Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Azərbaycan-Çeçenistan münasibətləri

Tural Həmid Tural Həmid
., Sərbəst
09 Noyabr 2019
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Azərbaycanla Çeçenistan Respublikası arasındakı münasibətlər Azərbaycanın müstəqillik qazandığı, Çeçenistanın isə de-fakto Rusiyanın nəzarətindən çıxdığı dövrdən başlayır. 1991-ci ilin 8 iyununda Çeçenistan respublikası (Noxçi-ço) RSFSR-dən birtərəfli qaydada ayrıldığını elan edir. Bu dövrdən etibarən çeçen-rus konflikti başlayır. 27 oktyabr 1991-ci ildə prezident seçkilərində qalib gələn Cövhər Dudayev ölkədəki dövlət əhəmiyyətli hər şeyi milliləşdirir (Sunçkale, 1995:17).

Dudayevin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq üçün müsəlman dünyasında müttəfiqlər axtarmaq idi. Dudayev bu barədə belə deyirdi: “Biz unutmuruq ki, Qafqazın qardaş xalqlarının taleyi üçün məsuliyyət daşıyırıq. Qafqaz xalqlarının vahid, bərabər hüquqlu bir cəmiyyətdə birləşməsi gələcəyə aparan yeganə doğru və perspektivli yoldur”. Bu hədəflərə çatmaq üçün Dudayev Zaqafqaziya bölgəsinin liderləri ilə yaxınlaşmağa, onlara hər cür dəstək göstərməyə başladı. 1992-ci ilin yanvarında Gürcüstan prezidenti Zviad Qamsaxurdiya devrildikdə, Dudayev onun üçün təyyarə göndərdi və sonra onu Qroznıdakı iqamətgahına yerləşdirdi. 1992-ci ilin fevral ayında Dudayev və Qamsaxurdiya, Şimali Qafqaz və Zaqafqaziya dövlətlərinin Rusiyadan asılı olmayan respublikalar liqasına birləşdirilməsi layihəsini formalaşdırdı. Bu layihənin rəsmi adı “Qafqaz Evi” idi (Dudayeva, 2003:188).

Elçibəy dönəmi

Dudayev, çevriliş nəticəsində hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyi də bu layihəyə cəlb etdi. Dudayev, Azərbaycan lideri ilə əlaqəni Sovet dövründən bəri dostu olduğu Daxili işlər naziri İsgəndər Həmidov vasitəsi ilə qurmuşdu. Dudayevin Azərbaycana ilk gəlişi də məhz sonuncunun dəvəti hesabına gerçəkləşdi. Dudayev ruspərəst siyasətçilərlə də ünsiyyətdən qaçmadı. O, Gürcüstanın yeni lideri Eduard Şevardnadzeyə anti-Rusiya ittifaqı yaratmağı və bu məsələ ilə bağlı birgə bəyanat verməyi təklif etdi. Gürcüstan prezidenti bundan imtina etdi.

Şevardnadze bunu belə xatırlayırdı: “Əbülfəz Elçibəy Azərbaycan prezidenti olduqdan sonra münasibətlər qurmaq üçün ona zəng etdim və görüşməyi təklif etdim. Mənə vaxtı olmadığını, uyğun zaman olacağı təqdirdə məlumat verəcəyini bildirdi. Düz 6 aydan sonra onunla Bakıda görüşdük. Söhbətin əvvəlində Elçibəy məndən soruşdu: “Çeçenistan prezidenti Cövhər Dudayev ilə görüşmək istəyirsən?” Dudayevlə deyil, Elçibəylə görüşmək üçün Bakıya gəldiyimi dedim. Dedi: “Dudayev bir mərtəbə aşağıda sizi gözləyir, xahiş edirəm onunla görüşək.” Bu, çeçenlərin Abxaziyada bizə qarşı vuruşduğu vaxt idi. Elçibəy və mən aşağı düşdük. Dudayevi Qafqaz adətinə uyğun olaraq salamladım. O, anti-Rusiya ittifaqı yaratmağı düşündüyünü bildirdi və bu mövzuda mənim fikrimi soruşdu. Mən Rusiyanın gücünü bilirdim və buna görə də sakit bir şəkildə bildirdim ki, Gürcüstan Rusiyaya qarşı çıxa bilməz.”

Dudayev Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşdükdən sonra Ermənistan prezidenti Petrosyan ilə də danışıqlar apardı, Ermənistan rəhbərliyini bu prosesdə iştirak etməyə cəlb etmək istədi. Alla Dudayevanın dediklərinə görə, Cövhər Dudayev ilə Petrosyan arasında Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunmuşdu. Ancaq bu danışıqlar da Ermənistanın Rusiya meylli siyasətinə görə yarımçıq qaldı.

Dudayev ikinci dəfə Azərbaycana İmam Şamilə abidə qoyulduğu zaman gəldi. Zaqatalada qoyulan abidənin açılışında iştirak edən Dudayev, Şamilin Qafqazın azad edilməsi uğrunda apardığı mübarizəsi barədə geniş çıxış etdi. Dudayevin Azərbaycandakı şöhrəti xüsusilə şimal-qərb rayonlarında çox yüksək idi. Zaqatala səfərində onu görmək üçün ətraf rayonlardan ümumilikdə əlli mindən çox adam gəlmişdi (Dudayeva, 2003:61).

Bu dövrdə Azərbaycanda AXCP hakimiyyətinin də Dudayevlə eyni strateji hədəfləri vardı. Azərbaycan Çeçenistanın müstəqilliyini rəsmi olaraq tanımasa da, beynəlxalq arenada Çeçenistana dəstək verirdi. 1993-cü ildə İƏT dövlət başçılarının konfransında Azərbaycan və Səudiyyə Ərəbistanı birlikdə Çeçenistanın İƏT-ə qəbul edilməsi barədə qətnamə hazırladı. Ancaq bu qətnamə digər İƏT üzvləri tərəfindən qəbul edilmədiyi üçün gerçəkləşmədi (Malaşenko, 2007:157).

Çeçenistan və Azərbaycan arasında əlaqələr ən çox özünü hərbi sahədə göstərirdi. Çeçenistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq-aydın dəstək verirdi. Çeçen səhra komandirlərindən Hünkarpaşa İsrapilov, Şamil Basayev və Salman Raduyev öz dəstələri ilə birgə hərbi əməliyyatlarda iştirak edirdi. Dünya ictimaiyyəti Çeçenistan və Azərbaycan arasında hərbi əməkdaşlıqdan Londonda baş verən bir cinayət sonrasında xəbər tutdu. Çeçenistan prezidentinin xarici iqtisadi məsələlər üzrə müşaviri Ruslan Utsiyev və qardaşı Nazarbekin Londonda öldürülməsi geniş əks səda doğurdu. İngilis polisinin araşdırması ilə bəlli oldu ki, qardaşları öldürən Qaqik Ter-Hovhannisyan və Nkrtiç Martirosyan Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət ediblər. Məhkəmə zamanı bəlli olur ki, Ruslan Utsiyev və qardaşı Nazarbek Londona çeçen neftinin xaricə satılması ilə bağlı görüşmələrdən başqa Azərbaycan ordusu üçün 2000 Stinger hava raketinin alınması barədə danışıqlar aparıblar (Astashkin, 2005:76). Danışıqlarda tərcüməçi kimi iştirak edən Qaqik Ter-Hovhanisyan raket sövdələşməsi barədə Ermənistan KQB-nin yüksək vəzifəli məmuru olan Aşot Sarkisyana xəbər verir. Ermənistan KQB-sinin üzvü kimi Londona göndərilən Nkrtiç Martirosyan Ruslan Utsiyevə bu müqaviləni imzalamamağı tövsiyə etsə də sonuncu bundan imtina edir. Beləcə, bir neçə gün sonra hər iki qardaşı öldürən Qaqik Hovhanisyan və Nkrtiç Martirosyan cəsədləri parçaladığı zaman London polisi tərəfindən həbs edilirlər (Mickolus və Simmons, 1997:287). Qaqik Hovhanisyan məhkəmə qərarı ilə ömürlük həbs olunsa da Martirosyan təcridxanada ölü tapılır. Hərbi ekspertlərə görə, bu raketlərin alınması Azərbaycanın Qarabağ müharibəsində texniki cəhətdən üstünlüyünü bariz bir formaya sala bilərdi.

Heydər Əliyev dönəmi

Çeçenistan-Azərbaycan münasibətlərində ikinci mərhələ Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı. Əliyev, Moskva ilə münasibətlərini korlamamaq üçün çeçenlərə açıq dəstək vermədi. Kasablankada İslam Konfransı Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün İstanbula gələn Azərbaycan Prezidenti Heydər Əliyev bunu demişdi: “Çeçenistandakı hadisələr Rusiyanın daxili məsələləridir” (Sunçkale, 1995:87).

Azərbaycanın münaqişədə neytral olduğunu bildirməsinə baxmayaraq çeçen qaçqınlarla birlikdə çeçen siyasi mühacirlər də, Azərbaycanda özlərini rahat hiss edirdilər. Bakıda Çeçen-İçkeriya nümayəndəliyi açıq fəaliyyət göstərirdi və çeçen icmasının liderləri İçkeriya bayraqları olan maşınlarda şəhərdə hərəkət edə bilirdilər. Aslan Məshədovun əsas maliyyəçisi hesab olunan Xoj-Əhməd Nuxayev Bakıda münaqişə ilə bağlı güclü təşviqat aparırıdı.

Əliyevin bu siyasəti Yeltsinin Qarabağ münaqişəsində Ermənistan yönümlü siyasəti ilə bağlı idi. Moskva Çeçenistanda hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycan-Rusiya sərhədinə ciddi nəzarət etməyə başladı. Rusiya Federasiyası Sərhəd Mühafizəsi komandiri ordu generalı Andrey Nikolayev İnterfaks agentliyinə verdiyi açıqlamada: “Özümüzü cənubdan gələn təhlükələrdən qorumalıyıq” demişdi. Aydındır ki, Rusiya təhlükə olaraq Azərbaycanı görürdü (Sunçkale, 1995:373). Azərbaycana təzyiq etmək üçün Rusiya ilə Azərbaycan arasında quru və dəmiryolu xətti dayandırıldı, Azərbaycan gəmilərinə Volqa-Don kanalından istifadə qadağan edildi. Bu addımlar Azərbaycanda ciddi iqtisadi böhran yaratdı.

İctimaiyyətin və müxalifətin 1-ci çeçen-rus münaqişəsinə münasibəti

Birinci Çeçenistan müharibəsinin başlaması, demək olar ki, Qarabağda atəşkəsin bağlanması ilə eyni vaxta düşdü. Azərbaycanlılar bu müharibədə məğlubiyyəti rusların Ermənistana yardım etməsi ilə əsaslandırırdı. Buna görə də Azərbaycanda Çeçen müharibəsinə münasibət Qarabağ münaqişəsi prizmasından baxılırdı. Yerli mətbuat üstü örtülü formada çeçen separatçılara dəstək verirdi. Azərbaycan ictimaiyyəti çeçenlərə separatçılardan daha ziyadə azadlıqları uğrunda mübarizə aparan xalq gözü ilə baxırdı. Bu münasibətin formalaşmasında həm ümumi qafqazçılıq ideyası, həm də Rusiyaya qarşı mənfi münasibət dururdu.

Anti-Rusiya ritorikası devrilmiş AXCP nümayəndələrində daha güclü formada özünü göstərirdi. Onlar ölkədə hakimiyyət çevrilişini həyata keçirən qüvvə olaraq Rusiyanı görürdülər. 1994-cü ildə Rusiya-Çeçenistan qarşıdurması silahlı fazaya daxil olanda azərbaycanlıların kiçik bir dəstəsi (təxminən 270 nəfər) çeçenlər tərəfində vuruşurdu (Svarants, 2002:236). Bu könüllülər keçmiş Daxili işlər naziri olan İsgəndər Həmidovun Bozqurd partiyasının üzvləri idi. İsgəndər Həmidov həm də gizli olaraq çeçenlərə silah göndərirdi. Həmidovla Dudayevin danışıqlarından biri Rusiya xüsusi xidmət orqanları tərəfindən dinlənilir.

Cövhər Dudayev və Azərbaycanın eks Daxili işlər naziri, Bozqurd partiyasının lideri İsgəndər Həmidovun danışığı (25.01.1995):

Həmidov: Salam, əziz generalım. Necəsən?

Dudaev: Allah qoruyur, sən necəsən?

Həmidov: Cövhər, məndə hər şey yaxşıdır. Bir böyük dəstə göndərdim, Dərbənddə saxladılar, yəqin ki, eşitmisən?

Dudaev: Bəli.

Həmidov: Mənə burda buna görə cinayət işi açıblar. Stingerin ikinci hissəsini sabah yox birigün sonra alacaqsınız. Necəsən Cövhər?

Dudaev: Əhval-ruhiyyə əladır. İsgəndər, köməyə ehtiyacım var. Stingerlər mənə çox lazımdır.

Həmidov: Deməli, sabah adamlarımız gedirlər. Sabah 50 stinger bizdə olacaq. Onları götürdükdən birigünə sənə çatdıracağıq. Burda Azərbaycanda hökumətdə bəzi xainlər var ki, bizə mane olurlar.

Dudaev: Narahat olma. Onlara da biz mane olacağıq, heç yaxşı olmayacaqlar.

Həmidov: Davud bu gün səni görməyə getdi.

Dudaev: O sənə pul verib?

Həmidov: Xeyr. Yaxın dövlətlərin birində dedilər ki, stingerlər var. Onları almaq üçün adamlar göndərdim. Alan kimi də sənə göndərəcəm… Davud da səni görmək üçün Çeçenistana getdi. Dağıstanda bir-iki şey etmişik. Bunu eşitmisən? Dağıstanda qan töküldü.

Dudaev: Orada nə baş verdi, dəqiq bilmirəm.

Həmidov: Bir rus postu partladılıb, on yeddi ölü və beş girov var.

Dudaev: Çox yaxşı.

Həmidov: Oralarda avarlar bizə mane olurlar.

Dudaev: Avarlar mane olur?

Həmidov: Bəli, kişi kimi davranmırlar.

Dudaev: Ləzgilərlə işləməlisiz.

Həmidov: Bəli, mən də belə düşünürəm, bu gün bir-iki şey göndərmişəm. Xəbər ediblər?

Dudaev: Bunu kimə təhvil verdiniz?

Həmidov: Çeçenlərə, bizim uşaqlara.

Dudaev: Hə, akkinlərə? Yox, xəbər verməyiblər

Həmidov: Məlumat üçün deyim. Bunlar 50 ədəd silah, iki pulemyot və başqa bir neçə silahdır.

Dudaev: Yaxşı.

Həmidov: Uşaqlar orada çox yaxşı iş gördülər.

Dudaev: İsgəndər, bizə stinger, minaatan, məhdudiyyətsiz sayda minalar xüsusilə lazımdır.

Həmidov: Yaxşı alaram. Başqa?

Dudaev: Sonra “Qrad” mərmisinə ehtiyacımız var.

Həmidov: Səksən ədəd mərmi, sabah sənə 2 maşın gətirəcəklər.

Dudaev: Sən bunları satın al, pulu ödəyəcəyik, yeraltından olsa tapacağıq.

Həmidov: Cövhər, mən artıq Qrad və mərmi üçün pul ödəmişəm. Kim ödəyib: mən və ya sən – fərq etməz. Cövhər, insanlara ehtiyacınız var?

Dudaev: İnsanlara ehtiyac olmasa da, silah lazımdır. Vurulacaq bir şey olsa biz onları Moskvaya qədər süpürərdik. On minlərlə əsgərin cəsədi küçələrdə uzanır və köpəklər onları yeyirlər. Ruslar öz cəsədlərini belə götürmürlər.

Həmidov: Sabah saat üçdə zəng edəcəm, sifarişlər barədə məlumat alacam. “Qrad” mərmilərini də maşına yüklətdirəcəm, maşının da nömrəsini deyəcəm ki, Xasavyurtda onu qarşılayasınız (Romanov, 2000:74-75).

Bu hadisə Rusiyanın Azərbaycana sərt etirazı ilə nəticələndi. İsgəndər Həmidov bu hadisədən qısa müddət sonra həbs edildi. Rusiyanın Çeçenistanda hərbi uğursuzluqları Azərbaycan-Rusiya münasibətlərində də gərginliyi artırırdı. Bəzən bu gərginlik absurd ittihamlarla nəticələnirdi. 6 oktyabr 1995-ci ildə Qroznıda rus generalı Romanova sui-qəsd edilməsinə cavab olaraq Rusiya qırıcıları 8 oktyabr 1995-ci ildə Roşni-çu və Mesker-yurd kəndlərini bombaladı (Usmanov, 1997:144). Bombardman zamanı 36 mülki şəxs öldürüldü, onlarla ev dağıldı. Çeçenistanın Rusiyaya nota verməsindən sonra Rusiya Müdafiə nazirliyi bu hücumun Azərbaycan qırıcıları tərəfindən həyata keçirildiyi barədə bəyənat yaydı. Azərbaycan Xarici işlər naziri Həsən Həsənov etiraz notası ilə cavab verdi (Dudayeva, 2003:149).

İkinci çeçen-rus müharibəsi və münasibətlərin soyuması

Rusiyada Vladimir Putinin prezident seçilməsi Azərbayca Rusiya münasibətlərinin istiləşməsinə səbəb oldu. Yeltsindən fərqli olaraq balanslı Qafqaz siyasəti yürüdən və sələfi kimi Ermənistana açıq dəstək verməyən Putinin bu mövqeyi münasibətlərin yaxşılaşmasında əsas faktor hesab edilir. Bundan başqa çeçenlərin 1999-cu ilin payızında Rusiyada yaşayış evlərində həyata keçirdikləri partlayışlar Azərbaycan ictimaiyyətində onlara qarşı olan münasibəti dəyişdirdi. Bu partlayışlar sonrasında Azərbaycan xüsusi xidmət orqanları ölkədə olan bir neçə çeçen komandiri həbs edərək Rusiyaya təhvil verdilər. Ruslan Əhmədov və Bədrudi Murtazayevin martın əvvəlində Azərbaycandan ekstradisiyası Bakıdakı çeçen diasporunu təşvişə saldı (Yumaqulov, 2003:244). Beləcə, ölkədə olan bütün çeçenlərin pasport yoxlamaları başladı. Azərbaycandakı çeçen qaçqınlarından ibarət təşəbbüs qrupu bu yoxlamalar sonrası prezident Heydər Əliyevə açıq məktub yazdılar. Məktubu həmin dövrdə Bakıda yaşayan mərhum Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva da imzalamışdı. Çeçen komandirlərin Rusiyaya ekstradisiyası Basayevin də şiddətli reaksiyasına səbəb oldu. O, bəyənat yayaraq Şimali Qafqazda Azərbaycana qarşı yeni bir düşmən cəbhəsinin açılması ilə hədələmişdi (Qadzhiyev, 2004:225).

Azərbaycanda çeçen qaçqınları və müasir vəziyyət

Çeçen qaçqınların Azərbaycana axını 1-ci çeçen-rus müharibəsi zamanı başlayır. Çeçen-İçker respublikasının Azərbaycandakı nümayəndəsi Xoj-Əhməd Nuxayev Azərbaycana çeçen qaçqınların yerləşdirilməsində böyük rol oynamışdı (Markedonov, 2005:125). 1994-cü ildən sonra ölkədə 4700 çeçen qaçqın qeydiyyata alındı. Ümumilikdə Azərbaycanda 12 minə yaxın çeçen yerləşmişdi. 1999-2000-ci illərdə Bakıda çeçen qaçqınlarına xüsusi yardım göstərən beynəlxalq islam fondları fəaliyyət göstərirdi. Lakin Putinin Bakıya səfəri və ABŞ-da baş verən 11 sentyabr terroru qaçqınların vəziyyətini pisləşdirdi. Bu ərəfədə çox sayıda yardım fondu və təşkilatlar bağlandı. Azərbaycana gələn çeçen qaçqınlarının Avropaya böyük köçü başlandı (Ngren, 2007:111). 2003-cü ildə ölkədə 5 min, 2007-ci ildə isə 2 min nəfər çeçen qaçqın qalmışdı. 2019-cu ilə əsasən Azərbaycanda 377 nəfər çeçen qaçqını yaşamaqdadır.

İstifadə edilən ədəbiyyat

Cevher Sunçkale, (1995), Çeçen Savaşı (Çeçen Cumhuriyeti Bağımsızlık Savaşı 1994-1995).

Bertil Nygren, (2007), The Rebuilding of Greater Russia: Putin’s Foreign Policy Towards the CIS Countries.

Сергей Маркедонов (2005), СНГ-2 (Непризнанные государства на постсоветском пространстве.

Гаджиев Расул, (2004), Ваххабитский фактор в кавказской геополитике.

Ришаг Юмагулов, (2003), От губЧК до ФСБ: сборник очерков.

Алла Дудаева, (2003), Миллион первый.

Лёма Усманов,(1997), Непокорённая Чечня.

Петр Романов, (2005), Белая книга, Часть 1.

Александр Сваранц, (2002), Пантюркизм в геостратегии Турции на Кавказе.

Edward F. Mickolus, Susan L. Simmons, (1997), Terrorism, 1992-1995: A Chronology of Events and a Selectively Annotated Bibliography.

Николай Асташкин, (2005), По волчьему следу: хроники чеченских войн.

Малашенко А. М (2007), Ислам для России.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör