Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanda orta sinif varmı?

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
24 Sentyabr 2019

Vaxtilə Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadi diskussiyaları genişləndirmək üçün “diskurs” adlı platforma yaratmışdı. Platformada hər bir iqtisadçıya yazı dərc etmək, hər hansı məsələ ilə bağlı fikir bildirmək imkanı yaradılmışdı. Amma platformanın kifayət qədər məşhurluq qazanmaması (heç normal reklam işi də aparılmırdı), eyni zamanda tələbələrin məcburi qeydiyyatdan keçirilməsi nəticəsində, ideya heç bir uğur əldə etmədi. İndi də formal olaraq platforma mövcuddur (universitetin rəsmi saytında bu platformaya istinad da var), amma reallıqda saytdan heç bir əsər-əlamət yoxdur. Diskussiya mühiti yaratmaq ideyası Azərbaycan reallıqları ilə üzləşdi və uğursuzluğa düçar oldu.

Nəticədə Azərbaycanda Facebook faktiki olaraq diskussiya platformasına çevrildi. Burada geosiyasi məsələlərdən evə qazın verilməsi kimi məişət mövzularına kimi – hər şey müzakirə olunur. İnsanlar bir-biri ilə bəzən qeyri-ciddi mövzulara dair az qala virtual əlbəyaxa döyüş təşkil edirlər. Bəzən müzakirə iqtisadi məsələləri də əhatə edir. Belə məsələlərdən biri də orta sinif anlayışıdır. Bir müddət əvvəl keçmiş siyasi məhbus Qiyasəddin İbrahim öz Facebook səhfəsində müxalifətin təsnifatını verdi və ReAl partiyasını təsvir edərkən qeyd etdi ki, “partiya var, dəstəkçimiz dediyi orta sinif və seçkilər yoxdu” (müəllifin orfoqrafiyası saxlanılıb).

Bu məsələ ReAl partiyası nümayəndələri tərəfindən diqqətdən kənar qalmadı və partiya sədri İlqar Məmmədov öz Facebook səhfəsində mövzuyla bağlı bunları yazdı: “İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda VAR, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir”. Natiq Cəfərli də buna əlavə olaraq idxalın artımını orta sinfin mövcud olduğuna sübut kimi göstərdi. İqtisadçı Rövşən Ağayev isə devalvasiyadan əvvəl Dünya Bankı tərəfindən həyata keçirilmiş tədqiqata istinadən, orta sinfin əhalidə payını 29% kimi qiymətləndirdi.

Amma bütün qeyd edilənlər ümumi sözlərdir. Hətta Dünya Bankının tədqiqatı belə indiki reallığı əks etdirmir. Devalvasiyadan əvvəl yoxsul anlayışı da faktiki olaraq başqa məna daşıyırdı. 2015-ci il isə Azərbaycanın iqtisadi həyatında ciddi dəyişikliklər ili oldu və bu dəyişikliklərin fəsadları indiyə kimi həll olunmayıb. Ona görə, orta sinif deyiriksə, biz indiki reallığı nəzərdə tutmalıyıq. Onun mövcudluğunu müəyyən etmək üçün isə rəsmi rəqəmlərə müraciət etməliyik.

Bəs orta sinfin müəyyən edilməsi üçün hansı metodikadan istifadə etməliyik? Misal üçün, oxuduğum dövrdə, orta sinif kimi hesab edirsiniz sualına, müəllimlərdən biri il ərzində 2 dəfə biznes-klass ilə səyahət imkanı olan şəxsləri nəzərdə tutduğunu qeyd etmişdi. Bu müəyyən qədər subyektiv göstəricidir və hesablanması bir qədər çətindir.

Həmçinin, İ. Məmmədov öz statusunda maraqlı bir metodika da təklif edir. Onun sözlərinə görə, “10 il əvvəl The Economist jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinifə aid etmək olar”.

Əslində, avtomobillər və restoranlar barədə qeydlər heç də orta sinif göstəricisi deyil, amma təklif edilən metodika maraqlıdır. Əslində bu metodikanı The Economist yox, məhz bizim hökumətin sıx əməkdaşlıq etdiyi McKinsey təklif edib. “The Economist” jurnalı da öz auditoriyasını orta sinif kimi başa düşür və ona görə nömrədən-nömrəyə bu məsələyə böyük önəm verir. 2005, 2009 və 2011-ci illərdə bu məsələ ilə bağlı hətta geniş araşdırmalar da dərc edilmişdi. Məhz 2009-cu ildə dərc olunmuş hesabatında, Amerika Milli İqtisadi Şurasının üzvü, o vaxta kimi McKinsey-də müşavir vəzifəsində çalışmış Diana Farelə istinadən “1/3 qaydası” təsvir edilmişdi. Bu göstərici də ölkədən ölkəyə fərqlənir. Ona görə, Azərbaycana bu qaydanı tətbiq etmək üçün Dövlət Statistika Komitəsinə müraciət etməliyik. Onlar da sentyabrın ortasında 2018-ci ilin nəticələrinə görə ev təsərrüfatlarının tədqiqatını dərc ediblər.

DSK-nın məlumatına görə ölkə üzrə orta olaraq əhalinin sərəncamında qalan (yəni vergiləri çıxmaq ilə gəlirlərin həcmi) gəlirlərin və xərclərin həcmi 286,02 manat təşkil edib. Amma bütöv əhali orta standartlar üzrə yaşamır. Buna görə DSK əhalini kvintil və desil qruplarına bölür. Kvintil (20%) qrupları üzrə göstəricilər hesablanarkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür.

İstehlak xərclərinin kvintillər üzrə bölgüsü nəticəsində 5 qrup yaranır. Bu qruplarda istehlak xərcləri müxtəlifdir. Ən aşağı qrupda orta aylıq istehlak xərcləri 190,9 manat təşkil edir, ən yuxarı qrupda isə 432,1 manatdır. Ən aşağı qrupda məişət texnikası, restoran və digər mal xidmətlər üçün xərclərin yalnız 16% qalır. Başqa sözlə bu qrup orta sinfə aid oluna bilməz. Burada “1/3 qaydası” yalnız bir qrup üçün düşərlidir – bu da ən yüksək gəlirli kvintilə aiddir. Orta olaraq aylıq gəliri adambaşı 430,2 manat təşkil edən ev təsərrüfatlarında müvafiq xərclər təxmini olaraq 33% (daha dəqiq desək 32,5%) təşkil edir. Bu da yuxarıda qeyd olunan qaydaya uyğundur. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu qrupda təmsil olunan ev təsərrüfatlarında orta ailə tərkibi 3 insandan ibarətdir. Başqa sözlə ailə gəliri 1462,7 manat təşkil etməlidir. Müqayisə üçün, ən aşağı kvintildə təmsil olunan ailələrdə adam sayı 5 nəfərdir. Beləliklə, kvintillərə görə, orta sinfə 3 insandan ibarət və 1462,7 manat gəlirə malik olan ailələr aid oluna bilər. Onların da sayı əhalinin ən yaxşı halda 20%-ni təşkil edir.

Daha dəqiq sayını öyrənmək üçün biz istehlak xərclərinin desillər üzrə bölgüsünə müraciət etməliyik. Burada ən aşağı qrup aylıq adambaşına 175,7 manat gəlirə malikdir. Ən yuxarı qrupda isə aylıq adambaşına gəlir 500,4 manatdır. Desillər üzrə hesablasaq, 1/3 qaydasına yalnız 1 qrup – ən yuxarı – aylıq adambaşına 500,4 manat əldə edən ev təsərrüfatları aiddir. Digər qruplar yalnız müəyyən qədər qismən bu göstəriciyə yaxınlaşa bilər. Misal üçün, aylıq adambaşına orta gəliri 322,3 və 363,9 manat olan ev təsərrüfatlarında müvafiq xərclərin həcmi 27,8 və 29,7% təşkil edir.

Farelin təklif etdiyi üsula görə hesablasaq, Azərbaycanda orta sinfə ev təsərrüfatlarının 10% aid oluna bilər. Bu ailələrin orta gəliri 1701,4 manat təşkil edir və əsasən 3 nəfərdən ibarətdilər. Onlar hətta bir qədər kasıb 10%-ə nisbətdə məişət texnikasına və istirahətə 2 dəfə çox xərcləyirlər. Ən kasıb təbəqə ilə müqayisədə isə gəlirləri 3,3 dəfə çoxdur. Eyni zamanda əgər ən kasıb desil üzrə xərclər gəlirləri 17 manat üstələyirsə, orta sinifdə olan insanlar isə ayda adambaşına ən azı 11 manat yığım da etmək iqtidarındadır.

Beləliklə, əgər İ. Məmmədovun statusunda qeyd olunan metodikanı istifadə etsək, Azərbaycanda orta sinif var və ən azı seçicilərin 10%-ni təşkil edir. Məhz bu insanlar restoranları və kafeləri doldururlar, maşın əldə edirlər və s. Amma siyasi proseslərdə aktiv iştirak edirlərmi? Bilinmir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022

Redaktorun seçimi

Niyə bu qədər iyrəncik?

Əsir qadınlar diyarı

Ermənistan nə qazanır?

AzLogos müsabiqə elan edir

Meymunların yaratdığı adət-ənənə

Mədəni partlayış qaçılmazdır. London.

Evlənmək istəyənlər üçün təlimatlar

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Operativ Qərargahın rəqəmləri

Bir maşın kubik və xalqın partiyası

Bir daha ermənilər, bir daha Kim Kardaşyan məsələsi

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Qırx üç dərəcə istilik

Mexanizm

Apostrof – Qadın olmaq

Quranda olan hər şey dindir?

Azərbaycan müxalif siyasi səhnəsində nekrofiliya aspektləri

Homoseksuallıq seçimdir yoxsa xəstəlik?

Psixoloji travma

Gənc publisistlər üçün məsləhətlər

Sol və sağ liberalizm – ortaq məxrəc və ixtilaflar

Yefremov – cəmiyyətin mənəvi çöküşünün detektoru

Sənan Qurbanov. Bohem sənətkar.

Şeirimizin Elza Seyidcahan zirvəsi

Anschluss-Enosis-Miatsum təcrübəsi və ermənilərlə münaqişənin yekun həlli haqqında

Beş sual-cavabda Əbdürrəhim bəy…

Məşədi İbad olduğu kimi

Maksim və Cavidin Fatih Terim olması

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

Sadə görünməkdən qorxmaq

Azərbaycanda orta sinif varmı?

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
24 Sentyabr 2019

Vaxtilə Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadi diskussiyaları genişləndirmək üçün “diskurs” adlı platforma yaratmışdı. Platformada hər bir iqtisadçıya yazı dərc etmək, hər hansı məsələ ilə bağlı fikir bildirmək imkanı yaradılmışdı. Amma platformanın kifayət qədər məşhurluq qazanmaması (heç normal reklam işi də aparılmırdı), eyni zamanda tələbələrin məcburi qeydiyyatdan keçirilməsi nəticəsində, ideya heç bir uğur əldə etmədi. İndi də formal olaraq platforma mövcuddur (universitetin rəsmi saytında bu platformaya istinad da var), amma reallıqda saytdan heç bir əsər-əlamət yoxdur. Diskussiya mühiti yaratmaq ideyası Azərbaycan reallıqları ilə üzləşdi və uğursuzluğa düçar oldu.

Nəticədə Azərbaycanda Facebook faktiki olaraq diskussiya platformasına çevrildi. Burada geosiyasi məsələlərdən evə qazın verilməsi kimi məişət mövzularına kimi – hər şey müzakirə olunur. İnsanlar bir-biri ilə bəzən qeyri-ciddi mövzulara dair az qala virtual əlbəyaxa döyüş təşkil edirlər. Bəzən müzakirə iqtisadi məsələləri də əhatə edir. Belə məsələlərdən biri də orta sinif anlayışıdır. Bir müddət əvvəl keçmiş siyasi məhbus Qiyasəddin İbrahim öz Facebook səhfəsində müxalifətin təsnifatını verdi və ReAl partiyasını təsvir edərkən qeyd etdi ki, “partiya var, dəstəkçimiz dediyi orta sinif və seçkilər yoxdu” (müəllifin orfoqrafiyası saxlanılıb).

Bu məsələ ReAl partiyası nümayəndələri tərəfindən diqqətdən kənar qalmadı və partiya sədri İlqar Məmmədov öz Facebook səhfəsində mövzuyla bağlı bunları yazdı: “İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda VAR, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir”. Natiq Cəfərli də buna əlavə olaraq idxalın artımını orta sinfin mövcud olduğuna sübut kimi göstərdi. İqtisadçı Rövşən Ağayev isə devalvasiyadan əvvəl Dünya Bankı tərəfindən həyata keçirilmiş tədqiqata istinadən, orta sinfin əhalidə payını 29% kimi qiymətləndirdi.

Amma bütün qeyd edilənlər ümumi sözlərdir. Hətta Dünya Bankının tədqiqatı belə indiki reallığı əks etdirmir. Devalvasiyadan əvvəl yoxsul anlayışı da faktiki olaraq başqa məna daşıyırdı. 2015-ci il isə Azərbaycanın iqtisadi həyatında ciddi dəyişikliklər ili oldu və bu dəyişikliklərin fəsadları indiyə kimi həll olunmayıb. Ona görə, orta sinif deyiriksə, biz indiki reallığı nəzərdə tutmalıyıq. Onun mövcudluğunu müəyyən etmək üçün isə rəsmi rəqəmlərə müraciət etməliyik.

Bəs orta sinfin müəyyən edilməsi üçün hansı metodikadan istifadə etməliyik? Misal üçün, oxuduğum dövrdə, orta sinif kimi hesab edirsiniz sualına, müəllimlərdən biri il ərzində 2 dəfə biznes-klass ilə səyahət imkanı olan şəxsləri nəzərdə tutduğunu qeyd etmişdi. Bu müəyyən qədər subyektiv göstəricidir və hesablanması bir qədər çətindir.

Həmçinin, İ. Məmmədov öz statusunda maraqlı bir metodika da təklif edir. Onun sözlərinə görə, “10 il əvvəl The Economist jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinifə aid etmək olar”.

Əslində, avtomobillər və restoranlar barədə qeydlər heç də orta sinif göstəricisi deyil, amma təklif edilən metodika maraqlıdır. Əslində bu metodikanı The Economist yox, məhz bizim hökumətin sıx əməkdaşlıq etdiyi McKinsey təklif edib. “The Economist” jurnalı da öz auditoriyasını orta sinif kimi başa düşür və ona görə nömrədən-nömrəyə bu məsələyə böyük önəm verir. 2005, 2009 və 2011-ci illərdə bu məsələ ilə bağlı hətta geniş araşdırmalar da dərc edilmişdi. Məhz 2009-cu ildə dərc olunmuş hesabatında, Amerika Milli İqtisadi Şurasının üzvü, o vaxta kimi McKinsey-də müşavir vəzifəsində çalışmış Diana Farelə istinadən “1/3 qaydası” təsvir edilmişdi. Bu göstərici də ölkədən ölkəyə fərqlənir. Ona görə, Azərbaycana bu qaydanı tətbiq etmək üçün Dövlət Statistika Komitəsinə müraciət etməliyik. Onlar da sentyabrın ortasında 2018-ci ilin nəticələrinə görə ev təsərrüfatlarının tədqiqatını dərc ediblər.

DSK-nın məlumatına görə ölkə üzrə orta olaraq əhalinin sərəncamında qalan (yəni vergiləri çıxmaq ilə gəlirlərin həcmi) gəlirlərin və xərclərin həcmi 286,02 manat təşkil edib. Amma bütöv əhali orta standartlar üzrə yaşamır. Buna görə DSK əhalini kvintil və desil qruplarına bölür. Kvintil (20%) qrupları üzrə göstəricilər hesablanarkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür.

İstehlak xərclərinin kvintillər üzrə bölgüsü nəticəsində 5 qrup yaranır. Bu qruplarda istehlak xərcləri müxtəlifdir. Ən aşağı qrupda orta aylıq istehlak xərcləri 190,9 manat təşkil edir, ən yuxarı qrupda isə 432,1 manatdır. Ən aşağı qrupda məişət texnikası, restoran və digər mal xidmətlər üçün xərclərin yalnız 16% qalır. Başqa sözlə bu qrup orta sinfə aid oluna bilməz. Burada “1/3 qaydası” yalnız bir qrup üçün düşərlidir – bu da ən yüksək gəlirli kvintilə aiddir. Orta olaraq aylıq gəliri adambaşı 430,2 manat təşkil edən ev təsərrüfatlarında müvafiq xərclər təxmini olaraq 33% (daha dəqiq desək 32,5%) təşkil edir. Bu da yuxarıda qeyd olunan qaydaya uyğundur. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu qrupda təmsil olunan ev təsərrüfatlarında orta ailə tərkibi 3 insandan ibarətdir. Başqa sözlə ailə gəliri 1462,7 manat təşkil etməlidir. Müqayisə üçün, ən aşağı kvintildə təmsil olunan ailələrdə adam sayı 5 nəfərdir. Beləliklə, kvintillərə görə, orta sinfə 3 insandan ibarət və 1462,7 manat gəlirə malik olan ailələr aid oluna bilər. Onların da sayı əhalinin ən yaxşı halda 20%-ni təşkil edir.

Daha dəqiq sayını öyrənmək üçün biz istehlak xərclərinin desillər üzrə bölgüsünə müraciət etməliyik. Burada ən aşağı qrup aylıq adambaşına 175,7 manat gəlirə malikdir. Ən yuxarı qrupda isə aylıq adambaşına gəlir 500,4 manatdır. Desillər üzrə hesablasaq, 1/3 qaydasına yalnız 1 qrup – ən yuxarı – aylıq adambaşına 500,4 manat əldə edən ev təsərrüfatları aiddir. Digər qruplar yalnız müəyyən qədər qismən bu göstəriciyə yaxınlaşa bilər. Misal üçün, aylıq adambaşına orta gəliri 322,3 və 363,9 manat olan ev təsərrüfatlarında müvafiq xərclərin həcmi 27,8 və 29,7% təşkil edir.

Farelin təklif etdiyi üsula görə hesablasaq, Azərbaycanda orta sinfə ev təsərrüfatlarının 10% aid oluna bilər. Bu ailələrin orta gəliri 1701,4 manat təşkil edir və əsasən 3 nəfərdən ibarətdilər. Onlar hətta bir qədər kasıb 10%-ə nisbətdə məişət texnikasına və istirahətə 2 dəfə çox xərcləyirlər. Ən kasıb təbəqə ilə müqayisədə isə gəlirləri 3,3 dəfə çoxdur. Eyni zamanda əgər ən kasıb desil üzrə xərclər gəlirləri 17 manat üstələyirsə, orta sinifdə olan insanlar isə ayda adambaşına ən azı 11 manat yığım da etmək iqtidarındadır.

Beləliklə, əgər İ. Məmmədovun statusunda qeyd olunan metodikanı istifadə etsək, Azərbaycanda orta sinif var və ən azı seçicilərin 10%-ni təşkil edir. Məhz bu insanlar restoranları və kafeləri doldururlar, maşın əldə edirlər və s. Amma siyasi proseslərdə aktiv iştirak edirlərmi? Bilinmir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel