bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycan Demokratik Respublikası – 100

Seymur Baycan Seymur Baycan
Mövqe
30 May 2019
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Seymur
Paylaş

“At işlər, ər öyünər” 

Atalar məsəli

İndi bilmirəm, vəziyyət necədir, bəndəniz orta məktəbdə oxuyanda dördüncü, ya beşinci, ola bilsin altıncı sinif ədəbiyyat dərsliyində ibrətamiz bir hekayə vardı. Hekayənin məzmunu ondan ibarət idi ki, bir ata tənbəl, avara oğlunu zəhmətə alışdırmaq istəyir. Bir axşam ata oğluna deyir ki, bəsdir daha, uşaq deyilsən, bığlı-saqqallı kişisən, ayıbdır, sabah gedib işləyib, zəhmət çəkib, tər töküb bir manat qazanmalısan.  

Tənbəl, avara oğul alışmadığına görə səhər tezdən güclə, əzabla, məşəqqətlə yuxudan qalxır, yuyunur, iki ədəd sosis, iki ədəd soyutma yumurta, hisə verilmiş iki dilim kolbasa, iki ədəd orta ölçüdə ət kotleti, iki ədəd qızardılmış toyuq budu, bir kasa qıymalı lobya supu, bir kasa əriştə, bir kasa borş, bir kasa hədik yeyir, əncir mürəbbəsiylə iki stəkan pürrəngi çay içir, qərəz, toqqanın altını yaxşıca bərkidib, geyinib-keçinib, ətirlənib, başını jeleləyib evdən çıxır. Özünü elə göstərir ki, guya həqiqətən də gedir zəhmətlə bir manat pul qazanmağa və onun üçün çox çətin, məsuliyyətli bir gündür, ağır sınaq qarşısındadır. Amma ananın sayəsində ver yeyim, ört yatım rejimində böyüyən tənbəl oğul heç zəhmətə qatlaşmaq istəmir. Onun lüğətində işləmək, zəhmət çəkmək, tər tökmək, ayın axırında maaş cədvəlinə qol çəkib maaş almaq  kimi sözlər yerli-dibli yoxdur. 

O, Ülvi Həsənli, Məcid Mərcanlı, Kənan Qasımlı, Məsud Əsgər, Emil Bağırov, Pünhan İmamlı, Aqşin İbişov, Əli Novruzov və bu kimi digər məşhur, diriyə hay, ölüyə pay verməyən, xeyrə-şərə yaramaz avaralara xas bir tərzdə şəhərin küçələrində veyillənir, Road kafesində oturub çay, pivə içə-içə özünə oxşar avaralarla saatlarla domino çırpır, ictimai-siyasi həyatda baş verən hadisələri müzakirə edir, bəzən mübahisəyə girir, sonra da dönər yeyə-yeyə playstation oynayır. 

Qaranlıq düşəndə avara oğul evə qayıdır. Oğlunun avaraçılığını sığortalamaq istəyən, həm də evdə söz-söhbətin, dava-dalaşın düşməməsini arzulayan ana tez, gizlincə ona bir manat pul verir. Ata oğlundan soruşur ; hanı sənin qazandığın bir manat? Ata bu sözləri pıçıltı ilə demək istəyir , amma özündən aslı olmadan səsi ucadan çıxır. Oğul anasının ona gizlincə verdiyi bir manat pulu atasına tərəf uzadır. Özü də elə artistcəsinə uzadır ki, guya bu bir manatı dəhşət zəhmət çəkərək, işləyərək, tər tökərək özü qazanıbdır, guya bu bir manatı qazanmaq üçün o qədər işləyib ki, ta ayaq üstə dayanmağa bir qram heyi qalmayıbdır, elə bu saniyə yorğunluqdan yerə yıxılacaq, elə yıxıldığı yerdəcə paltarlı zadlı yatacaq… 

Ata da müdrik, həyat təcrübəsi zəngin olan bir kişi imiş. Yumşaq desəm, cini “yola verib” balasını axtarırmış. Bu müdrik kişi oğlunun verdiyi bir manatın o tərəfinə, bu tərəfinə kədərlə baxıb ocağa tullayır. Oğulun heç tükü də tərpənmir. Niyə? Çox sadə bir səbəbə görə. Ona görə ki, bu bir manatı qazanmaq üçün işləməyib, zəhmət çəkməyib, tər tökməyib, heç nə vecinə deyil, Araz aşığındandır, Kür topuğundan. 

Bəli, bu hadisə eynən bu tərzdə bir neçə dəfə təkrar olunur. Oğul alışmadığına görə səhər tezdən güclə, əzabla, məşəqqətlə yuxudan qalxır, yuyunur, toqqanın altını yaxşıca bərkidir, geyinib-keçinib, ətirlənib, saçını jeleləyib evdən çıxır. Guya gedir zəhmətlə bir manat pul qazanmağa. Bütün günü şəhərin küçələrində avaralanır, domino çırpır, siyasətdən danışır, dünyada və regionda baş verən hadisələrə münasibətini bildirir, playstation oynayır, qaranlıq düşəndə isə evə qayıdır. Ana da gizlincə oğluna bir manat pul verir. Ata da bu pulun orasına-burasına kədərlə baxıb tullayır ocağa. Oğulun tükü də tərpənmir. 

Günlərin bir günü möcüzə baş verir. Oğul, deyəsən, nəhayət başa düşür ki, atanı heç cür aldada bilməyəcək. Onun üçün çətin və məşəqqətli olsa da, bu lənətə gəlmiş bir manatı zəhmətlə, tər tökərək qazanmalıdır. Belə də olur. Tənbəl oğul şeytanın qıçını sındırıb zəhmətlə, tər tökərək bir manat qazanır. Bilirəm indi nə qədər adamı maraq bürüyəcək. Ki, görəsən tənbəl oğul hansı yolla, hansı üsulla bir manatı qazandı. Əlbəttə, tənbəl oğulun bir manatı hansı yolla, hansı üsulla qazanması barədə çox danışmaq olar, amma bu bizi əsil mətləbdən uzaqlaşdırar. 

Tənbəl oğul qaranlıq düşəndə evə qayıdır. Nə qədər yavaş addımlasa da nəhayət evə çatmalı olur. Ata həmişəki qaydada oğlundan soruşur ki, hanı sənin qazandığın bir manat? Oğul zəhmətlə, tər tökərək qazandığı bir manatı atasına tərəf uzadır. Ata pulu alıb atır ocağa. Bu zaman oğul dizin yerə atib, əlini ocağın içinə soxub bir manatı ordan çıxarır. Niyə? Çox sadə bir səbəbə görə. Ona görə ki, bu bir manatı həqiqətən də işləyərək, zəhmət çəkərək, tər tökərək qazanmışdı. 

Təxminən otuz il əvvəl oxuduğum ibrətamiz hekayənin məzmunu yadımda belə qalıbdır və o vaxtdan çox sular axıbdır. Əslində bu yazını yazmazdan əvvəl həmin ibrətamiz hekayəni tapıb təzədən oxuya bilərdim. Amma bir publisist kimi düşündüm ki, ibrətamiz hekayənin məzmunu yadımda necə qalıbsa, elə o cür də yazmağım daha yaxşıdır. 

Azərbaycan Demokratik Respublikasından söhbət düşəndə, söhbət gedəndə həmişə bu ibrətamiz hekayəni xatırlayıram. Bu gün azərbaycanlı adlanan bir xalq respublikanın elan olunmasında demək olar ki, heç bir rol oynamayıb. Bu gün azərbaycanlı adlanan xalq respublika elan olunana qədər demək olar ki, heç bir ictimai, siyasi, mədəni proseslərdə iştirak etməyib. İlk respublika ilk jurnalın nəşrindən on iki il sonra elan olunmuşdu. Beş-altı adam yığışıb respublika elan edib, elan etdikləri respublikanı xonçada bu gün azərbaycanlı adlanan camaatın qabağına qoyublar. İndi özünü ağıllı, savadlı sayan neçə-neçə persona etiraz edəcək ki, respublikanı beş-altı adam yox, otuz-qırx adam qurmuşdu. Olsun yüz, yüz əlli, lap iki yuz adam. Söhbət dövlət qurmaqdan gedirsə iki yüz adam çevrilib beş –altı adam olur. Qurbanlar vermədən, zəhmət çəkmədən, ictimai-siyasi-mədəni proseslərdən keçmədən hər hansı camaatın durduğu yerdə respublika qazanması ananın tənbəl oğula gizlincə bir manat verməsinə bənzəyir. Ata oğulun zəhmət çəkmədən, tər tökmədən əldə etdiyi bir manatı (oxu respublikanı) ocağa atanda oğulun (oxu xalqın) tükü də tərpənməyəcək. 

Çeslav Miloş “Kölə edilmiş ağıl” əsərində sosrealizmi Polşada yaymağın nə qədər çətin olduğu haqqında yazır. Yazır ki, sosrealizmi Polşada tətbiq etmək, oturtmaq asan deyildi. Nədən ki, klassik polyak yazıçılarının əsərləri ruslara, Rusiya imperiyasına qarşı nifrətlə dolu idi. Bu klassik yazıçıların hamısını kənara qoymaq, qadağan etmək mümkün deyildi. Daha sadə dildə desək, oturuşmuş anlayışlar mövcud idi. Bu anlayışların hamısını dəyişmək, yalanlar uydurmaq böyük güc, vaxt tələb edirdi. 

Bəs bizdə vəziyyət necə idi?

Bizdə vəziyyət o qədər ağır idi ki, Səməd Vurğun Müsavat hökumətini lənətləyəndə Rəsulzadə buna sevinirdi. Deyirdi, heç olmasa xalq Səməd Vurğunun lənət dolu sətirlərini oxuduqda bir vaxtlar Müsavat adlı hökumətin mövcud olduğundan xəbər tutacaq. Azərbaycan Sovet yazıçıları Sovet hökumətinin qurulmasından, inqilabdan bəhs edən əsərlərində ağızlarına gələni yaza, istədiklərini asanlıqla uydura bilirdilər. Bu barədə daha ətraflı “Qədir necə inqilabçı oldu?” yazısında oxuya bilərsiniz. 

Bu gün azərbaycanlı adlanan xalq respublikanın elan olunmasında heç bir zəhmət çəkmədiyinə görə resublikanın nə demək olduğunu qanmır, başa düşmür. Azərbaycanlılar üçün əmirlikdə, xanlıqda, ostanlıqda, bostanlıqda yaşamağın heç bir fərqi yoxdur. 

Əmirlik, xanlıq, ostanlıq, bostanlıq sözlərin yazdıqda yadıma bir əhvalat düşdü. Bu əhvalatı bir-iki dəfə yazmışam. Növbəti dəfə yazmaq həzzindən özümü məhrum etmək istəmirəm. N. rayonunun mərkəzində yerləşən çayxanda oturub çay icirdim. Birdən adamlar həyacanlandılar, vahimələndilər, hərə bir tərəfə qaçdı, hərə bir tərəfdə gizləndi. Nə oldu bunlara? Bu nə vahimədir, bu nə həyacandır? Niyə bu adamların hərəsi bir tərəfə qaçdı? Sən demə rayonun icra başçısı, dəstəsi ilə gəzməyə çıxıbmış və adətən icra başçısı gəzməyə çıxanda həycanlanan, vahimələnən adamlar qaçıb orda-burda gizlənirmiş. Yəni, burda mat qalası bir hal yoxdur, bu artıq normadır. İndi özünüz deyin rəsmi olaraq icra başçısı adlanan adam əslində əsl xan deyilmi? İcra başçısı gəzməyə çıxdıqda həyacanlanan, vahimələnən, qaçıb harda gəldi gizlənən adamlar isə icra başçısının təbəələri deyillərsə bəs kimdirlər, statusları nədir? İnsanın cibində şəxsiyyət vəsiqəsi gəzdirməsi heç də onun şəxsiyyətinin olduğunu sübut etmir və şəxsiyyəti olmayan adamların şəxsiyyət vəsiqəsi gəzdirməsi ədalətsizlikdi. Demokratik seçki keçirə bilməyən xalqın yaşamağa, hava udmağa, hər hansı tərəfi, cəhəti ilə fəxr etməyə mənəvi haqqı yoxdur. Umumiyyətlə, hər bir camaatın nə qədər, hansı dərəcədə siyasiləşməyi gec-tez öz sözünü deyir!  

Deməli, bu yaxınlarda rus-çeçen müharibəsindən bəhs edən bir sənədli filmə baxdım. Bildiyiniz kimi Cövhər Dudayevin baltikyanı xalqlar, xüsusən estonlar arasında yaxşı hörməti vardı. Baltikyanı xalqların nümayəndələri o vaxt Çeçenistanda keçirilən prezident seçkisində müşahidəçi kimi aktiv iştirak etmişdilər, ümumiyyətlə çeçenlərə hər cür dəstək verirdilər. Filmdə eston xalqının nümayəndəsi olan bir kişi o illər haqqında danışır. Deyir ki, Cövhər Dudayev Çeçenistan konstitusiyasının yazılmasında onlara köməklik etməyimizi bizdən xahiş etdi. Mən də ona dedim ki, madam xahiş edirsən, yazmağına yazarıq, amma sən də bir şeyi nəzərə al ki, çeçenlər estonlar deyil. 

Əlbəttə, bu söhbətdə dərin bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör