Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Azərbaycanlılar və paxıllıq

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
09 Avqust 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Envy
Paylaş

Yumurta, yoxsa toyuq?

Həyat paxıllıq, həsəd üçün bizə lazımından artıq səbəblər verir. Bizdən nədəsə üstün olan və ya üstün olduğunu hesab etdiyimiz insanlarla əhatələnmişik – onlar, hər yerdədir. Paxıllığın isə sərhədi yoxdur, o, həyatımız boyunca bizi müşayiət edir, odur ki, hər kəs paxıllıq edir. Bəziləri paxıllıq etdiklərini dərk edir, bəzilərində isə bu hiss təxtəlşüurun dərin qatlarında basdırılıb deyə, sanki yerli-dibli yoxdur.

Hər kəs paxıllıq etsə də, məsələ bu hissin fərdə təsir imkanlarındadır. Əgər paxıllıq hissini bizə təbiət bəxş edibsə, deməli bu hissin müəyyən faydaları da var. Əsas məsələ bu faydaları aşkar etməkdir – onlar individualdır. Paxıllıq, təkamül prosesində bizim növə kömək etmiş, bizi heyvanlardan fərqləndirən hissdir, ya da emosiyadır. Deməli aclıq, şəhvət, qorxu kimi bütün canlılara aid olan hisslərdən deyil. Biz paxıllıq edə-edə mükəmməlləşmişik. Bəli, paxıllıq emosiyadır – nə pisdir, nə yaxşıdır. Pisə də, yaxşıya da biz cavabdehik.

Qayıdaq ara başlıqdakı suala – yumurta, yoxsa toyuq? Bizimki dilemma deyil, cavab aydın və birmənalıdır – paxıllıq nifrəti doğurur, nifrət paxıllığı yox. Yəqin ki, buradakı səbəb-nəticə əlaqəsinə heç kimin etirazı olmaz.  

Əslində, düstur çox sadədir – özünü başqası ilə müqayisə etmədikcə, xoşbəxtsən. Xoşbəxtliyin bəlkə də yeganə şərti haqda danışırıq. Lakin insan özünü idarə edə bilmir, müqayisə qeyri-ixtiyari alınır. İnsanın həyatında sevgi, diqqət, maddiyyat defisiti varsa, deməli mütləq müqayisə də var. Başqasının uğuru, sənə öz naqisliyininin, bacarıqsızlığının isbatı kimi görünür. Qısqanclıq və paxıllıq oxşarlıq, duyğu baxımından qoşa addımlayan emosiyalardır. Hər bir emosiya kimi nəzarət altında saxlanılmalıdır.

İrrasional paxıllıq

Azərbaycanlılar və onlarla eyni sosial-psixoloji-mənəvi dalğada olan, inkişafın müəyyən pilləsində dayanan xalqlar, paxıllığın sərhədlərini genişləndiriblər. Gəlin biz özümüzə fokuslanaq. Azərbaycanlılara irrasional paxıllıq xasdır və bu paxıllıq növünün araşdırılmasına ciddi ehtiyac duyulur. Mütəxəssis olmadığım üçün, analizim tamamilə subyektiv mülahizə və müşahidələrimə söykənir.

Azərbaycanlıların paxıllığını ona görə irrasional adlandırıram ki, bu paxıllıq nəticədə heç nəyi hədəfləmir, paxıllıq xətrinə paxıllıq edilir. Bahalı çantası olmayan qadın, bahalı çantası olan başqa qadına ona görə paxıllıq edir ki, özü üçün də eyni çantadan arzulayır. Bəlkə də, ölənə qədər belə bir çantası olmayacaq, amma hədiyyə edən olsa, ya da özü ala bilsəydi, prinsipcə yox deməzdi. Eynilə də bahalı maşını olan qonşusuna paxıllıq edən kişi, eyni maşını özü üçün istəyərdi.

Bura qədər hər şey qaydasındadır. Bəs, tutaq ki, yazıçı olmaq kimi planı, imkanı olmayan; başqa işi-gücü, peşəsi olan birinin hansısa yazıçıya paxıllıq etməsi; onun uğurlarını, nailiyyətlərini öz üstünə ölçməsi hansı psixoloji vəziyyətdən xəbər verir? Adamlar niyə özlərini ədalətsizliyə məruz qalmış kimi hiss edirlər? Belə mənasız, bihudə gözlənti və emosiyaları hansı psixoloji hal şərtləndirir? Bunlar, cavab verə bilməyəcəyim suallardır.

Mənim paxıllığım

İllüstrasiya üçün şəxsi nümunəmə keçmək istəyirəm. Mənim paxıllığım maddiyyatla bağlı olmadığı (çünki özümü məndən imkanlılarla müqayisə etmirəm), həyat orientirlərim başqa olduğu üçün, paxıllığı bir stimul kimi görürəm. Paxıllıq – özümü daha yaxşı etməyə xidmət etməlidir. Özlərini yüksək səviyyədə şifahi və yazılı ifadə edən; analitikalarında, hadisələrə və ümumən həyata baxışlarında sərrast fikirləri olan adamlara, intellektuallara paxıllığım, onlar kimi olmaq istədiyim üçündür və yalnız özünüinkişafa xidmət edir. Özümə sual verirəm – onlar kimi olmaq, belə aydın fikirə malik olmaq və daim belə qalmaq üçün nələr etməliyəm? Nələri oxumalıyam? Nələri izləməliyəm? Artıq bu suallara cavabım var. Cavab çox individualdır. Paxıllığım isə öz yerində qalır, çünki inkişafın həddi yoxdur.

Azərbaycanlılar isə, bir çox işdə olduğu kimi, paxıllıqda da AzTV-nin sözü olmasın -destruktivdirlər. Yaradıcılıqdan çox dağıdıcılığa üstünlük verən, vandal təbiətli, nankor, naşükür, dövlətin malı, xalqın sərvəti kimi anlayışlardan uzaq olan, hətta bunlara nifrət edən azərbaycanlılar, paxıllığın cındır bir növünə malikdirlər. Onlardakı – paxıllığın ən əxlaqsız formasıdır; böyüməyə, özünüinkişafa xidmət etmir, dağıdıcılığa yönəlib.

Bəs «müsbət» paxıllıqla «mənfi» paxıllığı fərqləndirən cəhətlər hansıdır? «Müsbət» paxıllıq, onu büruzə verməyi nəzərdə tutmur, bu paxıllığın ictimai təzahür formaları yoxdur, bu paxıllığı öz içində yaşamalısan, o, sənə stimul verməlidir. Azərbaycanda, kiməsə intellektinə görə paxıllıq edənlər «özündən ağıllıya paxıllıq, artıq ağlın mövcudluğuna dəlalət edir» prinsipinə zidd olaraq, ağlın rüşeymindən məhrum olduqları halda, ağıl sahiblərinə paxıllıq edirlər. Bir az dolaşıq oldu, amma başa düşənlər düşdü.

Azərbaycanlıların paxıllığından ürək bulanır, çünki onların gizlətmək iqtidarında olmadığı bu irrasional, destruktiv paxıllığın kökündə nə yazıq ki, infantilizmdən çox, gerizəkalılıq dayanır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör