Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bakının sirləri

AzLogos AzLogos
., Kültür
06 Oktyabr 2019

«Bakının sirləri» kitabı barədə müəllifdən 

Azərbaycan, xəritədə konturlarına görə, qanadlarını geniş açaraq Şərqə, Xəzər dənizinin ənginliklərinə istiqamət götürmüş nəhəng quşu xatırladır. Elə bil, bir an sonra o, bütün vücudu ilə Qafqaz dağlarının sıxlığından qurtulacaq. Hələliksə o genişliyə sadəcə dimdiyini – Abşeron yarımadasını, yəni Bakı torpaqlarını uzada bilib.

Ancaq bu torpaq azaqlığın əvəzinə susuz çöllər və duzlu göllər, isti və quru iqlim, sərt küləklər, seyrək bitki örtüyü və qeyri-münbir torpaqlar,  bir də həm təbii landşaftlarda, həm də insan toxunuşunun nəticəsi olan tikililərdə bir rəngin hökmranlığını qazanıb. Bir sözlə, Bakı torpağı həm insan həyatı üçün məqbul şərtlərdən, həm də Cənub üçün adi hal sayılan rəngarənglikdən -bu, istər Qafqaz dağlarının mənzərəli təbiəti olsun, istər Orta Asiyanın cəlbedici memarlığı – məhrum qalıb.

Odur ki, ilk baxışda sanki bakılıların fəxr edəcək bir şeyi yoxdu. Lakin hələ b.e. II əsrində satirik Lukian Samosatskiy (b.e.120-180-ci illəri) “Vətənin mədhi” adlı kiçik, qətiyyən satirik olmayan bir əsər yazmışdı. Orda deyilirdi: “İnsanların müqəddəs, ali hesab etdikləri hər şeyi onlara vətən öyrədib.  Zira o, insanlara həyat verir, onları yedizdirir və tərbiyə edir. Buna görə də, kimlər ki vətəni anası bilir, onlar üçün böyüyüb yetişdikləri torpaq çox dəyərlidir – hətta o torpaq böyük olmasa belə, daşlı olsa belə, münbit zəmin az olsa belə (Bakı torpaqlarını dəqiq xarakteristikası – S.V). Hətta o torpağı tərifləmək üçün səbəb tapmaq çətin olsa belə, yenə də onlar doğma ölkəni tərifləyərkən söz qıtlığı hiss eləməyəcəklər. Yadellilərin geniş çöllər və çəmənliklər, mümkün olan bütün bitkilərin zənginliyi ilə lovğalandığını eşidəndə onlar yenə də öz vətənlərini mədh eləməkdən çəkinməyəcəklər; atları doyuzduran torpaqlara laqeyd qalıb, igid gənclər yetişdirən torpağa təriflər yağdıracaqlar”.

Lukianın bu sözlərini bütünlüklə bakılılara aid etmək mümkündür. Onların da əsas qürur yeri  – yaşayış üçün cəzbedici olmayan torpaqlarda məskən salan və orda  yurd qurmağı, gözəl bağlar salmağı, özünü su və böyük quyular sistemi,  ovdanlar və kəhrizlərlə təmin etməyi, ən müxtəlif sənətləri öyrənməyi, həddindən artıq fırtınalı Xəzərdə gəmiçiliyi yoluna qoymağı bacaran  “igid gənclərdir”.

Bəs biz Bakı torpaqlarının tarixi haqqında nə bilirik? Təəssüf ki, çox az şey. Çox şey yazılıb. Lakin, onlar, bir qayda olaraq kiçikhəcmlidir. Üstəlik adi oxucu üçün əlçatmaz olan çoxsaylı nəşrlərə səpələnib.

Sara Aşurbəylinin (1906-2001) Orta Əsrlər Bakısının tarixindən, Leonid Bretanitskinin (1886-1963) şəhərin memarlığından bəhs edən çox gözəl kitabları var. Hər iki araşdırmaçının kitabları dəfələrlə nəşr olunub. Ancaq onlardan birincisi – mütəxəssislər üçün nəzərdə tutulmuş fundamental elmi araşdırmadır, ikincisi isə kiçik həcmlidir və çoxdan nadir tapılan kitaba çevrilib. Üstəlik, bu kitablar həqiqətəuyğun, şübhəyə yer qoymayan faktlara əsaslanır. Ki, Bakı tarixində belə faktlar çox azdır.

İndi İçəri Şəhər adı verilmiş orta əsrlər Bakısında aparılan arxeoloji qazıntılar həmin dövrlərdə yaşamış bakılıların məişətinə işıq salır, amma bütün mənzərəni az-çox da olsa, görməyə imkan vermir.

Nəticədə Bakının salnaməsində həddindən artıq ağ səhifələr var və onlar hələ də çoxluq təşkil eləyir. Və indi sadəcə tarixi və arxeoloji tapıntılarla araşdırmalarla onları doldurmaq mümkün deyil. Belə hallarda alimlərin yardımçı adlandırdığı digər elmlər köməyə çatır. Yardımçı sözü o qədər də doğru deyil, çünki onların hər birinin öz obyektləri və tədqiqat hədəfləri var. Belə elmlərdən biri tarixi coğrafiyadır.

Zənnimcə, çoxları sözügedən elmin adından çıxış edərək güman edirlər ki, o, coğrafi kəşflər və səyahətlərin tarixi ilə məşğul olur. Lakin son cümlədəki tarix sözü “elm tarixi”nin bir hissəsidir. Tarixi coğrafiya isə tamamilə başqa elmə – “paleocoğrafiya”ya aiddir.

Paleocoğrafiya elmi qədim (“paleo”) dövrlərin coğrafiyasını bərpa edir. Sözügedən coğrafiyanı yazılı, yəni tarixi mənbələr əsasında öyrənən bölmə tarixi coğrafiya adlanır. O, hadisələrin hansı şəraitdə baş verdiyini daha ətraflı və aydın təsəvvür etməyə, yaşayış məntəqələrinin yerini müəyyənləşdirməyə, orduların və ticarət karvanlarının marşrutunu bərpa etməyə, iqlim dəyişikliklərini öyrənməyə və s. imkan yaradır. Buna görə də, tarixi yaxşı məlum olan ölkələrin və məkanların araşdırılması zamanı tarixi coğrafiyadan geniş istifadə olunur. Qədim və orta əsrlər tarixçilərinin diqqətindən kənarda qalan məkanlar üçün isə tarixi coğrafiyanın materialları həm də əsas məlumat mənbələrindən birinə çevrilə bilər. Bu, Bakı ilə bağlı özünü daha aşkar büruzə verir. Orta əsrlər tarixçilərinin əsərlərində Bakının adına həddindən artıq az rast gəlinir. Əvəzində X əsrdən başlayaraq coğrafiyaçılar və səyyahlar onu heç vaxt öz diqqətlərindən kənarda qoymayıblar.

Odur ki, ilkin mənbələrin xarakterinə görə, Bakının tarixi həm tarix, həm də coğrafiya üzrə ixtisaslaşmış tarixçilərin və tarixi coğrafiyaçıların tədqiqat predmetidir. Elə bu sonuncu hal da paleocoğrafiyaçı və tarixi coğrafiyaçı olan məni, Bakının – əcdadlarımın lap qədim zamanlarda gəldiyi doğma şəhərin tarixi sirlərindən bəhs edən kitab yaratmağa sövq etdi.

Seyran Vəliyev

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Yemək və Yazı

Mehriban Əliyeva özü haqda

“De Rerum Natura”

Liberalların çirkin siması

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

Mussolini əməliyyatı

İmperatorların həqiqi siması

Koronavirusdan sonra da qapalı məktəb

Daşlaşmış stereotiplər

Diktator olmağın üstünlükləri: Kitabınız mütləq bestsellerə çevriləcək

AzLogos müsabiqə elan edir

«Taxt-tac oyunları»na niyə baxırsan?

Cəfər Cabbarlının ölümü – 2

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

Erkən vaksinasiya uşağınızı şəkərli diabetdən qoruya bilər

Gənc yazar damğası

Düşünməyin ağrıları

Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi

Hekayə müsabiqəsi haqqında

Çingiz Mehdipur: “Şah zamanında Azərbaycan musiqisinə icazə verilmirdi”

Gündüz Ağayev – Təbliğatsız plakatlar

Rəqs et, ey sevgili müəllim

Şəxsi lüstrasiya

Sərt alkoqol həzm sistemini yaxşılaşdırır?

Paralel dünyalar

Qlobal və qlobal olmayan məsələlər

Azərbaycan kinosunun Oskar intriqaları

Dil inqilabı

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibə

Orientalizm – Edvard Səidin kitabının nəşrindən qırx il sonra

Bakının sirləri

AzLogos AzLogos
., Kültür
06 Oktyabr 2019

«Bakının sirləri» kitabı barədə müəllifdən 

Azərbaycan, xəritədə konturlarına görə, qanadlarını geniş açaraq Şərqə, Xəzər dənizinin ənginliklərinə istiqamət götürmüş nəhəng quşu xatırladır. Elə bil, bir an sonra o, bütün vücudu ilə Qafqaz dağlarının sıxlığından qurtulacaq. Hələliksə o genişliyə sadəcə dimdiyini – Abşeron yarımadasını, yəni Bakı torpaqlarını uzada bilib.

Ancaq bu torpaq azaqlığın əvəzinə susuz çöllər və duzlu göllər, isti və quru iqlim, sərt küləklər, seyrək bitki örtüyü və qeyri-münbir torpaqlar,  bir də həm təbii landşaftlarda, həm də insan toxunuşunun nəticəsi olan tikililərdə bir rəngin hökmranlığını qazanıb. Bir sözlə, Bakı torpağı həm insan həyatı üçün məqbul şərtlərdən, həm də Cənub üçün adi hal sayılan rəngarənglikdən -bu, istər Qafqaz dağlarının mənzərəli təbiəti olsun, istər Orta Asiyanın cəlbedici memarlığı – məhrum qalıb.

Odur ki, ilk baxışda sanki bakılıların fəxr edəcək bir şeyi yoxdu. Lakin hələ b.e. II əsrində satirik Lukian Samosatskiy (b.e.120-180-ci illəri) “Vətənin mədhi” adlı kiçik, qətiyyən satirik olmayan bir əsər yazmışdı. Orda deyilirdi: “İnsanların müqəddəs, ali hesab etdikləri hər şeyi onlara vətən öyrədib.  Zira o, insanlara həyat verir, onları yedizdirir və tərbiyə edir. Buna görə də, kimlər ki vətəni anası bilir, onlar üçün böyüyüb yetişdikləri torpaq çox dəyərlidir – hətta o torpaq böyük olmasa belə, daşlı olsa belə, münbit zəmin az olsa belə (Bakı torpaqlarını dəqiq xarakteristikası – S.V). Hətta o torpağı tərifləmək üçün səbəb tapmaq çətin olsa belə, yenə də onlar doğma ölkəni tərifləyərkən söz qıtlığı hiss eləməyəcəklər. Yadellilərin geniş çöllər və çəmənliklər, mümkün olan bütün bitkilərin zənginliyi ilə lovğalandığını eşidəndə onlar yenə də öz vətənlərini mədh eləməkdən çəkinməyəcəklər; atları doyuzduran torpaqlara laqeyd qalıb, igid gənclər yetişdirən torpağa təriflər yağdıracaqlar”.

Lukianın bu sözlərini bütünlüklə bakılılara aid etmək mümkündür. Onların da əsas qürur yeri  – yaşayış üçün cəzbedici olmayan torpaqlarda məskən salan və orda  yurd qurmağı, gözəl bağlar salmağı, özünü su və böyük quyular sistemi,  ovdanlar və kəhrizlərlə təmin etməyi, ən müxtəlif sənətləri öyrənməyi, həddindən artıq fırtınalı Xəzərdə gəmiçiliyi yoluna qoymağı bacaran  “igid gənclərdir”.

Bəs biz Bakı torpaqlarının tarixi haqqında nə bilirik? Təəssüf ki, çox az şey. Çox şey yazılıb. Lakin, onlar, bir qayda olaraq kiçikhəcmlidir. Üstəlik adi oxucu üçün əlçatmaz olan çoxsaylı nəşrlərə səpələnib.

Sara Aşurbəylinin (1906-2001) Orta Əsrlər Bakısının tarixindən, Leonid Bretanitskinin (1886-1963) şəhərin memarlığından bəhs edən çox gözəl kitabları var. Hər iki araşdırmaçının kitabları dəfələrlə nəşr olunub. Ancaq onlardan birincisi – mütəxəssislər üçün nəzərdə tutulmuş fundamental elmi araşdırmadır, ikincisi isə kiçik həcmlidir və çoxdan nadir tapılan kitaba çevrilib. Üstəlik, bu kitablar həqiqətəuyğun, şübhəyə yer qoymayan faktlara əsaslanır. Ki, Bakı tarixində belə faktlar çox azdır.

İndi İçəri Şəhər adı verilmiş orta əsrlər Bakısında aparılan arxeoloji qazıntılar həmin dövrlərdə yaşamış bakılıların məişətinə işıq salır, amma bütün mənzərəni az-çox da olsa, görməyə imkan vermir.

Nəticədə Bakının salnaməsində həddindən artıq ağ səhifələr var və onlar hələ də çoxluq təşkil eləyir. Və indi sadəcə tarixi və arxeoloji tapıntılarla araşdırmalarla onları doldurmaq mümkün deyil. Belə hallarda alimlərin yardımçı adlandırdığı digər elmlər köməyə çatır. Yardımçı sözü o qədər də doğru deyil, çünki onların hər birinin öz obyektləri və tədqiqat hədəfləri var. Belə elmlərdən biri tarixi coğrafiyadır.

Zənnimcə, çoxları sözügedən elmin adından çıxış edərək güman edirlər ki, o, coğrafi kəşflər və səyahətlərin tarixi ilə məşğul olur. Lakin son cümlədəki tarix sözü “elm tarixi”nin bir hissəsidir. Tarixi coğrafiya isə tamamilə başqa elmə – “paleocoğrafiya”ya aiddir.

Paleocoğrafiya elmi qədim (“paleo”) dövrlərin coğrafiyasını bərpa edir. Sözügedən coğrafiyanı yazılı, yəni tarixi mənbələr əsasında öyrənən bölmə tarixi coğrafiya adlanır. O, hadisələrin hansı şəraitdə baş verdiyini daha ətraflı və aydın təsəvvür etməyə, yaşayış məntəqələrinin yerini müəyyənləşdirməyə, orduların və ticarət karvanlarının marşrutunu bərpa etməyə, iqlim dəyişikliklərini öyrənməyə və s. imkan yaradır. Buna görə də, tarixi yaxşı məlum olan ölkələrin və məkanların araşdırılması zamanı tarixi coğrafiyadan geniş istifadə olunur. Qədim və orta əsrlər tarixçilərinin diqqətindən kənarda qalan məkanlar üçün isə tarixi coğrafiyanın materialları həm də əsas məlumat mənbələrindən birinə çevrilə bilər. Bu, Bakı ilə bağlı özünü daha aşkar büruzə verir. Orta əsrlər tarixçilərinin əsərlərində Bakının adına həddindən artıq az rast gəlinir. Əvəzində X əsrdən başlayaraq coğrafiyaçılar və səyyahlar onu heç vaxt öz diqqətlərindən kənarda qoymayıblar.

Odur ki, ilkin mənbələrin xarakterinə görə, Bakının tarixi həm tarix, həm də coğrafiya üzrə ixtisaslaşmış tarixçilərin və tarixi coğrafiyaçıların tədqiqat predmetidir. Elə bu sonuncu hal da paleocoğrafiyaçı və tarixi coğrafiyaçı olan məni, Bakının – əcdadlarımın lap qədim zamanlarda gəldiyi doğma şəhərin tarixi sirlərindən bəhs edən kitab yaratmağa sövq etdi.

Seyran Vəliyev

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel