bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bakı minbərlərindən lənətlənən “İşıq”

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
28 Mart 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Bakı minbərlərindən lənətlənən “İşıq”
Paylaş

1

Bir ruhani təsəvvür edin, qızının ilk təhsilini dünyəvi fənlərin tədris edildiyi rus gimnaziyasında almasına razılıq verir.

Ardınca onun Qafqaz Olginskaya Mamalıq İnstitutuna qəbul olunmasına “yaşıl işıq” yandırır.

Qızı 1907-ci ildə həmin institutu bitirib birinci dərəcəli mama ixtisasına yiyələnir.

İlk baxışda təəccüblənməli heç nə yoxdur: hansı dövrdə yaşayırıq?

Lakin məsələ ondadır ki, söhbət hardasa yüz il öncədən, qadın və təhsil anlayışları arasında yıxılmaz görünən sərhədlərin çəkildiyi bir zamandan gedir.

Üstəlik, qızına bütün bu imkanları yaradan, yazımızın ilk cümləsində də qeyd etdiyimiz kimi, dövrünün din xadimlərindən biridir.

Yüz il əvvəlin gerçəkliklərini nəzərə aldıqda həqiqətən inanmaq bir az çətindir. Nəinki bir az, ümumiyyətlə, çətindir…

2

Həmin din xadimi Ələddin Sübhanquliyev, qızı isə Xədicə xanımdır.

Bu yerdə incə bir nüansı diqqətdən qaçırmayaq: Ələddin bəyin ailəsi Tiflisdə yaşayırdı, qızı da məhz orada dünyaya gəlmişdi.

Tiflisin həmin vaxt Qafqazın istər ictimai-siyasi, istərsə də mədəni baxımdan mərkəzi olduğunu xatırlatmaq yersizdir.

Görünür, həqiqətən də mühit həlledicidir.

Xədicə Ələddin qızı Əlibəyova

3

Xədicə xanım dövrünün aydın insanlarından biri, ixtisasca hüquqşünas olan irəligörüşlü yazıçı və publisist Mustafa bəy Əlibəyovla evlənmiş, onun soyadını götürmüşdü.

Mirzə Cəlil Mustafa bəyi ədəbiyyatçı və vəkil kimi yüksək qiymətləndirirdi.

Mustafa bəy Cümhuriyyət dövründə mədəni həyatın canlanmasında fəal iştirak etmişdi. Bir az sonra haqqında geniş danışacağımız “İşıq” dərgisinin nəşri dayandırıldıqdan sonra ailəsi ilə birgə, doğulduğu Şəkiyə köçmüşdü.

Azərbaycanın sovetləşməsindən (1920-ci il) ta repressiya dövrünə – 1937-ci ilin “qırmızı terror”unacan orada yaşayıb.

Həmin il “xalq düşməni” kimi ittiham olunub və Sibirə sürgün edilib. 1945-ci ildə, 71 yaşında orada dünyasını dəyişib.

Həyat yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə ginekoloq işləyib, ömrünün sonuna yaxın Bakıya köçüb və 1961-ci ildə vəfat edib.

Elə Azərbaycanda qadınlar üçün ilk mətbu orqanını – “İşıq”ı da onlar birlikdə “yandırmışdılar”.

Bu nəşrin birinci sayı 1911-ci il yanvarın 22-də çıxmış, onun nəşri 1912-ci ilin sonunadək davam etmişdi. Həmin müddətdə “İşıq”ın 68 sayı işıq üzü görmüşdü.

4

“Bacılarım, qeyrət vaxtıdır… Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb, tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm… Elm… Elm…” – bu sətirlərin müəllifi “İşıq” səhifələrində tez-tez çıxış edən Həlimə xatun Axundovadır.

Bir başqa məqaləsində isə o yazırdı: “Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. … Nə qədər ki, arvadlar axund, hacı, molla babanın və onun kimi həzrətlərin şəriətdən xaric hökmləri ilə dolanarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi saəadətə yetəcəkdir”.

Bir çoxları Azərbaycan Cümhuriyyətinin hətta Avropanın əksər ölkələrini qabaqlayaraq, qadınlara seçib-seçilmə azadlığı tanımasını təsadüf, yaxud da formal sayır.

Halbuki ilk Cümhuriyyətimizin bütün mütərəqqi addımları kimi, bunun da arxasında uzun illərdən bəri davam edən bir mücadilə dayanırdı. Bu mücadilənin pionerləri sırasında məhz “İşıq” vardı.

5

“Dörd divar arasında elmdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?..” – bunu da “İşıq” yazırdı; Çayqıraqlı Həyat xanımın günümüzün pəncərəsindən baxdıqda bəlkə də adi görünən həmin hayqırışı 100 il öncə üçün əvəzsiz cəsarət nümunəsi idi.

“Bacılarım, onu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşır, fəqət, elm çoxaldıqda bahalanır” – Gəncəli Xuraman xanım Bəyzadənin həmcinslərinə bu səslənişi də eyni cəsarətin örnəyidir.

6

“İşıq”ın daha bir mühüm xidməti qadınlara yeni doğulan uşağın bəslənilməsindən tutmuş onun təmizliyinə, hətta beşikdə və yüyrükdə necə yırğalanmasınacan çeşidli mövzularda dəyərli məsləhətlərdən tutmuş, körpələrin ayrı-ayrı xəstəliklərdən qorunmasınacan qiymətli tövsiyələr verməsində idi.

Düzdür, Azərbaycan qadının o zamankı savad səviyyəsini nəzərə aldıqda bütün bu cəhdlər bəlkə də mənasız görünür. Lakin heç bir şam havayı yanmır – qaranlığı tamamilə aydınlatmasa belə, nümunə yaradır.

Tarixi təcrübə göstərir ki, bütün nəhəng dəyişikliklər məhz kiçik nümunələrin məhsuludur.

Əgər belə olmasaydı…

7

Əgər belə olmasaydı, “İşıq”ın işıq üzü gördüyü günlərdə Bakıdakı minbərlərdən onun qarasınca “Hər kim bu qəzeti oxusa kafirdir”, “Hər kimin evində bu qəzet olsa, o ev murdardır” kimi fətvalar verilməzdi.

“Övrət qəzetəsinin olması qiyamət nişanəsidir” deyə bağırılmazdı.

(Hər hansı yaxşı, faydalı əməlin bir bədbəxtliyi də bundadır: onun əhəmiyyətini rəqiblər, düşmənlər daha yaxşı qiymətləndirirlər. Ondan qorxmaqla, ondan çəkinməklə əslində nə qədər gərəkli bir iş olduğunu ortaya qoyurlar. Kədərlidir, ancaq nə etməli, həqiqətdir…)

Xədicə xanım həmin fətvalardan üzülsə də, ümidini itirməmişdi. “Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxarmağa çalışmalısınız” – deyə səslənmişdi.

Onun və dövrünün mütərəqqi qadınlarının yandırdığı “İşıq” tez sön(dürül)sə də, bu “İşıq”ın şöləsi sonralar uzun müddət yalnız xanımların deyil, bütünlükdə cəmiyyətin beynini aydınlatmağa davam etdi: qadını cəhalət qaranlığına məhkum edən, qadını aktiv həyatdan izolyasiya edən, qadını mənəvi baxımdan qandallayan, qadını kölə kimi görən bir toplumun xilası olmadığını gözlər önünə sərdi.

Bu gün, yəni təqvim XXI yüzilliyi göstərərkən hələ də “Müti qadın – müti cəmiyyət deməkdir” fikrinə şübhə ilə, qıcıqla, qəzəblə, səksəkə ilə yanaşırıqsa, XX yüzilliyin əvvəllərində yandırılan “İşıq”ın əslində nə qədər dəyərli, əvəzsiz bir hadisə olduğunu anlamaqda çətinlik çəkməyimiz əsla təəccüblü deyil…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör