Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycan istehlakçısının arzuları

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
20 Avqust 2019

İqtisadiyyat barədə danışarkən, adətən insanların təxəllüyünə dəqiq rəqəmlər, statistika və riyazi hesablamalar gəlir. Statistikanın bir çox bölmələri olmasına baxmayaraq, adətən onu iqtisadiyyatdan ayırd etmirlər. Amma iqtisadi nəzəriyyədə son bir neçə onilliyin əsas tendensiyası dəqiq hesablanması mümkün olmayan amillərin iqtisadi proseslərə təsirini müəyyən etməkdir.

Hətta İqtisadiyyat üzrə Nobel mükafatını (yeri gəlmişkən bu mükafat rəsmi olaraq birbaşa Nobel komitəsinə aid olmadığı üçün Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafat adlandırılır) nəzər salsaq görə bilərik ki, son illərin bir çox laureatları davranış, münasibət və digər amillərin tədqiqi ilə məşğuldur. Buraya biz R. Taleri (2017-ci ildə Nobel mükafatı laureatı), O. Xart və B. Xolmstryom (ikisi də 2016), J. Tirol (2015), R. Auman, T. Şellinq (2005), C. Akerlof, M. Spens və C. Stiqlits (hər üçü 2001) və s. aid etmək olar.

Bu Nobel mükafatı laureatlarının bir çoxunu iqtisadi nəzəriyyənin institusionalizm cərəyanına aid etmək olar. Məhz bu cərəyan iqtisadi proseslərə müxtəlif institutların (adətlərin, qanunların və digər subyektiv amillərin) təsirini tədqiq etməyə çalışır. Hətta son illərin ən məşhur iqtisadi kitabları sırasında olan D. Acemoğlunun və C. Robinsonun müəllif olduğu “Why Nations Fall: The Origins of Power, Prosperity, and Powerty” (“Millətlər niyə tənəzzül edir: Hakimiyyətin, Tərəqqi və Yoxsulluğun kökləri”) məhz bu cərəyana aiddir. Onlar da iqtisadi proseslərə institusional amillərin təsirini müəyyən etməyə çalışırlar və məhz bununla bir ölkənin varlı olmasını, digərinin isə kasıb olmasını sübut edirlər.

Bu nəzəriyyənin hansı dərəcədə reallığı əks etdirib-etdirməməsinə dair müxtəlif mülahizələr irəli sürülə bilər, amma indiki dövrdə bu nəzəriyyənin müxtəlif tərəfləri bir çox ölkələrin iqtisadi siyasətlərində əhəmiyyətli yerə malikdir. Məhz bu istiqamətin vacib tərəflərindən biri də gözləntilər nəzəriyyəsidir. Yəni nəzəriyyəyə görə, iqtisadi proseslərin inkişafı bazar iştirakçılarının gözləntisindən asılıdır.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri E. Rüstəmov da özünü institusional nəzəriyyəsinin tərəfdarı hesab edir. Ona görə də insanların gözləntilərinə böyük diqqət yetirir. Bununla bağlı, Mərkəzi Bank və Dövlət Statistika Komitəsi hətta birlikdə sorğular keçirmiş və iyulun 31-də prezident yanında keçirilən sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə, E. Rüstəmov bəzi rəqəmlər səsləndirmişdi. Onun məlumatına görə, “bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 %-dir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, – orada da sorğular aparmışıq, – kifayət qədər yuxarıdır”.

Elman Rüstəmovun öz çıxışında əks etdirdiyi göstərici kifayət qədər vacibdir, amma təəssüflər olsun ki, onun inam indeksi ilə bağlı dediklərinə inanmaq (nə qədər də ironik) çətindir. O bizə sorğu ilə bağlı heç bir əlavə məlumat verməyib. Biz nə respondentlərin tərkibini, nə onlara verilən sualları, nə də ümumiyyətlə sorğunun metodologiyası barədə heç bir şey bilmirik. Ona görə nə ekspert çevrəsi, nə də başqa bir ixtisaslaşmış çevrə, bu sözləri qəbul edə bilməz.

Qeyd etmək lazımdır ki, İstehlakçının İnam İndeksi (Consumer Confidence Index) istehlakçıların düşüncələri ilə bağlıdır. Biz çox hallarda işsizlik və ya inflyasiya barədə məlumatı öyrənmək üçün ekspertlərə müraciət edirik, amma reallıq odur ki, əsas bazar iştirakçıları adi istehlakçılardır. Ona görə, onların düşüncələri bazar üçün vacibdir.

Rüstəmovdan fərqli olaraq, Business Insight International Research Group şirkəti bu yaxınlarda müvafiq indeks ilə bağlı keçirdiyi sorğuya dair bütün məlumatları yerləşdirib. Ona görə bu cavablara inana bilərik. Deməli sorğu 20-70 yaşlı 1401 nəfər arasında aparılmışdır. Sorğu bütün Azərbaycanı (Bakının payı 40% idi) əhatə edib. Sorğuda iştirak edənlərin əsas hissəsi 30-50 yaşda idi. Eyni zamanda respondentlərin 43%-nin aylıq gəliri 300-700 manat arasında idi, 9%-nin gəlirləri 1200 manatı keçirdi, 20% respondentin isə gəliri 300 manatdan aşağı idi. Sorğu zamanı iki tipli sual verilir. Birinci tip ev təsərrüfatının indiki vəziyyəti ilə bağlıdır. Bura aşağıdakı sualları aid etmək olar:

Ötən 12 ay müddətində ailənizin maliyyə vəziyyəti necə dəyişib?

Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsini necə qiymətləndirərdiniz?

Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini necə qiymətləndirərdiniz?

Ümumi iqtisadi vəziyyətə əsasən, Siz hal-hazırda uzunmüddətli istifadə əşyalarının alışlarını (mebel, elektrik cihazları/avadanlıqları və s.) həyata keçirmək üçün uğurlu vaxt hesab edirsinizmi?

Ailənizin cari maliyyə vəziyyətini aşağıdakılardan hansı daha yaxşı təsvir edir?

İkinci tip isə müvafiq ev təsərrüfatı nümayəndəsinin gələcək gözləntilərini əks etdirir. Buraya isə bu sualları aid etmək olar:

Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Gələcək 12 ay müddətində ölkəmizin ümumi iqtisadi vəziyyətinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişəcəyini necə qiymətləndirərdiniz?

Ötən 12 ayla müqayisədə gəcələk 12 ayda uzunmüddətli alışlarınıza (mebel, elektrik avadanlıqları və s.) xərcləyəcəyiniz pulu miqdarını necə qiymətləndirərdiniz?

Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı?

Gələcək 12 ayda avtomobil almağı ehtimal edirsinizmi?

Gələcək 12 ayda yeni ev almağı və ya tikməyi planlaşdırırsınız?

Gələcək 12 ayda evinizin təmirinə və ya yenidən qurulmasına pulunuzun böyük məbləğini xərcləməyi ehtimal edirsinizmi?

Mərkəzi Bank sədrinin dedikləri gələcək ilə bağlı olduğuna görə, bizi insanların gözləntiləri haqda dedikləri daha çox maraqlandırır.

Birinci sual növbəti il ərzində ailənin maliyyə vəziyyəti ilə bağlı idi. Respodentlərin ən böyük qrupu (39,9%) cavab verdi ki, qismən yaxşılaşacaq. 2018-ci ildə müvafiq göstərici 47,2% idi. Qismən və ya çox pisləşəcəyini 23,9%-i fikirləşir. Bir il əvvəl eyni göstərici 16,4% təşkil etmişdi. Amma yeri gəlmişkən, optimistlərin sayı artıb. Belə ki, əgər 2018-ci ildə çox yaxşılacağına dair cavab verənlərin sayı 7,3% idisə, 2019-cu ildə bu göstərici 11,5% təşkil edib.

Bəs ölkənin vəziyyətinə dair vəziyyət necədir? Yalnız 28,6% «çox», 36,7% isə «qismən» yaxşılacağını düşünür (bir il əvvəl müvafiq olaraq 35,8 və 35% idi). Respondentlərin 20,9% hesab edir ki, vəziyyət daha da pisləşəcək. E. Rüstəmovun qeyd etdiyi inflyasiya ilə bağlı gözləntilər isə bədbindir. Sorğulananlar arasında 73,6% hesab edir ki, inflyasiya artacaq. Eyni səviyyədə qalmasını 20,1%, azalacağını 6,4% hesab edir. Eyni zamanda respodentlərin 46% hesab edir ki, işsizlik də artacaq. Qismən azalacağını 32,3% hesab edir. Yeri gəlmişkən, bir il əvvəl işsizliyin artacağını yalnız 36,7% güman edirdi.

Yaxşı bəs xərclər barədə istehlakçılar nə fikirləşir? Keçən il ilə müqayisədə müxtəlif mallara (mebel, elektrik cihazlar və s.) daha az xərcləyəcəyini respondentlərin 50,9% qeyd edib. Eyni zamanda avtomobil almağı ehtimal etməyənlərin sayı 74,3%, yeni ev almağı 75,8%, evdə təmir etməyi isə ehtimal etməyənlərin sayı 61,4% təşkil edir. 2018-ci ildə keçirilmiş müvafiq sorğuda bu göstəricilər, müvafiq olaraq 42,8%, 65,6%, 77,2% və 64,7% təşkil etmişdi.

Göründüyü kimi, bəzi göstəricilər üzrə azalma, bəzilərində isə əksinə artım müşahidə olunur? Bəs bu nə ilə bağlıdır. Buna daha aydın cavabı pul yığmaqla bağlı suala verilən cavablar göstərir. Əgər 2018-ci ildə qismən pul yığmağı ehtimal edənlərin sayı 27,5% təşkil edirdisə, 2019-cu ildə bu göstərici 39,7% qalxıb. Bu isə gəlir artımının göstəricisi deyil. Sadəcə insanların iqtisadiyyat ilə bağlı gözləntiləri qeyri-qənaətbəxşdir deyə, onlar xərcləmək yerinə, daha çox saxlamaq niyyətindədilər. Eyni zamanda müəyyən qədər böyük pul vəsaitlərinin saxlanması hesabına həm evdə təmir etmək olar, həm də yeni ev ya maşın almağı da arzulamaq olar.

Beləliklə, görünən odur ki, istehlakçılar 2019-cu ildən heç də müsbət nəticələr gözləmirlər. Bu isə birbaşa olaraq bazarda baş verən alış-satış proseslərinə təsir edə bilər. Başqa tərəfdən bazarda onsuz da hər gün nəsə baş verir: gah soğan bahalaşır, gah albalı itir.

Bütövlükdə baş verən proseslər heç də istehlakçı inamının möhkəmlənməsinə gətirmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

Gözyaşı, yoxsa qayaların toqquşması? – Abbas Atilay təqdim edir

Kosmik yanılmalar. Kainat haqda elmin xətaları

Nə müharibə, nə sülh – Atəşkəsin 25 ili

“Şeyx”in tənqidi

İnsanın insanı istismar etməsi barədə bədii-fəlsəfi esse

Kinorejissorlar niyə məmur olmaq üçün yerikləyir?

Azərbaycan-İran münasibətləri

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Teymurun duzlu-istiotlu ölkəsi

Sabirin sabunları

Adrenalin

Kinosuz Azərbaycan

Azad İsazadə: “Namusuma sataşıblarsa, mən də öldürərəm”

Azərbaycan müxalif siyasi səhnəsində nekrofiliya aspektləri

Əkrəm Əylislinin son çırpınışları

Həqiqi iman sahibi təhlükəsi

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

Peçat sözdən sonra qışqıranlar

Mədəniyyət və İncəsənət sahəsində zəruri islahatlar barədə qeydlər

Türkiyə və İrana məhkum Azərbaycan kinosu?

Qardaş olub Hayastan-Azərbaycan?

Cambridge Casus Toru və Kim Philby

450 milyon ədəd PlayStation

Taleh: “İlhamla çəkilən hər bir rəsm sənətkarın deyil, alıcının sərmayəsidir”

Biz niyə haqlıyıq?

Çoxlu Faust

Uşaqlıq zədəsi haqqında

Hərb və Sülh

Memarlıqda yeni era

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

Azərbaycan istehlakçısının arzuları

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
20 Avqust 2019

İqtisadiyyat barədə danışarkən, adətən insanların təxəllüyünə dəqiq rəqəmlər, statistika və riyazi hesablamalar gəlir. Statistikanın bir çox bölmələri olmasına baxmayaraq, adətən onu iqtisadiyyatdan ayırd etmirlər. Amma iqtisadi nəzəriyyədə son bir neçə onilliyin əsas tendensiyası dəqiq hesablanması mümkün olmayan amillərin iqtisadi proseslərə təsirini müəyyən etməkdir.

Hətta İqtisadiyyat üzrə Nobel mükafatını (yeri gəlmişkən bu mükafat rəsmi olaraq birbaşa Nobel komitəsinə aid olmadığı üçün Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafat adlandırılır) nəzər salsaq görə bilərik ki, son illərin bir çox laureatları davranış, münasibət və digər amillərin tədqiqi ilə məşğuldur. Buraya biz R. Taleri (2017-ci ildə Nobel mükafatı laureatı), O. Xart və B. Xolmstryom (ikisi də 2016), J. Tirol (2015), R. Auman, T. Şellinq (2005), C. Akerlof, M. Spens və C. Stiqlits (hər üçü 2001) və s. aid etmək olar.

Bu Nobel mükafatı laureatlarının bir çoxunu iqtisadi nəzəriyyənin institusionalizm cərəyanına aid etmək olar. Məhz bu cərəyan iqtisadi proseslərə müxtəlif institutların (adətlərin, qanunların və digər subyektiv amillərin) təsirini tədqiq etməyə çalışır. Hətta son illərin ən məşhur iqtisadi kitabları sırasında olan D. Acemoğlunun və C. Robinsonun müəllif olduğu “Why Nations Fall: The Origins of Power, Prosperity, and Powerty” (“Millətlər niyə tənəzzül edir: Hakimiyyətin, Tərəqqi və Yoxsulluğun kökləri”) məhz bu cərəyana aiddir. Onlar da iqtisadi proseslərə institusional amillərin təsirini müəyyən etməyə çalışırlar və məhz bununla bir ölkənin varlı olmasını, digərinin isə kasıb olmasını sübut edirlər.

Bu nəzəriyyənin hansı dərəcədə reallığı əks etdirib-etdirməməsinə dair müxtəlif mülahizələr irəli sürülə bilər, amma indiki dövrdə bu nəzəriyyənin müxtəlif tərəfləri bir çox ölkələrin iqtisadi siyasətlərində əhəmiyyətli yerə malikdir. Məhz bu istiqamətin vacib tərəflərindən biri də gözləntilər nəzəriyyəsidir. Yəni nəzəriyyəyə görə, iqtisadi proseslərin inkişafı bazar iştirakçılarının gözləntisindən asılıdır.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri E. Rüstəmov da özünü institusional nəzəriyyəsinin tərəfdarı hesab edir. Ona görə də insanların gözləntilərinə böyük diqqət yetirir. Bununla bağlı, Mərkəzi Bank və Dövlət Statistika Komitəsi hətta birlikdə sorğular keçirmiş və iyulun 31-də prezident yanında keçirilən sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə, E. Rüstəmov bəzi rəqəmlər səsləndirmişdi. Onun məlumatına görə, “bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 %-dir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, – orada da sorğular aparmışıq, – kifayət qədər yuxarıdır”.

Elman Rüstəmovun öz çıxışında əks etdirdiyi göstərici kifayət qədər vacibdir, amma təəssüflər olsun ki, onun inam indeksi ilə bağlı dediklərinə inanmaq (nə qədər də ironik) çətindir. O bizə sorğu ilə bağlı heç bir əlavə məlumat verməyib. Biz nə respondentlərin tərkibini, nə onlara verilən sualları, nə də ümumiyyətlə sorğunun metodologiyası barədə heç bir şey bilmirik. Ona görə nə ekspert çevrəsi, nə də başqa bir ixtisaslaşmış çevrə, bu sözləri qəbul edə bilməz.

Qeyd etmək lazımdır ki, İstehlakçının İnam İndeksi (Consumer Confidence Index) istehlakçıların düşüncələri ilə bağlıdır. Biz çox hallarda işsizlik və ya inflyasiya barədə məlumatı öyrənmək üçün ekspertlərə müraciət edirik, amma reallıq odur ki, əsas bazar iştirakçıları adi istehlakçılardır. Ona görə, onların düşüncələri bazar üçün vacibdir.

Rüstəmovdan fərqli olaraq, Business Insight International Research Group şirkəti bu yaxınlarda müvafiq indeks ilə bağlı keçirdiyi sorğuya dair bütün məlumatları yerləşdirib. Ona görə bu cavablara inana bilərik. Deməli sorğu 20-70 yaşlı 1401 nəfər arasında aparılmışdır. Sorğu bütün Azərbaycanı (Bakının payı 40% idi) əhatə edib. Sorğuda iştirak edənlərin əsas hissəsi 30-50 yaşda idi. Eyni zamanda respondentlərin 43%-nin aylıq gəliri 300-700 manat arasında idi, 9%-nin gəlirləri 1200 manatı keçirdi, 20% respondentin isə gəliri 300 manatdan aşağı idi. Sorğu zamanı iki tipli sual verilir. Birinci tip ev təsərrüfatının indiki vəziyyəti ilə bağlıdır. Bura aşağıdakı sualları aid etmək olar:

Ötən 12 ay müddətində ailənizin maliyyə vəziyyəti necə dəyişib?

Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsini necə qiymətləndirərdiniz?

Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini necə qiymətləndirərdiniz?

Ümumi iqtisadi vəziyyətə əsasən, Siz hal-hazırda uzunmüddətli istifadə əşyalarının alışlarını (mebel, elektrik cihazları/avadanlıqları və s.) həyata keçirmək üçün uğurlu vaxt hesab edirsinizmi?

Ailənizin cari maliyyə vəziyyətini aşağıdakılardan hansı daha yaxşı təsvir edir?

İkinci tip isə müvafiq ev təsərrüfatı nümayəndəsinin gələcək gözləntilərini əks etdirir. Buraya isə bu sualları aid etmək olar:

Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Gələcək 12 ay müddətində ölkəmizin ümumi iqtisadi vəziyyətinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişəcəyini necə qiymətləndirərdiniz?

Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişəcəyini necə qiymətləndirərdiniz?

Ötən 12 ayla müqayisədə gəcələk 12 ayda uzunmüddətli alışlarınıza (mebel, elektrik avadanlıqları və s.) xərcləyəcəyiniz pulu miqdarını necə qiymətləndirərdiniz?

Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı?

Gələcək 12 ayda avtomobil almağı ehtimal edirsinizmi?

Gələcək 12 ayda yeni ev almağı və ya tikməyi planlaşdırırsınız?

Gələcək 12 ayda evinizin təmirinə və ya yenidən qurulmasına pulunuzun böyük məbləğini xərcləməyi ehtimal edirsinizmi?

Mərkəzi Bank sədrinin dedikləri gələcək ilə bağlı olduğuna görə, bizi insanların gözləntiləri haqda dedikləri daha çox maraqlandırır.

Birinci sual növbəti il ərzində ailənin maliyyə vəziyyəti ilə bağlı idi. Respodentlərin ən böyük qrupu (39,9%) cavab verdi ki, qismən yaxşılaşacaq. 2018-ci ildə müvafiq göstərici 47,2% idi. Qismən və ya çox pisləşəcəyini 23,9%-i fikirləşir. Bir il əvvəl eyni göstərici 16,4% təşkil etmişdi. Amma yeri gəlmişkən, optimistlərin sayı artıb. Belə ki, əgər 2018-ci ildə çox yaxşılacağına dair cavab verənlərin sayı 7,3% idisə, 2019-cu ildə bu göstərici 11,5% təşkil edib.

Bəs ölkənin vəziyyətinə dair vəziyyət necədir? Yalnız 28,6% «çox», 36,7% isə «qismən» yaxşılacağını düşünür (bir il əvvəl müvafiq olaraq 35,8 və 35% idi). Respondentlərin 20,9% hesab edir ki, vəziyyət daha da pisləşəcək. E. Rüstəmovun qeyd etdiyi inflyasiya ilə bağlı gözləntilər isə bədbindir. Sorğulananlar arasında 73,6% hesab edir ki, inflyasiya artacaq. Eyni səviyyədə qalmasını 20,1%, azalacağını 6,4% hesab edir. Eyni zamanda respodentlərin 46% hesab edir ki, işsizlik də artacaq. Qismən azalacağını 32,3% hesab edir. Yeri gəlmişkən, bir il əvvəl işsizliyin artacağını yalnız 36,7% güman edirdi.

Yaxşı bəs xərclər barədə istehlakçılar nə fikirləşir? Keçən il ilə müqayisədə müxtəlif mallara (mebel, elektrik cihazlar və s.) daha az xərcləyəcəyini respondentlərin 50,9% qeyd edib. Eyni zamanda avtomobil almağı ehtimal etməyənlərin sayı 74,3%, yeni ev almağı 75,8%, evdə təmir etməyi isə ehtimal etməyənlərin sayı 61,4% təşkil edir. 2018-ci ildə keçirilmiş müvafiq sorğuda bu göstəricilər, müvafiq olaraq 42,8%, 65,6%, 77,2% və 64,7% təşkil etmişdi.

Göründüyü kimi, bəzi göstəricilər üzrə azalma, bəzilərində isə əksinə artım müşahidə olunur? Bəs bu nə ilə bağlıdır. Buna daha aydın cavabı pul yığmaqla bağlı suala verilən cavablar göstərir. Əgər 2018-ci ildə qismən pul yığmağı ehtimal edənlərin sayı 27,5% təşkil edirdisə, 2019-cu ildə bu göstərici 39,7% qalxıb. Bu isə gəlir artımının göstəricisi deyil. Sadəcə insanların iqtisadiyyat ilə bağlı gözləntiləri qeyri-qənaətbəxşdir deyə, onlar xərcləmək yerinə, daha çox saxlamaq niyyətindədilər. Eyni zamanda müəyyən qədər böyük pul vəsaitlərinin saxlanması hesabına həm evdə təmir etmək olar, həm də yeni ev ya maşın almağı da arzulamaq olar.

Beləliklə, görünən odur ki, istehlakçılar 2019-cu ildən heç də müsbət nəticələr gözləmirlər. Bu isə birbaşa olaraq bazarda baş verən alış-satış proseslərinə təsir edə bilər. Başqa tərəfdən bazarda onsuz da hər gün nəsə baş verir: gah soğan bahalaşır, gah albalı itir.

Bütövlükdə baş verən proseslər heç də istehlakçı inamının möhkəmlənməsinə gətirmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel