Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bala, sən qarışma!

Ilahə Ucaruh Ilahə Ucaruh
., Sərbəst
30 Oktyabr 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Og og
Paylaş

“Lüsifer effekti”nin yan təsirləri

Azərbaycandan uzaqlarda bir orta yaşlı rus kişi ilə söhbət zamanı məlum oldu ki, o, 1990-cı ildə, Qara Yanvar hadisələrindən bir az sonra Rusiyadan Bakıya əsgəri xidmətə  göndərilibmiş. Yerli əhalinin bütün ruslara düşmən gözü ilə baxdığı o ağır günlərdə, bir dəstə azərbaycanlı gənc oğlan bu rus əsgərinin küçədə tək addımladığını görüb, onu dərhal əhatə edib döymək, bəlkə də öldürmək istəmişdilər.

Rus tanış xatirələrini danışdıqca, həyatının o dəhşətli məqamlarını sanki bir daha yaşayırdı… “Bir dəstə cavan əsəbi halda üstümə gəldi. Kiminsə əli boğazımdan yapışıb sıxmaq istəyəndə, birdən yaxınlıqdakı binanın pəncərəsindən bir qadın çığırtısı gəldi. Qadın var səsi ilə öz dilində nəsə deyib bağırdı. Oğlan boğazımı buraxıb geri çəkildi, yanındakılar da onunla bərabər məndən uzaqlaşmağa başladılar. Həyatıma görə o Azərbaycan qadınına borcluyam”, – deyib köksünü ötürdü.

Amerika psixoloqu Philip Zimbardo’nun tələbələr arasında Stanfordda keçirdiyi elmi-psixoloji təcrübə nəticəsində “Lüsifer effekti” (The Lucifer effect) deyilən bir müşahidə qeydə alınıb. Eksperimentdə iştirak edən tələbələr iki qrupa ayrılır: bir qrup həbsxana nəzarətçiləri, digər qrup isə dustaq qismində çıxış edir. “Nəzarətçilərin” iki-üç həftə içində “dustaqlara” qarşı həqiqi qəddarlıqla davranmaları müşahidəçi bir xanımın bu eksperimenti dərhal dayandırılması tələbi ilə bitirilmişdi.

Deməli, adi, normal insanın hansısa pis işlə məşğul olduğu zaman xasiyyəti dəyişilir. Bu “Lüsifer effekti”nin əsasındakı yeddi əsas sosial prosesləri Philip Zimbardo belə təsvir edib:

  1. şərə doğru ilk düşünülməmiş kiçik addım;
  2. başqalarını alçaltma;
  3. öz şəxsiyyətindən uzaqlaşma;
  4. şəxsi məsuliyyət sərhədlərinin bulanıq dərki;
  5. əmr və qrup normalarına kör-koranə tabe olma;
  6. pisliyə passiv müqavimət;
  7. hərəkətsizlik və laqeydlik.

İnsanı yaxşı və pis arasında seçim qarşısında qoyan bu proseslərə səbəb, insan üçün qeyri-adi bir vəziyyət ola bilər. Ancaq əksər halda belə vəziyyət, şəxsin özü tərəfindən yaradılmır: buna görə məsuliyyəti gücə sahib olan sistem daşıyır. Konkret bu elmi təcrübə vəziyyətində məsuliyyət, eksperiment zamanı özlərini unudaraq  eksperimentin bir hissəsinə çevrilən ekperimentçilər idi.

Bütün insanlar eyni vəziyyətlərə düşən zaman eyni cür davranırmı? Buna qarşı çıxa biləcək bir amil varmı? Zimbardo deyir: “Şərə qarşı yeganə çarə — qəhrəmanlıqdır, amma qəhrəmanların fövqəltəbii güclərə sahib olan xüsusi bir insan olduğunu düşünməyin. Qəhrəmanlar adi insanlardır və yalnız qəhrəmanlıq faktı qeyri-adi sayıla bilər.”

Eyni vəziyyət insanları həm aktiv, həm passiv şər daşıyıcılarına, həm də qəhrəmanlara çevirə bilər. Bunun üçün Zimbardo’nun iddia etdiyi kimi, “Bala, sən qarışma!” məsləhətinə “Ana, insanlıq mənim işimdir!” deyilməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör