıb. Hətta müəllif özünü qorumaq, özünü sığortalamaq üçün bəzi hadisələri, faktları təhrif edib.

“Lo” romanında səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələrin təsvirlərini oxuduqca həm də yaddaşım qıcıqlanırdı, şahidi və iştirakçısı olduğum hadisələri, mitinqləri xatırlayırdım. Nə qədər axmaq, absurd, ağır hadisələr baş verib, biz nə qədər sadəlövh olmuşuq, biz nə qədər reallıq hissini itirmişik. Dəhşət. Başqa söz tapa bilmirəm. Zəmanəmizdə dəhşət sözündən yeri gəldi-gəlmədi tez-tez istfadə olunur. Lakin burada dəhşət sözü tam yerində işlədilib, dəhşət sözü burada tam yerinə oturur. O qədər axmaq, absurd, ağır hadisələrdən sonra sağ qalmağımızın özü bir möcüzə sayılmalıdır. Əvvəlcə özümü, sonra da özümkimilər nəslinə aid olanları nəzərdə tutaraq yazıram. Çox sırtıq adamlar çıxdıq. Hər şeyin bir həddi olmalıdır, o cümlədən sırtıqlığın da. Bu qədər yaşamaq olmaz. Bu qədər yaşamaq sırtıqlıqla bərabər, üstəlik ifrat tərbiyəzsizlik də sayılmalıdır. Şəxsən mən çoxdan ölməli idim.

Səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələrlə yaxından tanış olmaq istəyən gənclərə “Lo” romanını oxumağı şiddətlə tövsiyə edirəm. Qoy oxuyub qərar versinlər: o qədər axmaq, absurd, ağır hadisələrin içindən keçib sağ qalmaq, hələ də yaşamağa davam etmək qəhrəmanlıqdır, yoxsa banal sırtıqlıq?

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör