Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

AzLogos Frankfurt avto-sərgisində

Əbülfəz Səfərəli Əbülfəz Səfərəli
., Texno
23 Sentyabr 2019

Daxiliyanma mühərriklərinin sonuncu payızı?

2019-cu ilin Frankfurt payız avto-sərgisində əsasən elektrikli avtomobillər, yeni konseptlər tanıdıldı. Bu sahədəki yenilikləri ilə alman avto-sənayesi öz iddialılığı və qərarlılığı ilə xüsusi seçilirdi. Yeri gəlmişkən, bu ilki sərginin fərqləndirici cəhətlərindən biri də, demək olar ki, bütün elektrikli avtomobillərdə hakim olan retro tərz və iç məkanın minimalizmidir. 

Almanlar sanki bütün işləri tamamlamış və əslində elə bu gün avtomobilləri bazara çıxara biləcək hazırlıqda görünürdülər. Məsələn “Porsche Taycan” 2020-ci ildən artıq yollardadır. Qeyd etmək yerinə düşər ki, məhz bu model sərginin ən iddialısı və diqqət çəkəni idi. Turbo elektrikli motor konsepsiyasını sərgidə tanıdan Porsche, maşının iki sinxron (arxa və ön) mühərrikə malik olduğunu və ikisinin birlikdə 600 at gücü təşkil etdiyini nəzərə çatdırdı.

3.5 saniyəyə 0-100 km. sürət yığan Taycan, saatda 200 km. sürətə 12 saniyəyə çatır. Dolumdan sonra 500 km. yol qət edə bilən bu model, 40 dəqiqə ərzində tam dolur. Uzunluğu 4.95 m. (Panameradan 10 sm. qısa)dır, lakonik iç panelə sahibdir və 1963-cü ilin modeli olan ilk Porschedən təsirlənərək dizayn edilmişdir. Nürnberq sınaq meydançasında 259 km.-lik maksimum sürətə çatmışdır. 

Porsche Taycan xeçbek və universal olmaqla iki variantda təqdim olunacaq və qiyməti 80 000 min euro-dan başlayacaq. Porsche rəsmiləri bildirir ki, 2025-dən sonra Porschenin hər bir modelinin elektrikli variantı əlçatan olacaq.

Porsche-dən heç də geri qalmayan Mercedes-Benz, Audi və Volkswagen üçlüyü də  iddialı konseptlərlə sərgidə iştirak edirdilər. Sərgidən ümumi təəssürat isə belədir ki, ilk elektrikli avto qaranquşu olan amerikalı Tesla, artıq bu işi avropalılara uduzmaqdadır. Burada, sadalanan rəqib markaların ciddi istehsal ənənələrinə malik olması faktoru da, ciddi rol oynayır. İstər dözümlülük, istər keyfiyyət, istərsə də təhlükəsizlik baxımından almanlar həqiqətən daha yaxşısını edə biləcək potensialdadır.

Məsələn, Audinin təqdim elədiyi elektrikli yolsuzluq avtomobilləri Tesla-nınkından daha praktik və əlverişlidir.

Əlbəttə elektrikli avtomobillərə xas ümumi problemlər də qalmaqdadır. Məsələn bu yolsuzluq avtomobillərinin enerji sərfiyyatı, yolsuzluq şəraitində normadakından iki dəfə artıq olur. Yəni asfaltda 400 km. yol qət edən Audi E-tron yolsuzluqda yalnız 200 km. gedə bilir. İndi dağlarda, yolsuzluq şəraitində nəinki elektrik dolum mərkəzi tapmaq, heç normalına da rast gəlmək mümkün deyil. Ehtiyat enerjisinin harasa depolanması da imkansız olduğundan, infrastruktur qurulana qədər bu avtomobillərin yolsuzluq şəraitində çox da aktiv olacağını gözləyə bilmərik. 

Ancaq bu texnoloji sıçrayış, sürətli inkişaf həm də onu göstərir ki, çox yaxın gələcəkdə mövcud bütün texniki və insfrastruktur problemləri mütləq həllini tapacaq. Nə qədər banal səslənsə də, mənzərə bundan ibarətdir ki, gələcək elektrikli avtomobillərindir.

Yazı və fotolar: Əbülfəz Səfərəli

Xüsusi olaraq AzLogos üçün

Sərgidə iştirak edən elektrikli avtomobil model və konseptlərindən qarışıq seçməni diqqətinizə təqdim edirik.

 

1 - 49
- +
DSC_0557
DSC_0692
DSC_0686
DSC_0687
DSC_0688
DSC_0690
DSC_0564
DSC_0567
DSC_0568
DSC_0572
DSC_0575
DSC_0578
DSC_0581
DSC_0693
DSC_0694
DSC_0697
DSC_0599
DSC_0597
DSC_0700
DSC_0596
DSC_0702
DSC_0665
DSC_0657
DSC_0656
DSC_0651
DSC_0650
DSC_0645
DSC_0637
DSC_0610
DSC_0607
DSC_0603-min
DSC_0646-min
DSC_0643-min
DSC_0615-min
DSC_0614-min
DSC_0613-min
DSC_0612-min
DSC_0648-min
DSC_0655-min
DSC_0654-min
DSC_0658-min
DSC_0673-min
DSC_0674-min
DSC_0701-min
DSC_0699-min
DSC_0602-min
DSC_0695-min
DSC_0582-min
DSC_0590-min

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Aşura sonrası tarixi qeydlər

Samir Mirzəyevin yeni kitabı

Polis olmaq həvəsi

Strasburq l’Inclusive-də bir azərbaycanlı

Kadokava Mədəniyyət Muzeyi

Azərbaycanlı oxucunun şüur defisiti

Yuri Norşteyn: “Uşaqlıq – həyatın xırdalıqlarıdı”

Kasıb yazıçı

Urbanizasiya və onun problemləri – 1

Almanların Azərbaycanda iqtisadi və humanitar fəaliyyəti

“Talesiz” – insanın deqradasiyaya uğraması haqqında

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

Maastrixt kriteriyaları və Azərbaycan iqtisadiyyatı

Kitabxanalardan kababxanalara

Cem Yılmaz və stereotiplər

«Primakov söhbəti»nə sözardı

Ümidli pessimist

Yeganə sirr – hərəkət etməkdir

İnqilab nəyə görə arzuları ifadə edən məna daşımır

Sol və sağ liberalizm – ortaq məxrəc və ixtilaflar

Repçi və Bandotdel

Milli maraqlar və Realpolitik

190 manatlıq sədəqə

Niyə alimlərin əksəriyyəti kişidir?

Zaman-məkanın qırılması

Putin: “Onlar xain və cəllad idilər”

Həqiqi iman sahibi təhlükəsi

Xəlil Rza və erməni yazısının banisi

Haqq verilmir, alınır!

300 Giethoornlu

AzLogos Frankfurt avto-sərgisində

Əbülfəz Səfərəli Əbülfəz Səfərəli
., Texno
23 Sentyabr 2019

Daxiliyanma mühərriklərinin sonuncu payızı?

2019-cu ilin Frankfurt payız avto-sərgisində əsasən elektrikli avtomobillər, yeni konseptlər tanıdıldı. Bu sahədəki yenilikləri ilə alman avto-sənayesi öz iddialılığı və qərarlılığı ilə xüsusi seçilirdi. Yeri gəlmişkən, bu ilki sərginin fərqləndirici cəhətlərindən biri də, demək olar ki, bütün elektrikli avtomobillərdə hakim olan retro tərz və iç məkanın minimalizmidir. 

Almanlar sanki bütün işləri tamamlamış və əslində elə bu gün avtomobilləri bazara çıxara biləcək hazırlıqda görünürdülər. Məsələn “Porsche Taycan” 2020-ci ildən artıq yollardadır. Qeyd etmək yerinə düşər ki, məhz bu model sərginin ən iddialısı və diqqət çəkəni idi. Turbo elektrikli motor konsepsiyasını sərgidə tanıdan Porsche, maşının iki sinxron (arxa və ön) mühərrikə malik olduğunu və ikisinin birlikdə 600 at gücü təşkil etdiyini nəzərə çatdırdı.

3.5 saniyəyə 0-100 km. sürət yığan Taycan, saatda 200 km. sürətə 12 saniyəyə çatır. Dolumdan sonra 500 km. yol qət edə bilən bu model, 40 dəqiqə ərzində tam dolur. Uzunluğu 4.95 m. (Panameradan 10 sm. qısa)dır, lakonik iç panelə sahibdir və 1963-cü ilin modeli olan ilk Porschedən təsirlənərək dizayn edilmişdir. Nürnberq sınaq meydançasında 259 km.-lik maksimum sürətə çatmışdır. 

Porsche Taycan xeçbek və universal olmaqla iki variantda təqdim olunacaq və qiyməti 80 000 min euro-dan başlayacaq. Porsche rəsmiləri bildirir ki, 2025-dən sonra Porschenin hər bir modelinin elektrikli variantı əlçatan olacaq.

Porsche-dən heç də geri qalmayan Mercedes-Benz, Audi və Volkswagen üçlüyü də  iddialı konseptlərlə sərgidə iştirak edirdilər. Sərgidən ümumi təəssürat isə belədir ki, ilk elektrikli avto qaranquşu olan amerikalı Tesla, artıq bu işi avropalılara uduzmaqdadır. Burada, sadalanan rəqib markaların ciddi istehsal ənənələrinə malik olması faktoru da, ciddi rol oynayır. İstər dözümlülük, istər keyfiyyət, istərsə də təhlükəsizlik baxımından almanlar həqiqətən daha yaxşısını edə biləcək potensialdadır.

Məsələn, Audinin təqdim elədiyi elektrikli yolsuzluq avtomobilləri Tesla-nınkından daha praktik və əlverişlidir.

Əlbəttə elektrikli avtomobillərə xas ümumi problemlər də qalmaqdadır. Məsələn bu yolsuzluq avtomobillərinin enerji sərfiyyatı, yolsuzluq şəraitində normadakından iki dəfə artıq olur. Yəni asfaltda 400 km. yol qət edən Audi E-tron yolsuzluqda yalnız 200 km. gedə bilir. İndi dağlarda, yolsuzluq şəraitində nəinki elektrik dolum mərkəzi tapmaq, heç normalına da rast gəlmək mümkün deyil. Ehtiyat enerjisinin harasa depolanması da imkansız olduğundan, infrastruktur qurulana qədər bu avtomobillərin yolsuzluq şəraitində çox da aktiv olacağını gözləyə bilmərik. 

Ancaq bu texnoloji sıçrayış, sürətli inkişaf həm də onu göstərir ki, çox yaxın gələcəkdə mövcud bütün texniki və insfrastruktur problemləri mütləq həllini tapacaq. Nə qədər banal səslənsə də, mənzərə bundan ibarətdir ki, gələcək elektrikli avtomobillərindir.

Yazı və fotolar: Əbülfəz Səfərəli

Xüsusi olaraq AzLogos üçün

Sərgidə iştirak edən elektrikli avtomobil model və konseptlərindən qarışıq seçməni diqqətinizə təqdim edirik.

 

1 - 49
- +
DSC_0557
DSC_0692
DSC_0686
DSC_0687
DSC_0688
DSC_0690
DSC_0564
DSC_0567
DSC_0568
DSC_0572
DSC_0575
DSC_0578
DSC_0581
DSC_0693
DSC_0694
DSC_0697
DSC_0599
DSC_0597
DSC_0700
DSC_0596
DSC_0702
DSC_0665
DSC_0657
DSC_0656
DSC_0651
DSC_0650
DSC_0645
DSC_0637
DSC_0610
DSC_0607
DSC_0603-min
DSC_0646-min
DSC_0643-min
DSC_0615-min
DSC_0614-min
DSC_0613-min
DSC_0612-min
DSC_0648-min
DSC_0655-min
DSC_0654-min
DSC_0658-min
DSC_0673-min
DSC_0674-min
DSC_0701-min
DSC_0699-min
DSC_0602-min
DSC_0695-min
DSC_0582-min
DSC_0590-min
Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel