fbpx
Seymur Baycan

Seymur Baycan

Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.

Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”.

Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.

Bir çox regional layihələrdə iştirak etmiş və kulturoloji mövzularda mühazirələr söyləmişdir.

Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. Elmar Hüseynov fondunun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüşdür.

Səhifə 3 - 3 1 2 3