bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycanın elektromobil perspektivləri

Dünya Sakit Dünya Sakit
Bazar
27 Yanvar 2021
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Zariadka i zariadnie stancii electromobili
Paylaş

Azərbaycanlıları elektromobilə mindirmək üçün neynəməli?

Dünya sürətlə təmiz enerjidən istifadəyə keçir. Qlobal iqlim dəyişikliklərinə gətirən amilləri aradan qaldırmaq uğrunda qlobal səviyyədə başladılan mübarizə bəhrəsini daha sürətlə verməkdədir. Bütün dünyada dövlətlər alternativ, bərpaolunan enerjinin istehsalını, vətəndaşlar isə belə enerji ilə işləyən maşınların, avadanlıqların istifadəsini genişləndirirlər. Bu baxımdan, elektromobil istehsalçısı olan “Tesla”nın sahibinin dünyanın ən varlı adamlarınən siyahısında önə keçməsi çox təbii görünür…

İqtisadiyyatı, elə əsas dövlət gərirləri ənənəvi enerjidən asılı olan Azərbaycanda da alternativ enerjinin istehsalının artırılması istiqamətində addımlar atılmağa başlanır: bir neçə həftə əvvəl günəş və külək elektrik stansiyalarının tikilməsinə dair xarici şirkətlərlə müqavilələr imzalanıb. Bu prosesdə inkişaf etmiş ölkələrdən geri qaldığımız aydındır. Lakin necə deyərlər, heç olmamasındansa, gec olması daha yaxşıdır…

Qlobal səviyyədə əminlik var ki, havanın zərərli qazlarla çirklənməsində avtomobillər elə iri sənaye müəssisələri qədər “rola” malikdir. Buna görə də son illərdə benzin və dizel yanacağından daha az zərərli maye qaz (LNG), həmçinin hələlik tam zərərsiz hesab olunan elektrik enerjisindən istifadəyə keçid prosesi böyük sürət alıb. Ayrı-ayrı ölkələrdə dövlətlər vətəndaşları hibrid və elektromobillərdən istifadəyə stimullaşdırmaq üçün çox müxtəlif güzəştlər tətbiq edirlər. Məsələn, Norveç elektromobil alan vətəndaşa 4000 avro ödəniş edir, ƏDV, şirkət vergisi, alış vergisi tipli vergilərdən azad edir, ödənişsiz parkinq hüququ, avtobus xəttindən istifadə haqqı verir. Niderland bizneslər üçün 5000 avro, taksilər üçün 10000 avro subsidiya verir elektromobil alışı zamanı, qeydiyyat və yol vergisindən azad edir. Fransada da bənzər subsidiyalar verilir.

Üstəlik, Avropa Birliyi karbon dioksid buraxılışına məhdudiyyətləri getdikcə artırır, nəticədə qoca qitənin böyük avtomobil nəhəngləri istehsalı daha çox hibrid və elektromobillərə kökləməyə çalışırlar.

Avtomobil parkımız niyə sürətlə qocalır?

Azərbaycana gəldikdə, bu sahədə də inkişaf etmiş dünyadan xeyli geridəyik deyək və yanılmadığımızı göstərməyə çalışaq.

Rəsmi statistikaya görə, 2019-cu ildə Azərbaycanda hər min nəfərə 123 minik avromobili düşüb. Bu, dünya ortalamasından dəfələrlə aşağı bir göstəricidir. Minik avtomobillərinin sayı 1 milyon 214 min 93 ədəd olub. Bunun 1 milyon 98 min 59 ədədi benzinlə, 106 min 761 ədədi dizellə, 9273 ədədi qazla işləyəndir. 2018-ci illə müqayisədə dizellə işləyənlərin sayında azalma qeydə alınıb – 117 min 67-dən 106 min 761 ədədə. Çox maraqlıdır ki, 2019-cu ilədək statistikamız Azərbaycanda qazla işləyən minik avtomobilinin olmadığını göstərsə də, həmin il belə avtomobillərin sayı 9 273 ədəd göstərilib.

Son 4 ildə ölkədə avtomobil parkının kəskin “qocalması” müşahidə olunub. Belə ki, 2016-cı ildə ölkədə yaşı 5 ilə qədər olan minik avtomobillərinin sayı 141 601 ədəd olubsa, 2019-cu ildə bu, az qala 3 dəfə azalaraq 51 170 ədədə düşüb. 5-10 il yaşı olanlar 237 740 ədəddən 223 890 ədədə qədər azalıb. Bu müddətdə on ildən yuxarı yaşı olan avtomobillərin sayı isə 757 642 ədəddən 939 033 ədədə çatıb. Təxminən eyni proses avtobus və yük avtomobilləri ilə bağlı da baş verib.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu prosesdə devalvasiyadan sonrakı dövrdə ölkədə sosial durumun pisləşməsi, bankların düşdüyü vəziyyətdən dolayı avtomobil kreditlərini məhdudlaşdırması ilə yanaşı, büdcə maraqları üçün gömrüyün vergi yükünün həddən artıq artırılması da öz rolunu oynayıb: “Son 5 ildə avtomobil idxalı üçün gömrük vergi-rusumlarının dinamikasına baxın, özünüz vəziyyəti görəcəksiniz. Daha maraqlı məqam odur ki, hökumət dizelin qiymətini artırmaqla bu yanacaq növünə stimulu azaltmağı hədəflədiyini dedi. Amma statistika göstərir ki, hətta qiymət artımı olmadan da bu proses gedir. 2013-2019-cu illərdə dizellə işləyən minik avtomobillərinin xüsusi çəkisi 10 faizdən 8.7 faizə enib. Öz növbəsində, dizellə işləyən yük maşınlarının və avtobusların xüsusi çəkisi 66 faizdən 53 faizə enib”.

R.Ağayev ötən il Azərbaycana hibrid və sırf elektriklə işləyən avtomobillərin idxalında artım olmasını müsbət amil kimi qiymətləndirir: “Açıqlanan məlumata görə, 2020-ci ildə Azərbaycana elektriklə işləyən 5247 avtomobil gətirilib. Hələlik çox azdır – ümumi avtomobil idxalının 10 faizi qədər. Amma say az olsa da artım tempi yüksəkdir. 2018-ci ildə cəmi idxal 146 ədəd, 2019-cu ildə 1000 ətrafında olub, 2020-ci ildə 5300-ə yaxınlaşıb. Ötən 2 il üzrə orta hesabla ümumi idxalın heç 1 faizni təşkil etmir. Bu baxımdan 10 faizə də baxıb təskinlik tapmaq olar”.

Ekspertin fikrincə, hökumətin əsas hədəfini 2025-dək illik idxalın ən azı 50 faizinin hibrid və ya sırf elektriklə işləyən avtomobillərdən ibarət olmasına nail olmaq təşkil etməlidir: “Bunun üçün həm xalis elektromobillər, həm də hibridlər 0 vergilə ölkəyə buraxılmalı, dəyəri 30 min dollara qədər olan maşınlara 2025-ci ilədək 10-20 faiz intervalında dövlət dəstəyi təklif olunmalıdır. Dünya nəhəng texnoloji transfer dövrü yaşayır, bu prosedən kənarda qalmaq orta çağın ətəyindən yapışmağa bərabərdir”…

Avtomobillər üzrə mütəxəssis Fərid Hüseynov bildirir ki, Azərbaycanda 2019-cu ilə qədər elektromobillər üçün ənənəvi avtomobillər kimi həm idxal rüsumu, həm aksiz vergisi, həm ƏDV ödənməli idi və bu da qiyməti şişirdirdi: “Hökumətin yeni qərarı ilə 2019-cu il 1 yanvar tarixindən gətirilən elektromobillər üçün aksiz vergisi və ƏDV ödənmir, avtomobil dəyərinin 15 faizi idxal rüsumu olaraq ödənir və gömrükdə rəsmiləşdirilir. Lakin bu güzəşt elektromobillərə marağı ciddi şəkildə artıra bilmədi. Bunun da bir neçə səbəbi var. Birincisi, hazırda elektromobillərin qiyməti bahadır – litium-ion batareyaları baha başa gəlir. Lakin görünən budur ki, tezliklə qiymət ucuzlaşacaq – texnologiya kütləviləşəcək. Azərbaycana elektromobil axınının baş verməməsinin digər səbəbi onlar üçün uyğun infrastrukturun olmamasıdır. Bu gün Bakının özündə belə elektromobillərin enerji toplaması üçün yerləri tampaq müşkül məsələdir – cəmi 10-a yaxın belə yer var. Bakıdan kənarda isə bir dənəsi belə yoxdur. Bakıdan kənarda sürmək mümkün deyilsə, vətəndaş niyə baha qiymətə elektromobil alsın ki?”

F.Hüseynovun dediyinə görə, SOCAR bir müddət əvvəl öz YDM-lərində elektromobillər üçün enerjitoplama yerləri yaradacağını açıqlayıb: “Lakin bu proses də ləng gedir. Hesab edirik ki, bu məsələdə dövlətin dəstəyi olmalıdır”.

Mütəxəssis həmçinin elektromobillər üçün tətbiq olunan güzəştlərin hibrid avtomobillərə də şamil olunmasını təklif edir: “Ümumiyyətlə Azərbaycandakı avtomobil sahəsinin mütəxəssisləri artıq bir neçə ildir ki, ciddi şəkildə həyəcan təbili çalırlar. Ölkəmiz orta hesabla 2 ildən bir avtomobil gömrük rüsumlarını qaldırır, bu gün elə avtomobillər var ki, görmük rüsumları onların alış qiymətindən çoxdur. Nəticədə qiymətlər çox bahalaşır və vətəndaş məcburən köhnə avtomobillərə üz tutur. Bu avtomobillər isə adətən Avropa və Amerikadan gətirilmiş, çox vaxt öz ömrünü tamamlamış və gətirildiyi ölkədə artıq satışı qadağan olunmuş çox köhnə maşınlardır. Bu maşınlar əvvəla, ekoloji normalara cavab vermir, ətrafı çirkləndirir. İkincisi, bu avtomobillər o qədər köhnədir ki, onların mülki yollarda olması təhlükədir, ciddi təhlükədir vətəndaşların sağlamlığına! Mütəxəssislər həyəcan təbili çalır ki, Azərbaycan Cənubi Qafqazın avtomobil “metallomuna” çevrilir və artıq çevrilib. Hökumət bu ciddi məsələni gözardı edir və gələcəkdə bu metallomu necə təmizləyəcəyi ilə də bağlı plan və proqramı yoxdur. Buna görə də hibrid avtomobillərin idxalına da elektromobillər kimi güzəştlər tətbiq olunmalıdır. Eyni zamanda elektromobil istifadəçilərinə avtomobili almaq üçün subsidiya təqdim olunmalı, yol vergisi və digər bəzi vergilərdən azad edilməli, enerji pulsuz verilməlidir. Azərbaycanda özəl şirkət enerjitoplama stansiyası açsa belə, enerjini alıb elektromobil sahiblərinə ən azı kilovattsaatı 12 qəpikdən satmalıdır. Əvvəla, sahibkarın topdansatıcısından enerjini almasını tənzimləyən hüquqi baza yoxdur. İkincisi, elektromobillər üçün enerjitoplama avadanlıqları bahalı avadanlıqlardır. Sahibkara bu avadanlıqları alıb gətirməsi üçün güzəştli kredit verilməlir, enerji isə ən azı ilkin mərhələ üçün ucuz qiymətə satılmalıdır. Sahibkar minimum 5 illik olacaq bu mərhələdə qoyduğu vəsaiti çıxara bilməlidir ki, bu işə girişməkdə maraqlı olsun”.

Hibridlərin katalizatoru niyə sökülür?

“Toyota Lexus Klubu”nun inzibatçısı Toğrul Bilalzadənin sözlərinə görə, hibrid avtomobillərin idxalının artması müsbət hal olsa da, dövlət qurumları gətirilən avtomobillərə nəzarəti artırmalıdırlar: “Azərbaycana gətirilən Hybrid sinifinə aid edilən avtomobillərin əksəriyyəti, bildiyimiz kimi, ABŞ-dan gətirilir. Dözümlülüyünə, ehtiyyat hissələrinin əlçatan olmasına, həmçinin ustalarının daha çox olmasına görə “Toyota” markasının “Prius” modeli daha çox seçilir. Hal-hazırda bazarda “Toyota Prius 20” modeli böyük paya sahibdir. Bu model 2006-2009-cu illərdə istehsal edilib və ABŞ-da auksionlarda çox ucuz qiymətə satılır. Adətən Gürcüstanda bu avtomobilləri çox ucuza alıb gətirirlər və işçilik ucuz olduğu üçün orada təmir edib satışa çıxarırlar. Gürcüstan bazarının ən yaxşı alıcıları olan azərbaycanlılar oradan özləri bu avtomobilləri alıb idxal edirdilər ölkəmizə. Bəzi vətəndaşlarımız isə özləri auksionlarda onlayn iştirak edib ölkəyə nasaz vəziyyətdə həmin avtomobilləri gətirib burada təmir edirlər. Bu seçim məsələsidir artıq, kimisi özü üçün alır, kimisi alqı-satqı ilə məşğuldur”.

T.Bilalzadənin sözlərinə görə, Azərbaycana gətirilən hibrid avtomobillərin əksəriyyətində katalizator adlı hissə sökülmüş olur: “Avtomobil katalizatorunun rolu daxili yanma mühərrikindən buraxılan işlənmiş qazların tərkibində olan zəhərli qazları və dəm qazını öz tərkibində olan xüsusi kimyəvi maddələrlə neytrallaşdırması və xaric olan qazın tərkibində daha az zərərli maddələrin havaya buraxılmasını təmin etməkdir. Bir müddət əvvəl “Prius 20” modelinin katalizatorunun tərkibində qiymətli metallar olması şayiəsi yayıldığı üçün katalizatoru baha qiymətə alan bəzi şəxslər ortaya çıxdı. Onlar da bunu xarici bazara ixrac edib satırdılar. İşin əsli isə budur ki, həmin modellərin katalizatorlarında Rodium və Palladium elementləri mövcuddur və bu elementlər gün-gündən bahalaşdığı üçün katalizatorların da qiymətləri də artmağa davam edir. Ümumiyyətlə, Azərbaycan Respublikasında avtomobil bazasında Avro standartlar əsas götürüldüyü üçün idxal edilən avtomobillərə də minimal Avro-4 standartı tətbiq edilir. “Prius 2”0 modeli ban kodu əsasında Avro-4 olaraq qəbul edilməsinə baxmayaraq, katalizatoru 90 faiz hallarda sökülüb satıldığı üçün onun emissiya dəyərləri heç “Avro-1”ə də uyğun gəlmir. Bu da özündə böyük bir təzad ortaya çıxarır, ölkə standartı “Avro-4”dür lakin nəzarət mexanizmi yoxdur. Hibrid avtomobil daha az işlənmiş qaz xaric etdiyi üçün “hava dostu” hesab edilir, lakin katalizatoru söküldüyü üçün bu əksinə çevrilir və havanı daha çox çirkləndirir. Katalizatoru sökülməyən avtomobillər də var təbii ki. Lakin onları da çox vaxt sonuncu sahibləri söküb satırlar. Qiymət isə 800-1000-1100 manat arası dəyişirdi. İndi pandemiya olduğu üçün bu bazar çox da aktiv deyil. Amma 10000-12000 AZN-ə avtomobil alan üçün 800 manat özü də böyük puldur. Ona görə istənilən halda satırlar”.

Müsahibimiz deyir ki, hibrid avtomobil alarkən əsas diqqət ediləcək yer onların batareya və güc çevirici (inverter) sistemləridir: “Batareya sayı və sxemi hər avtomobildə fərqli olur. Bundan əlavə, batareyalar da növlərinə görə bölünürlər. Batareyaların xüsusi cihazlar və metodlarla keyfiyyətləri yoxlana bilər, daxili müqavimətləri də həmçinin yoxlanmalıdır. Gücçeviricilər isə daha qəliz məsələdir. Onların təmiri adətən mümkün olmur, bizim bazarda ən çox sayda olan “Prius 20” modelində, məsələn, inverter xarab olduğu halda onu yenisi ilə (yeni işlənmiş) əvəz edirlər. Digər detallar isə digər avtomobillərlə birəbir eynidir”.

Beləliklə, aydın olur ki, bizim təmiz saydığımız hibrid avtomobillərlə bağlı narahatlıq doğuran məqamlar var. Buna görə də dövlətin əsas diqqəti elektromobillərə yönəltməsi daha düzgün görünür. Nəzərə alsaq ki, 2020-ci ildə Azərbaycana 45 minə yaxın daxili yanma mühərriki ilə işləyən avtomobilə qarşı cəmi 167 ədəd sırf elektriklə işləyən minik avtomobili gətirilib, bu zaman işin hələ başlanğıcında olduğumuzu aydın görə bilərik. Amma dövlətin marağı olacaqsa, biz subsidiya və güzəştlərlə biznesin və vətəndaşları elektromobil almağa stimullaşdıra və ötürülmüş müddətin əvəzini çıxa bilərik.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Qarabag
.

Dağlıq Qarabağın iqtisadi vəziyyətinin müqayisəsi: DQMV, “DQR”, indiki və gələcək perspektivlər

Şəhla Cəlilzadə
16 İyun 2021
Bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Dünya Sakit
23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

AzLogos
19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Dünya Sakit
17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya Sakit
11 Fevral 2021
1503675573 55cfe14d50817 osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Dünya Sakit
01 Fevral 2021
Image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

AzLogos
29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör